1. Verilmiş sözlərdən birində k-y əvəzlənməsi baş verir


«Şagird üçün dərs oxumaq hər şeydən vacibdir» cümləsində hansı cümlə üzvləri iştirak etməmişdir?



Yüklə 0,75 Mb.
səhifə4/7
tarix20.01.2017
ölçüsü0,75 Mb.
#825
1   2   3   4   5   6   7

8. «Şagird üçün dərs oxumaq hər şeydən vacibdir» cümləsində hansı cümlə üzvləri iştirak etməmişdir?

1.tamamlıq 2.təyin 3. zərflik

4.ismi xəbər 5. feli xəbər 6.mübtəda

A) 1,2,6 B) 2,3,5 C) 2,4,6 D) 2,3 E) 4,5


9. Hansı cümlənin mübtədası söz birləşməsi ilə ifadə olunmuşdur?

A) Bizim məktəb şəhərimizin ən böyük məktəblərindən biridir.

B) Məktəbimizin direktoru şagirdləri vətənpərvərliyə, birliyə çağırırdı.

C) İnsanlıq faciəyə doğru gedir.

D) Saxlama qəlbində kini, nifrəti.

E) Mən Vətənimə azad, şən, firavan olmağı arzulayıram.


10. …….. cümlənin baş üzvü olub, haqqında danışılan şəxsi bildirir.

A) xəbər B) mübtəda C) təyin

D) tamamlıq E) zərflik
11. Aşağıdakı cümlələrdən hansında ayrılıqda kim? sualına cavab verən söz vasitəsiz tamamlıq kimi işlənərək nə? sualına cavab vermişdir?

A) Məhəllənin uşaqları Toğrulun yaxşı maşın sürməyinə tamaşa edirdilər.

B) Bağban bağçadakı güllərə öz övladı kimi qulluq edirdi.

C) Bakı Dövlət Universiteti tələbə qəbul edir.

D) Mən bazardan oğluma uşaq oyuncağı aldım.

E) Balaca quzu su içir.


12. Cümlələrdən hansında bütün cümlə üzvləri işlənmişdir?

A) Bizim kənd gözəldir, həm də qədim tarixi abidələrə malikdir.

B) Bu dünya bir qızıl kuzəyə bənzər.

C) Kəndimizin tarixiliyi hamını heyran etmişdi.

D) Balaca qız bizə tərəf qaçaraq məni atasına göstərdi.

E) Xalq azadlıq uğrunda çox çalışmışdır.


13. Feli sifət tərkibi ilə ifadə olunmuş mübtədalar hansı cümlələrdədir?

1. Gözlərini bir an da olsun kitabdan çəkməyən Nail, nədənsə yerindən dik atılıb qaçdı.

2. Oxuyan uşaq heç nəyə baxmadan öz işi ilə məşğul olar.

3. Bizə baxanlar sanki gözləri ilə bizə «kömək edin» deyirdilər.

4. «Qaçanı qovmazlar» deyibdir atalar.

5. Daima qəlbində məhəbbət yaşadan heç vaxt qocalmaz.

A) 1, 3, 5 B) 1,2,4 C) 2,3,4 D) 2,3 E) 3,5


14. “Mən işin xeyrinə olan tənqidi sevirəm» cümləsi­nin sintaktik təhlili hansı sxemə uyğundur?

A) ——       ===

B)  - - - - ===

C)       - - - - ===

D)             ===

E)  - - - - - - - - ===


15. “Ağacların altındakı otlar Rasimə xoş gəlirdi” cümləsində neçə cümlə üzvü var?

A) 4 B) 3 C) 2 D) 5 E) 6


16. ”Onun gözlərindəki ifadə məni təəccübləndirdi” cümləsinin təhlili ilə bağlı fikirlərdən biri düzdür:

A) «Məni» tamamlıqdır.

B) Cümlədə iki təyin var.

C) Mübtəda məsdərlə ifadə olunub.

D) Mürəkkəb cümlədir.

E) Onun” tamamlıqdır.


17. «Dağların zirvəsində dolaşan buludlar qəfildən sıxlaşdı» cümləsində hansı cümlə üzvü işlənməmişdir?

A) mübtəda B) xəbər C) təyin

D) zərflik E) tamamlıq
18. Cümlənin xəbəri nə ilə ifadə olumuşdur?

Bizim borcumuz tariximizi dərindən öyrənməkdir.

A) fellə B) isimlə

C) ismi birləşmə ilə D) məsdərlə

E) məsdər tərkibi ilə


19. “Nə üçün şeir yazan şair əlləri elmin dəryasında üzə bilməsin“ cümləsində mübtəda nə ilə ifadə olunmuşdur?

A) isimlə

B) feli sifətlə

C) II növ təyini söz birləşməsi ilə

D) feli sifət tərkibi ilə

E) III təyini söz birləşməsi ilə


20. “Əlbəttə, qızılgülün vətəni Azərbaycandır“ cümləsində hansı cümlə üzvləri işlənib?

A) təyin, mübtəda, xəbər B) tamamlıq, xəbər

C) təyin, xəbər D) mübtəda, xəbər

E) yer zərfliyi, xəbər


21. Cümlələrin birində xəbər sayla ifadə olunmuşdur:

A) Onlar kənddə yaşayırlar.

B) Onların sözündə bir həqiqət var.

C) Onunculara təşəkkür edildi.

D) Sənin bütün qiymətlərin beşdir.

E) Yanan lampa yüzlükdür.


22. Hansı cümlənin mübtədası sayla ifadə olunmuşdur?

A) Qocalara qayğı lazımdır.

B) Bunu hamı bilir.

C) Altıncılar bu yarışda qalib gəldilər.

D) Deyilən söz yadigardır.

E) Birisi yazı yazırdı, birisi qulaq asırdı.


23. Verilmiş nümunədə neçə cümlə üzvü var?

«Səhər dağlar ağ dumana bürünmüşdü».

A) 3 B) 4 C) 2 D) 1 E) 5


24. Mürəkkəb xəbərli cümləni göstərin:

A) Mən Yaşara minnətdaram.

B) Bir zamanlar insanlar qul halında yaşamışdır.

C) Uşaqlar səyahətdən doymurdular.

D) Gənclər bizim gələcəyimizdir.

E) Şirzad ağacın altında oturub çay içirdi.


25. Aşağıdakı sxemlərdən hansı müxtəsər cümlənin sxemidir?

A) - - - - - -

B)

C) ~~~~~~

D) ~~~~~~

E) ~~~~~~


26. Həmcins təyinlər hansı cümlədə verilmişdir?

A) İgid, cəsur və qorxmazlar həmişə öndə gedər.

B) Həm rəhmli, həm rəhmsiz insanlar buna görə çox pis olarlar.

C) Mənim dostlarım, tanışlarım, qohumlarım bu gun sizə gələcək

D) Kitabını, qələmini, dəftərini yığ, gedək.

E) Dərdi olan da, olmayan da onun qapısına gedirdi.


27. Yalnız xəbərdən ibarət olan cümlə hansıdır?

A) Mənim ona bir sözüm var.

B) Səni bacın çağırır.

C) İndi artıq gecdir.

D) Axşam bizə gələrsən.

E) Mənim ondan xoşum gəlir.


28.Verilmiş sözlərdən hansı müstəqil cümlə üzvü ola bilir?

A) idi B) gərək C) deyil D) imiş E) üçün


29. Mübtədası və xəbəri sayla ifadə olunmuş cümlə hansıdır?

A) Dünənki ilıq hava bu gün yoxdur.

B) Gecələr uzun, gündüzlər isə qısa idi.

C) Birincilər həmişə birincidir.

D) Qocalar yaşlarına baxmayaraq, yüngül və cəld idilər.

E) Beşincilər yarışda iştirak edəcəklər.


30. Suala cavab vermədən cümlə üzvü ola bilən söz:

A) gəl B) bəs C) say

D) bil E) hər kəs
31. “Qoca bir kişinin sözü xətrinə dəyməməlidir” cümləsinin sintaktik təhlili hansı sxemdə düzgün verilmişdir?

A) - - - - - - - ________

B) ~~~~~- - - - - - - - - - -

C) ~~~~~_______

D) _________

E) ~~~~~______~~~~~ - - - - -


32. Qeyri-həmcins təyinlər hansı cümlədə verilmişdir?

A) İgid, cəsur və qorxmazlar həmişə öndə gedər.

B) Mənim dostlarım, tanışlarım, qohumlarım bu gün sizə gələcək.

C) Həm rəhmli, həm rəhmsiz insanlar buna görə çox pis olarlar.

D) Qara telli qız dərsə tələsirdi.

E) Kitabını, qələmini, dəftərini yığ, gedək.


33. Aşağıdakı cümlədə sözlərdən hansını çıxartsaq, cümlə bitmiş fikri bildirməz?

Mən dünən qara-qara pişikləri həyətdə gördüm”.

A) gördüm B) dünən C) qara-qara

D) pişikləri E) mən


34. Mürəkkəb cümlə hansıdır?

A) Məhbub xanım gülə-gülə anama nə isə deyir və zabitə baxırdı.

B) Atam bağçadakı gülləri suladı və diblərini boşaltdı.

C) Bilirdim ki, o, yaxşı insandır.

D) Havalar qızaraq qarları əritdi.

E) Müəllim başının hərəkəti ilə Ramini bağışladığını bildirdi.


35. Mürəkkəb cümlələrdən hansını sadələşdirəndə budaq cümlə xüsusiləşmiş zərfliyə çevrilir?

A) Atam dedi ki, biz prezidentimizin ətrafında birləşməliyik.

B) Kim ki Vətən uğrunda şəhid olur, o, heç vaxt unudulmur.

C) Döyüşçülər yorğun olsalar da, mətanətlə döyüşürdülər.

D) Xalqımızın ən gözəl dəyərlərindən biri də odur ki, qonaq qarşılamağı çox sevir.

E) Nə qədər yaxşı hərəkət etsən, bir o qədər də hörmət qazanarsan.


36. Zaman əlaqəli tabesiz mürəkkəb cümləni seçin:

A) Selcan ağlayır, Nicat da buna fikir vermədən öz kitablarını vərəqləyirdi.

B) Partlayış səsinə evindən həyətə çıxan camaat nə olduğunu hələ də başa düşə bilmirdi.

C) Zəng vuruldu, şagirdlər bayıra çıxdı.

D) İşıqların sönməsinə baxmayaraq, kompüter hələ də işləyirdi.

E) Laləyə tapşırdım ki, bizə gələndə tarix kitabını da gətirsin.


37. Tabeli mürəkkəb cümlələrdən hansını sadələş­dir­sək, budaq cümlə cümlənin tamamlığına çevrilər?

A) Ürəyimdən keçdi ki, ona bir hədiyyə alım.

B) Evə girmişdim ki, işıqlar söndü.

C) Kim dərslərini yaxşı oxuyur, onu özümlə Istanbula aparacağam.

D) Nə qədər az işləsən, bir o qədər də az qazanarsan.

E) Onlar heç nə demədi, ancaq mən bütün olanları danışdım.


38. “Təzəcə qapını açmışdım ki, bayırda gurultu qopdu” tabeli mürəkkəb cümləsinin birinci tərəfi nədir?

A) baş cümlə B) zaman budaq cümləsi

C) tamamlıq budaq cümləsi D) yer budaq cümləsi

E) təyin budaq cümləsi


39. “Nə qədər istəyirsən, o qədər də ye” tabeli mürəkkəb cümləsinin növünü müəyyənləşdirin:

A) zaman budaq cümləli tabeli mürəkkəb cümlə

B) tamamliq budaq cümləli tabeli mürəkkəb cümlə

C) yer budaq cümləli tabeli mürəkkəb cümlə

D) şərt budaq cümləli tabeli mürəkkəb cümlə

E) kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlə


40. Biri tabesiz mürəkkəb cümləninin tərəflərini bir-birinə bağlayan bağlayıcı ola bilməz.

A) və B) madam ki C) lakin

D) amma E) həm
41. Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlə hansıdır?

A) Fikirləşdim ki, onların hərəsinə bir hədiyyə alım.

B) Anasına kömək edəni Allah da sevər.

C) Kim ki bu dünyada vicdanla yaşayır, o, özünə hər zaman hörmət qazanır.

D) O, bir-iki addım yeridikdən sonra dönüb doğma yurduna bir də həsrətlə baxdı.

E) O, necə danışırdısa, elə də yazırdı.


42.Tərzi-hərəkət budaq cümləsini göstərin.

A) Adil inana bilmirdi ki, onun əməyi hədər getmişdi.

B) Nə qədər demişdin, bir o qədər gətirdim.

C) Harada birlik var, orada dirilik var.

D) Qar yağdı, ətraf işıqlandı.

E) Elə çalış ki, çəkdiyin zəhmət itməsin.


43. Bağlayıcı sözlə baş cümləyə bağlanan budaq cümlələr hansılardır? (Tam cavabı seçin)

1. Nə qədər istəsən, o qədər də yığ.

2. Kim istəyir, o da getsin.

3. Hara istəyirsən, ora da get.

4.Şagird müəllimdən hara gedəcəyini soruşmağı yaddan çıxarmışdı.

5.Kim ki sevir əməyi, odur xalqın dirəyi.

6. Hamı işləyirdi: kimi üzüm yığır, kimi yer belləyir, kimi də yeşik düzəldirdi.

A) 1,2,4,5 B) 1,3,5 C) 1,2,3,5

D) 3,4,6 E) 2,4,5,6
44. ”Bu zaman hamımız gördük ki, Allahyarın evinin divarı yarıldı” cümləsi haqqında deyilən fikirlərdən hansı düzdür?

A) Budaq cümlə qeyri-müəyyən şəxsli cümlədir.

B) Cümlənin tərəfləri intonasiya ilə bağlanmış­dır.

C) Baş cümlə yalnız xəbərdən ibarətdir.

D) Baş cümlə budaq cümlədən sonra işlənmişdir.

E) Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlədir.


45. Tabeli mürəkkəb cümlənin növünü müəyyən edin:

«Şər yaxşı bilirdi ki, onun getdiyi yol çətindir»

A) təyin B) mübtəda C) tamamliq

D) yer E) kəmiyyət
46. Yer budaq cümləsini göstərin:

A) Ələsgər gəlmişdi ki, anasını görsün.

B) Kim ki öyrənməyi bilmirsə, o, heç nəyə nail olmaz.

C) Kim əməksevərdirsə, həyatda hər şeyə nail olur.

D) İstəyirəm ki, həyatda hamı xoşbəxt olsun.

E) Hara göndərirlərsə, oraya da gedirik.


47. “Əziz balalarım, sənət öyrənin ki, sabah ac qalmayasınız” cümləsində budaq cümlənin növünü müəyyənləşdirin:

A) məqsəd budaq cümləsi

B) tamamlıq budaq cümləsi

C) səbəb budaq cümləsi

D) təyin budaq cümləsi

E) mübtəda budaq cümləsi


48. Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə hansıdır?

A) Mənim fikrimdən keçdi ki, bu sirri ona açım.

B) Mənə elə gəldi ki, o, mənə nəsə deyəcək.

C) Mən evə gedirəm, ona görə ki, sizdən incimişəm.

D) Mən içəri girəndə o getmişdi.

E) Mən yaxşı bilirəm ki, siz qalib gələcəksiniz.


49. Tabeli mürəkkəb cümlələrdən hansında baş cümlə hər zaman birinci işlənir?

A) tamamlıq budaq cümləli

B) təyin budaq cümləli

C) mübtəda budaq cümləli

D) məqsəd budaq cümləli

E) xəbər budaq cümləli


50. « Məlum oldu ki, o, sabah da gəlməyəcək » cümləsində budaq cümlənin növünü müəyyənləşdirin:

A) xəbər B) təyin C) mübtəda

D) qarşılaşdırma E) səbəb
51. Şərt budaq cümləli tabeli mürəkkəb cümlə hansıdır?

A) Hər kim getmək istəyir, qabağa keçsin.

B) Deyirlər, çox gəzən çox bilər.

C) Arzum budur, sülh, əmin-amanlıq, xoşbəxtlik olsun.

D) Ana uşağını necə tərbiyə edərsə, o cür də bəhrəsini görər.

E) Əgər vətənini sevirsənsə, onun uğrunda can verməyə hazır olmalısan.


52. Tərzi-hərəkət budaq cümləli tabeli mürəkkəb cümlənin budaq cümləsi hansı suala cavab verir?

A) neçə B) haçan C) neçənci

D) nə qədər E) necə
53. “Əgər biz vətəni yadların əlində buraxsaq, gələn nəsillər bizi lənətləyəcək“ tabeli mürəkkəb cümləsindəki baş cümlənin sintaktik təhlili ilə bağlı düzgün fikirləri seçin:

1. Cümlənin mübtədası əvəzlikdir.

2. Vasitəsiz tamamlıq əvəzliklə ifadə olunub.

3. Cümlənin xəbəri feli xəbərdir.

4. Mübtəda sadədir.

5. Təyin sifətlə ifadə olunub.

A) 1,4,5 B) 3,4,5 C) 2,4,5 D) 2,3,4 E) 1,2,3
54. Biri tabesiz mürəkkəb cümlənin məna növünə aid deyil:

A) zaman əlaqəsi B) ardıcıllıq əlaqəsi

C) səbəb-nəticə əlaqəsi D) iştirak əlaqəsi

E) aydınlaşdırma əlaqəsi


55. Tabeli mürəkkəb cümləni müəyyənləşdirin:

A) Ramin həm çalmağı, həm oynamağı, həm də oxumağı çox yaxşı bacarır.

B) Gülşən onun dediklərinə baxmayaraq, yenə öz bildiyini edirdi.

C) Qapı birdən açıldı, soyuq hava otağa daxil oldu.

D) Əşrəf hiss etdi, atası, nədənsə, çox danışmaq istəmir.

E) Dostları Nadirə yardım etmək üçün çox çalışdılar, amma alınmadı.


56. “Şagird komitəsi üzvləri qoyulmuş məsələnin həllinə çalışırdılar” cümləsində neçə uzlaşma əlaqəsi var?

A) 4 B) 2 C) 3

D) 5 E) yoxdur
57. “Bizim sinif ekskursiyaya gedəcək” cümləsində neçə cümlə üzvü var?

A) 4 B) 3 C) 1

D) 2 E) 5
58.O─› sxeminə uyğun olan cümləni seç.

A) Hansı ürəkdə xəbislik, kin-kidurət, ləkə, naqislik var, o insanlar özlərindən küssün.

B) Bilirəm ki, haqq-ədalət gec-tez qalib gələcək.

C) El bilir ki, sən mənimsən.

D) İgid odur, atdan düşə, atlana.

E) Mənə elə gəlir ki, sənin bu işlərdən xəbərin yoxdur.


59.~~~  sxeminə uyğun gələn cümlə hansıdır?

A) Onunla görüşəndən sonra bugünkü işlərim yaddan çıxdı.

B) Deyəsən, evlərinə çoxlu qonaq çağırmışdılar.

C) Gələnlərdən yalnız biri danışırdı.

D) Dostlarına həmişə məktub yazırdı.

E) Əlbəttə, savadlı həkim lazımdır.


60. Cümlədə özündən əvvəlki üzvü izah edən, dəqiqləşdirən sözə və ya söz birləşməsinə ……. deyilir:

A) əlavə B) həmcins üzv C) təyin

D) ümumiləşdirici söz E) xəbər
61. «Bizə dedilər ki, onlar uşaqları yaxşı qarşılayıb­lar» cümləsi haqqındakı fikirlərdən hansı düzdür?

A) Budaq cümlə müxtəsər cümlədir.

B) Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlədir.

C) Baş cümlə qeyri-müəyyən şəxsli cümlədir.

D) Tabesiz mürəkkəb cümlədir.

E) Budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağ­lanmışdır.


62. Əmr cümləsi hansıdır?

A) Maşın çox gözəldir, Almaniyadan gətirilib.

B) Gültəkinlə Laləni çağırmışam.

C) Oğlum, sən əminlə bibini bizə çağırdın?

D) Nə sən ora getməlisən, nə də Həsən bizə gəlməlidir.

E) Ağlamayın, balalar.


63. Geniş şəxssiz cümlə hansı bənddədir?

A) Cavanşirin ona yazığı gəldi.

B) Ah-nalə edən adamdan mənim xoşum gəlmir.

C) Axşam idi.

D) Kiçik çillənin ortaları idi.

E) Hamı o gənci alqışladı.


64. Həmcins üzvlü cümləni göstərin:

A) O, sakitcə dəftərini nəzərdən keçirdi.

B) Onlar həyətdə həvəslə çalışırdılar.

C) Əvvəlki savadsız kəndli balalarından əsər-əlamət qalmamışdır: indi onlar ali təhsilli müəllim, həkim, mühəndisdir.

D) Kitab stolun üstündə idi.

E) Kürd Əhmədin gözləri yaşardı.


65. Hansı cümlədə mürəkkəb xitab verilmişdir?

A) Ay qızım, sən niyə danışmırsan?

B) Baş alıb gedirsən hayana, ceyran?

C) Azərbaycan əsgəri, ayağa qalx!

D) Ey dünya, nə qədər zülm edəcəksən?

E) Vətən! Şanlı bir keçmişin var.


66. Cümlədə özündən əvvəlki üzvü izah edən və konkretləşdirən sözə və ya söz birləşməsinə nə deyilir?

A) əlavə B) ara sözlər C) xitab

D) həmcins üzvlər E) adlıq cümlə
67. «Ulduz təəccüblə qaşlarını yuxarı qaldırdı» cümləsi haqqındakı fikirlərdən biri düzdür:

A) Cüttərkibli müxtəsər cümlədir.

B) Cüttərkibli geniş, bütöv cümlədir.

C) Təktərkibli müxtəsər, bütöv cümlədir.

D) Təktərkibli geniş, bütöv cümlədir.

E) Təktərkibli yarımçıq cümlədir.


68. «Azərdən başqa, hamı dərsini öyrənmişdi» cümləsində hansı cümlə üzvü xüsusiləşmişdir?

A) zərflik B) təyin C) tamamlıq

D) xəbər E) mübtəda
69. Biri nida cümləsini əmələ gətirən vasitələrdəndir:

A) sual əvəzliyi B) sual ədatı C) intonasiya

D) şəxs əvəzlikləri E) heç biri
70. Şəxssiz cümlə hansıdır?

A) Daha səni saymırlar.

B) Elə hey ondan danışırlar.

C) Dünən qardaşının ad günü idi.

D) Bizə də yardım edən tapılar.

E) Fəridlə çoxdan tanışam.


71. Cümlələrdən biri təktərkibli cümlə deyil:

A) Ehtiyatı əldən verməmək.

B) Yazını sabahdan axşamadək işlədilər.

C) Onun yıxılmasından söhbət gedirdi.

D) Hamı sakitləşdi.

E) Palaza bürün, elnən sürün.


72.“ Daş” sözü nə zaman cümlədə ancaq mübtəda vəzifəsində çıxış edir?

A) nəyin haqqında danışıldıgını bildirdikdə

B) adlıq halda olduqda

C) “nə?” sualına cavab verdikdə

D) xəbərlə sintaktik əlaqəyə girdikdə

E) təyinlə sintaktik əlaqəyə girdikdə


73. Cümlələrin birində tabesizlik əlaqəsində olan sözlər cümlə üzvü deyil:

A) Vüqar, Aslan, sinfə gəlin!

B) Vüqar, Aslan sinfə gəldilər.

C) Yaşıl və göy rənglər göz oxşayır.

D) Təbrizdən, Ərdəbildən qonaqlar gəldilər.

E) Təbriz, Bakı Azərbaycanın ən qədim, ən ulu şəhərlərindəndir.


74.Hansı fikir səhvdir?

A) Qeyri-müəyyən vasitəsiz tamamliq kim? nə? suallarından birinə cavab verir.

B) Mübtəda tamamlıqla sintaktik əlaqəyə girmir.

C) Xəbər yer zərfliklərini idarə edir.

D) Təyinlər aid oldugu üzvlərdən əvvəl gəlir.

E) Cümlənin sintaktik təhlili, adətən, xəbərdən başlanır.


75. Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında hansı bağlayıcı işləndikdə müxtəlif hadisələrdən birinin mümkünlüyü ifadə olunur?

A) ya, yaxud da B) gah, gah da

C) nə,nə də D) istər, istərsə də

E) həm, həm də


76. Sadələşdirəndə budaq cümləsi nə? sualına cavab verən tamamlıq budaq cümləsi hansıdır?

A) O istəyir ki, kitab oxusun.

B) Nə lazımdırsa, gətirildi.

C) Siyahıya nə yazılmısdışa, hamısı alındı.

D) Müəlliflər istəyirlər ki, kitabları oxunsun.

E) O da bilirdi ki, sənədlər düzgündür.


77. Əlaqələnməni bildirərək asılı tərəfdən əsas tərəfə istiqamətlənən oxlardan biri səhv çəkilib:

A) Gözəl qız

B) Alpərən getdi

C) Həyətdə qaçan

D) Ürəkdən güldü

E) Beşinci sinif


78. Cümlələrdən hansında tabelilik əlaqəsinin bütün növləri var?

A) Bu kitab Raminə çatacaq.

B) Bu kitabı Raminə ver.

C) Ermənilərin bizim düşmənlərimiz olduqlarını unutmamalıyıq.

D) Qoy həmişə ədalət hökm sürsün!

E) Mən azərbaycanlı olmağımla fəxr edirəm.


79. Sintaktik təhlil zamanı tərəflərinə ayrılmadan təhlil olunan I növ ismi birləşmə hansı cümlədədir?

A) Bu gün Azərbaycan Respublikasının müstəqillik günüdür.

B) Gümüş kəmər incə belə dar gəlir.

C) Azərbaycan Azərbaycanda yaşayan bütün xalqların vətənidir.

D) Bakı şəhərində hündür və yaraşıqlı binaların sayı get-gedə çoxalır.

E) H.Cavid repressiyanın qurbanı olmuşdur.


80. Sözlər arasında tabesizlik əlaqəsinin işləndiyi cümləni seçin:

A) Qırmızı paltarlı qız ona yaman baxırdı ha…

B) Mənim dərdim, qəmim bircə sənsən.

C) Yağış yağır, rəqs eləyir nur damlalar.

D) Atasının dərdli olduğunu başa düşməyən körpə sevinclə oynayırdı.

E) Mən bu dünyanın vəfasına inanmıram.


81. Aşağıdakı cümlələrdən hansında sözlər arasında tabesizlik əlaqəsi var?

A) Mən səni hər dərdi udan, səbirli bilirdim.

B) Bizim sizdən gizlin heç nəyimiz yoxdur ki.

C) Nə gözəl yaraşır Muğana ceyran.

D) Mən dedim, o dedi, xeyri olmadı.

E) Azərbaycan iri addımlarla xoş sabahlara irəliləyir.


82. Söz birləşmələrindən biri sintaktik əlaqə baxımından digərlərindən fərqlənir:

A) Anarın atası B) məktəb həyəti

C) ananın nəsihəti D) igid döyüşçü

E) Qız qalası


83. «Hər bir şagird öz hüquqlarını yaxşı bilməlidir» cümləsinin morfoloji təhlili ilə bağlı düz fikri seçin:

A) Hər-qeyri-müəyyən əvəzlikdir

B) Bir-saydır.

C) Şagird- qeyri-müəyyən yiyəlik halda olan isimdir.

D) Öz-adlıq halda olan təyini əvəzlikdir.

E) Hüquqlarını-cəm, mənsubiyyət, hal şəkilçiləri qəbul etmiş isimdir.


84. «Məktəblilər dostlarına məktub göndərdilər» cümlə­sin­də hansı sözlər arasında uzlaşma əlaqəsi var?

A) məktəblilər - məktub

B) məktəblilər - göndərdilər

C) dostlarına - məktub

D) məktub - göndərdilər

E) dostlarına göndərdilər


85. Yanaşma əlaqəli nümunələr hansı variantdadır?

A) dərsə gələndə, yaxşı kitab

B) sevimli diyar, gözəl Şuşa

C) dodağında təbəssüm, düz yol

D) həyətin qapısı, duz dağı

E) körpələr evi, köhnə dost


86. İdarə əlaqəsi hansı nümunədədir?

A) çalınan saz B) yaşıl yarpaq

C) beşinci sıra D) cəbhədən qayıtmaq

E) ciddi münasibət


87. Hansı cümlədə xəbərlə mübtəda arasında kəmiyyətə görə uzlaşma pozulub?

A) Quşlar budaqda cəh-cəh vururdular.

B) Yağış yağdı, sel-su bərəni aldı.

C) Yarpaqlar tökülür, ellər köç edirdi.

D) Sən niyə onu ad gününə dəvət etmirsən?

E) İtlər bir ağızdan hürüşürdülər.


88. «Yel kimi keçməsin vaxt üstümüzdən» cümlə­sin­də uzlaşma əlaqəsi hansı sözlər arasındadır?

A) yel kimi keçməsin

B) üstündən keçməsin

C) yel kimi

D) vaxt keçməsin

E) yel kimi üstümüzdən


89. «Qarabağ şikəstəsi» birləşməsində hansı sintaktik əlaqə növü vardır?

A) idarə B) yanaşma

C) uzlaşma və idarə D) idarə və yanaşma

E) yanaşma və uzlaşma


90. Nümunələrin yalnız birində idarə əlaqəsi var:

A) yaşıl çəmən, göy otlar

B) səmimi söhbət, tibbi yardım

C) tarixi öyrənmək, gülü dərmək

D) mən oxudum, sən gələndə

E) qorxub qışqırmaq, bərkdən danışmaq


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin