1. Verilmiş sözlərdən birində k-y əvəzlənməsi baş verir


Hansı halda olan söz ancaq ədatla işlənə bilər?



Yüklə 0,75 Mb.
səhifə3/7
tarix20.01.2017
ölçüsü0,75 Mb.
#825
1   2   3   4   5   6   7

54. Hansı halda olan söz ancaq ədatla işlənə bilər?

A) təsirlik B) adlıq C) yiyəlik

D) yerlik E) çıxışlıq

55. Biri təyini əvəzlikdir:

A) özüm B) hərə C) elə

D) həmin E) hansı

56. Biri düzəltmə sifət deyil:

A) ağlayan B) evdəki C) palıdı

D) küsəyən E) tərbiyəli
57. Ədat cümlənin tərkibindən çıxarılsa, nə baş verər?

A) Cümlənin təsir gücü azalar.

B) Cümlədə söz sırası pozular.

C) Sözlər arasında əlaqə zəifləyər.

D) Cümlənin sonunda durğu işarəsi dəyişər.

E) Cümlədə hiss, həyəcan azalar.


58. Fellərdən birini məlum, icbar, qayıdış, məchul və qarşılıq-birgəlik növlərin hamısında işlətmək olar:

A) görmək B) gülmək C) daramaq

D) düzmək E) qazmaq

59. Sifət başqa nitq hissələrindən nə ilə fərqlənir?

A) əlamət bildirməsi ilə B) say bildirməsi ilə

C) hərəkət bildirməsi ilə D) tərz bildirməsi ilə

E) ad bildirməsi ilə


60.Aşağıdakılardan biri nitq hissələrinə görə digər­lə­rin­dən fərqlənir:

A) gəlincə B) balaca C) ürəyiaçıq

D) cahil E) zorbaca
61. Hansı cərgədə mürəkkəb sifət işlənib?

A) tez-tez B) dəvədabanı C) itburnu

D) evdar E) enlikürək
62. Azaltma dərəcəsində olan sözlər hansıdır?

A) gömgöy, ağappaq B) olduqca, balaca

C) yaşıltəhər, sarışın D) qırmızımtıl, şirin

E) ürəyiaçıq, gözüyumulu


63. Mürəkkəb sifətlərdən hansı mənsubiyyət şəkilçisinin köməyi ilə düzəlib?

A) qaradinməz B) böyüklü-kiçikli

C) əyri-üyrü D) sözübütöv

E) uzunboy


64.Hansı söz sifət deyil?

A) gözlük B) sökük C) bənövşəyi

D) ürkək E) dadlı
65. Sifətin azaltma dərəcəsini əmələ gətirən şəkilçi hansıdır?

A) –ımtıl4 B) –ca2 C) ıq4 D) –cıl4 E) –ıcı4


66. Mənsubiyyət şəkilçili sözün iştirakı ilə düzəlmiş mürəkkəb sifət hansı cərgədədir?

A) soyuqqanlı B) elmi-kütləvi

C) məktəblərarası D) qaradinməz

E) əyri-üyrü


67. Sifətlər, əsasən, cümlənin hansı üzvü olur?

A) mübtəda B) tamamlıq C) zərflik

D) təyin E) xəbər
68. İsimləşmiş sifət hansı cümlədədir?

A) Qarın qardaşdan irəlidir.

B) İgid ölər, adı qalar.

C) İki kəsək bir daşa əvəz olmaz.

D) Axacaq qan damarda qalmaz.

E) Alan aldanmaz, satan dana bilməz.


69. Biri feldən düzələn sifətdir:

A) görülmüş B) büdrəyən C) deyilməli

D) danışdıqca E) güləyən
70. Çoxaltma dərəcəsində olan sifət hansı cümlədədir?

A) O, gözəl bir qızdır.

B) Olduqca gözəl bir quş uçub getdi.

C) Mənim əmimin qızı qaraşın bir qızdır.

D) Göy rəng türkçülüyün rəmzidir.

E) Ağılsız adam özünə hörmət qoymaz.


71. Sifəti saydan fərqləndirən əsas xüsusiyyət...

A) təyin ola bilməsi

B) əsas nitq hissəsi ola bilməsi

C) əlamət bildirməsi

D) isimləşə bilməsi

E) suala cavab verməsi


72. Aşağıdakı cümlələrdən hansında say düz yazılmışdır?

A) Rasim dördüncü mərtəbədən bizə baxırdı.

B) O, V-ci sırada əyləşmişdir.

C) 7-inci sinif şagirdləri çox sevindilər.

D) Mən II-ci sinifdə oxuyurdum.

E) Mayın 1-ində kəndə getməliyəm.


73. Yalnız müəyyən miqdar sayları hansı sırada verilmişdir?

A) bir, xeyli B) az, üçüncü C) on beş, səkkiz

D) çox, bir qədər E) beş, birinci
74. Aşağıdakı saylardan hansının sinonimi alınmadır?

A) 40 B) 15 C) 60 D) 80 E) 50


75. Saylar… (bəndlərdən biri nöqtələri əvəz edə bilməz)

A) Adətən, cümlənin təyini olur.

B) Əşyanın sırasını bildirir.

C) Əşyanın miqdarını bildirir.

D) Əşyanın sayını və əlamətini bildirir.

E) Neçə? Nə qədər? Neçənci? sullarına cavab verir.


76. Hansı qeyri-müəyyən miqdar sayından sonra gələn isim yalnız cəmdə olur?

A) çox, az B) çoxlu, xeyli

C) onlarla, beşinci D) bir sıra, bir çox

E) bir qədər, az


77. Sözlərdən biri say deyil:

A) birlik B) ikinci C) azacıq

D) çoxlu E) yüzlərlə
78. Verilmiş sözlərdən biri saydır:

A) çoxluq B) birlik C) bir az

D) birgə E) beş-beş
79. Müəyyən miqdar saylarından ibarət sıranı müəyyənləşdirin:

A) beş, on üç, üç-dörd

B) az, çox, altı

C) birinci, axırıncı, yeddi

D) iki, üç, yüz əlli

E) bir tam onda beş, bir az, bir qədər


80. Sayları məna növlərinə görə qruplaşdırın:

I -müəyyən miqdar sayı

II-qeyri-müəyyən miqdar sayı

III-sıra sayı

1-az, çox, xeyli

2-axırıncı, beşinci, birinci

3-beş, iki, on beş

A) I-3, II-2, III-1 B) I-2, II-1, III-3

C) I-1, II-2, III-3 D) I-3, II-1, III-2

E) III-1, II-2, I-3


81. Vergülləri buraxılmış cümlələrdən hansılarda «o, bu» əvəzliklərindən sonra vergül işlənməlidir?

1. O bilir ki, mən bilirəm.

2. Bu mənim ən çox sevdiyim bədii əsərdir.

3. O da bizim həmyerlimizdir.

4. Bu yəqin sənin qardaşındır.

5. Bu işi görmək sənə yaraşmaz.

A) 2,4 B) 2,5 C) 1,3 D) 1,4 E) 3,5
82. Təyini əvəzlik hansı cümlədədir?

A) Dünən biz gələndə onu gördük.

B) Hər gözəlin bir eybi var.

C) Birdən o bina uçdu.

D) Dünən axşam atamı yuxuda görmüşəm.

E) Hər kəs öz vəzifəsini bilməlidir.


83. Bir deyən olmadı, durun, ağalar!

Axı bu ölkənin öz sahibi var!

Siz nə yazırsınız bayaqdan bəri,

Bəs hanı bu yurdun öz sahibləri?

(B.Vahabzadə).

Yuxarıdakı şeir parçasında neçə əvəzlik var?

A) 7 B) 4 C) 5 D) 6 E) 8


84. Könül, bu gün nağıl danış,

Dünənimə qaytar məni.

Ələnməmiş, üyünməmiş

Öz mənimə qaytar məni (M.Araz).

Şeir parçasında neçə təyini əvəzlik var?

A) 3 B) 4 C) 2 D) 5 E) 1


85. Cümlələrdəki əvəzliklərdən hansı feli əvəz etmişdir?

A) Mən Vətənimi-Azərbaycanı çox sevirəm.

B) Kim deyir ki, bu ölkədə qonağam mən.

C) Belə şirin balanı, görəsən, sevməyən var?

D) Özüm özümdəki qüdrətə heyran qaldım.

E) Mən sizə nə etmişəm ki, siz mənə belə baxırsınız?


86. Hansı əvəzliklər əvəzliyin özünü də əvəz edir?

A) sual əvəzlikləri B) işarə əvəzlikləri

C) şəxs əvəzlikləri D) təyini əvəzliklər

E) qeyri-müəyyən əvəzliklər


87. Təyini əvəzliklərdən ibarət cərgəni göstərin:

A) öz, hər B) mən, o C) hər, hərə

D) öz, özüm E) bütün, hamı
88. “Elə, belə“ əvəzlikləri hansı nitq hissələrinin yerində işlənə bilər?

A) isim, sifət B) sifət, say C) sifət, zərf

D) fel, zərf E) isim, say
89. Cərgələrdən birində əvəzliklər nə hallanır, nə də mənsubiyyətə görə dəyişir :

A) hamı, bəzi B) birisi, kimsə

C) hərə, kimisi D) özün, hər

E) kim isə, nə isə


90. Təyini əvəzliklər hansılardır?

1. Mən 3. Kimsə 5. Öz 7. Necə 9. Filan

2. Birisi 4. Hər şey 6. Bütün 8. Hər

A) 1,2,4,6 B) 2,3,4,8 C) 5,6,8,9

D) 3,4,8,9 E) 2,3,6,7,8
91. Hansı əvəzliklər əvəzliyin özünü də əvəz edir?

A) şəxs əvəzlikləri B) işarə əvəzlikləri

C) sual əvəzlikləri D) təyini əvəzliklər

E) qeyri-müəyyən əvəzliklər


92. İşarə əvəzlikləri olan cərgəni göstərin:

A) o, elə, hərə B) biri, birisi

C) kimsə, hər, filan D) öz, hər, bütün

E) həmin, elə, bu


93. “Şagirdlər bütün kitabları rəfə yığdılar“ cümləsində əvəzliyin hansı məna növü işlənib?

A) işarə əvəzliyi B) qayıdış əvəzliyi

C) sual əvəzliyi D) təyini əvəzlik

E) inkar əvəzliyi


94. “Rəna dünən bizə gəlmişdi“ cümləsindəki “Rəna“ sözünü aşağıdakı sözlərdən hansıları ilə əvəz etmək olmaz?

1. o 2. bu 3. hərə 4. mən 5. kim

A) 1,2,4 B) 3,4 C) 2,4,5

D) 1,5 E) 3,5


95. Verilmiş cümlələrdən hansında “o” əvəzliyindən sonra vergül qoyulmalıdır?

A) O qız məni görcək qaçdı.

B) O hamını öz məclisinə dəvət etmişdir.

C) O da gələcək, mən də.

D) O ki sənə bunu demişdi.

E) O kitabı götürüb mənə ver.


96. “Görüşdü“ sözündə işi görən neçənci şəxsdir?

A) III şəxsin təki B) II şəxsin təki

C) I şəxsin təki D) III şəxsin cəmi

E) II şəxsin cəmi


97. “ Bağışlamışam” felinə aid fkirlərdən hansı düzgündür?

A) Təsriflənməyəndir.

B) Şühudi keçmiş zamandadır.

C) Quruluşca sadədir.

D) Qarşılıq növdədir.

E) Əmr şəklindədir.


98. Fellər hansı sıradadır?

A) qaçaqaç, yazda

B) məna, Sənan, Roma

C) gəl-get, vurha-vur

D) adam, hərdənbir

E) ruhlanmaq, maarifləndirmək


99. İnkar fel hansı cümlədədir?

A) Biz torpaqlarımızı hökmən almalıyıq.

B) Vurma cədvəlini bilmək hər bir insana lazımdır.

C) Mən sabah məktəbə gəlməyəcəyəm.

D) Özü öz boyundan alçaq adamlar, səni qarış-qarış payladı getdi.

E) Mən bütün insanları ədalətli olmağa çağırıram.


100. «Yeyildi» sözü felin hansı növündədir?

A) məlum B) qayıdış C) icbar

D) məchul E) qarşılıq
101. Fellərdən ikisi qarşılıq növdədir:

1. vuruşmaq 2. alışmaq 3. mələşmək

4. görüşmək 5.çalışmaq

A) 1,3 B) 1,4 C) 3,5 D) 2,4 E) 3,4


102. «Yaz, bax» fellərinə –dıq4 və mənsubiyyət şəkilçisi artırdıqda nə düzəltmək olar?

A) feli bağlama B) feli sifət C) məsdər

D) düzəltmə fel E) mürəkkəb fel
103. Fellər ən çox hansı cümlə üzvü vəzifəsində işlənir?

A) mübtəda B) təyin C) tamamlıq

D) xəbər E) zərflik

104. Feldən düzələn isimlərin cərgəsini göstərin:

A) birlik, əkin B) biçin, daşlıq

C) qazma, zəriflik D) tanış, ələk

E) döyüş, yaylaq
105. Hansı cümlədə məsdər mənsubiyyət və hal şəkilçisi qəbul edib?

A) Onun bütün deyilənlərə inanmağına, düzü, təəccüblənmişəm.

B) Oxumağı məni qane edir.

C) Sənin gəlməyin məni sevindirdi.

D) İşləməyi bacarmalısan.

E) Oxumağa böyük həvəsin var.


106.Təsirli fellər cərgəsini göstərin:

A) baxmaq, gülmək B) demək, oturmaq

C) yemək, bilmək D) soruşmaq, yatmaq

E) bişmək, qaçmaq


107. Fellərdən biri qayıdış növdədir:

A) tikdim B) sınmaq C) deyinmək

D) çəkdirmək E) yazmaq
108. Verilmiş cümlədə feli bağlama tərkibi zərfliyin hansı məna növü kimi işlənib?

Sən gələndə bahar olur, yaz olur.

A) zaman zərfliyi B) tərzi-hərəkət zərfliyi

C) səbəb zərfliyi D) yer zərfliyi

E) məqsəd zərfliyi

109. Feli sifətlər, əsasən, cümlənin hansı üzvü olur?

A) mübtədası B) xəbəri C) təyini

D) zərfliyi E) tamamlığı


110. Hansı cərgədə feldən düzələn fellər verilmişdir?

A) başlamaq, ağarmaq B) yazdır, açıl

C) göyər, yaxşılaş D) çoxal, düzəl

E) pozul, gözəlləş

111. Aşağıdakı cümlələrdən birində feli bağlama tərkibi işlənmişdir:

A) Vətəni sevmək niyə günahdır, Allah?

B) Mən dərs oxuyanda çox diqqətli oluram.

C) Sənin sevdiyin kitab budur.

D) Həyət qapısı sürətlə açıldı.

E) Bu çətin günlərdə mətanətli olmaq hünərdir.


112. Feli sifət və feli bağlamadan ibarət olan cərgəni göstərin:

A) çalışan, yazmaq B) görmək, gələndə

C) alınmış, əkdiyim D) işləyən, gələrkən

E) biləndə, hazırlaşmaq


113. «Bizim məktəbə xoş gəlmişsiniz» cümləsinin xəbəri hansı zamanda olan fellə ifadə olunmuşdur?

A) indiki zamanda B) şühudi keçmiş zamanda

C) nəqli keçmiş zamanda D) qəti gələcək zamanda

E) qeyri-qəti gələcək zamanda


114. Aşağıdakı cümlələrdən birində məsdər tərkibi işlənmişdir:

A) Dərslərini müntəzəm oxumaq şagirdin borcudur.

B) Yaşamaq gözəldir.

C) işləmək insan üçün faydalıdır.

D) Şagirdin birinci vəzifəsi oxumaqdır.

E) Göz yaranıb görmək üçün.


115. Feli sifət şəkilçilərindən hansıları həm də felin zamanlarının şəkilçiləridir?

A) –dı2, -ar2 B) –an2, -ası2

C) –malı2, -ası2 D) –ağan2, an2

E) –mış4, -acaq2


116. Feli bağlama şəkilçiləri hansıdır?

A) –mış4, -dıq4, -ası2 B) –casına2, -la2, -ca2

C) –ən2, -dan2, -akı2 D) –ıb4, -araq2, -madan2

E) –mış4, ası2, -acaq2


117. Başqa nitq hissələrindən düzələn fellər hansı cərgədədir?

A) sıxıl, düzül B) təmizlə, gerilə

C) qızar, gülümsə D) görüşmək, umsunmaq

E) səpələ, yazdırmaq


118. Düzəltmə fel hansı cümlədə işlənib?

A) O, yaxşı oxuyur.

B) İşləməyən dişləməz.

C) Biz onlara kömək edirik.

D) Sinif otağı təmizdir.

E) Müəllim əyani vəsaitdən də istifadə etdi.


119. Məsdər hansı nitq hissələrinin xüsusiyyətini daşıyır?

A) fel, sifət B) fel, say C) fel, isim

D) fel, zərf E) fel, əvəzlik
120. Aşağıdakı sözlərdən hansı fel formalarının şərtində işlənmişdir?

A) gedəsisiniz B) yeməsə C) yazar

D) dedi E) gəlməliyəm
121. Qayıdış növ fellər hansı cümlələrdədir?

1. Gül açıldı. 2. Qapı açıldı.

3. Ürəyim döyündü. 4. Günəş göründü.

5. Onlar vuruşdular.

A) 1,2,4 B) 2,3,4 C) 3,5

D) 1,3,4 E) 1,3,5


122. Xısın-xısın, taybatay, yavaş-yavaş……

A) asta-asta B) yalan C) dostcasına

D) ağlamaq E) sakit
123. «O, dünən içəri girib ucadan qışqırdı» cümləsindəki zərflər haqqındakı fikirlərdən hansılar düzgündür?

1. Dünən-zaman zərfidir.

2. İçəri- yer zərfidir.

3. Cümlədə üç zərf var.

4. Ucadan-i mənaca kəmiyyət zərfidir.

5. Girib-tərzi-hərəkət zərfidir.

A) 1,3 B) 2,4,5 C) 3,4 D) 4,5 E) 1,2,3


124. Defislə yazılan mürəkkəb zərf hansıdır? (defislər buraxılmışdır)

A) gileygüzar B) cırıqmırıq

C) coşubdaşma D) teztez

E) həndəvər


125. Düzəltmə zərf hansıdır?

A) qurğu B) xalamgil C) birlik

D) maraqlan E) həvəslə
126. Miqdar zərfi hansı cümlədədir?

A) Meydana xeyli adam toplanmışdı.

B) Külli miqdarda quş ölüb.

C) Səhər güclü yağış yağdı.

D) Min milyondan kiçikdir.

E) Çox danışmaq insanı hörmətdən salar.


127. Zərf kimi verilənlərdən biri səhvdir:

A) irəli B) ora C) içəri

D) kənddən E) aşağı
128. Hansı cümlədə yer zərfi işlənmişdir?

A) Səbinə Gəncədə yaşayır.

B) Meşədə quşlar cəh-cəh vururdu.

C) İrəlidə məni nələr gözlədiyini bilmirdim.

D) Kənddən gəlibsən.

E) Məktəbin həyətində çox səs-küy vardı.


129. Zərf düzəldən şəkilçi hansıdır?

A) –ki4 B) –madan2 C) –casına2

D) –ın4 E) –ıq4
130. Zərflik olan cümləni tapıb göstərin:

A) Usta balaca karandaşı götürdü.

B) Onun hörməti artmışdı.

C) Şeyx İbrahim irəlidə idi.

D) Xumar xala gözlərini qırpmadan bir nöqtəyə baxırdı.

E) Müəllim yaxşı oxuyan şagirdləri qiymətləndirdi.


131. Yer zərfləri olan cərgəni göstərin:

A) şəhər, kənd, meşə

B) dağda, uzaqda, ora

C) irəli, aşağı, yuxarı

D) elə, belə, Gəncədə

E) xəstəxana, qəfəs, torpağa


132. Yer zərfləri hansı cərgədə verilib?

A) şəhər, kənd B) göl, çəmən C) dərə, təpə

D) kənd, küçə E) irəli, geri
133. Həm sifət kimi, həm də zərf kimi işlənə biləcək sözləri seçin:

1. qışda 2. gecə 3. göy 4. iti 5. bu

6. gözəl 7. yaxşı 8. çox 9. möhkəm

A) 1,3,5,6,8 B) 2,4,6,7,9 C) 4,6,7,9

D) 3,5,7 E) 4,5,6,9
134. Aşağıdakı köməkçi nitq hissələrindən hansının sinonimi səhv verilmişdir?

A) və-ki B) kimi-qədər C) lap-ən

D) görə-ötrü E) və-ilə
135. Aşağıdakı köməkçi nitq hissəsələrindən hansılarını əsas nitq hissəsi kimi də işlətmək mümkündür?

1. artıq 2. elə 3. lap 4. xülasə 5. məhz

A) 1,2,3 B) 2,3,4 C) 1,2,4

D) 2,3,5 E) 1,4,5


136. Səndə yer qaldımı at oynatmağa,

Mənim qarış-qarış azalan, yurdum?!

Səndə göy qaldımı bəxt oyatmağa

Taletək alnıma yazılan, yurdum?!

Mənim qarış-qarış azalan, yurdum?!

Şeir parçasında hansı köməkçi nitq hissələri işlənmişdir?

A) ədat, bağlayıcı B) ədat, qoşma

C) nida, qoşma D) modal sözlər, bağlayıcı

E) bağlayıcı, qoşma


137. İşlənmə yerinə görə həm zərf, həm sifət, həm də köməkçi nitq hissəsi ola bilən sözlər hansı cərgədədir?

A) əlbəttə, yəni B) yaxşı, tək C) gözəl, qəşəng

D) gec, incə E) maraqlı, yavaş
138. ………. danışanın ifadə etdiyi fikrə münasibətini bildirir:

A) ədat B) nida C) qoşma

D) modal sözlər E) bağlayıcı
139. “Hər kəs öz nəfsini tanısa, Allahını da tanıyır” (İmam Əli) cümləsində hansı köməkçi nitq hissəsi işlənmişdir?

A) ədat B) qoşma C) bağlayıcı

D) modal sözlər E) nida
140. Qüvvətləndirici ədatın işləndiyi cümlə hansıdır?

A) Sabah sən də gəl ha.

B) Qoy həmişə günəş olsun.

C) Sən ki bunu bilirsən.

D) Bəs onlar niyə bunu aparmadılar?

E) Məgər insanlar bir-birini öldürməkdən zövq alır?


141. Hansı zərfin mənaca növü deyil?

A) yer zərfi B) məqsəd zərfi C) kəmiyyət zərfi

D) zaman zərfi E) tərzi-hərəkət zərfi
142. Verilmiş bağlayıcılardan neçəsi həm sözlər arasında, həm də tabesiz mürəkkəb cümlənin tərəfləri arasında işlənə bilməz?

Və, ilə , ki , da , çünki, amma, ya

A) biri B) dördü C) üçü D) beşi E) ikisi
143. Köməkçi nitq hissələrindən hansı sözlərə qoşularaq cümlə üzvü ola bilər?

A) ədat B) qoşma C) nida

D) heç biri E) hamısı
144. Köməkçi nitq hissəsi ilə işlənmiş düzəlt­mə isim hansı cümlədədir?

A) Məktəblilərin fikri yeməkxanada idi.

B) Mən ona dedim ki, bu işdə mənə kömək etsin.

C) Yaşıl meşələr insanı valeh edirdi.

D) Hətta Ramin də onun pis adam olduğunu yəqin bilirdi.

E) Səndən xahiş edirəm ki, məni görünən çəmənliyə qədər aparasan.


145. Bənzətmə mənalı qoşmalar hansı cərgədədir?

A) kimi, qədər, tərəf B) sarı, doğru, tərəf

C) başqa, savayı, qeyri D) kimi, qədər, tək

E) qeyri, qədər, -dək


146. Müstəqil lüğəvi mənası olmayan sözlər hansı sıradadır?

A) ki, çünki, hətta B) kitab, qələm, daş

C) sadəcə, əlbəttə, bir D) heyvan, it, ot

E) gəlmək, getmək, görmək


147. Tabelilik bağlayıcıları hansı cərgədədir?

A) çünki, əgər, hərçənd ki B) amma, ancaq, ya

C) ya, ya da, yaxud D) yəni, yəni ki, məsələn

E) və, ilə, hətta


148. Hansı cümlədə ədat işlənib? (Durğu işarəsi buraxılıb)

A) Mən bilirəm ki haqq-ədalət qalib gələcək.

B) İndiki gənclər hərtərəfli biliyə malik olmalıdır.

C) Madam ki gəlmisən bu haqda söhbət edə bilərik.

D) Axşamkı veriliş çox maraqlı idi.

E) Mən ki hər şeyi izah etmişdim.


149. Hansı cümlədə ədat var?

A) Sən də gələrsən.

B) Bəs baş əymədiniz?

C) Məncə, o, düz danışmır. .

D) Mən dedim, ancaq o eşitmədi.

E) Dərdlisən, çünki hər şeyi düşünən insansan.


150. Həm köməkçi nitq hissəsi, həm də əsas nitq hissəsi ola bilən sözlər hansı sıradadır?

A) kimi, tək, sözsüz B) ki, və, lap

C) ilə, da, həm D) –dək, -ca2, hətta

E) ən, ötrü, idi


151. Qoşmalar ismin hansı halları ilə işlənir?

A) yiyəlik, yönlük, çıxışlıq

B) yiyəlik, təsirlik, yönlük

C) yerlik, çıxışlıq, adlıq

D) yiyəlik, yönlük, yerlik

E) təsirlik, yönlük, yerlik


152. Aşağıdakı modal sözlərdən hansı qoşma kimi işlənə bilir?

A) sözsüz ki B) deyəsən C) yəqin ki

D) deməli E) əsasən
153. Aşağıdakı cümlələrin hansında fikrin mənbəyini bildirən modal söz işlənmişdir?

A) Deyirəm ki, vətən təkcə hava, su deyildir.

B) Vətən, məncə, azadlıqdır, xoşbəxtlikdir.

C) De, kim sevər səni məncə?

D) Kim, görəsən, qürbəti icad edib.

E) Əlbəttə, uşaqlar çoxdan çatmış olarlar.


154. Sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsi hansıdır?

A) ədat B) bağlayıcı C) modal sözlər

D) nida E) qoşma
155. Aşağıdakı cümlələrdən hansında qüvvətləndirici ədat var?

A) Bəs sən ona demədin ki, vətən dardadır?

B) Sən ki bunu atana demisən.

C) Kaş o, bunu əvvəldən bilə idi.

D) Deyəsən, məktəblilər sabah Şəhidlər xiyabanına yürüş təşkil edəcəklər.

E) Hər insan millətini sevməli və digər millətlərə də hörmət etməlidir.


156. Yalnız qoşma kimi işlənə bilən sözlər hansılardır?

A) çünki, və, ilə B) üçün, görə, ötrü

C) görə, başqa, ilə D) əvvəl, sarı, tək

E) ayrı, kimi, qədər


157. Hansı söz mənsubiyyət şəkilçisi qəbul etdikdə digərlərindən fərqlənəcək?

A) qalstuk B) qələm C) ailə

D) maşın E) mülk
Sintaksis
1. Aydın bir gecəydi, röyayə daldım,

Baqdım cənnətdəyim, heyrətdə qaldım,

Öpdü al qanatlı mələklər bəni. (H.Cavid)

Şeir parçasının üçüncü misrasının sintaktik təhlili hansı sxemə uyğundur?

A) ==== ~~~~ ~~~~ _ _ _ _ _ _____

B) ==== ~~~~ ~~~~ _____ _ _ _ _ _

C) ==== ~~~~ _____ _ _ _ _ _

D) _____~~~~ ~~~~ ====

E) ==== ~~~~ ~~~~ _____ _ _ _ _ _


2. Feli xəbərin sualları hansı sıradadır?

A) necədir? haradadır? B) kim? nə?

C) nə etdi? nə edir? D) niyə? nə səbəbə?

E) necə? hansı?


3. «Özünü tənqid edə bilmək insanın vicdanlı olduğunu sübut edir» cümləsinin sintaktik təhlili hansı sxemə uyğundur.

A) _____ _ _ _ _ _ _ _ _ _ _ ====

B) ==== ~~~~ ~~~~ _ _ _ _ _ _____

C) _____ - - - - - ====

D) ~~~~ _____ _ _ _ _ _ ====

E) _____ ====


4. Verilmiş sxem aşağıdakılardan hansına uyğundur?

,   ===

A) Lalə, Rəna və Aysel rəfiqədirlər.

B) Mənim atam neftçidir.

C) Uşaqlar müəllimi sevinclə qarşıladılar.

D) Mən ona çiçək bağışladım.

E) Vətən bizi döyüşə səsləyir.
5. Cümlələrdən hansında mübtədanı təyin kimi də başa düşmək olar? (durğu işarələri buraxılmışdır)

A) O mənim qardaşıma çox yaxşılıqlar etmişdir.

B) Yuxarılar xalqın güzəranı ilə heç maraqlanmır da.

C) Qoca tülkünü meşədə çox axtardı.

D) Hər kəs öz hüququnu və vəzifəsini bilməlidir.

E) İşıqlanan evin pəncərəsi uzaqdan görünürdü.


6. «Niyə» hansı cümlə üzvünün və ya üzvlərinin sualıdır? (Tam cavabı seçin)

A) səbəb zərfliyi və kəmiyyət zərfliyinin

B) səbəb zərfliyi və məqsəd zərfliyinin

C) yalnız məqsəd zərfliyinin

D) yalnız səbəb zərfliyinin

E) kəmiyyət zərfliyinin


7. Aşağıdakı cümlələrdən hansında qeyri-həmcins təyin işlənmişdir?

A) Nə erməni, nə rus, nə də fars heç vaxt türkə qalib gələ bilməz.

B) Gözləri qara, saçları uzun, boyu bəstə, qarayanız bir qız idi.

C) Qara geyimli iblis öz fitnələri ilə hamını lərzəyə salırdı.

D) Günəşin batması çıxmasına bir işarədir.

E) Qoy bütün bəşəriyyət bilsin ki, haqq əzilsə də , itmir, yox olmur.


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin