1. Verilmiş sözlərdən birində k-y əvəzlənməsi baş verir



Yüklə 0,75 Mb.
səhifə1/7
tarix20.01.2017
ölçüsü0,75 Mb.
#825
  1   2   3   4   5   6   7
FONETİKA
1. Verilmiş sözlərdən birində k-y əvəzlənməsi baş verir (saitlə başlanan şəkilçi artırdıqda):

A) mexanik B) türk C) iştirak

D) çörək E) qalstuk
2. “Duzlu” sözünün fonetik təhlili ilə bağlı fikirlərdən biri düzdür:

A) 5 hərf – 4 səs var.

B) U- açıq, qalın və dodaqlanan saitdir.

C) Sözdə 3 cingiltili: [d], [z], [l] samit var.

D) Vurğu 1-ci hecaya düşür.

E) Ahəng qanunu gözlənilmişdir.


3. Hansı sırada sözlərin yazılışı düzgün deyil?

A) səhf, tövsiyyə B) iyirmi, kosmonavt

C) olimpiada, Füzuli D) qapqara, bəzən

E) qəhrəman, xətt


4. “Gövdə” sözünün fonetik təhlili ilə bağlı fikirlərdən biri düzdür:

A) Sözün deyilişi ilə yazılışı fərqlənir.

B) Söz bir hecalıdır.

C) Sözdə 2 cingiltili samit var.

D) (Ö) saiti açıq, incə, dodaqlanmayandır.

E) Sözdə 5 hərf və 5 səs var.


5. Hecalara düzgün ayrılmamış sözü göstərin:

A) təəs-süf-lən-mək B) e-lan

C) mö-tə-ri-zə D) a-cıq-lan-maq

E) Na-i-lə


6. Hansı cərgədəki sözlərin hər ikisinin tərkibində uzanan sait var?

A) Rəna, şölə B) heca, vurğu

C) məktəb, ali D) alət, kitab

E) orta, ali


7. ”Yarpaq” sözünün fonetik təhlilində harada səhvə yol verilmişdir?

A) Sözdə altı səs, altı hərf vardır.

B) Yazılışı ilə tələffüzü fərqlənir.

C) Sözdə 3 cingiltili, 1 kar samit vardır.

D) Vurğu ikinci hecaya düşür.

E) Ahəng qanunu gözlənilmişdir.


8. Hansı variantda birinci sözün sonundakı cingiltili samit özünün kar qarşılığı kimi tələffüz olunur?

A) qanad açmaq B) qənd zavodu

C) kitab oxumaq D) kərpic ovuntusu

E) fənd işlətmək


9. Cərgələrdən hansında kar və cingiltili samitlərin qarşılığı səhv verilib?

A) p-b B) ç-c C) d-t D) ş-s E) k-q


10. “Namərd” sözünün təhlili ilə bağlı fikirlərdən biri düzdür:

A) Sözdə iki kar, iki cingiltili samit var.

B) Sözdə üç sait var.

C) Sözdəki saitlər qapalı, dodaqlanmayandır.

D) Ahəng qanunu pozulmuşdur.

E) Sözün deyilişi ilə yazılışı arasında fərq var.


11. Ahəng qanununun Azərbaycan dilinin quruluşunda yeri:

A) söz yaradıcılığı hadisəsidir;

B) morfoloji qanundur;

C) qrammatik qanundur;

D) morfonoloji qanundur;

E) sintaktik qanundur.


12. Dörd cür yazılan şəkilçilərin tərkibində işlənməyən saitlər hansılardır?

1. {a} 2. {i} 3. {ə} 4. {o} 5. {u}

A) 1,3,5 B) 2,3,5 C) 1,3,4 D) 3,4,5 E) 2,4,5
13. {y}samitinin kar qarşılığı hansı sözdə var?

A) kürk B) örtük C) ək

D) Bakı E) türk
14. Cütlüklərdən birində vurğu fərqlidir:

A) sürfə-süfrə B) katib-kitab C) serviz-servis

D) malik-məlik E) arıq-araq
15. Hecalanma zamanı şəkilçinin parçalanaraq müxtəlif hecalara düşdüyü sözlər hansılardır?

1. oxumağım 2. pambıqçılıq 3. kasıblığım

4.güllərin 5.məktəblidir

A) 1,2,3 B) 1,3,4 C) 2,3,4 D) 1,4,5 E) 1,5


16. “Nizə” sözünün fonetik təhlili ilə bağlı fkirlərdən düz olanlarını seçin:

1. İki hecalıdır.

2. Deyilişi ilə yazılışı arasında fərq yoxdur.

3. İ-saitdir, uzun tələffüz olunur.

4. Vurğu birinci hecaya düşür.

5. N-samitdir, kar qarşılığı M-dir.

A) 1,2,3 B) 2,4,5 C) 1,3,5 D) 3,4 E) 3,4,5


17. “Sevinc” sözünün fonetik təhlili ilə bağlı fikirlərdən düz olanlarını seçin:

1. Səslərlə hərf lərin sayı bərabərdir.

2. Vurğu birinci hecaya düşür.

3. Sözün deyilişi ilə yazılışı fərqlənir.

4. Sözdə üç cingiltili samit var.

5. Sözdəki bütün saitlər açıq saitdir.

A) 1,3 B) 1,2,3 C) 2,4 D) 3,5 E) 2,3
18. Sözlərdən hansının tələffüzü zamanı səslərin sayı hərflərin sayından çox olmur?

A) zəif B) radio C) şücaət D) ion E) ailə


19. Hansı sözlərin tələffüzü zamanı açıq saitin qapalı saitə çevrilməsi hadisəsi baş verir?

1.dəvəyə 2. tülküyə 3. oxuyarlar

4.dədəyə 5.qocalıb 6.izləyirik

A) 2,3,6 B) 1,2,4,5 C) 1,4,6

D) 1,3 E) 1,3,5
20. “Polad” sözünün fonetik təhlili ilə bağlı fikirlərdən hansı doğrudur?

A) Sözdəki (t) samiti kardır.

B) Sözün deyilişi ilə yazılışı fərqlənmir.

C) Sözün vurğusu birinci hecaya düşür.

D) Dodaqlanan sait incədir.

E) Sözdə bir kar, iki cingiltili samit var.


21. Hansı sırada sözlərin yazılışı düzgün deyil?

A) səhf, tövsiyyə B) iyirmi, kosmonavt

C) olimpiada, Füzuli D) qapqara, bəzən

E) qəhrəman, xətt


22. Cəm şəkilçisi artırılmış sözlərdən hansının tələffüzü yazılışından fərqlənir?

A) güllər B) şəkillər C) narlar

D) nömrələr E) metallar
23. “Səlim” sözünün fonetik təhlili ilə bağlı fikirlərdən düz olanlarını seçin:

1. Sözdə vurğu ikinci hecaya düşür.

2. Sözdə iki kar samit var.

3. Söz iki hecadan ibarətdir.

4. Açıq sait həm də qalındır.

5. S samitinin cingiltili qarşılığı z-dır.

A) 2,4,5 B) 3,5 C) 1,3 D) 2,3 E) 1,3,5
24. Sözlərdən hansı düzgün yazılmışdır?

A) zehn B) sənintək C) kombayın

D) buynuzvarı E) meyl
25.Verilmiş sözlərdən neçəsinin yazılışı ilə deyilişi fərqlənir?

Sima, təbii, qiymətli, böhran, xəstə, qonaq, baldız

A) 3 B) 5 C) 2 D) 6 E) 4
26. “Qənd” sözünün fonetik təhlili ilə bağlı fikirlərdən biri düzdür:

A) Sözün deyilişi ilə yazılışı fərqlənir.

B) Söz iki hecalıdır.

C) Sözdə 3 cingiltili samit var.

D) Sözdəki sait açıq, qalın, dodaqlanmayandır.

E) Sözdəki bir samitin kar qarşılığı yoxdur.


27. “Rəqqas” sözünün fonetik təhlili ilə bağlı fikirlərdən biri düzdür:

A) İki cingiltili, iki kar samit var.

B) Bir açıq, bir qapalı sait var.

C) Vurğu birinci hecaya düşür.

D) Üç hecalıdır.

E) Üç cingiltili, bir kar samit var.


28. İncə saitlər hansı sıradadır?

A) a,ı,o,u B) ı,i,u,ü C) o,u,ö,ü

D) e,ə,i,ö,ü E) a,e,o,ö,ə
29. Ahəng qanunu pozulmuş əsil Azərbaycan sözləri hansılardır?

A) kitab, insan, həyat B) ildırım, ilıq, ilğım

C) xeyirxah, xülasə, bəyanat D) gül, bülbül, siyasət

E) dəyanət, rəşadət, mətanət


30. “İngiltərə” sözünün fonetik təhlili ilə bağlı fikirlərdən hansılar düzdür:

1. Sözdə dörd sait var.

2. Sözün deyilişi ilə yazılışı fərqlənmir.

3.Vurğu birinci hecaya düşür.

4. İki samitin kar qarşılığı yoxdur.

5. Sözün deyilişi ilə yazılışı fərqlənir.

A) 3,5 B) 1,2 C) 3,4 D) 2,4 E) 1,4,5
31. Verilmiş sözlərdən hansı sətirdən-sətrə keçirmək üçün düzgün ayrılmayıb?

A) mə-də-niy-yət B) ai-lə-li C) və-tən-daş

D) a-na-lar E) Türk-mə-nis-tan
32. Hansı sırada yalnız kar samitlər işlənmişdir?

A) p,z, s,d, B) s,t,l,m C) s,p,x,h

D) t,d,r,h E) j,c,y,k
33. Aşağıdakı sözlərdən hansılarda orfoqrafiya qaydalarına riayət edilmişdir?

1. qəhrəman 2. sevinç 3. zəyif

4. peşman 5. pilləkən

A) 1,2,3 B) 2,3,4 C) 1,3,5 D) 1,4,5 E) 2,4,5


34. “Sabahkı” sözünün fonetik təhlili ilə bağlı fikirlərdən biri düzdür:

A) [s] samiti kardır, cingiltili qarşılığı (j)-dır.

B) Vurğı ikinci hecaya düşür.

C) Sözdəki saitlərin hamısı qalın və qapalıdır.

D) Ahəng qanunu pozulmayıb.

E) [h] samiti cingiltilidir.


35. Azərbaycan dilində hecanın yaranması üçün aşağıdakı əlamətlərdən hansının olması daha vacibdir?

A) bir samitin B) bir saitin

C) bir kar samitin D) bir sait və bir samitin

E) vurğunun


36. Vurğusu dəyişməklə mənası dəyişən söz hansı sıradadır?

A) çəkmə B) əsir C) iynə

D) kəsir E) balta
37. “Fənd” sözünün fonetik təhlili ilə bağlı fikirlərdən biri düzdür:

A) Sözün deyilişi ilə yazılışı fərqlənmir.

B) Söz iki hecalıdır.

C) Sözdə 2 cingiltili samit var.

D) Sözdəki sait açıq, incə, dodaqlanandır.

E) Sözdəki bir samitin kar qarşılığı yoxdur.


38. „Qızlar” sözünün fonetik təhlili ilə bağlı düzgün fikri seçin.

A) 6 hərf, 7 səs var.

B) Saitlər hamısı qapalıdır.

C) 4 cingiltili: [q], [z], [d, [r] samitləri var.

D) (q) samitinin kar qarşılığı (x)-dır.

E) Ahəng qanunu pozulub.


39.Vurğunu dəyişməklə mənası dəyişən sözlər hansılardır?

A) mina, məna B) əsir, nəzir C) dəftər, əkin

D) qoyun, dimdik E) kitab, katib
40. Ahəng qanununa tabe olmayan söz hansıdır?

A) sürüşkən B) hədiyyə C) keçi

D) hökumət E) darğa

41. Cəm şəkilçisi hansı sözdə vurğu qəbul etmir?

A) yorurlar B) gəldilər C) onlar

D) uşaqlar E) məktəblilər

42. Fikirlərdən hansı düzgündür:

A) [y] səsinin kar qarşılığı yoxdur.

B) “Heca” sözündə uzanan sait var.

C) “Şairanə” sözündə bir sait uzanır.

D) Sözdəki uzanma deyilişlə yazılış arasında fərq deyil.

E) Feli birləşmənin əsas tərəfi isimlə ifadə olunur.


43. Danışıq üzvlərindən biri cingiltili samitlərin yaranmasında xüsusi rol oynayır:

A) dil B) dişlər C) dodaqlar

D) nəfəs borusu E) səs telləri
44.Verilmiş nümunələrdən birində qalın, dodaqlanmayan saitlərin hər ikisi işlənib:

A) odun B) aydın C) sübut

D) kitab E) həkim
45.Tərkibində cingiltili samitin işlənmədiyi sözlərdən ibarət cərgəni müəyyənləşdirin:

A) həftə, taxta, pişik B) kitab, kəpək, otaq

C) çəkic, tanış, ağac D) köynək, şaxta, məktub

E) tikə, tüstü, qonaq


46. Yalnız fonetikaya aid terminlər hansı sırada verilib?

A) omonim, heca B) isim, sifət

C) səs, vurğu D) Ahəng qanunu, sinonim

E) sintaksis, dilçilik


47. Tərkibində kar samitin işlənmədiyi sözlərdən ibarət olan cərgəni seçin:

A) dörd, gənc, corab

B) gənc, adam, müsəlman

C) qanun, müsəlman, görüş

D) hadisə, qanun, bilik

E) abidə, mağara, dünya


48. Dilönü saitin uzun tələffüz olunduğu sözü seçin:

A) memar B) sabit C) musiqi D) heca E) arif


49. Cərgələrdən birində yalnız küydən ibarət samitlər verilmişdir:

A) q, c, d, j, z B) j, k, v, ğ, l

C) m, y, t, f, b D) p, f, ç, x, s

E) x, g, k, y, ş


50. Qoşasaitli sözlərdən birinin yazılışı ilə tələffüzü fərqlənmir:

A) təəccüb B) maneə C) səadət

D) mətbuat E) kooperativ
51. Tələffüzü ilə yazılışı fərqlənməyən qoşasamitli sözü seçin:

A) tappıltı B) addım C) toqqa

D) mütəkkə E) müəyyən
52. Cərgələrdən birində qoşasamitli sözlərin heç birinin yazılışı ilə tələffüzü fərqlənmir:

A) yeddi, təyyarə, güllə

B) doqqaz, hətta, müəyyən

C) güllə, saqqal, ləzzət

D) həssas, qüvvə, tappıltı

E) mütəkkə, ədviyyat, abbası



53. Hansı söz düz yazılıb?

A) müşaiyət B) qanat C) səlist

D) izin E) pilləkan

54. Qruluşu eyni, tərkibi müxtəlif olan sözlər hansı cərgədədir?

A) yazı, yazıçılar, yazıçıdır

B) evim, evdə, evlər

C) evdəki, evlər, evsiz

D) qanunauyğun, qeyri-qanuni, qanunçuluq

E) qanunsuz, qanuni, qanundakı


55. Yazılışı və deyilişi fərqlənən, lakin səs və hərflərinin sayı bərabər olan söz hansıdır?

A) təəccüblə B) nail C) novruz

D) hökmdar E) elmli
56. Nümunələrdə birini sətirdən- sətrə keçirmək olmaz:

A) ulduz B) nümunə C) ürək

D) səyahət E) qazanc
57. Vurğusu əvvələ düşən əsil Azərbaycan sözlərini seçin:

A) bildir, sanki, necə, gömgöy

B) ilxı, ilan, dünən, ancaq

C) sənət, maşın, sapsarı, necə

D) dayı, altı, torpaq, beyin

E) oçerk, kosmos, stansiya, bəzən


58. Ahənğ qanunu pozulmuş Azərbaycan mənşəli sözlərdən birini sətirdən-sətrə keçirmək olmaz:

A) ildırım B) əla C) ilan

D) ilxı E) dayə
59. “Kəşfiyyat” - sözünün fonetik təhlilində düz cavabları seçin:

1. Sözdə 2 incə, 1 qalın sait işlənmişdir.

2. 9 hərf, 8 səsdən ibarətdir.

3. [K], [ş], [f], [t]-kar, [y]-cingiltili samitlərdir.

4. Üçhecalıdır, vurğu 3cü hecaya düşür.

5. Ahəng qanunu gözlənilmişdir.

A) 1,5 B) 2,3,4,5 C) 2,4

D) 2,3,4 E) 1,2,4



LEKSİKA
1. “Ahıl“ sözünün sinonimi hansıdır?

A) yaşlı B) gənc C) mərd

D) ağıllı E) saqqallı

2. Aşağıdakı sözlərdən biri digərləri ilə sinonim deyil:

A) lətif B) sərt C) incə

D) zərif E) nəfis
3. Omonim sözlər sırasını göstərin:

A) yol, bal, badam B) at, bel, bənd

C) axır, naxır, paxır D) üz, baş, qıç

E) ürək, palaz, balta


4. Omonim sözlər cərgəsini seçin:

A) yol, tut, min B) baş, diş, göz

C) əsir, gəlin, əkin D) dimdik, vurun, yeyin

E) adam, yemək, qul


5. “Namərd” sözünün təhlili ilə bağlı fikirlərdən biri səhvdir:

A) Sözdə iki kar, iki cingiltili samit var.

B) Alınma sözdür.

C) Sifətdir.

D) Sözdə ahəng qanunu pozulmuşdur.

E) Sözün deyilişi ilə yazılışı fərqlənir.


6. Həm omonim, həm termin, həm də ümumişlək xüsusiyyətlərinə malik olan söz hansıdır?

A) yol B) bənd C) baş D) gül E) saç


7. “Məcra” sözünün lüğəvi mənası hansı bənddə düzgün izah edilmişdir?

A) qeyri-adi hadisə B) qələbəyə can atma

C) suyun axdığı yol D) gözlənilməz hadisə

E) insanları düzgün yola aparmaq


8. Milli və alınma sözlərdən ibarət olan sinonim cütlük hansıdır?

A) mənbə-qaynaq B) demək-söyləmək

C) məktəb-mədrəsə D) yerimək-yüyürmək

E) gəlmək-getmək


9. Vurğusu birinci hecaya düşən çoxaltma dərəcəli sifət hansı cümlədədir?

A) Balaca qız utandığından atasının arxasında gizləndi.

B) Dünən məktəblilər Şəhidlər xiyabanına ziyarətə gedirdilər.

C) Onun saçlarının rəngi zil qara, gözləri isə gömgöy idi.

D) Sanki qarğalar ölmüş yoldaşlarına yas saxlayırdılar.

E) Qırmızı-qırmızı almalar adama gəl-gəl deyirdi.


10. Yalnız alınma sözlərdən ibarət cərgə hansıdır?

A) qış, gəl, ər

B) beş, palıd, bivəfa

C) nadinc, namus, baxmaq

D) Ramin, Zeynəb, ədəbiyyat

E) inanc, inanmaq, əsarət


11. Fikirlərdən yalnız biri düzdür:

A) Bir-birinə əks mənalı olan sözlər ayrı-yarı nitq hissələrinə aid ola bilər.

B) Omonimlər eyni leksik mənadan yaranan sözlərdir.

C) Sinonimlik yaradan sözlər ayrı-ayrı nitq hissələrinə aid ola bilər.

D) Çoxmənalı sözlər ayrı-yarı nitq hissələrinə aid ola bilər.

E) Omonimlik yaradan sözlər ayrı-ayrı nitq hissələrinə aid ola bilər.


12. Həm omonimlik, həm də çoxmənalılıq xüsusiyyətinə malik olan sözlərin sayını müəyyənləşdirin: Qol, dil, çay, maşın, bel, meşə, almaq, qul, yol

A) 5 B) 3 C) hamısı D) 6 E) 4


13. Aşağıdakılardan hansı frazeoloji birləşmə deyil?

A) yola salmaq B) qulaq asmaq

C) kitabı oxumağım D) xoşu gəlmək

E) başa salmaq


14. Verilmiş sözlərdən biri omonimdir:

A) yaş B) qalaq C) dadlı

D) şirin E) duzsuz
15. İsim və fel kimi işlənməsinə baxmayaraq, omonim olmayan sözlərin sayını müəyyənləşdirin?

gəlin, at, alma, əkin, gəlir, qan, al

A) 3 B) 5 C) 4 D) 2 E) hamısı


16. Neologizmlərdən hansı öz dilimizin imkanları hesabına yaranmışdır?

A) biznes B) sayt C) kvorum

D) yetərsay E) İnternet
17. Yalnız termin kimi işlənən sözlər cərgəsini göstərin:

A) epitet, fonetika B) say, xəbər

C) isim, kitab D) zərf, dəftər

E) leksika, güc


18. Nümunədə türk mənşəli neçə söz verilmişdir?

Ölməz bu gözəl aləmə idrakla gələnlər

Məna evinin sirrini vicdanla bilənlər.

A) 6 B) 7 C) 8 D) 5 E) 4


19. Çoxmənalı sözü göstərin:

A) yaşıl B) moruq C) palıd

D) ürək E) baş
20. Lüğətləri öyrənən dilçilik sahəsi hansıdır?

A) sintaksis B) qrammatika

C) morfologiya D) leksikoqrafiya

E) etimologiya


21. Çoxmənalı sözlər cərgəsini göstərin:

A) ürək, it B) baş, göz

C) göl, ölkə D) ayaq, insan

E) çəkmə, respublika


22. Həm ümumişlək, həm termin olan sözlər cərgəsini göstərin:

A) epitet, samit B) qrammatika

C) say, sifət D) üslubiyyat, inversiya

E) metafora, əvəzlik


23. Hansı sözlər artıq fəal nitq prosesindən çıxmışdır?

A) sosializm, kolxoz, kommunizm

B) duyğu, hiss, çağdaş

C) doqqaz, nimdər, qarqundey

D) xış, insan, yasavul

E) dünya, cahan, kainat


24. Təkmənalı sözü göstərin:

A) insan B) ayaq C) göz

D) burun E) almaq
25. Hansı söz termindir?

A) üzüm B) lətafət C) morfologiya

D) maaş E) istiqlaliyyət
26. Aşağıdakı sözlərdən biri «Suveren» mənasında­dır?

A) çağdaş B) öndər C) toplu

D) bağımsız E) asılı

27. Əsl Azərbaycan sözlərindən ibarət cərgəni göstərin:

A) ildırım, çiçək B) razı, qüllə C) millət, arzu D) Nailə, üzr E) saat, qalib


28. “Araşdırma“ bu sözlərdən birinin sinonimidir:

A) məndə B) qədimlik C) əsas

D) təhlil E) etimologiya
29. “Xələt” və “dinmək” sözlərinin sinonimləri hansılardır?

A) susmaq, pay B) hədiyyə, danışmaq

C) çığırmaq, don D) qışqırmaq, çuxa

E) gileylənmək, sovqat


30. Bəndlərdən birindəki sözlər bir-biri ilə sinonim deyil:

A) igid, cəsur B) gəlir, vergi

C) adam, insan D) bacarıqlı, qabiliyyətli

E) gödək, qısa


31. “Məharət” sözünün sinonimi hansı sözdür?

A) möhtərəm B) fərasət C) hörmətli

D) dahi E) ideal
32. Aşağıdakı şəkilçilərdən hansını həm leksik, həm də qrammatik şəkilçi kimi işlətmək olmaz?

A) -ır4 B) -ın4 C) -ıq4 D) -ça2 E) –ım4


33. Cütlüklərdən hansı sinonim deyil?

A) qaçmaq-yüyürmək B) işləmək-dincəlmək

C) yola salmaq-ötürmək D) böyük-iri

E) balaca-kiçik


34. Fikir və duyğularımızı ifadə edən anlaşıqlı söz düzümünə nə ad vermək olar?

A) söz B) əlifba C) cümlə

D) lüğət E) morfem
35. Omonim sözü tapın:

A) baş B) göz C) hava D) ətək E) kitab


36. İsim və fel kimi işlənməsinə baxmayaraq, omonim olmayan sözlərin sayını müəyyənləşdirin?

gəlin, at, alma, əkin, gəlir, qan, al

A) 3 B) 5 C) 4 D) 2 E) hamısı


37. Neologizmlərdən hansı öz dilimizin imkanları hesabına yaranmışdır?

A) biznes B) sayt C) kvorum

D) yetərsay E) İnternet
38. Aşağıdakı sözlərdən biri “termin” sözünün sinonimidir:

A) istilah B) valentlik C) leksika

D) məfhum E) törəmə
39. Dəmir sətirlərin, odlu sözlərim,

Adin çəkiləndə qalxar ayağa.



Nümunədə qeyd olunan sözlər aşağıdakılardan hansına aid ola bilər?

A) omonim B) məcazi mənada C) təkmənalı

D) sinonim E) antonim
40. hündür-..., fikirləşmək-..., metod-... sözlərinin sinonimi verilən cərgəni seçin:

A) uca, düşünmək, üsul

B) alçaq, qayğılanmaq, üslub

C) yekə, duymaq, istiqamət

D) böyük, anlamaq, üslub

E) yekə, qayğılanmaq, üslub


41. Antonim kimi seçilmiş cütlüklərdən biri səhvdir:

A) yaxşı-pis B) dərin-dayaz

C) müxtəsər-müfəssəl D) ağ-boz

E) uzaq-yaxın



42. Mən zərrə olsaydım dünyanın üstə,

Dumanda, çiskində yenə yanardım.

Nə gecəm olardı, nə də gündüzüm,

Elə alovlanar, alovlanardım.

(B . Azəroğlu)

Nümunədə işlənmişdir:

A) omonim

B) omonim, sinonim

C) sinonim, antonim

D) antonim, omonim, sinonim

E) sinonim


43. Azərbaycan mənşəli sözlərə aid edilən xüsusiyyətlərdən biri düzgün deyil:

A) Bütün fellərin kökü Azərbaycan mənşəlidir.

B) Şəxs əvəzliklərinin hamısı milli sözlərimizdir.

C) Ahəng qanunu gözlənilir.

D) Vurğu sözün sonuncu hecasına düşür.

E) Qoşasaitli sözlər Azərbaycan sözləridir.


44. Analar yaşadı ruhsuz ürəksiz,

Bacılar sinəsi yaralı qaldı. (Kəmalə)



Nümunədə işlənmiş milli mənşəli sözlərin sayını müəyyənləşdirin:

A) 4 B) 5 C) 6 D) 7 E) 8

1 2 3

45. Səhərdir, darayır saçlarını gün,

5 6


Tərləyir Qafqazın qarlı dağları (S.Vurğun)

Nümunədə işarələnmiş sözlərdən məcazi mənada işlənənləri seçin:

A) 1,2,3 B) 1,4,5 C) 1,2,4 D) 2,3,6 E) 3,6


46. Ağıl yaşda deyil başdadır. (Atalar sözü )

Nümunədə işlənmişdir:

A) omonim, sinonim B) çoxmənalı söz

C) antonim D) omonim, çoxmənalı söz

E) antonim, omonim


47. Söz birləşmələrinin birində sinonim variantların seçilməsi zamanı dəqiqlik gözlənilməmişdir:

A) böyük hadisə B) iri qarpız

C) yekə salon D) zorba ağac

E) nəhəng gəmi


48. Sinonimlər haqqında verilən fikirlərdən biri səhvdir:

A) Fikri daha dəqiq ifadə etməkdə mühüm rol oynayır.

B) Yersiz təkrarın qarşısını alır.

C) Belə sözlər eyni bir nitq hissəsinə aid olur.

D) Dilimiz sinonimlərlə çox zəngindir.

E) Hər zaman bir-birini əvəz edə bilir.


49. Söz böyüyün, su kiçiyindir ( Atalar sözü ).

Qeyd olunan sözlərin hansı leksik məna qrupuna və nitq hissəsinə aid olduğunu göstərin:

A) sinonim; isim B) sinonim; sifət

C) antonim; fel D) antonim; isim

E) antonim; sifət


50. Ağ çala, qara toxum...

Əlim ilə əkərəm,

Dilim ilə biçərəm.

Nümunədə neçə antonim cütlüyü işlənmişdir:

A) 1 B) 2 C) 3 D) 4

E) işlənmməmişdir

51. Terminlər haqqında verilmiş fikirlərdən biri düz deyil:

A) Müxtəlif ixtisas və peşə sahələri ilə əlaqədar olan sözlərdir.

B) Terminlərdən bəziləri ümumişlək sözə çevrilə bilər.

C) Elmi üslubda daha çox istifadə olunur.

D) Bəzən bədii əsərlərdə də istifadə olunur.

E) Terminlər bütün elm və peşə sahələri üçün eynidir.


52. “Rahat” sözünün hansı əlamətlərinə görə alınma söz olduğunu demək mümkündür?

1.Ahəng qanununa tabedir.

2.“R” samiti ilə başlayır.

3.Ön şəkilçisi ilə işlənə bilər.

4.Vurğusu sonuncu hecaya düşür.

5.Uzun saitli sözdür.

A) 2,3 B) 2,3,5 C) 1,4 D) 1,4,5 E) 4,5
53. Verilmiş bəndlərdən biri məntiqi pozur:

A) hökm B) hakim C) həkim

D) məhkum E) məhkəmə
54. Verilənlərdən biri milli mənşəli sözləri səciyyələndirən qoşasaitlərin cəhətidir:

A) sözün əvvəlində iki samitin yanaşı işlənməsi

B) sözlərdə qoşasaitlərin gəlməsi

C) sözün “r” hərfi ilə başlanması

D) sözün ön şəkilçisi ilə işlənə bilməsi

E) vurğunun son hecaya düşməsi


55. Cərgələrdən birində milli mənşəli yeni sözlər verilib:

A) yetərsay, göydələn, özəlləşdirmə, açıqca

B) çağdaş, çimərlik, kompüter,kosmodrom

C) biznes, investisiya, teletayp, yatırım

D) kompyuter, nəfəslik, dönəm, durum

E) anlayış, soyuducu, süpürgə, dabankeş


56. “Qalxan” sözünün leksik təhlilində səhvə yol verilmişdir:

A) Milli mənşəlidir.

B) Köhnəlmiş sözdür

C) Zərbədən qorunmaq üçün əldə tutulan “sipər” mənasındadır.

D) Omonimi yoxdur.

E) Ümumişlək sözdür.


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin