1. Ъяряйанларын гаршылыглы тясири



Yüklə 1,35 Mb.
səhifə62/91
tarix13.02.2022
ölçüsü1,35 Mb.
#114359
1   ...   58   59   60   61   62   63   64   65   ...   91
fizika imtahan sual və cavabı

68.Optikanın əsas qanunları

- ptikanın əsas qanunları.  
Tam daxili qayıtma. 
 Əsas fotometrik kəmiyyətlər.  
Linzalar 
1. İşığın təbiəti haqqında  
Optika işığın xassələrini, onun təbiətini və maddələrlə qarşılıqlı təsirini öyrənən 
elmdir.  
Şüurlu insanın ilk yaranışından bəri, onların mahiyyətini belə dərk etmədikləri ətraf 
aləmdən aldıqları informasiyaların böyük bir hissəsini optik şüalanma vasitəsilə qəbul etmiş və 
bir – birinə ötürmüşlər. İnsanlar informasiyanın 90% - dən çoxunu məhz görmə vasitəsilə alırlar. 
Fəaliyyətimizin müxtəlif sahələrində getdikcə daha çox optik cihazlardan və optik üsullardan  
istifadə edirik.  
Optika elmi çox qədim olmağına baxmayaraq işığın təbiəti haqqında ardıcıl müşahidə 
və təcrübələrə əsaslana ilk elmi nəzəriyyə Nyuton və onun müasiri Hüygens tərəfindən 
verilmişdir.  
Nyutn işığın zərrəciklər selindən (korpuskullar selindən) ibarət axın olduğunu qəbul 
etmişdir. Buna korpuskulyar nəzəriyyə deyilir. Hüygens isə işığın dalğa nəzəriyyəsini irəli 
sürmüşdür. Hüygensə görə işıq efir adlanan elastik mühitin həyəcanlanmasından ibarət dalğa 
prosesidir. Yarandığı ilk vaxtlardan başlayaraq bu iki nəzəriyyə arasında mübarizə olmuşdur. 
Hər iki nəzəriyyənin uğurları ilə yanaşı çətinlikləri də olmuşdur. Bu isə fiziki hadisələrin 
izahında yeni nəzəriyyələrin yaranması ilə əlaqədardır. Bu nəzəriyyələrdən biri işığın elastik 
dalğa deyil, elektromaqnit dalğası, digəri isə işığın adi korpuskulalardan prinsipcə fərqlənən və 
“foton” adlanan zərrəciklər seli olduğunu qəbul edir. İşıq dalğalarının dalğa uzunluğu 
elektromaqnit dalğalarının geniş şkalasının kiçik oblastına (400 – 760 nm) düşür. Sonralar aydın 
oldu ki, işıq enerjisinin başqa enerji növlərinə çevrilmədiyi proseslərdə işıq özünü elektromaqnit 
dalğası kimi aparır. Belə proseslərdə işığın interferensiyası, difraksiyası, polyarlaşması və s. 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin