17. Yazili iŞGÜzar kommunikasiyanin nöVLƏRİ



Yüklə 17,65 Kb.
səhifə2/3
tarix11.11.2023
ölçüsü17,65 Kb.
#132370
1   2   3
Mövzu 6 Yazılı işgüzar kommunikasiyanın növləri

Sərəncam fars sözü olub, mənası “əmr”, “göstəriş” deməkdir. Bu sənəd ölkə başçısı, baş nazir, Milli Məclisin sədri, nazirlər və digər vəzifəli şəxslər tərəfindən verilir. Məs; 2004-cü il yanvarın 12-də İ.Əliyev tərəfindən verilmiş “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam.
Bu iki sənəd (fərman və sərəncam) ilk baxışdan bir-birinə bənzəyir, belə ki, onların hər ikisi normativ hüquqi aktlar sisteminə daxildir. Lakin sərəncama nisbətən fərmanın statusu daha yüksəkdir və əsasən ölkə prezidenti tərəfindən verilir və ümumi xarakter daşıyır. Sərəncam isə təkcə prezident tərəfindən deyil, digər səlahiyyətli şəxslər tərəfindən də verilə bilər və nisbətən fərdi, xüsusi səciyyə daşıyır. Həmçinin fərman birbaşa təyinatdır, sərəncamın yerinə yetirilməsi isə müəyyən icraedici orqanlara tapşırılır.
Nota – bir hökumətin başqa bir hökumətə rəsmi yazılı müraciətini (etibarını) özündə əks etdirən rəsmi sənəddir.
Bəyanat- bir məsələ və s. haqqında hökumətin rəsmi məlumatı. Məs: Xarici İşlər Nazirliyinin bəyanatı.
Yazılı işgüzar ünsiyyət təşkilatın bütün fəaliyyət növlərini əhatə edir, bölmələrinin inteqrasiyası üçün vacib bir iş alətidir, əməyin səmərəliliyinin artırılması, işçilərin qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsi, işlə qarşılıqlı əlaqənin lazımi səviyyəsi təmin edilir. Yaxşı işləyən ünsiyyət sxemləri bir təşkilatın qarşılaşdığı bütün problemləri həll etməyə kömək edir. İş adamının ünsiyyətinin çoxu yazılı ünsiyyətdir. Bir qayda olaraq, işgüzar ünsiyyətin yazılı forması, ünvanın coğrafi baxmıdan uzaq olduğu və birbaşa əlaqə qurmağın çətin olduğu hallarda istifadə olunur. Əlbəttə ki, müasir yazılı rabitə səs və jestlərin intonasiyasını hələ də çatdıra bilmir, lakin texniki rabitə vasitələrinin (faks, e-poçt və s.) mövcudluğu demək olar ki. dərhal rəy verir, bu da müəyyən dərəcədə yazılı rabitəni şifahi əlaqə ilə bərabərləşdirir.
İşgüzar sənədlərə - ərizə, tərcümeyi-hal, izahat, rəy və s. daxildir.
İşgüzar sənədlərin bəzilərinə baxaq:
Ərizə – ərəbcə “ərz” sözündən olub, “bir şey bildirmə”, “şikayət etmə”, “xahiş” mənalarında işlənir. Ərizə 2 məzmunda yazılır: 1) şikayət xarakterli ərizə; 2) xahiş məqsədilə yazılan ərizə.
Ərizələr müxtəlif məzmunlu olsa da, formaca eynidir.
Ərizəyə verilən tələblər:
1) Ərizənin başlığı, yəni kimə və kimdən yazılması dəqiq olmalıdır.
2) Ərizənin məzmunu yığcam, faktlar isə konkret olmalıdır.
3) Ərizəçi öz xətti ilə yazmalıdır.
4) Ərizənin sonunda il, ay, gün və ərizəçinin imzası qoyulmalıdır.

Yüklə 17,65 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin