1ci blok Yol hərəkətinin idarə edilməsinin əhəmiyyəti



Yüklə 177,3 Kb.
səhifə6/8
tarix28.12.2022
ölçüsü177,3 Kb.
#121868
1   2   3   4   5   6   7   8
1ci blok yht

Alqoritm məlumatların işlənməsi və la­zı­­mi idarəedici təsirlərin forma­laşdırılması prosesini əks etdirir.
Yol hərəkətinin idarə olunması praktikasında ən çox evristik alqoritmlər tətbiq olunur. Bu alqoritmlər həll olunan hər bir mə­sə­­lənin fərdi xüsusiyyətlərini və keçmiş iş təcrübəsini nəzə­rə alan mühəndis intuisiyasına əsaslanır. Optimal idarəetmə alqo­ritmləri də geniş tətbiq olunur. Onlar iş prosesində bu və ya digər səmərəlilik göstəricisinin minimum və ya maksimum qiy­mətlərini təmin edirlər. Optimal idarəetmə yüksək nəticələrə malik olsa da texniki cəhətdən mürəkkəb olub, çox bahadır. Bununla belə onların tətbiqi imkanları genişdir.
21. Yol ayrıclarında nizamlama parametrləri.
İntensiv nəqliyyat axınlarının optimal idarə edilməsinin təş­kilində əsas mə­­­sələ ən yaxşı rejimlərin təyin edilməsidir. Yol ayrıcında hərəkətə icazə verən istiqamətlərin sayı nizam­lama fazaları və ya nizamlama taktlarının sayını mü­əy­yən edir. Bu­rada nəqliyyat axınlarından birinin hərəkətinə icazə verən dövr əsas takt adlanır. Svetofor siqnallarının müəyyən kombi­nasi­yalarının fəaliyyət göstər­diyi dövr isə takt adlanır. Taktlar əsas olduğu kimi aralıq da olurlar. Aralıq takt yol ayrı­cını növ­bəti qrup nəqliyyat axınlarının hərəkəti üçün hazırlayır. Yəni, bu dövr ərzində yol ayrıcı əvvəlki əsas taktda yol ayrıcı­na gir­miş avtomobillər və piyadalardan təmizlənir. Əsas və aralıq takt­ların çoxluğu və ya məcmusu nizam­lama fazası ad­lanır.
Aralıq taktın uzunluğunu təyin etmək üçün yol ayrıcının həndəsi ölçüləri və nəqliyyat vasitələrinin hərəkət sürətləri məlum olmalıdır. Qeyd edək ki, ən çox yayılan nizamlama üsu­lu iki və üç fazalı nizamlamadır. Müstəsna hallarda dörd və çox fazalı nizamlama tətbiq olunur. Bütün fazalar məcmusunun pe­ri­o­dik olaraq təkrarlanması nizamlama tsikli adlanır. Nizamla­ma tsikli və onun ele­mentlərinin uzunluqları, nizamlama faza­ları, nizamlama taktlarının sayı və on­la­rın ardıcıllığı svetofor­ların iş rejimi adlanır.
İki fazalı svetofor rejimlərində aralıq taktların uzunluqları cəmi az oldu­ğundan, yol ayrıcının buraxma qabiliyyəti yüksək olur. Nizamlama parametr­lə­rinin iki əsas taktlı yol ayrıcları üçün götürülməsinin səbəb­ləri aşağıdakılardır:
 svetofor tsiklinin strukturu maksimum buraxma qabiliy­yətini təmin edir;
 iki fazalı tsikllə nizamlanan yol ayrıcları üstünlük təşkil edir.
Yol ayrıclarının işini modelləşdirdikdə, belə nəzərdə tutulur ki, yol ayrı­cı­nın yerləşdiyi magistrallarda hərəkət nizamlanmır. Aparılmış tədqiqatlar göstər­mişdir ki, bu halda avtomobillər arasındakı vaxt intervalları Puasson qanunu üz­rə paylanır. Yol ayrıclarındakı stasionar svetofor rejimləri minimum cəm nəq­liy­yat ləngimələrini təmin etməlidir. Nizamlama taktlarının uzunluqları və ardıcıllıqları yol nəza­rətediciləri va­sitəsilə idarə olunur. Siqnal qrupları prinsipi tət­biq edildikdə nəzarətedicidə hə­min qrupların hər biri üçün xü­su­si komanda qurğularının olması vacibdir. Eyni zamanda yan­dırılan və söndürülən svetofor siqnalları kombinasiyası siqnal qru­pu adlanır. Yol ayrıclarında svetoforların işi bir neçə siqnal qrupu ilə idarə olu­nur. Belə prinsip nizamlamanın çevikliyini artırmaqla bərabər, tətbiq edilən tex­niki nizamlama vasitələrini mürəkkəbləşdirir. Fazalar üzrə nizamlamada və nis­bə­tən sadə yol ayrıclarında 24 faza tətbiq edildiyindən, nəzarətedicilərin kon­struksiyası sadələşir. Çünki, bir neçə hərəkət istiqamətinə xidmət edən hər bir fa­­za üçün bir ümumi komanda qurğusu tələb olunur.
22. Yol ayrıclarında svetoforların tətbiqinin məqsədəuyğunluğu.
Mübahisəli istiqamətlərdə nəqliyyat axınlarına xidmət sə­viy­yəsini yük­səlt­­mək probleminin həllinin ən geniş yayılmış üsulu svetoforların tətbiqi və on­la­rın iş rejimlərinin optimal­laş­dırılmasıdır. Nəqliyyat və piyada axınlarının aşa­ğıdakı nor­mal hərəkət rejimləri pozulduqda svetoforların tətbiqinin məq­sə­də­uy­ğunluğu məsələsinə baxılır:
 yol ayrıcı girişlərində gərgin hərəkət şəraitləri olduqda və ya sistemli olaraq nəqliyyat tıxacları yarandıqda;
 II dərəcəli küçələrdə avtomobil növbələrinin yaranması və nəqliyyat ləngimələrinin iki dəqiqədən çox olması;
 intensiv hərəkətli küçələri keçmək istəyən piyadaların yı­ğılması və lən­gimələrinin artması;
 yol ayrıclarında keçmə növbəliyinin pozulması səbə­bin­dən, YNH-nin baş verməsi.
23. Yol ayrıclarında svetoforların tətbiqinin məqsədəuyğunluğunun texniki-iqtisadi cəhətdən əasalandırılması.
Svetoforların tətbiqinin səmərəliliyini qiymətləndirmək üçün müxtəlif öl­kə­lərdə fərqli meyarlar müəyyən edilmişdir:
 yol ayrıcının ümumi hərəkət intensivliyi;
 istiqamətlər üzrə hərəkət intensivliyi;
 baş və II dərəcəli yollardakı hərəkət intensivliyinin müəy­yən qiymətləri (baş vermiş YNH-nin sayı ilə birlikdə);
 piyadaların və NV-nin hərəkət intensivliyi ;
 yol ayrıcının həndəsi ölçüləri (hərəkət hissəsinin eni və ya hərəkət zo­laq­larının sayı).
Bəzi hallarda intensivliyin müqayisəli qiymətləri cədvəllər və ya nomo­qramlar şəklində verilir. Bu məqsədlə yol ayrıcının buraxma qabiliyyətinin mü­qayisəsindən də istifadə olunur.
Respublikamızda və dünyanın əksər ölkələrində svetofor­ların tətbiqini əsaslandırmaq üçün aşağıdakı şərtlərdən heç olmasa birinin ödənilməsi vacib he­sab edilir:
I şərt.
Yüklə 177,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin