1ci blok Yol hərəkətinin idarə edilməsinin əhəmiyyəti



Yüklə 177,3 Kb.
səhifə5/8
tarix28.12.2022
ölçüsü177,3 Kb.
#121868
1   2   3   4   5   6   7   8
1ci blok yht

Yerli əl ilə idarəetmədə operator bilavasitə yol ayrıcında yer­ləşərək nəq­liy­yat və piyada axınlarının hərəkətini müşahidə edir. Mərkəzləşdirilmiş idarə­etmədə idarə olunan obyektdən uzaqda yerləşən idarəetmə məntəqəsində hərəkət şəraitləri haq­qında məlumatlarla təmin olunmaq üçün rabitə vasitələri və məlu­matları əks etdirən xüsusi vasitələrdən istifadə olunur. Bu əksetdiricilərə misal olaraq mnemosxemi, displeyi, telesistem­ləri göstərmək olar.
Yerli idarəetmədə (təcrid olunmuş yol ayrıcında) svetofor siqnallarının də­yişməsi qonşu yol ayrıclarındakı svetoforlardan asılı olmayaraq fərdi proqram əsa­sında dəyişdirilir. Müəyyən yol ayrıcı qruplarındakı, baxılan rayonda avto­mo­billərin hərəkət vaxtını azaltmaq məqsədilə svetofor siqnallarının dəyişmə­si­nin əlaqələndirilməsi əlaqələndirilmiş nizamlama adlanır. Bu za­man çox hal­larda mərkəzləşdirilmiş idarəetmədən istifadə olu­nur.
15. Yol hərəkətinin nizamlanmasinin vacibliyi.
Hərəkətin nizamlanması onun idarə olunmasının xüsusi halı olub, nəq­liy­yat axınlarının hərəkət parametrlərini müəyyən həd­lərdə saxlamağa xidmət edir. Başqa sözlə, hərəkətin nizam­lanması dedikdə onu müəyyən qaydalara tabe etdir­mək başa dü­şülür.
Yol hərəkətinin nizamlanmasının əsas məqsədi nəqliyyat axın­larında ya­ra­nan həyəcanları söndürmək və onun səmərə­liliyini yüksəltməkdir. Bu məsələni müxtəlif üsul və vasitələrlə həll etmək olar. Onlar aşağıdakılardan asılıdır:
 konkret yol şəraitləri;
 nəqliyyat axınlarının parametrləri.
Nizamlanma nəticəsində küçə pereqonlarında stabil sürət reji­mi və yol ay­rıclarında hərəkət üstünlüyü təmin edilir. Bura­da sürücülərin məlumatlarla təmin olunması keyfiyyəti və tət­biq edilən müəyyən məhdudiyyətlər böyük rol oyna­yır.
Yol nişanları və yolun nişanlanma xətləri sürücülərə qarşı­dakı yol şərait­ləri haqqında məlumat verərək, hərəkət re­jim­lərinin səlis dəyişməsinə şərait ya­ra­dırlar. Onların tətbiqi ilə, hərəkət sürətini dəyişməklə və ya lazımi yerdəyiş­mə­lərlə hərə­kət re­jim­lərini həyacanlar yaratmadan dəyişmək mümkün­dür.
Hərəkət iştirakçılarına qoyulan tələblər aşağıdakılar ola bi­lər:
 bəzi nəqliyyat vasitələri növlərinin hərəkətinin qadağan olunması;
 ötmələrin qadağan olunması;
 dayanmaların qadağan olunması;
 geriyə dönmələrin qadağan olunması;
 gözləmələrin qadağan olunması və s.
Bu məhdudiyyətlər nəticəsində nəqliyyat vasitələrinin ya­ratdığı həyacan­ları ləğv etmək mümkündür. Bu zaman tətbiq olu­nan yol nişanlarının təsiri kon­kret şəraitlərlə dəqiqləş­dirilməlidir. Çalışmaq lazımdır ki, həyacanların yayılma sürəti axının sürətinə yaxın olsun. Bu məsələnin həllinin ən sadə üsulu yollarda sürətin yuxarı həddinin mədudlaşdırılmasıdır.

16. Nizamlamanin keyfiyyət meyarları.


Ümumi şəkildə nizamlamanın əsas məqsədini nəzərə alsaq, keyfiyyət me­yarları nəqliyyat prosesinin məhsuldarlığını və hərəkətin təhlükəsizliyini əks et­dirməlidir. Müxtəlif nizamlama sistemləri üçün bu və ya digər meyar ön plana çəkilə bilər.
Şəhərlərdə yol hərəkətinin nizamlanması və idarə edilməsi sistemlərinin keyfiyyət meyarları kimi aşağıdakıları göstərmək olar:
 təcrid olunmuş yol ayrıcında sərt və çevik nizamlama me­yarı (yol ayrıc­la­rında svetofor siqnallarının dəyişməsini gözlə­mə vaxtı, avtomobil növbəsinin keçmə vaxtı, növbənin yaran­masının stoxastik xarakterini nəzərə alaraq, bütün gi­riş istiqa­mətlərində avtomobillərin ümumi ləngimələri);
 magistrallarda əlaqələndirilmiş nizamlama meyarları (hər bir pereqon üçün intensivliyin hərəkət sürətlərinə nisbətləri cə­mi kimi ümumi vaxt itgiləri meyarı);
 faza uzunluqlarını optimallaşdırmadan şəbəkədə əlaqələn­dirilmiş ni­zam­­­lama meyarları (avtomobillərin şəbəkədə ümumi ləngimələri faza sürüş­mə­lərinin funksiyası kimi);
 avtomobil qruplarının dağılması nəzərə alınmaqla, şəbəkə­də əlaqələn­di­rilmiş nizamlama meyarları (pereqonun sonunda qruplar arasındakı vaxt inter­val­larının hərəkət intensivliyinə hasili);
 avtomobillərin dayanmalarının sayı nəzərə alınmaqla, şəbə­kədə əlaqə­lən­dirilmiş nizamlama meyarları (nizamlama sistemi­nin keyfiyyət indeksi, za­man vahidinə gətirilmiş ümumi ləngi­mələr və dayanmaların cəmi kimi).
Təcrid olunmuş yol ayrıclarında nizamlamanın səmərəliliyi avtomobil­lə­rin bütün giriş istiqamətlərindəki ümumi ləngimə­ləri ilə müəyyən edilir. Bu za­man avtomobilin svetofor siqnalı­nın dəyişməsini gözləmə vaxtı avtomobil növ­bəsinin keçmə vaxtı və avtomobillərin gəlməsinin ehtimallı xarakteri ilə bağlı olan gözləmə vaxtı nəzərə alınır.
17. Nəqliyyat axınlarının formalaşdırılmasına təsir edən amillər.

18. Şəhərlərdə yol hərəkətinin nizamlanması və idarə edilməsi sistemlərinin keyfiyyət meyarları.
Şəhərlərdə yol hərəkətinin nizamlanması və idarə edilməsi sistemlərinin keyfiyyət meyarları kimi aşağıdakıları göstərmək olar:
 təcrid olunmuş yol ayrıcında sərt və çevik nizamlama me­yarı (yol ayrıc­la­rında svetofor siqnallarının dəyişməsini gözlə­mə vaxtı, avtomobil növbəsinin keçmə vaxtı, növbənin yaran­masının stoxastik xarakterini nəzərə alaraq, bütün gi­riş istiqa­mətlərində avtomobillərin ümumi ləngimələri);
 magistrallarda əlaqələndirilmiş nizamlama meyarları (hər bir pereqon üçün intensivliyin hərəkət sürətlərinə nisbətləri cə­mi kimi ümumi vaxt itgiləri meyarı);
 faza uzunluqlarını optimallaşdırmadan şəbəkədə əlaqələn­dirilmiş ni­zam­­­lama meyarları (avtomobillərin şəbəkədə ümumi ləngimələri faza sürüş­mə­lərinin funksiyası kimi);
 avtomobil qruplarının dağılması nəzərə alınmaqla, şəbəkə­də əlaqələn­di­rilmiş nizamlama meyarları (pereqonun sonunda qruplar arasındakı vaxt inter­val­larının hərəkət intensivliyinə hasili);
 avtomobillərin dayanmalarının sayı nəzərə alınmaqla, şəbə­kədə əlaqə­lən­dirilmiş nizamlama meyarları (nizamlama sistemi­nin keyfiyyət indeksi, za­man vahidinə gətirilmiş ümumi ləngi­mələr və dayanmaların cəmi kimi).
19. SAYM sisteminin idarə olunmasında istifadə olunan meyarlar.
Hər hansı bir idarəetmə və nizamlama sisteminin işini key­fiy­yətcə qiymət­ləndirmək üçün bir və ya bir neçə meyardan və ya idarəetmə göstəricisindən is­tifadə oluna bilər. Çox meyarlı ida­rəetmə sistemlərində meyarların çəkisi və ya əhəmiyyəti zaman keçdikcə və nəqliyyat axınlarının vəziyyəti dəyişdikcə ciddi surətdə dəyişə bilər. Yol hərəkətinin təşkili və nizam­lanmasının keyfiyyəti sü­rü­cü-avtomobil-yol-mühit (SAYM) sis­teminin fəaliyyətinin optimallığından asılı olduğuna görə müx­təlif hərəkət şəraitlərində müxtəlif çəkiyə malik olan meyar­lar dəs­­tindən istifadə oluna bilər. SAYM sisteminin idarə olun­masında aşağıdakı meyarlar tətbiq olunur:
 hərəkət sürəti (orta, ani, çatdırma, maksimum və buraxıla bilən);
 inamlı idarəetmə (avtomobilin fəza koordinatlarının yol ilə müəyyən edi­lən koordinatlardan meyllənmələrinin kvadratları cəmi);
 hərəkət rahatlığı (sürətin xətti dəyişməsi və mərkəzəqac­ma təcili ilə tər­tib olunan koordinatların təcil vektoru);
 yanacaq sərfi (uzununa mailliyin dəf olunmasına, avtomo­bil-yol mexa­nki sistemindəki yeyilmələrə və avtomobilin təci­linə sərf olunan yanacağı özün­də birləşdirən funksional);
 avtomobilin idarə ounmasına sərf olunan qüvvə (idarə olunan təkərlərin dönmə bucağı və hərəkət sürətinin verilmiş hərəkət marşrutu trayektoriyasından meyllənmələrinin kvad­ratları cəmi);
 hərəkətin təhlükəsizliyi (mürəkkəblik əmsalı və inamlı idarə­etmə).
20. Alqoritm anlayışı və növləri.
İxtiyari avtomatik idarəetmə qurğusu müəyyən alqoritm əsa­sında fəaliyyət göstərir.
Yüklə 177,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin