3. Əsas məvhumlar və təriflər. İdarəetmə bu və ya digər obyektin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə ona edilən təsirlərdir. Yol hərəkətində idarəetmə obyekti kimi, nəqliyyat və piyada axınlarının hərəkətinin idarə olunması, yol hərəkətinin təşkilinin tərkib hissəsi olub, bir qayda olaraq daha konkret məsələləri həll edir.
Hərəkətin idarə edilməsinin xüsusi halı onun nizamlanmasıdır (requlare- latın sözündən götürülərək müəyyən qaydaya tabe etmək, yəni, hərəkət parametrlərini müəyyən hədlərdə saxlamaq kimi başa düşülür).
Nizamlamanın mahiyyəti hərəkət sürəti və təhlükəsizliyini təmin etmək məqsədilə sürücü və piyadaları bu və ya digər hərəkətlərə məcbur etmək, qadağan etmək və təklif etməkdən ibarətdir.
Yol hərəkətinin idarə edilməsinin texnoloji prosesinə cəlb olunmuş idarəetmə obyekti, texniki nizamlama vasitələri kompleksi və insanlar kollektivi idarəetmə konturunu yaradır ki, onun da mürəkkəbliyi həll edəcəyi məsələlərin həcmindən asılıdır.
Yol hərəkətinin təhlükəsizliyini, yüksək buraxma qabiliyyətini təmin etmək üçün iki böyük qrupa bölünən mürəkkəb texniki nizamlama vasitələri kompleksini tətbiq etmək lazım gəlir.
I qrupa nəqliyyat və piyada axınlarının lazımi parametrlərini formalaşdırmaq məqsədilə onlara bilavasitə təsir edən texniki vasitələr aiddir. Bunlar yol nişanları, yolun nişanlama xətləri, svetoforlar və istiqamətləndirici quruluşlardır. Bu qrupa daxil olan texniki vasitələrin idarə olunan obyektə təsiri ikili xarakter daşıyır. İdarə olunmayan yol nişanları, nişanlama xətləri və istiqamətləndirici quruluşlar fasiləsiz hərəkət qaydasını təmin edirlər. Əksinə, svetoforlar və idarə olunan yol nişanları dəyişkən hərəkət qaydasını təmin edirlər.
II qrupa isə müəyyən alqoritm əsasında I qrupun işini təmin edən vasitələr aiddir. Bunlar yol nəzarətediciləri, nəqliyyat detektorları, məlumatların işlənməsi və ötürülməsi vasitələri, avtomatik idarəetmə sistemlərinin (AİS) idarəetmə məntəqələrinin avadanlıqları, dispetçer rabitəsi vasitələri və s.-dir.
Yol nəzarətediciləri onların həll edəcəyi məsələnin xarakterindən asılı olaraq müxtəlif quruluşlara malik olub, lokal və sistem nəzarətedicilərinə bölünürlər. Onların hər ikisi sərt proqramlı nizamlamanı, əks əlaqə olduqda isə adaptiv nizamlamanı həyata keçirməyə imkan verir.
Avtomatik idarəetmədə əks əlaqə nəqliyyat detektorları vasitəsilə yaradılır. Əl ilə idarəetmənin əks əlaqə televiziya quruluşları, telefon rabitəsi və s. ilə yaradıla bilər.
I və II qrupa daxil olan texniki nizamlama vasitələrinin özləri də təsnif olunurlar. Məsələn, nişanlar qrupa, nişanlama xətləri növlərə, svetofor və detektorlar tiplərə və s. bölünürlər.
Avtomatik idarəetmə insanın iştirakı olmadan qabaqcadan müəyyən edilmiş proqram əsasında həyata keçirilir. Avtomatlaşdırılmış idarəetmədə insan-operator fəaliyyət göstərir. Operator məlumatların yığılması, optimal həllin tapılması və avtomatik quruluşların iş proqramına düzəliş etmək üçün texniki nizamlama vasitələri kompleksindən istifadə edir. Həm I, həm də II halda idarəetmə posesində kompüterlərdən istifadə oluna bilər. Əl ilə idarəetmədə operator vizual olaraq nəqliyyat şəraitini qiymətləndirir, təcrübəsi və intuisiyasına görə idarəedici təsirləri həyata keçirir.
Avtomatik qapalı konturda idarə olunan obyekt ilə texniki vasitə arasında əks əlaqə mövcuddur. Bu əlaqə nəqliyyat detektorları vasitəsi ilə avtomatik olaraq həyata keçirilir. Məlumatlar avtomatik quruluşlara daxil olur və onların işlənməsi nəticəsində bu quruluşlar svetofor siqnallarının və ya yol nişanlarının iş rejimlərini müəyyən edirlər. Bu proses adaptiv və ya çevik nizamlama adlandırılır.
Açıq sistemlərdə nəqliyyat detektorları tətbiq edilmədiyindən, əks əlaqə olmur, nəzarətedicilər (NE) əvvəlcədən müəyyən edilmiş proqram əsasında svetofor siqnallarını dəyişir. Bu halda sərt proqramlı nizamlama həyata keçirilir.
Əl ilə idarəetmədə əks əlaqə daimi olur.
Mərkəzləşdirmə dərəcəsinə görə yerli və mərkəzləşdirilmiş idarəetmə mövcuddur.
Yerli idarəetmədə siqnallar bilavasitə yol ayrıcında yerləşdirilmiş nəzarətedici ilə dəyişdirilir. Mərkəzləşdirilmiş idarəetmədə yol ayrıclarının nəzarətediciləri mərkəzi idarəetmə məntəqəsindən (MİM) xüsusi kanallar vasitəsilə daxil olan komandaların translyatoru rolunu oynayır. Nəzarətedicilər müvəqqəti olaraq MİM-dən ayrıldıqda onlar yerli idarə etməni həyata kecirə bilərlər. MİM-dən kənarda yerləşən avadanlıqlar periferik və ya ucqar avadanlıqları adlanırlar (svetoforlar, nəzarətedicilər, nəqliyyat detektorları və s.).
Praktikada lokal və sistem idarəetmə nəzarətediciləri məvhumlarından da istifadə olunur. Lokal NE-lər müstəqil işləyir və MİM ilə əlaqədə olaraq həm yerli, həm də mərkəzləşdirilmiş idarəetməni həyata kecirə bilərlər.
4. I qrup yol hərəkətinin texniki nizamlama vasitələri.
Yol hərəkətinin təhlükəsizliyini, yüksək buraxma qabiliyyətini təmin etmək üçün iki böyük qrupa bölünən mürəkkəb texniki nizamlama vasitələri kompleksini tətbiq etmək lazım gəlir.
I qrupa nəqliyyat və piyada axınlarının lazımi parametrlərini formalaşdırmaq məqsədilə onlara bilavasitə təsir edən texniki vasitələr aiddir. Bunlar yol nişanları, yolun nişanlama xətləri, svetoforlar və istiqamətləndirici quruluşlardır. Bu qrupa daxil olan texniki vasitələrin idarə olunan obyektə təsiri ikili xarakter daşıyır. İdarə olunmayan yol nişanları, nişanlama xətləri və istiqamətləndirici quruluşlar fasiləsiz hərəkət qaydasını təmin edirlər. Əksinə, svetoforlar və idarə olunan yol nişanları dəyişkən hərəkət qaydasını təmin edirlər.
I və II qrupa daxil olan texniki nizamlama vasitələrinin özləri də təsnif olunurlar. Məsələn, nişanlar qrupa, nişanlama xətləri növlərə, svetofor və detektorlar tiplərə və s. bölünürlər.
5. II qrup yol hərəkətinin texniki nizamlama vasitələri.
Yol hərəkətinin təhlükəsizliyini, yüksək buraxma qabiliyyətini təmin etmək üçün iki böyük qrupa bölünən mürəkkəb texniki nizamlama vasitələri kompleksini tətbiq etmək lazım gəlir.
II qrupa isə müəyyən alqoritm əsasında I qrupun işini təmin edən vasitələr aiddir. Bunlar yol nəzarətediciləri, nəqliyyat detektorları, məlumatların işlənməsi və ötürülməsi vasitələri, avtomatik idarəetmə sistemlərinin (AİS) idarəetmə məntəqələrinin avadanlıqları, dispetçer rabitəsi vasitələri və s.-dir.
I və II qrupa daxil olan texniki nizamlama vasitələrinin özləri də təsnif olunurlar. Məsələn, nişanlar qrupa, nişanlama xətləri növlərə, svetofor və detektorlar tiplərə və s. bölünürlər.
6. Yol hərəkətinin idarə edilməsi.
İdarəetmə bu və ya digər obyektin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə ona edilən təsirlərdir. Yol hərəkətində idarəetmə obyekti kimi, nəqliyyat və piyada axınlarının hərəkətinin idarə olunması, yol hərəkətinin təşkilinin tərkib hissəsi olub, bir qayda olaraq daha konkret məsələləri həll edir.
Hərəkətin idarə edilməsinin xüsusi halı onun nizamlanmasıdır (requlare- latın sözündən götürülərək müəyyən qaydaya tabe etmək, yəni, hərəkət parametrlərini müəyyən hədlərdə saxlamaq kimi başa düşülür).
Nizamlamanın mahiyyəti hərəkət sürəti və təhlükəsizliyini təmin etmək məqsədilə sürücü və piyadaları bu və ya digər hərəkətlərə məcbur etmək, qadağan etmək və təklif etməkdən ibarətdir.
Yol hərəkətinin idarə edilməsinin texnoloji prosesinə cəlb olunmuş idarəetmə obyekti, texniki nizamlama vasitələri kompleksi və insanlar kollektivi idarəetmə konturunu yaradır ki, onun da mürəkkəbliyi həll edəcəyi məsələlərin həcmindən asılıdır.
Yol hərəkətinin təhlükəsizliyini, yüksək buraxma qabiliyyətini təmin etmək üçün iki böyük qrupa bölünən mürəkkəb texniki nizamlama vasitələri kompleksini tətbiq etmək lazım gəlir.
7. İdarəetmə sistemləri.
Artıq qeyd edildiyi kimi yol hərəkətinin idarə edilməsi məqsədilə minik avtomobilləri üzərində bahalı avadanlıqların yerləşdirilməsi əlverişli olmadığından, belə vasitələr yollarda quraşdırılır. Ona görə də nəqliyyat axınlarının intensivlik, sürət və sıxlıq kimi parametrləri yollarda və ya onun kənarlarında quraşdırılmış detektorlar vasitəsi ilə ölçülür. Bu məlumatlar işlənərək, svetofor siqnallarının və yol nişanlarının idarə olunmasında istifadə olunur. Beləliklə, sürücülərə hərəkət istiqamətləri haqqında məlumat verməklə, nəqliyyat axınlarının hərəkətinin səlisliyi və çevikliyi təmin edilir.
Yol hərəkətinin idarə edilməsinin əsas növləri aşağıdakılardır:
svetofor siqnallarının idarə edilməsi;
idarə edilən göstəricilər vasitəsilə hərəkət sürətlərinin təklif olunması;
reversiv hərəkət;
“tıxac” rayonlarına girişin məhdudlaşdırılması;
hərəkət marşrutlarının müəyyənləşdirilməsi və təklif olunması;
yol hərəkəti haqqında məlumatlar;
Svetofor siqnallarının idarə edilməsi yol hərəkətini idarəetmə sisteminin əsas elementidir. İnkişaf etmiş ölkələrdə aşağıdakı idarəetmə üsulları bu və ya digər şəkildə istifadə olunur:
lokal idarəetmə - svetoforların yaşıl və qırmızı siqnallarının uzunluqları yol ayrıcı girişlərindəki hərəkət intensivliyinə görə müəyyən edilir;
magistral idarəetmə - bir-birinin ardınca yerləşən yol ayrıclarında svetofor siqnallarının faza sürüşmələri hər iki istiqamətdəki hərəkət intensivliklərinin müqayisəsi ilə təyin edilir;
şəbəkədə idarəetmə - svetofor siqnalları iki ölçülü yol şəbəkəsində hərəkət şəraitlərinə uyğun olaraq, mərkəzləşdirilmiş şəkildə idarə olunur.
İdarəedici sürət göstəriciləri adətən, svetofor siqnallarını idarəetmə sistemləri ilə birlikdə tətbiq edilir. Təklif olunan hərəkət sürətləri elə seçilir və göstərilir ki, magistralda hərəkət edən avtomobillərin qırmızı işıqla rastlaşması halları minimum olsun. Nəticədə sürətlənmə və yavaşıma ilə əlaqədar vaxt itgiləri, yanacaq sərfi, avtomobil hissələrinin yeyilməsi və sürücülərin yorğunluğu azalır. Bundan başqa yol-nəqliyyat hadisələri (YNH), tıxaclar, buzlu yol, duman və s. zamanı sürücülərə əlverişli hərəkət sürətləri təklif olunur.
Səhər və axşam "pik"ləri zamanı hərəkət istiqamətlərində intensivlikləri kəskin surətdə dəyişən küçələrdə reversiv hərəkət tətbiq edilir. Bu məqsədlə ya hər bir hərəkət zolağı üzərində, ya da yolun çiynində xüsusi idarə olunan nişanlar və göstəricilər tətbiq olunur. Zolaqlar üzrə hərəkət istiqamətlərini dəyişmədən əvvəl istiqaməti dəyişən zolaq avtomobillərdən təmizlənməlidir. Bu funksiyanı ya xüsusi svetoforlar, ya da yol xidməti əməkdaşları yerinə yetirə bilər.
Nəqliyyat “tıxac”ları adətən, hərəkət sıxlığı yüksək olan tunellərdə, körpülərdə və sürətli şəhər yollarında baş verir. Belə hallarda şəbəkədəki svetoforlar vasitəsilə “tıxac” rayonları girişlərində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulur. Çoxlu sayda girişlərə malik olan sürətli şəhər magistrallarında sürücülərə hansı girişlərdən istifadə etmək haqqında məlumat verən xüsusi sistemlərdən istifadə olunur. Belə sistemlərin tətbiqi sayəsində YNH və “tıxac”lar zamanı yolların sürətlə azad edilməsi mümkündür.
8. İdarəetmə üsulları.9. İdarəetmə səviyyələri.
Vizual müşahidədən fərqli olaraq, avtomatik nəzarət vasitələrindən istifadə olunması nəticəsində məlumatların sürəti və operativliyi yüksəlir.
Müasir avtomatlaşdırılmış idarəetmə sistemlərinin təşkilinin əsas prinsipi onlarda bir-biri ilə ierarxik münasibətlərdə olan bir neçə idarəetmə səviyyəsinin olmasıdır. Bu prinsipə görə idarə olunan küçə-yol şəbəkəsi yol ayrıclarına, küçələrə, magistrallara və rayonlara bölünürlər. Bundan başqa nəqliyyat axınlarının parametrlərinin aşağıdakı zaman xarakteristikaları əsas götürülür:
avtomobillər arasındakı vaxt intervalları;
axının sürətinin və sıxlığının qısamüddətli (saniyələrlə ölçülür) dəyişmələri;
axının parametrlərinin periodik olaraq, ləng dəyişmələri (dəqiqələrlə ölçülür).
Bu şəraitləri analiz etməklə, idarəetmənin səviyyələrini fərqləndirmək olar: strateji, taktiki və lokal.
Hər bir səviyyədə avtomatik idarəetmə alqoritmləri tətbiq olunur.