Kurs: I
Fənn: Ana dili
Müəllim: Fəxriyyə Cəfərova
ceferova.fexriyye@mail.ru
Mövzu: Köhnəlmiş və yeni sözlər
Plan:
Köhnəlmiş sözlər və onların dildə işlənmə məqamları
Tarixizimlər
3. Arxaizimlər
4. Neologizmlər
Ədəbiyyat
1. A. Qurbanov. Müasir Azərbaycan dili B. 2003
2. Müasir Azərbaycan dili I hissə .B.2007
3. N. Abdulzadə. Azərbaycan dili (milli kurrikulum)
4. H. Həsənov. Müasir Azərbaycan dilinin leksikası B. 1988
5.S. Cəfərov. Müasir Azərbaycan dili B.2-1982
1.Köhnəlmiş sözlər və onların işlənmə məqamları
Dilin leksikasının passiv sözlərinin bir hissəsi köhnəlmiş sözlərdir. Müasir dil baxımından müəyyən tarixi, iqtisadi səbəblərlə əlaqədar olaraq fəal işləkdən düşmüş, dilin işlənmə sahəsindən çıxmış və ya çıxmaq üzrə olan sözlər köhnəlmiş sözlər adlanır.
Dilin lüğət tərkibi yeni sözlər hesabına zənginləşdiyi kimi, köhnəlmiş, istifadə edilməyən, ümumi işlədilmədən düşmüş sözlər hesabına da azalır. Sözün köhnəlməsi yalnız bu ya digər oxşar məfhumları ifadə edən sözlərin başqa sözlərlə sadəcə əvəzlənməsi ilə nəticələnməməlidir, onların konkret dövrlə əlaqəsini kəsməsi, ümumiyyətlə köhnəlməsi də lazımdır.
Bir dövrün leksik sistemi başqa bir dövrün leksik sistemindən fərqlənir. Eyni məfhumun müxtəlif sözlərlə ifadəsi hər iki dövrdə qala bilər. Lakin dövrlərin leksik sistemlərində fərqlənmə ondadır ki, bir dövrdə işlək olmayan sözlər başqa sözlər vasitəsilə sıxlaşdırılıb arxaikləşə, ya da həmin söz başqa bir dövrdə yeni mənalı söz kimi işlək sözə çevrilə bilər.
Dildə sözün və ya onun ayrı- ayrı mənalarının yox olması mürəkkəb hadisədir, uzun tarixi bir prosesin nəticəsidir. Sözlər və ya onların ayrı- ayrı mənaları birdən-birə yox, tədricən, dilin mövcud olduğu tarixi- ictimai şəraitlə bağlı olaraq çıxır.
Bu və ya digər sözün nə vaxt və necə köhnələcəyi barədə qabaqcadan fikir söyləmək, onun qarşısını almaq, sədd qoymaq qeyri mümkündür. Söz dildə uzun müddət fəal şəkildə fəaliyyət göstərir, yaşayır, müəyyən səbəblərlə əlaqədar olaraq tədricən köhnəlir. Hər bir sözün taleyi onun ifadə etdiyi məna, məfhum, əşya, xidmət etdiyi xalqın düşüncəsi və inkişafı ilə bağlıdır. Sözün köhnəlməsinə təsadüflük nəticəsi kimi yox, obyektiv qanunauyğunluq kimi baxmaq lazımdır. Sözün köhnəliyi dilin müasir vəziyyəti, hal- hazırda aktiv işlədilmə ilə müəyyənləşir.
Bütün köhnəlmiş sözlər eyni vaxtda köhnəlmədiyi kimi, onların köhnəlmə səbəbləri də müxtəlifdir. Bu səbəblər onların köhnəlmə dərəcəsi, arxaikləşməsi, istifadə olunma imkanı və səciyyəsi ilə bağlıdır. Sözlərin mənaca köhnəlməsinin aşağıdakı səbəblərini qeyd etmək olar:
1.Sözün ikinci nominativ- törəmə mənasının fəallaşması;
2.Çoxmənalı sözlərin mənalarından birinin təkmənalı sinonimləri ilə sıxışdırılması;
3.Əsas məna mərkəzinin törəmə mənaya keçməsi;
4.Eyni əşya və hadisənin bir neçə sözlə adlandırılması, onlardan biri aktiv olur, digəri passivləşərək köhnəlir vəs.
Azərbaycan dilinin leksik sistemində sözlərin köhnəlməsi eyni dərəcədə olmur; onların bir qismi çox, bir qismi isə az köhnəlir. Onların bir qisminin mənası və sözyaratma strukturu müasir Azərbaycan dilində danışan hər bir şəxs üçün tamamilə məchul və anlaşılmazdır. Digər qrupu isə azərbaycanca danışanın şüurunda məlum sözlərlə assosiasiya yaradır. Bunlara Azərbaycan dilinin aktiv ehtiyatındakı törəmə sözlərin strukturunda və əsas morfemlərdə təsadüf olunur. Əşya və hadisələrin bir qisminin aradan çıxması ilə əlaqədar olaraq onların adı da yox olur, işlədilmir.
Başqa bir halda gerçəkliyin əşya və hadisələri yox olmur, ancaq onların adı dəyişir. Sözün köhnəlməsi üçün yalnız onun başqa sözlə əvəz olunması yox, həm də onun konkret vaxtla əlaqəsini kəsməsi, nə isə, ümumiyyətlə, köhnə olması lazımdır. Köhnə söz lüğətdən birdən- birə, tamamilə çıxmır, əvvəl onun ətrafına, periferiyasına düşür, onlar hələ anlaşılır, onlardan hələ istifadə olunur. Köhnəlmiş sözlər bir-birindən köhnəlmə dərəcəsinə görə fərqlənir. Bu cəhətdən Azərbaycan dilindəki köhnəlmiş sözləri iki qrupa ayırmaq olar:
Dostları ilə paylaş: |