1.Dilin daxili imkanları hesabına əmələ gələn omonimlər
2.Başqa dillərdən alınma sözlər hesabına yaranan omonimlər.
1.Dilin daxili imkanları hesabına omonimlərin yaranması aşagıdakı kimi baş verir.
1) Çoxmənalı sözlərdə mənalardan biri inkişaf edərək, müstəqil məfhum ifadə etməyə başlayan yeni sözə çevrilməsi ilə: Məsələn, ay (30 gün), ay (peyk),- bel (orqanizma, əşya)- yel (külək, xəstəlik)-kök (tərəvəz, rişə, gümrah).
2) Düzəltmə sözün müxtəlif məfhum ifadə edən sözlər kimi omonimləşməsi: Dolu- sifət - isim, aynalı – sifət (aynasi olan)- aynalı-isim(tüfəngin bir növü).
3)Müxtəlif nitq hissələrinə mənsub köklərə onlara məxsus şəkilçilərin artıtılması yolu ilə. Məs: ağla(maq) felinə qeyri-qəti gələcək zaman şəkilçisi –r artırıldıqda ağlar(gözü yaşlı) sifət, ağ sifətinə lar cəm şəkilçisi artırıldıqda ağlar(əksinqilabçılar) isim
Quru sözünə leksik –m şəkilçisi artirildiqda qurum (isim) tüstüdən əmələ gəlmiş maddə, qur(maq) feilinə əmr şəklinin birinci şəxsin təkinin –um şəkilçisi artırıldıqda yenədə qurum(qurulma prosesi) isim yaranır.
4.Müxtəlif mənşəli sözlərdə səs tərkibinin eyniləşməsi yolu ilə: Qabaq(ön tərəf), qabaq-isim (tərəvəz), ləpə - dalğa, çərəz (isim), ağı – zəhər, bayatı.
5) Kökdə olan səslərdən birinin düşməsi, yaxud köklərdən birinə səsin artırılması yolu ilə: Məsələn, alaq sözündəki -q-səsinin düşməsi nəticəsində taxılın arasında bitən qanqal mənasını verən söz dilimizdə rəngin çalarlığını bildirən ala sözü ilə omonimləşir.
Balaq- şalvarın ayağı, ətək
Balaq- camışın balası
Bala sözünə -q- səsini artırmaqla düzəlib.
5) Hər hansı bir kökdə bu və ya digər səsin dəyişməsi ilə: Məs, qurt- həşarat, qurd- canavar. Qurt sözünün sonundakı t səsi d səsinə çevrilərək omonim söz əmələ gətirmişdir.
Dostları ilə paylaş: |