1.Çoxmənalılıq haqqında məlumat. Çoxmənalılığın əmlə gəlməsi



Yüklə 299 Kb.
səhifə17/45
tarix01.01.2022
ölçüsü299 Kb.
#103351
1   ...   13   14   15   16   17   18   19   20   ...   45
3. Omonomik hadisələr

Azərbaycan dilində omonimlərə oxşar aşağıdakı söz qrupları var.

1) Ancaq tələffüzcə uyğun gələn sözlər (Omofon)

2) Ancaq yazılışa görə oxşar sözlər (Omoqraf)

3) Fonetik və qrafik cəhətdən oxşar sözlər (omoform)

4) səslənmələrinə görə oxşar, yazılışına görə fərqli olan sözlər (paronimlər)



Omofonlar (Fonetik omonimlər) Müxtəlif morfoloji tərkibli olub, səslənmə cəhət­dən bir-birinə uyğun gələn, lakin müxtəlif şəkildə yazılan, müxtəlif mənalı sözlərdir.

El köç eylər bu dağa,

Quşlar qonmaz budağa

Elə ki, mən dözürəm

Heç kim dözməz bu dağa

Omofonlar cinas kimi işlənir.

Incəsən incidənsən,

Sədəfdən, incidən sən.

Kəsərəm, dilim səni,

Bilsəm yar incidənsən.

Omofonlar omonim sözlərin və ya müxtəlif morfoloji tərkibli sözlərin müxtəlif şəkildə deyilib yazılmasından yaranır.

Omonimlərə daha yaxın olan hadisə omoformdur. Onun omonimlərdən fərqi var.

Omonimlər oxşar ad, omoformlar isə oxşar forma deməkdir. Omoformlarda sözləri bir-birinə yaxınlaşdıran onların formalarıdır.



Müxtəlif nitq hissələrinə aid olub, müəyyən qrammatik formanın təsiri ilə eyniləşən, yazılışına və səslənməsinə görə oxşayan lakin qrammatik formaları və leksik mənaları müxtəlif olan sözlərə Omoform deyilir.

Tikdiribsən qəsr, eyvan, oda sən

Bu nökərin, o sevdiyin, oda sən

Qıya baxdın, məni saldın oda sən

İnsaf eylə, gəl könlümün narın üz.

(A. Ələsgər)


İnsanlar bu yerə seyrə gələcək,

Bu günə söz verib bizim gələcək.


2) Omoform cərgənin biri leksik, o biri qrammatik olur.


Yüklə 299 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin