1.İqtisadiyyat Anlayışı. cəmiyyətin həyatinda rolu


Xərjlərə əsaslanan qiymətqoyma metodları



Yüklə 106,97 Kb.
səhifə21/30
tarix05.11.2022
ölçüsü106,97 Kb.
#119020
1   ...   17   18   19   20   21   22   23   24   ...   30
iqtisadiyyat son

Xərjlərə əsaslanan qiymətqoyma metodları. Bu metod qiymətqoymanın ən geniş yayılmış və sadə formasıdır. Xərjlərə əsaslanan qiymətqoyma metodunun mahiyyəti ondan ibarətdir ki, məhsula çəkilən xərjlərin üzərinə mənfəət norması və yaxud əldə edilməsi nəzərdə tutulan mənfəəti təmin etməli olan qiymət artımı əlavə edilir və o, məhsulun qiyməti kimi götürülür.
Rəqabətə əsaslanan qiymətqoyma metodu. Müəssisə məhsulunun qiymətini bu metodla müəyyənləşdirdikdə ona çəkilən xərjlərə deyil, rəqiblərin qiy­mət strategiyasına, qiymətlərinə əsaslanır və öz məhsulunun qiymətini rəqib müəs­sisənin qiymətlərinə uyğunlaşdırır.
Tələbə əsaslanan qiymətqoyma metodu. Bu qiymətqoyma metodunda məhsulun qiyməti ona olan tələbin həjminə görə müəyyənləşdirilir və onun dəyişməsinə uyğun olaraq dəyişdirilir. Müəssisə tələbə əsaslanan qiymətqoymanın son hədd qiymətqoyma meto­dundan; zərərsiz çevik qiymətqoyma metodundan; tələbin həjmi əsasında qiymətqoyma metodundan; satış yerinə görə qiymətqoyma metodundan və möv­sümiliyə görə qiymətqoyma metodundan istifadə edə bilər.
Marketinqə əsaslanan qiymətqoyma metodları. Bu metodda məhsulun qiyməti marketinq amillərinə, marketinq strategiyasına uyğun olaraq müəyyənləşdirilir. Mar­ke­tinqə əsaslanan qiymətqoyma metodunda müəssisə marketinq strategiyasına əsaslanan qiymətqoyma, məhsulun içtehlakçı üçün faydalılığına (qiymətliliyinə) gö­rə qiymət­qoy­ma, məhsulun keyfiyyətinə görə qiymətqoyma və çeşid qrupuna görə qiy­mətqoyma metodlarından istifadə edə bilər.
42. Azad sahibkarlığı dövlət niyə müdafiə etməlidir?
Sahibkar dedikdə, yaradıcılıq təşəbbüskarlıq, problemləri həll edə bilmək, güzəştə getmək və adamlarla dil tapmaq qabiliyyətinə malik şəxslər başa düşülür..
Sahibkarın mühüm keyfiyyət xüsusiyyətlərindən biri də yeni ehtiyat mənbələrinin istifadəsində yeni üsullar axtarıb tapmaqdır. Sahibkar bu gün ilə gələcək arasında əlaqələndirici rola malikdir. Çünki sahibkar müasir dövrdə mövcud olan elm və texnikanın yeniliklərini istehsala tətbiq edir, idarəetmənin ən mütərəqqi metodunu mənimsəyir və gələcək nəslə ötürür, öyrədir.
Sahibkarlığın bir neçə növü vardır
Mikro sahibkarlıq
Kiçik sahibkarlıq
Orta sahibkarlıq
Iri sahibkarlıq
Bunlardan ən yaxşısı kiçik və orta sahibkarlıqdır ki bu sahibkarlıqla məğul olan insanlar iqtisadi böhrannan daha tez çıxa bilir və iflasa uğradığı dövrdə daha az insan işsiz qalır
Azad sahibkarlığı dövlətin müdafiə etməsinin səbəbi dövlətin inkişafınada böyük təsir göstərməsidir. Dövlətin İstənilən təsərrüfat fəaliyyəti üçün istehsalın obyektiv amilləri (istehsal vasitələri) və subyektiv, şəxsi amili olmalıdır. İstehsal amillərinin elə birləşdirilməsi və kombinasiyasını təşkil etməlidir ki, məqsədə çatmağı təmin etsin.

Yüklə 106,97 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin