2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 4,25 Mb.
səhifə89/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   85   86   87   88   89   90   91   92   ...   397
5) Üz Çevirmək Küfrü Bu bir kimsənin təsdiq və ya təqzib etmədən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in gətirdiyi haqdan qulağını və qəlbini çevirməsi, Onu dost saymamaqla bərabər, Ona düşmənçilik də bəsləməməsi, lakin dinləməkdən də çəkinməsidir. Beləcə haqqı tərk edər, əməl etmədiyi kimi öyrənməz də. Haqdan danışılan yerdən də qaçar. Bu şəkildə bir dəfə üz çevirməklə küfrə düşər. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «İrad küfrü insanın üz döndər-məsidir. Onu yalan saymır, onu təkzib etmir».

6) Nifaq Küfrü Bu bir kimsənin zahirən özünü Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə tabe olduğunu göstərməklə bərabər, qəlbən Ona qarşı çıxması, Onu inkar etməsidir. Belələri özlərini iman sahibləri kimi göstərərək küfrlərini gizlədirlər. «İnsanlar içərisində elələri də var ki, iman gətirmədikləri halda: Biz Allaha və Qiyamət gününə iman gətirdik deyirlər». (əl-Bəqərə 8). İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Nifaq küfrü əsası yalan üzərindədir. Çünki münafiqin zahiri özünün sirrində olana müxalif çıxır. Bu da yalandır. Çünki yalanın lüğəti mənası insan bir şeyi izhar edir, haqqın ziddini inkar edir. Onlar dili ilə iqrar edir, ancaq qəlbi ilə etiqad etmir». İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Nifaqın insanda yetişməsi 2 budaq üzərində olur. 1 - Budaq onun yalanıdır. 2 - Budaq isə riyadır. Onların hər ikisinin çıxması ayrı-ayrı gözlərdəndir. 1-ci onun gözünün zəif olması (haqqı görməmək mənasındadır). 2-ci zəifliyi onun əzəmətinin zəif olmasıdır. Əgər bu 4 ərkan insanda tamamlanarsa, yalan, riya, haqqı görməmək və əzəmətin zəif olması onda artıq nifaq baş qaldırmağa başlayar».


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin