ÇƏKİDƏ ALDATMAQ
«Vay halına çəkidə və ölçüdə aldadanlara. O, kəslər ki, özləri xalqdan bir şey aldıqda onu tam ölçüb alar. Xalq üçün bir şey ölçdükdə və ya çəkdikdə isə onu əksildərlər. Məgər onlar (qorxmurlar) diriləcəklərini düşünmürlər. Özü də dəhşətli bir gündə». (əl-Mutaffifin 1-6). «Ey qövm! Ölçüdə və çəkidə düz olun. İnsanların heç bir şeydə haqqını əskiltməyin». (Hud 85).
YAXŞILIĞI ƏMR EDİB ÖZÜ ETMƏYƏN, QADAĞALARDAN ÇƏKİNDİRİB LAKİN ÖZÜ EDƏN
Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Bir nəfəri gətirib oda atacaqlar. Cəhənnəmdə bağırsaqları qarnından bayıra çıxacaqdır və orada eşşək dəyirmanın ətrafında fırlandığı kimi fırlanacaqdır. Cəhənnəm əhli onun ətrafında toplaşıb soruşacaqlar: «Ey filankəs, sənə nə olub? Məgər sən bizi günahlardan çəkinməyə və xeyirli işlər görməyə çağıran deyildin?». O: «Bəli, mən xeyirxahlığa çağırırdım, lakin özüm buna əməl etmirdim, günahlardan çəkindirirdim, lakin özüm pis işlər edirdim»1346. Sufyan əs-Souri – rahmətullahi aleyhi - deyir ki: «Yaxşılığı əmr edib, pislikdən çəkindirməyi yalnız üç sifətə məxsus olan edə bilər. Əmr etdiyi şeydə yumşaq olan və nəhy etdiyi şeydə yumşaq olan. Əmr etdiyi şeydə adil olan və nəhy etdiyi şeydə adil olan, əmr etdiyi şeydə bilikli olan və nəhy etdiyi şeydə bilikli olan». İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: «Bu üç sifət mütləq lazımdır. Elm, Rifq və səbr. Elm əmr edib qadağandan çəkindirməkdən öncədir. Rifq bunlarla bərabərdir. Səbr isə bunlardan sonradır»1347. Şair deyir ki: «Ey başqasını öyrədən adam, nə üçün özünü öyrətmirsən? Xəstəyə əlac tövsiyə edirsən, necə yaxşı olsun ki, sən özün xəstəsən. Öncə nəfsindən başla və onu azğınlıqdan qoru, Nəfsin yaxşı olarsa bil ki, hikmət sahibisən»1348.
YOL KƏSMƏK (QULDURLUQ)
«Allaha və peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya əl-ayaqlarının çarpazvari kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalarıdır. Bu cəza onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir». (əl-Maidə 33). Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Uraniyə qəbiləsindən səkkiz nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına Mədinəyə gəldilər və İslam üzərinə onunla beyət etdilər. Mədinə ərazisinin havası onlara ağır gəldi və vücudları xəstələndi (qarın yatalağı). Onlar bu xəstəliklərini Peyğəmbər – sallallahu aleyhi və səlləm – ərz etdilər. Peyğəmbər: «Bizim çobanlarımızla bərabər (zəkat üçün ayrılmış) dəvələrin yanına gedin və onların sidiklərindən və südlərindən için» deyə buyurdu. Onlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in dediyi şəkildə etdilər və sağaldılar. Bundan sonra çobanları öldürdülər, İslam dinindən çıxdılar və dəvələri də sürüb apardılar. Bu xəbər Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə çatdıqda onların ardınca bir dəstə göndərdi. Tez bir zamanda əsir edilərək geri gətrildilər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – əmr etdi əlləri və ayaqları kəsildi. Gözləri çıxarıldı. Harre deyilən yerə atıldılar və öldülər (Başqa rəvayətdə: Çünki onlar da çobanların gözlərini çıxarmışdılar)»1349. Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, bir Yəhudi (Ənsardan) bir cariyəni üzərində olan gümüş zinətlərini almaq üçün daşla vurub əzmişdir (Başqa rəvayətdə: Ənsardan bir cariyəni üzərində olan zinətlərinə görə öldürdü və başını daşla əzərək quyuya atdı). Qadın ölümcül halda Peyğəmbər - səllallahu aleyhi və səlləm – in yanına gətrildi. Peyğəmbər: «Səni filankəsmi vurdu?». Qadın başı ilə: «Xeyr» dedi. Peyğəmbər - sallallahu aleyhi və səlləm – ikinci, sonra da üçüncü bir isim barəsində soruşdu. Bu dəfə qadın başı ilə işarə edərək: «Bəli» dedi. Peyğəmbər - sallallahu aleyhi və səlləm – qadının xəbər verdiyi Yəhudini iki daş arasında əzərək qisas alaraq öldürtdü (Başqa rəvayətdə: Ölənə qədər daşla vuruldu)»1350.
İNTİHAR ETMƏK
«Özünüz-özünüzü öldürməyin. Həqiqətən Allah sizə qarşı mərhəmətlidir. Hər kəs təcavüz və zülm etməklə bu işləri görərsə biz onu Cəhənnəm oduna atarıq. Şübhəsiz ki, bu Allah üçün çox asandır». (ən-Nisa 29-30). Əbu Hureyrə - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim özünə intihar edərək dağdan atarsa Cəhənnəmlik olur və orada əbədi olaraq özünü dağdan atar. Kim də zəhər içərək özünə intihar edərsə Cəhənnəm içində əlində zəhər olduğu halda əbədi olaraq ondan içər. Kim də özünə iti bir dəmir soxaraq intihar edərsə Cəhənnəmdə əbədi olaraq o, dəmiri qarnına soxaraq cəzalandırılar»1351. Cabir b. Səmura - radıyallahu anhum – rəvayət edir ki, özünü dəmirlə qətl etmiş bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gətrildi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ona cənazə namazı qılmadı»1352. Cundub b. Abdullah Bəcəli – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Sizdən əvvəlki ümmətlərdə bir nəfər var idi. (Bədənində) olan yarası ona əziyyət verdiyi üçün dözməyərək iti bir şeylə yaranı kəsdi və adam ölüncəyə qədər qan itirdi. Allah: «Bu qulum canını Məndən öncə almağa çalışdığı üçün Cənnəti ona haram etdim (Qulum öz istəyi ilə Məni qabaqladı)» deyə buyurdu1353. Səhl b. Sad – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – Xeybər günü müşrik Yəhudilərlə qarşılaşdı. Bu döyüşdə səhabələrin içindən olan bir nəfər mərdanə düşmənlərə qarşı vuruşurdu. Səhabələr: «Bu gün bizdən heç kimsə filankəsin göstərdiyi igidlik kimi igidlik göstərməyib» dedilər. Peyğəmbər: «O, Cəhənnəmlikdir» deyə buyurdu. Səhabələrdən biri onu izləməyə başladı. Nəhayət döyüş əsnasında o kimsə ağır yaralandı və ağrıdan ölmək istəyən o kimsə qılıncının iti ucunu qarnına arxa tərəfini isə yerə diriyərək üstünə sancıldı və öldü»1354. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim özünü boğaraq öldürərsə atəşdə də özünü boğmağa davam edəcəkdir»1355.
HEYVANLARA ƏZİYYƏT VERMƏK
İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Bir qadın evdə həbs etdiyi pişiyə görə Cəhənnəmə düşdü. Pişiyi evdə həbs edərək nə yemək vermiş, nə də onun özü üçün ov etməsinə izn vermişdir (Başqa rəvayətdə: Fahişə bir qadın isti bir gündə quyunun ətrafında fırlanan və susuzluqdan dilini çıxarmış bir köpək gördü. Qadın ayaqqabısını çıxarıb (quyudan su götürərək) köpəyə verdi. Bu səbəblə qadın bağışlandı»1356. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kişi yolla gedərkən susadı. O, bir quyu tapıb içinə girdi. Doyunca su içib bayıra çıxdıqda bir itin ləhlədiyini, susuzluqdan yaş torpaq yaladığını görüb öz-özünə: «Mən susadığım kimi bu it də susamışdır – deyib quyuya düşüb ayaqqabılarını su ilə doldurdu. Sonra onu ağzı ilə tutub (quyunun divarlarından yapışaraq yuxarı qalxıb) itə su verdi». Allah ona (bu əməlinə görə) təşəkkür etdi və onu bağışladı. Səhabələr: «Ey Allahın Rəsulu! Heyvanlara görə də bizə savab var?» deyə soruşdular. Peyğəmbər: «Hər bir canlıya edilən yaxşılıqda savab vardır» deyə buyurdu1357. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Pişiyə görə bir qadına əzab verildi. Qadın onu ölənə qədər ac saxlamışdır. Elə buna görə də Cəhənnəmə girdi. Ona belə deyildi: «Sən o pişiyi tutub saxladığın zaman ona nə yemək, nə də su verirdin. Nə də onu azad buraxdın ki, gedib yer üzündəki həşəratlardan yesin»1358. Əbu Umamə - radıyallahu anhuə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir qurbanlıq heyvanına rəhm etsə Allah da ona Qiyamət günü rəhm edər»1359. Abdullah - radıyallahu anhu– rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bir yerə qonaq gəlmişdi. Bir nəfər sərçənin yumurtasını götürmüşdü. Sərçə gəlib Peyğəmbər – sallallahu aleyhi və səlləm – in başı üzərində qanad çalmağa başladı. Peyğəmbər: «Hansınız bu quşun yumurtasını götürməklə ona əziyyət vermisiniz?» deyə buyurdu. Bir nəfər: «Ey Allahın Rəsulu! Onun yumurtasını mən götürmüşəm» dedi. Peyğəmbər: «Quşa rəhm etmək üçün (yumurtanı) yerinə qoy» deyə buyurdu1360. Əbu Yəla Şəddəd b. Əus - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, Allah hər şeydə ehsanı yazmışdır. Bu baxımdan da öldürdüyünüz zaman gözəl şəkildə öldürün. Kəsdiyiniz zaman gözəl bir şəkildə kəsin. Sizdən (heyvan kəsən şəxs) bıçağını yaxşıca itiləsin və kəsəcəyi heyvanı rahatlasın»1361. İbn Ömər - radıyallahu anhu – bir gün canlı bir quşu hədəf edərək ox atan Qureyşli cavanlarla rastlaşdı. Hədəfə çatmayan hər ox qarşılığında quşun sahibinə bir ox verirdilər. Cavanlar İbn Ömər - radıyallahu anhu – nu gördükdə dağıldılar. İbn Ömər: «Kim bunu edib? Allah bunu edənə lənət etsin. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm – canlı bir heyvanı hədəf edəni lənət etmişdir»1362. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – heyvanları hədəf edib öldürmək üçün saxlamağı qadağan etmişdir»1363. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – səfərlərin birində idik. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ehtiyacı üzündən bizdən ayrıldı. İki balası olan bir quş gördük. Quşun balalarını götürdük. Anası başımızın üzərində dolaşmağa başladı. Geri qayıdan Peyğəmbər –sallallahu aleyhi və səlləm –: «Balalarını götürərək bu heyvana əziyyət verən kimdir? Balalarını ona qaytarın» deyə buyurdu. (Yenə bir səfərdə) Peyğəmbər – sallallahu aleyhi və səlləm – yandırdığımız qarışqa yuvasını gördü. Peyğəmbər: «Bu yuvanı kim yandırmışdır» deyə buyurdu. Biz yandırdıq – dedik. Peyğəmbər: «Heç kimsənin atəşlə əzab verməsi düzgün deyildir. Atəşlə yalnız atəşin Rəbbi olan Allah əzab edir» deyə buyurdu1364.
QƏBİRLƏRLƏ BAĞLI BƏZİ QADAĞALAR
Həmçinin - qəbirləri məscid halına gətirmək, onların üzərində namaz qılmaq, qəbirə doğru namaz qılmaq da şəriətimiz tərəfindən qadağan edilmişdir. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qəbirlərin üzərinə bina tikməyi, onların üzərinə oturmağı və ya onların üzərində namaz qılınmasını qadağan etmişdir»1365. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Heç bir qəbirə doğru namaz qılmayın və heç bir qəbirin üzərində namaz qılmayın»1366. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qəbirlərə doğru namaz qılmağı qadağan etmişdir»1367. Amr b. Dinar - radıyallahu anhu – qəbirlər arasında namaza qılmaq haqqında soruşulduqda rəvayət etdi ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İsrail oğulları peyğəmbərlərinin qəbirlərini məscid halına gətirmişdilər. Bu səbəblə də Allah onlara lənət etdi»1368. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qəbirlər üzərində oturmayın və onlara doğru namaz qılmayın»1369. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, mən bir gün qəbirin yanında namaz qılırdım. Ömər - radıyallahu anhu – məni gördü və: «Qəbirdən uzaq dur! Qəbirdən uzaq dur!» dedi1370. Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qəbirləri əhəngləməyi, üzərinə oturmağı və üzərinə bina tikməyi qadağan etmişdir»1371. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hamam (ayaq yolundan) və qəbristanlıqdan başqa yer üzü mənim üçün məscid edildi»1372. Cabir b. Abdullah əl-Ənsari - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Məndən əvvəl heç bir kimsəyə (Peyğəmbərə) verilməyən beş şey mənə verilmişdir» Yer üzü mənim üçün təmiz və məscid qərar verildi. Buna görə də namaz vaxtı çatmış hər kim olursa olsun olduğu yerdə namazını qıla bilər…»1373. Huzeyfə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar üzərinə üç şeylə təfdil olunduq. Namazda səflərimiz mələklərin səfləri kimi edildi, bütün yer üzü bizə məscid qılındı və yerin torpağı su tapılmadıqda bizə təmizlik vasitəsi edildi»1374.
Həmçinin - qəbirlərin əhənglənməsi, onların üzərlərinin yazılması, başqa yerdən torpaq gətirərək ora qatılmasını Peyğəmbər – sallallahu aleyhi və səlləm – qadağan edilmişdir. Abdullah b. Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –: «Qəbirləri əhəngləməyi, üzərinə yazılar yazmağı və torpaq əlavə etməyi qadağan etmişdir»1375.
Həmçinin - qəbirlərin yerlə bir olması və ya zaman keçdikcə o, qəbirlərin itməsi. Buna görə də Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – nu hündür, ucaldılmış qəbirləri dağıdaraq yerlə bir edilməsini əmr etmişidr. Əbu Həyyac əl-Əsədi deyir ki, Əli - radıyallahu anhu – dedi ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in məni göndərdiyilə göndərimmi səni? Silmədiyin bir surət, düzənlə-mədiyin yüksəldilmiş bir qəbir qalmasın!» dedi1376. Sumamə b. Şufeyy rəvayət edir ki, biz Fudalətu b. Ubeyd - radıyallahu anhu – nun əli altında Rum ərazisində Rodos adasında idik. Bir qardaşımız vəfat etdi. Bunun üzərinə Fudalətu b. Ubeyd onun dəfn edilməsini və qəbrinin dümdüz edilməsini əmr etdi. Qəbir yerlə bir edildi. Bunun ardından Fudalə: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – in qəbirin yerlə bir edilməsini əmr edərkən eşitdim» dedi1377.
Həmçinin - qəbirlər üzərində oturmaq, onlara ayaq basmaq, orada ehtiyacı ödəmək qadağan edilmişdir. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən birinizin bir od parçası üzərində oturaraq paltarını yandırması və odun dərisinə qədər çatması onun üçün bir qəbrin üzərinə oturmaqdan daha xeyirlidir»1378. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Od parçasının və ya qılıncın üstündə yeriməyim və yaxud da ayaqqabı-larımın ayağıma tikilməsi mənə bir müsəlmanın qəbri üstündə yerimək-dən daha sevimlidir»1379. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qəbrlərin arasında təbii ehtiyacını ödəyənlə bunu bazarın ortasında edənin ikisi də mənim üçün eynidir»1380. Bəşir b. Xasasiyə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qəbrlərin arasındə ayaqqabı ilə gəzən bir şəxsi görərək buyurdu: «Ey dəri ayaqqabıların sahibi! Çıxart onları»1381. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ölmüş insanın sümüklərini sındırmaq, eynilə diri insanın sümüklərini sındırmaq kimidir»1382.
Həmçinin - Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «(Ziyarət məqsədi ilə) Yalnız üç məscid üçün səfərə çıxmaq olar. Məscidul Həram (Məkkə), mənim məscidim (Mədinə) və əl-Əqsa məscidi (Qüds)»1383. Üç məsciddən başqa yerlər üçün səyahətə çıxmaq şirkə düşmək səbəblərindəndir. Əbu Hureyrə - radıyallahu anhu – Tur dağına getdiyi zaman Bəsrə b. Əbu Bəsrə əl-Ğifari ilə qarşılaşdı. Bəsrə: «Haradan gəlirsən?» deyə soruşdu. Əbu Hureyrə: «Tur dağından» deyə cavab verdi. Bəsrə: «Əgər ora çıxmamışdan qabaq səni görsəydim bunu etməyə imkan verməzdim. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim: «Miniyə ancaq üç məscidə getmək üçün minilir…»1384.
Həmçinin - də qadınların qəbristanlıqları tez-tez ziyarət etmələri qadağan edilmişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – qəbirləri ziyarət edən qadınlara, onları məscidlər edənlərə və qəndil yandıranlara lənət etmişdir»1385. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in haqqında lənət oxuduğu şey böyük günahlardan sayılır. Əbu Muhəmməd Məqdisi – rahmətullahi aleyhi – deyir ki: «Qəbirlərdə qəndil yandırmaq mübah olsaydı bunu edənə Peyğəmbər – sallallahu aleyhi və səlləm – lənət etməzdi. Çünki bu əməldə qəbirləri, bütləri ucaltma, təzim vardır. Həmçinin də malı zay etmək də vardır». Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qəbirləri tez-tez ziyarət edən qadınları lənətləyib»1386. Ummu Atiyyə - radıyallahu anhə – deyir ki: «Biz qadınlar cənazələri təqib etməkdən nəhy olunduq. Cənazə arxasından getmək bizim üzərimizə fərz edilmədi»1387.
HƏDİYYƏNİ GERİ ALMAQ
İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Pis məsəllər bizə aid deyildir. Verdiyi hədiyyəni geri alan adam qusduğunu yeyən itə bənzəyir (Başqa rəvayətdə: Verdiyi sədəqəni geri alan kimsə qusub sonra da qayıdaraq qusduğunu yeyən köpəyə bənzəyir)»1388. Ömər - radıyallahu anhu – rəvayət edir ki, Allah yolunda bir nəfərə at hədiyyə etdim. (Hədiyə etdiyim) atın sahibi ata baxmadığından at zəifləmişdi. Mən də heyvanı geri (pulla) almaq istədim. Ucuz satacağını da təhmin etmişdim. Bu vəziyyəti Peyğəmbər – sallallahu aleyhi və səlləm – söylədikdə o: «Onu alma, onu sənə bir dirhəmə də belə versələr sədəqəni geri alma. Çünki sədəqəsini geri alan kimsə qusduğuna dönən köpək kimidir» deyə buyurdu1389. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir-birinizə hədiyyə verin ki, bir-birinizi sevəsiniz»1390. Ənəs - radıyallahu anhu – dedi: «Ey oğlanlarım! Malınızdan bir-birinizə xərcləyin (bir-birinizə hədiyyə verin). Çünki bu aranızdakı məhəbbətin (artması üçün götürülən səbəblərin) ən yaxşısıdır»1391. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah adına sizdən sığınacaq istəyən kimsəni qoruyun, Allahın adı ilə istəyənə verin, dəvət edənin dəvətini qəbul edin, kim də sizə bir yaxşılıq edərsə onun əvəzini verməyə çalışın, əgər əvəz verə bilmirsinizsə onda onun üçün əvəz verilənə qədər dua edin»1392.
SÖYÜŞ SÖYMƏK
İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Müsəlmanı söymək fasiqlikdir, onunla vuruşmaq (öldürmək) isə küfrdür»1393. Əbu Zərr - radıyallahu anhu– rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Heç kimsə bir başqasını fasiqlikdə və küfrdə ittiham etməsin. Etdiyi təqdirdə əgər o, kimsə dediyi kimi deyilsə bu sözlər onun özünə qayıdar»1394. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qarşılıqlı bir-birini söyən iki kimsənin günahı, haqsızlığa uğrayan kimsə həddi aşmadıqca söyməyə (birinci) başlayanın üzərinədir»1395. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ölüləri söyməyin. Həqiqətən də onlar öz gördükləri işlərin cəzasına çatıblar»1396. Əbu Hureyrə - radıyallahu anhu – rəvayər edir ki, bir gün şərab içmiş bir nəfəri Peyğəmbər hüzuruna gətirdilər. Peyğəmbər: «Onu vurun» deyə əmr verdi. Kimimiz əlimizlə, kimimiz ayaqabısı, kimimiz də paltarı ilə vururdu. Adam dönüb getdikdə cəmaatdan biri: «Allah səni rüsvay etsin» dedi. Peyğəmbər: «Bu şəkildə danışmayın. Ona qarşı şeytana yardımçı olmayın»1397. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «(Heç kəsə) – Allah sənin üzünü qara etsin deməyin! Başqa rəvayətdə: Çünki qüdrətli və əzəmətli Allah Adəmi öz surətində yaratmışdır)»1398. Əli b. Əbu Talib - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nəlayiq söz danışanla onu (cəmaat arasında) yayan kimsə eyni dərəcədə günah qazanırlar (ilk əvvəl onu deyən kəs kimidir)»1399. Huzeyfə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər yaxşı söz sədəqədir»1400. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – in dövründə iki kişi bir-biri söyüşdü. Onlardan biri söydü o, biri isə susdu. Rəsulullah – sallallahu aleyhi və səlləm – onların yanında oturmuşdur. Elə ki, söyülən adam söyməyə başladı Rəsulullah – sallallahu aleyhi və səlləm – durub getdi. Ondan: «Nə üçün durub getdin?» deyə soruşduqda. O: «Mələklər durub getdilər deyə mən də onlarla bərabər durub getdim. Nə qədər ki, o susurdu mələklər söyən adamın cavabını verirdilər. Elə ki, cavab verdi mələklər ondan uzaqlaşdı»1401. İyad b. Himar - radıyallahu anhu – rəvayət edir ki, mən: «Ey Allahın Rəsulu! Bir kişi məni söydü». Peyğəmbər: «Söyüşən iki nəfər, bir-birini təqsirləndirən və bir-birinə yalan söyləyən iki şeytandır»1402. Rəsulullah – sallallahu aleyhi və səlləm – Əbu Curey Cabir b. Suleym - radıyallahu anhu – ya nəsihət edərək buyurdu: «Heç kimsəni söymə. Əgər bir kimsə sənə söyərsə və səndə olan bir qüsurla səni qınayarsa sən də onu səndə olan (onun) qüsuru ilə qınama. Çünki bunun (günahını) cavabdehliyini o, daşıyacaqdır (Səhabə deyir: Mən o gündən nə insana, nə bir köləyə, nə bir dəvəyə, nə də bir qoyuna söymədim)»1403.
EDİLƏN YAXŞILIĞI BAŞA QAXMAQ
«Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları böyükdür…Xoş bir söz və günahları bağışlamaq əziyətlə (minnətlə) verilə sədəqədən daha yaxşıdır. Allah ehtiyacsız və həlimdir. Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla sərf edən, Allah və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın». (əl-Bəqərə 262-264). Əbu Zərr - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Üç kimsə vardır ki, Qiyamət günü Allah onlarla danışmaz, onlara nəzər salmaz (baxmaz), onları təmizə çıxarmaz və onlar üçün şiddətli bir əzab vardır… Verdiyi şeyi başa qaxan və yalan andlarla malını satan kimsə»1404. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Uç qrup insanada vardır ki, Cənnətə girməzlər: Ata-anasına pislik edənə, içki düşkünü olana və verdiyini başa qaxan kimsəyə»1405.
Dostları ilə paylaş: |