SƏFƏRƏ TƏK ÇIXMAQ
İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar tək çıxma (təhlükəsi haqqında) mənim bildiklərimi bilsəydilər, heç kimsə gecə vaxtı tək başına yola çıxmazdı»1544. Amr b. Şuayb atasından, o da babasından rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Tək başına səfər çıxan şeytan (kimidir). İki nəfər də şeytan (kimidir). (Amma) üç nəfər isə artıq karvandır»1545. Əbu Səid və Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Üç nəfər səfərə çıxdıqda içərilərindən birini əmir seçsinlər»1546.
GECƏ VAXTI EVƏ GƏLMƏK
Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Biriniz uzun müddət evindən uzaq düşdükdən sonra gecə vaxtı evinə daxil olmasın (Başqa rəvayətdə: Səfərdən qayıdan kimsənin gecə vaxtı evinə girməsindən çəkindirdi. O, evinə səhər və ya axşam üstü daxil olardı)»1547.
NƏCİS YEYƏN DƏVƏYƏ MİNMƏYİN QADAĞAN EDİLMƏSİ
İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – pis (təmiz olmayan) bir şeyi yeyən dəvəyə minməyi qadağan etmişdir»1548.
SUYU GİZLƏTMƏK
«Bəs içdiyiniz suya nə deyirsiniz? Onu buluddan endirən sizsiniz, yoxsa biz? Əgər istəsəydik, onu acı bir su edərdik. Elə isə niyə şükr etmirsiniz?» (əl-Vaqiə 63-70). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Üç kimsə vardır ki, Allah Qiyamət günü onlara baxmaz, onları təmizə çıxarmaz, onları şiddətli bir əzab gözləyir. Suyu olduğu halda səfər yoldaşına verməyən kimsə…»1549. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Suyu verməməkdən ötrü gizlədən insana Allah Qiyamət günü buyuracaqdır: «Bu gün Mən öz rəhmətimi sənə verməkdən imtina edirəm necə ki, sən əlinlə yaratmadığın bir şeyi (suyu) başqalarına verməkdən imtina etdiyin kimi»1550. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: "Üç şeyi digərlərindən əsirgəməyin: Su, ot və atəş (Başqa rəvayətdə: Müsəlmanlar üç şeydə şərikdirlər: Su, atəş və ot. Bunların gəliri də haramdır"1551.
VƏSİYYƏT ETMƏDƏN GECƏLƏMƏK
İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Vəsiyyət etmək istədiyi bir şeyi olan müsəlman kimsəyə vəsiyyəti yanında yazılı olmadıqca iki (üç) gecə (vəsiyyətsiz) yatması caiz deyildir»1552.
AZAN VAXTI MƏSCİDDƏN ÇIXMAQ
Əbu Şuşa rəvayət edir ki, Əbu Hureyrə - radıyallahu anhu – ilə birlikdə məsciddə oturmuşduq. Müəzzin azan oxudu. Adamın biri məsciddə durub getməyə başladı. Əbu Hureyrə - radıyallahu anhu – o, kişini məsciddən çıxana qədər gözü ilə izlədi və: «Bu adam Əbul Qasıma üsyan etmişdir» dedi1553.
HEYVANLARI MƏLƏZ ETMƏK
İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – atları və digər heyvanları mələz etməyi qadağan etmişdir (Mələz – hibrit, iki müxtəlif cinsli növün və ya sortun cütləşməsindən əmələ gələn heyvan və ya bitki)»1554.
QAPI DÖYÜLDÜKDƏ «MƏNƏM» DEMƏK
Cabir b. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ziyarət etmək üçün gəldim və (izn istəmək üçün çöldən onu çağırdım). Peyğəmbər: «Kimdir o?» deyə buyurdu. Mən: «Mən!» deyə cavab verdim. Peyğəmbər: «Mən! Mən!» deyərək çölə çıxdı1555.
BÖHTAN VƏ BORC
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Allahın hökmü ilə cəzalandırılmağa layiq olan bir kimsənin tərəfini saxlasa o, kimsə Allahın əmrinə qarşı çıxmış olar. Kim borcunu ödəmədən ölərsə (Qiyamət günü) dinar və dirhəm əvəzinə öz (borcunu) yaxşı və pis əməlləri ilə ödəyəcəkdir. Kim yalan danışmaqdan əl çəkməzsə o kimsə Allahın qəzəbi altında olar ta ki, bu əməlindən əl çəkənə qədər. Kim bir möminə böhtan atarsa Allah onu Cəhənnəmliklərin bədənindən çıxan çirkab suya atar və o kimsə oradan çıxmaq istəsə də belə çıxa bilməz»1556. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Möminin ruhu borcu (üzündən) ödənincəyə qədər əsirdir»1557. Abdullah b. Amr b. əl-As – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Allah şəhidin bütün günahlarını bağışlayır borcdan başqa»1558. Abdullah b. Amr - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah yolunda ölmək borcdan başqa hər şeyi örtər»1559. Əbu Qatadə - radıyallahu anhu – rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – ayağa qalxaraq bizlərə: «Şübhəsiz ki, Allah yolunda cihad və Allaha iman etmək əməllərin ən fəzilətlisidir» deyə buyurdu. Bir nəfər: «Ya Rəsulullah! Əgər mən Allah yolunda öldürülsəm günahlarım silinirmi?» deyə soruşdu. Peyğəmbər: «Əgər sən səbr edərək, geriyə çəkilmədən Allah yolunda döyüşərək öldürülürsənsə bütün günahların bağışlanır» deyə buyurdu. O, şəxs getmək istədikdə Peyğəmbər: «Sualını bir də təkrar et» deyə buyurdu. O: «Əgər mən Allah yolunda öldürülsəm günahlarım silinərmi?». Peyğəmbər: «Bəli, səbr edərək, geriyə çəkilmədən Allah yolunda döyüşərək öldürülürsənsə borcdan başqa bütün günahların silinəcəkdir. Çünki bunu mənə Cəbrail – əleyhissəlam – söylədi» deyə buyurdu1560. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah qaytarmaq məqsədilə borc götürənin borcunu qaytarmaq üçün ona kömək edər, xərcləmək və qaytarmamaq məqsədilə borc götürəni isə məhv edər»1561. 1562
GÜNDÜZ YATMAQ
Xəvvat b. Cubeyr demişdir: «Gündüzün əvvəlində yatmaq avamlıq, ortasında yatmaq ədəb, axırında yatmaq isə axmaqlıqdır»1563. Səib b. Yezid - radıyallahu anhu – rəvayət edir ki, Ömər - radıyallahu anhu –günorta, yaxud ona yaxın bir vaxtda bizim yanımıza gəlib deyərdi: «Qalxın, gedin yatmağa. Yerdə qalan şeytan üçündür»1564.
BÜTÜN GÜNÜ SUSMAQ
Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu sözləri dinlədim: «Həddi-buluğa çatdıqdan sonra yetimlik yoxdur. Bütün günü gecəyə qədər susmaq da yoxdur»1565. Qeys b. Həzm deyir ki, bir gün Əbu Bəkr əs-Sıddıq - radıyallahu anhu – Əhməs qəbiləsindən Zeynəb adında bir qadının yanına gəldi. Qadının danış-madığını görüncə: «Nə olub ki, danışmır?» deyə soruşdu. Oradakılar: «Danışmamağa niyyət etmişdir» dedilər. Əbu Bəkr: «Danış bu etdiyin əməl halal deyildir və həmçinin də cahiliyyə əməllərindəndir» dedikdən sonra qadın danışdı1566.
GÜN VƏ KÖLGƏ ARASINDA OTURMAQ (DURMAQ)
Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Şeytanın oturduğu yerlərdə oturmayın. Gün və kölgə arasında»1567.
TƏLƏSMƏK
Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Tələsmək şeytandan, tələsməmək isə Allahdandır»1568.
SİRR AÇMAQ
«Əhdə vəfa edin. Çünki (insan) əhd barəsində (Qiyamət günü) cavabdehdir». (Əl-İsra 34). «Ey iman gətirənlər! Əhdlərə sadiq olun». (əl-Maidə 1). Hukeym b. Səd rəvayət edir ki, Əli - radıyallahu anhu – dedi: «Dedi-qodu yayan və sirr açan olmayın. Yoxsa başınıza şiddətli, məyus edici bir bəla gələr və uzun sürən, böyük bir fitnəyə məruz qalarsınız»1569. İbn Abbas - radıyallahu anhu – deyir ki: «Dostunun eyblərini yada salmaq istəsən öz eyblərini xatırla»1570. Əbu Səid əl-Xudri - radıyallahu anhu – deyir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: Qiyamət günü Allah qarşısında dərəcə etibarı ilə insanların ən pisi o kişidir ki, zövcəsi ilə yaxınlıq etdikdən sonra onun sirlərini açıb ifşa edər»1571.
Sələflərdən Sirri Qorumaq Haqqında - Abdullah b. Ömər - radıyallahu anhu – deyir ki, (atam) Ömər - radıyallahu anhu – qızı Həfsə - radıyallahu anhu – dul qalmasını belə anladır1572. (Ömər) deyir ki, Osman - radıyallahu anhu – ilə qarşılaşdım və qızım Həfsə - radıyallahu anhə – ni ona ərz edib dedim: «İstəyirsən Həfsə b. Ömər - radıyallahu anhə – sənə nigahlayım». (Cavab olaraq) O, dedi: «Mən bu haqda fikirləşıb sənə deyərəm». Mən bir neçə gün gözlədikdən sonra o, mənimlə görüşüb dedi: «Bu günlərdə evlənmək qərarına gəlməmişəm». (Bir müddətdən sonra) Əbu Bəkr əs-Sıddık - radıyallahu anhu – ilə qarşılaşdım. Ona da: «İstəyirsən qızım Həfsə b. Ömər - radıyallahu anhə – ni sənə nigahlayım. Əbu Bəkr - radıyallahu anhu – heç bir söz deməyib susdu. Ona, Osman - radıyallahu anhu – dan da çox qəzəbləndim. Bir neçə gün də gözlədikdən sonra qızımı Peyğəmbər - səllallahu aleyhi və səlləm - ilə niğahladım. Sonra Əbu Bəkr - radıyallahu anhu – məni görüb dedi: «Yəqin Həfsə - radıyallahu anhə – ni mənə nigahlamaq istədikdə mənim cavab vermədiyimi görüb qəzəbləndin». Mən dedim: «Bəli». Sənə cavab verməməyimə yalnız bir şey mane olurdu. Peyğəmbər - sallallahu aleyhi və səlləm - in onu andığını bildiyim üçün1573. Mən də Peyğəmbər - sallallahu aleyhi və səlləm – in sirrini ifşa edib aça bilmərəm. Əgər Peyğəmbər - səllallahu aleyhi və səlləm - onunla evlənməkdən vaz keçsəydi, əlbətdəki mən onunla evlənərdim»1574. Ömrünün son günləri və ya son günü Peyğəmbər – sallallahu aleyhi və səlləm – qızı Fatimə - radıyallahu anhə – ni çağıraraq qulağına bir şeylər pıçıldadı. Aişə - radıyallahu anhə – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bütün zövcələri yanında olduğu an qızı Fatimə - radıyallahu anhə – gəldi. Yerişi Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yerişindən heç bir şey ilə fərqlənmirdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – qızını gördükdə buyurdu: «Xoş gəlmisən qızım. (Mərhəba). Sonra onu sağına yaxudda soluna oturtdu. Qulağına nə isə pıçıldadıqdan sonra qızı ağlamağa başladı. Onun ağladığını görüb qulağına yenə də gizlicə nə isə pıçıldadı. Bu dəfə o güldü. Mən Fatimə - radıyallahu anhə – yə dedim: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu qədər zövcələrinin içərsində yalnız sənə sirr dedikdən sonra sən hələ də ağlayırsan!». Peyğəmbər – sallallahu aleyhi və səlləm – getdikdən sonra mən soruşdum. Peyğəmbər sənə nə buyurdu: «Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sirrini ifşa etmərəm». Peyğəmbər – sallallahu aleyhi və səlləm – dünyasını dəyişdikdən sonra mən Fatimə - radıyallahu anhə – dən soruşdum: «Üzərindəki haqqım üçün1575 de görüm Peyğəmbər – sallallahu aleyhi və səlləm – sənə nə buyurdu: «Bəli, indi deyə bilərəm. Birinci dəfə o mənim qulağıma pıçıldadıqda buyurdu: «Hər il Cəbrail – əlehissəlam – Quranı mənə bir və ya iki dəfə təkrarladırdı. Ancaq bu dəfə o bunu iki dəfə etdi. Bundan da əcəlimin yaxınlaşdığını başa düşdüm. Allahdan qorx və səbr et. Mən sənin üçün necə də gözəl bir Sələfəm (keçmişəm). Mən də ağladım. Mənim ağladığımı görüb ikinci dəfə mənim qulağıma pıçıldadı. Ya Fatimə! Mömin qadınların və ya bu ümmətimin qadınlarının seyyidi olmasından razı deyilsənmi (Başqa rəvayətdə: Yaxınlarımdan ilk öncə mənə qovuşan sən olacaqsan)» deyə buyurdu1576. Sabit, Ənəs - radıyallahu anhu – nun belə dediyini söyləyir. (Bir gün) Uşaqlarla oynayarkən Rəsulullah – sallallahu aleyhi və səlləm – mənə yaxınlaşdı. Bizə salam verdikdən sonra məni bir iş dalınca göndərdi. Bu səbəbdəndə mən evə, anamın yanına gec gəldim. Evə girdikdə anam: «Nə üçün gec gəldin?» deyə soruşdu. Mən: «Rəsulullah – sallallahu aleyhi və səlləm – bir iş üçün göndərmişdi» dedim. Anam: «O, nə iş idi elə?» deyə soruşdu. Mən: «Bu bir sirdir». Onda Rəsulullah – sallallahu aleyhi və səlləm – in sirrini heç kimə demə. Ənəs - radıyallahu anhu – dedi: «Vallahi əgər mən bu sirri bir kəsə deməli olsaydım onu sənə deyərdim ey Sabit»1577.
XƏYANƏT
«Ey iman gətirənlər! Bilə-bilə Allaha, Onun Peyğəmbərinə və aranızdakı əmanətlərə xəyanət etməyin». (əl-Ənfal 27). «Yusuf dedi: Bu ona görədir ki, vəzir (evdə) olmadıqda mənim ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini bilsin». (Yusuf 52). «Əmanətə xəyanət edən şəxs Qiyamət günü xəyanət etdiyi şeylə (boynuna yüklənmiş halda) gələr». (Ali İmran 161). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əmanətə riayət etməyənin imanı, sözündə durmayanın da dini olmaz»1578. Bureydə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mücahidləri (Allah yolunda vuruşanların) zövcələrinin toxunulmazlığı, döyüşə qatılmayanlar üçün onların öz analarının toxunulmazlığı kimidir. Döyüşə qatılmayan hər hansı bir kimsə mücahidin ailəsinə baxmağı öz üzərinə götürüb sonra da onlara xainlik edərsə Qiyamət günü onu mücahidin qarşısına gətirərlər. Mücahid də o kimsənin yaxşılıqlarından dilədiyini istədiyi qədər alar. Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Siz bu haqda nə fikirləşirsiniz? (Onun yaxşılıqlarını götürər, yoxsa yox)»1579.
NƏRD OYNAMAQ
Əbu Musa əl-Əşari - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim nərd oynasa Allaha və Onun elçisinə asilik etmiş olar»1580. İbn Məsud - radıyallahu anhu – deyir ki: «(İnsanı) ibadətdən təmamilə uzaqlaşdıran, işarələnmiş bu dördkünc daşlardan (nərd oynamaqdan) çəkinin. Çünki o, qumardır»1581. Əbu Bureydə atasından rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim nərd oynayarsa sanki əlini donuz ətinə və qanına bulamışdır»1582. Nəfi deyir ki, İbn Ömər - radıyallahu anhu – ailəsində bir kimsənin nərd oynadığını gördükdə onu vurar və nərdi sındırardı»1583. Abdullah b. Amr b. əl-As - radıyallahu anhu – deyir ki: «İki zərlə qumar oynayan donuz əti yeyən kimidir. Qumarsız nərd oynayan əlini donuz qanına bulamış kimidir»1584. Rəbiyə atasından rəvayət edir ki, İbn Zubeyr - radıyallahu anhu – xütbə verib dedi: «Ey Məkkə əhli! Mənə gəlib xəbərlər çatıbdır ki, Qureyşin bəzi kişiləri bir oyun oynayırlar. Buna nərd deyilir. Sonra: «Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız». (əl-Maidə 90) ayəsini oxudu. Mən Allaha and içirəm ki, hansı bir adamı nərd oynayan görsəm onu mütləq cazalandıracaq və əldə etdiyini onu tutub yanıma gətirən adama verəcəyəm»1585. Fudalə b. Ubeyd toplantılardan birində idi. Bu vaxt ona bir dəstə adamın nərd oynadıqlarını xəbər verdilər. O, qəzəbli halda ayağa qalxıb bunu sərt şəkildə inkar etdi. Sonra da: «Qumar məqsədilə nərd oynayan kimsə donuz əti yeyən, qanı ilə yuyunan adama bənzəyir»1586. Əli - radıyallahu anhu – qəsrin qapısından çıxıb nərd oynayanları gördüyü zaman onları tutub aparar, gecəyədək həbs edərdi. Onlardan bəziləri günortayadək həbsdə qalardılar. Gecəyədək həbsdə qalanlar (nərdi) pulla oynayanlar idi. Günortayadək həbsdə qalanlar isə bunu əylənmək məqsədilə oynayanlar idi. Əli - radıyallahu anhu – onlara salam verməyi qadağan edərdi»1587. Əbu Hureyrə - radıyallahu anhu – nərd ilə qumar oynayan haqqında demişdir: «(Nərd ilə qumar oynayan) donuz əti yeyən kimidir. Qumarsız nərd oynayan əlini donuz qanına bulamış kimidir. Nərd oynayanın yanında oturub ona baxan donuz ətinə baxmış kimidir»1588.
QIZDIRMA XƏSTƏLİYİNİ SÖYMƏK
Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Ummu Saib və ya Ummi Museyyibin yanına daxil oldu və: «Ya Ummu Saib sənə nə olub ki, titrəyirsən?» deyə buyurdu. O: «Allah ona bərəkət verməsin qızdırmadır» dedi. Peyğəmbər: «Qızdırmanı söyməyin. Çünki o, körükçü dəmirin pasını apardığı kimi Adəm oğullarının günahlarını silir» deyə buyurdu1589.
QƏNİMƏTDƏN OĞURLAMAQ
«Əmanətə xəyanət edən şəxs Qiyamət günü xəyanət etdiyi şeylə (boynuna yüklənmiş halda) gələr». (Ali İmran 161). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, bir gün Peyğəbər - səllallahu aleyhi və səlləm – bizlərə qənimətdən oğurluq etmək barəsində danışdı: Nə badə sizdən biriniz Qiyamət günü boynunda böyürən bir dəvə olduğu halda yanıma gəlib: «Ey Allahın Rəsulu! Mənə kömək et!» dediyini eşitməyim. Çünkü mən də ona: «Sənə heç bir köməklik edə bilmərəm. Çünkü mən sənə xəbərdarlıq etmişdim» deyə buyurdu. Yenə sizdən biriniz Qiyamət günü mənim yanıma boynunda kişnəyən at ilə gəlib: «Ey Allahın Rəsulu! Mənə kömək et!» dediyini eşitməyim. Çünkü mən də ona: «Sənə heç bir köməklik edə bilmərəm. Çünkü mən səni bu haqda xəbərdarlıq etmişdim» deyə buyurdu1590. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Xeybər günü qənimətdən bir paltar götürən bir kimsə haqqında Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, qənimətdən oğurladığı üçün həmən paltar onun üçün bir atəş olacaqdır»1591. Ömər - radıyallahu anhu – rəvayət edir ki, Xeybər günü səhabələrdən bir qrupu Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək: «Filankəs şəhid olmuş! Filankəs şəhid olmuş!» deyə söyləməyə başladılar. Peyğəmbər: «Xeyr, mən onu qənimətdən oğurladığı bir əbanın səbəbilə atəşdə olduğunu gördüm»1592. Abdullah b. Amr - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yük daşıma işinə baxan Kirkirə adında bir kimsə vardı. Adam öldü və Peyğəmbər: «O, Cəhənnəmlikdir» deyə buyurdu. Cəmaat onun əşyalarına baxmağa başladılar. Bu vaxt onların arasından qənimət malından oğurladığı əba tapdılar»1593.
BEYTUL MALA VƏ ZƏKATA XƏYANƏT ETMƏK
«Əmanətə xəyanət edən şəxs Qiyamət günü xəyanət etdiyi şeylə (boynuna yüklənmiş halda) gələr». (Ali İmran 161). Əbu Humeyd əs-Səidi - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əzd qəbiləsinə mənsub İbnul Lutbiyyə adında bir nəfəri zəkat toplamaq üçün məmur təyin edir. Bu adam da öz işini bitirdikdən sonra: «Bu mallar sizindir, bunlarsa mənə hədiyyə edildi» dedi. Bunu eşidən Peyğəmbər – sallallahu aleyhi və səlləm – minbərə çıxaraq: «Zəkat yığan məmura nə olub ki, biz onu bir işə təyin etdiyimizdə dərhal: «Bu mal sizin, bu da mənim» deyir. Atasının, anasının evində oturub gözləsin görək ona hədiyyə gəlirdi, yoxsa yox? Nəfsim əlində olan Allaha and olsun ki, sizdən kim o maldan bir şey götürsə Qiyamət günü boynunda daşıyacaq vəziyyətdə gələcəkdir (götürdüyünü). Götürdüyü şey dəvədisə böyürərək, qoyundursa mələyərək, inəkdirsə böyürərək boynunda gətriləcəkdir» deyə buyurdu1594.
TƏQLİDÇİLİK
Təqlid sözü hüccət, dəlil olmayan kimsənin sözünə uymaqdır. Təqlid ancaq şəri dəlili bilməməklə meydana gəlir. Çünki o, dəlilini bilmədən başqasının sözünə tabe olur. Tabe olmaq İslamda bir hüccət və səhih bir elmdir. Çünki o, Allahın, Rəsulunun və səhabənin sözüdür. Bunlardan başqa olanlar isə təqlid deyə adlandırılır.
Təqlid İki Qismdir:
1. Mubah Olan Təqlid: Bu şəri hökmlərə çatmaq yollarını bilməyən, onları öyrənməyə gücü çatmayan, o hökmlərin dəlillərini başa düşmək imkanına sahib olmayan avam üçündür. Bununla belə bir muftidən şəri dəlili istəmə haqqına da sahibdir. Çünki dinindən əmin olmaq onun da haqqıdır.
2. Haram Olan Təqlid: Alimlərdən deyil, müəyyən birini, onun bütün sözlərində və əməllərində təqlid etmək və haqqı sadəcə onda görməkdir.
Əhli Sünnə vəl cəmaat imamlarının cumhuru avamın və avamın dəlili anlamağa incələmə və araşdırma aparmağa gücü çatmayan kimsələrin əqidə və əhkam məsələlərində təqlidini caiz görür. Onlar təqlidin təkfirə mane olan hallardan biri olduğunu ittifaqla qəbul etmişlər. Çünki muqallid cahildir, dəlili və ya hüccəti başa düşməz, bəsirət və başa düşməyi yoxdur. Ona bir hüccət göstərilincəyə və öyrədilincəyə qədər məzurdur. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: «Ümmətin böyük çoxluğuna görə ictihad caizdir, təqlid də caizdir. Onlar ictihadı hər kəsə vacib görmədikləri kimi, təqlidi də hər kəsə haram görməzlər. Eyni şəkildə təqlidi hər kəsə vacib, ictihadı da hər kəsə haram görməzlər. İctihad, ictihada gücü çatan hər kəs üçün caizdir, təqlid isə ictihaddan aciz olanlar üçün caizdir. İctihada gücü çatan bir kimsə üçün təqlid caizdir, yoxsa yox? Bu mövzuda ixtilaf vardır. Səhih görüşə görə belə bir kimsənin ictihaddan aciz qaldığı durumlarda təqlidə yönəlməsi caizdir. Bu acizlik ya dəlilin eyniliyindən və ya ictihad üçün yetərli vaxtın olmamasından ya da dəlilə açıq çatmamasından ola bilər…»1595. «Onun əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər». (ən-Nur 63). «Amma xeyr! (Ya Məhəmməd!) Sənin Allahına and osun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə (həqiqi surətdə) iman gətirmiş olmazlar». (ən-Nisa 65). «Onlara: «Allahın nazil etdiyinə və Onun Peyğəmbərinə tərəf gəlin! – deyildiyi zaman: Atalarımızın getdiyi yol bizə yetər – deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?». (əl-Maidə 14). «Allahın göndərdiyinə tabe olun! – deyildiyi zaman onlar: Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik – deyirlər. Bəs ataları bir şey anlamayıb, doğru yolda deyildilərsə necə?». (əl-Bəqərə 170). «Çünki onlar atalarını azmış gördülər. Bununla belə yürüyə-yürüyə onların ardınca düşüb getdilər». (əs-Saffət 69-70). «Allah yanında yer üzündə gəzən canlıların ən pisi (haqqı) dərk etməyən karlar və lallardır». (əl-Ənfal 22). «Üzləri odda çevrildiyi gün onlar: Kaş Allaha müti olaydıq, Peyğəmbərə itaət edərdik! – deyəcəklər. Pərvərdigara biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar». (əl-Əhzab 66-67). «Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrı etdilər». (ət-Tövbə 31). Xuzeyfə b. Yəmən –radiyallahu anhu – bu ayə haqqında soruşuldu o: «Rahibləri və alimləri onlar üçün haramı halal edir, onlar da halal sayırlar. Halalı onlara haram edir, onlar da bunu haram sayırlar»1596. «İbrahim atasına və tayfasına: Sizin tapınıb durduğunuz bu heykəllər nədir? – dediyi zaman onlar: Biz atalarımızı onlara ibadət edən gördük! – deyə cavab vermişdilər». (əl-Ənbiya 52-52). «O zaman tabe olunmuşlar tabe olanlardan uzaqlaşacaq, (onların hamısı Qiyamətdəki) əzabı görəcək və aralarındakı rabitə qırılacaqdır. O zaman (bütlərə) tabe olanlar: Əgər bir də dünyaya qayıda bilsəydik, onlar bizdən uzaqlaşdıqları ki, biz də onlardan uzaqlaşardıq – deyərlər». (əl-Bəqərə 166-167). İbn Ömər – radıyallahu anhu – məsciddə oturduğu vaxt Şamlı bir nəfər gələrək ondan Təməttu həcci barəsində soruşdu. İbn Ömər: «Gözəldir, xoşdur» deyə cavab verdi. Adam: «Lakin sənin atan bunu qadağan etmişdir» dedi. İbn Ömər: «Vay sənin halına! Atam bunu qadağan etmiş ola bilir. Lakin Peyğəmbər - sallallahu aleyhi və səlləm – belə etmiş və bunu əmr etmişdir. Sən atamın sözünü götürəcəksən yoxsa Peyğəmbər - sallallahu aleyhi və səlləm – in əmrinə tabe olursan?» dedi. Adam: «Peyğəmbər - sallallahu aleyhi və səlləm – in əmrinə tabe oluram» dedi. İbn Ömər: «Qalx get!» dedi1597. İmam Təhavi – rahmətullahi aleyhi – deyir ki: «Təqlidi ancaq başı çatışmayan kimsələr edər»1598. İbn Məsud – radıyallahu anhu – deyir ki: «Heç kimsə dinində başqa bir kimsəni təqlid etməsin. Çünki əgər o iman edərsə o, da iman edər, küfrə girərsə o, da küfrə girər»1599. İbn Məsud – radıyallahu anhu – deyir ki: «Bu dünyada ya müəllim ol, ya da tələbə. Bu ikisi arasında üçüncü (təqlidçi) olma yoxsa məhv olarsan»1600. Sufyan b. Uyeynə – rahmətullahi aleyhi – deyir ki, Rabia başı örtülü halda yanımda uzanaraq ağlayırdı. Ona: «Nəyə görə ağlayırsan?» deyə soruşduqda. O: «Məni ağladan açıq riya, gizli şəhvətdir. İnsanlar alimlərin yanında analarının qucağındakı körpə uşaqlar kimidirlər. Onlar nəyi qadağan edərlərsə ondan əl çəkərlər, nəyi də əmr edərlərsə onu da yerinə yetirərlər»1601. Abdulah b. Muhəmməd əl-Mutəz deyir ki: «Güdülən heyvanla təqlid edilən insan arasında heç bir fərq yoxdur»1602. Mucahid b. Cəbr deyir ki: «Allahın qullarından kim olursa olsun sözü alınır da, tərk də edilir. Yalnız Peyğəmbər - sallallahu aleyhi və səlləm – müstəsna»1603.
İmam Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «Hədis səhih olduğu zaman mənim görüşüm odur»1604. Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «Haradan aldığımızı bilmədikcə heç kimsəyə bizim görüşümüz ilə əməl etmək olmaz»1605. Əbu Hənifə – rahmətullahi aleyhi –deyir ki: «Dayandığım dəlili bilmədikcə mənim görüşüm ilə fətva vermək haramdır. Biz bir insanıq. Bu gün bir söz deyirik, sabah isə ondan əl çəkirik». Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «Ey Yaqub! Məndən hər eşitdiyini yazma. Çünki mən bu gün bir görüşü mənimsəyib, səhəri isə onu tərk edə bilərəm. Sabah bir görüş sahibi oluram, o biri gün isə onu da tərk edə bilərəm»1606. Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «Allahın Kitabı və Rəsulunun Sünnəsinə tərs olan bir söz söylədiyim zaman mənim görüşümü tərk edin»1607.
İmam Məlik – rahmətullahi aleyhi – deyir ki: «Mən bir bəşərəm doğrunu da söyləyə bilərəm, xəta da edə bilərəm. Sizlər mənim görüşümə baxın. Allahın Kitabı, Rəsulunun sünnətinə uyğun gələni götürün, uyğun gəlməyəni buraxın»1608. İmam Məlik – rahmətullahi aleyhi – deyir ki: «Peyğəmbər - sallallahu aleyhi və səlləm – dən başqa bəzi insanların sözü alına da bilər, tərk edilə də bilər»1609.
İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Bir kimsə Peyğəmbər - səllallahu aleyhi və səlləm – dən nəql edilən bir Sünnəti açıq-aydın bilindiyi halda onu bir başqasının sözündən ötrü tərk etməsinin halal olmadığını müsəlmanlar ittifaq etmişlər»1610. İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Mənim Kitabımda Peyğəmbər - sallallahu aleyhi və səlləm – in sünnəsinə zidd bir şey tapsanız Peyğəmbər - sallallahu aleyhi və səlləm – in sözünü götürün və mənim sözümü tərk edin. Sünnətə uyun və başqa birisinin sözünə etibar etməyin»1611. İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Hədis səhih olduğu zaman mənim görüşüm odur»1612. İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Mən bir söz söylədiyimdə mənə zidd olaraq Peyğəmbər - sallallahu aleyhi və səlləm – dən səhih bir hədis gəldiyini görsəniz, mənə ağlımın getdiyini xəbər verin»1613. İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Hər hansı bir məsələdə bir söz söyləmiş olsam və Peyğəmbər - sallallahu aleyhi və səlləm – dən buna zidd bir xəbər gəlmişsə, Peyğəmbər - sallallahu aleyhi və səlləm – in hədisi daha doğrudur. Məni təqlid etməyin»1614. İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Peyğəmbər - sallallahu aleyhi və səlləm – dən nəql edilən hər hansı bir hədisi məndən eşitməmiş belə olsanız mənim görüşüm deməkdir»1615.
İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Məni təqlid etmə. Məliki, Şəfiini, Əvzaini, Söurini təqlid etmə. Sən da onların elm aldığı qaynaqlardan elm al»1616. İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Dini məsələlərdə alimlərdən hər hansı birini təqlid etmə. Peyğəmbər - sallallahu aleyhi və səlləm – və Onun Səhabələrindən nə gəlmişsə onu al. Səhabələrdən sonra Tabiin nəsli gəlir ki, bir alim bunların görüşünü alıb, almamaqda sərbəsdir»1617. İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Kim Peyğəmbər - sallallahu aleyhi və səlləm – in hədisini rədd edərsə o, həlak yolundadır»1618.
Dostları ilə paylaş: |