KÖLƏYƏ (QULLUQÇUYA) ƏZİYYƏT VERMƏK
«Lakin o, əqəbəni keçə bilmədi. Bilirsənmi əqəbə nədir? O, bir kölə azad etməkdir. Yaxud aclıq zamanı yemək verməkdir. Qohumluq əlaqəsi çatan bir yetimə». (əl-Bələd 11-15). Əbu Ali b. Mukarri - radıyallahu anhu – rəvayət edir ki, mən Mukarrin oğullarından yeddi qardaşın yeddincisi olduğumu bilirəm. Bir dənə xidmətçimiz var idi. Ən kiçiyimiz ona bir şapalaq vurdu. Rəsulullah – sallallahu aleyhi və səlləm – onu azad etməyi əmr etdi»1406. Əbu Məsud əl-Bədri - radıyallahu anhu – rəvayət edir ki, bir gün köləmi qamçı ilə döyürdüm. Arxamdan: «Bil, Ey Əbu Məsud!» deyə səs eşitdim. Səsi tanıya bilmədim. Mənə yaxınlaşdıqca baxdım ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – dir. O: «Ey Əbu Məsud! Bil ki, Allah sənin bu köləyə etdiyindən daha betərini sənə etməyə qadirdir» deyə buyurdu. Mən: «Bundan sonra bir daha kölə döymərəm (Başqa rəvayətdə: Rəsulullah – sallallahu aleyhi və səlləm – in heybətindən qamçı əlimdən düşdü. O, azaddır ya Rəsulullah! Əgər belə etməsəydin atəş sənə toxunardı)» dedim1407. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim köləsini etmədiyi bir şeydən ötrü döyərsə onun kəffarəsi onu azad etməkdir»1408. Hişam b. Həkim b. Hişam - radıyallahu anhu – rəvayət edir ki, bir gün Şamın bazarlarına girdikdə başlarına zeytun yağı çəkilərək günəşin altına buraxılmış bir qrup insanları gördüm və: «Bu nədir belə?» deyə soruşdum. Mənə: «Bunlar Xaracdan ötrü cəza verilir (Başqa rəvayətdə: Cizyəyə görə)» deyə cavab verdilər. Hişam - radıyallahu anhu – dedi ki, mən Rəsulullah – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu dinlədim: «Dünyada insanlara işkəncə edənlərə Allah əzab edər». Əmirin hüzuruna gedib ona xəbər verdim. Əmir də təlimat verərək onları buraxdırdı1409. Əli - radıyallahu anhu – dedi ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – in son sözü bu olmuşdur: «Namaz (qılın), namaz (qılın)! Kölələrinizə görə Allahdan qorxun»1410. Əbu Hureyrə -radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim öz köləsini zinada ittiham edərsə Qiyamət günü (zinakara tətbiq olunan) həd tətbiq olunar. Əgər kölə bu adamın dediyi kimidirsə bu müstəsadır»1411. Ammar b. Yəsir - radıyallahu anhu – rəvayət edir ki: «Köləsini haqsız yerə vuran elə bir kimsə yoxdur ki, Qiyamət günü ondan qisas alınmasın»1412. Cabir b. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – kölələrlə yaxşı rəftar etməyi tövsiyə edərək buyurdu: «Yediyinizdən onlara yedirdin, geyindiyinizdən onlara geyindirin, qüdrətli və əzəmətli Allahın yaratdıqlarına əzab verməyin (Başqa rəvayətdə: Həqiqətən kölələriniz sizin qardaşlarınızdır! Allah onları sizin tabeçiliyinizə vermişdir. Onları gücləri çatmadığı bir işlə yükləməyin. Hərgah onları gücləri çatmadığı bir işlə yükləsəniz, onda onlara kömək edin)»1413. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən birinizə köləsi yemək gətirdikdə onu da yeməyə dəvət etsin. Dəvəti qəbul etməsə ona öz əlindən yemək versin»1414. Miqdam b. Mədi - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm –buyurdu: «Özün nə yesən sənin üçün sədəqədir. Övladına, zövcənə və xidmətçinə nə yedirtsən o, da (sənin üçün) sədəqədir»1415. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «(Qiyamət günü) hər kəsə öz haqqı çatacaqdır. Hətta buynuzsuz qoç buynuzlu qoçdan qisas alacaqdır»1416. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər kölə öz ağasına nəsihət etsə və Rəbbinə gözəl tərzdə ibadət etsə ikiqat savab qazanır»1417. Əbu Burda öz atasından mənə rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Üç sinif insan vardır ki, iki qat savab qazanır. Əvvəlcə öz Peyğəmbərinə, sonra da Muhəmmədə iman gətirmiş Kitab əhlindən olan bir kimsə iki qat savab qazanız. Həm Allahın, həm də ağasının haqqını ödəyən kölə və bir də kənizinə yaxşı təlim-tərbiyə keçən, sonra da onu azad edib onunla evlənən kişi iki qat savab qazanır»1418. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Müsəlman kölə həm Allahın haqqını, həm də ağasının haqqını ödəsə iki savab qazanır. Əhu Hureyrə - radıyallahu anhu – nun canı əlində olan Allaha and olsun ki, əgər Allah yolunda cihad, həcc və ana qayğısını çəkmək olmasaydı kölə olaraq ölməyi istəyərdim»1419. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurur: «Sizdən heç kim öz (qulluqçusuna) Rəbbinə su ver, Rəbbini doydur, Rəbbinə dəstəmaz aldır və s deməsin. (Ey kölələr!) Sizdən də heç kimsə Rəbbim deyə xitab etməsin. Həmçinin qulum deyə xitab etməsin. Oğlum, qızım desin»1420. «Çünki göylərdə və yerdə olan bütün məxluqatdan bir eləsi yoxdur ki, Rəhmanın hüzuruna bir qul kimi gəlməsin». (Məryəm 93). Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim müsəlman bir köləni azad edib hürriyətinə qovuşdurarsa Allah da azad etdiyi kölənin hər bir üzvünə müqabil onun bir üzvünü Cəhənnəmdən azad edər. Hətta tənəsül üzvünə müqabil tənəsül üzvünü belə»1421. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Köləsini öldürəni öldürün, onu xədim edəni də xədim edin»1422.
KÖLƏNİN AĞASINDAN QAÇMASI
Cərir b. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Hansı kölə öz (ağasından) qaçarsa o kölədən qorunmaq haqları qalxar»1423. Cərir - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Kölə (ağasından) qaçdığı zaman qıldığı namaz qəbul edilməz (Başqa rəvayətdə: Küfrə girmişdir)»1424. Fudalə b. Ubey - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Üç kimsə vardır ki, onlar sorğu-sual edilməzlər. Müsəlman cəmaatından ayrılıb imamına asi olan və asi olaraq ölən kimsə. Ağasından qaçan kölə və ya kəniz. O qadın ki, əri onu qoyub getmiş özünə də kifayət qədər azuqə saxlamışdır. O, isə açıq-saçıq geyib çölə çıxmış və özbaşınalıq etmişdir. Yenə üç nəfər vardır ki, onlar sorğu-sual edilməzlər. Allahın libasına şərik olmaq istəyən kimsə. Belə ki, təkəbbürlük və izzət Onun libasıdır. Allahın işinə şəkk edən kimsə və Allahın rəhmətindən ümidini kəsən kimsə»1425.
ELMİ GİZLƏTMƏK VƏ DÜNYA ÜÇÜN ÖYRƏNMƏK
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki: «Allahın bu iki ayəsi olmasaydı mən heç bir hədis rəvayət etməzdim: «Allah kitab əhlindən siz onu gizlətməyib insanlar üçün ayınlaşdırmalısınız deyə əhd aldığı zaman onlar bu əhdə arxa çevirdilər». (Ali İmran 187). «Kitabda insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən şəxslər allahın lənətinə düçar olar və bütün lənət edə bilənlər də lənət oxuyar». (əl-Bəqərə 159)»1426 lənətləyib. «Allahın nazil etdiyi kitabda olanları gizlədənlərin və onu müqabilində bir az para alanların yedikləri qarınlarında ancaq oda dönəcəkdir. Qiyamət günü Allah onlarla danışmaz, (onları) təmizə çıxarmaz. Onları şiddətli əzab gözləyir». (əl-Bəqərə 174). Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim ki, Allah rizası üçün öyrənilməsi lazım olan bir elmi sırf dünya malını əldə etmək üçün öyrənərsə Qiyamət günü Cənnətin iyini belə duymaz»1427. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kimdən (elmdən) bir şey soruşularsa o, da onu gizlədərsə Qiyamət günü onu Cəhənnəmin atəşi ilə buxovlayarlar»1428. Kəb b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim elmi alimlərlə mübahisə etmək üçün, səfehləri susdurmaq üçün, insanların diqqətini özünə çəkmək üçün, başa düşməyənləri şübhəyə salmaq üçün və məclislərdə yer tutmaq üçün öyrənərsə Cənnətin iyini belə hiss etməz»1429. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, elm öyrənən kimsə öyrəndiyinə əməl etməzsə bu elm onun təkəbbürlüyünü artırar».
YETİM MALINI HAQSIZ OLARAQ YEMƏK
«Həqiqətən yetimlərin malını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar alovlu Cəhənnəmə vasil olacaqlar». (ən-Nisa 10). «Yetimin malına xeyirxah məqsəd istisna olmaqla həddi-buluğa çatana qədər yaxın düşməyin». (əl-Ənam 152). «Dünya və axirət işləri barəsində (Ya Muhəmməd!) səndən yetimlər haqqında sual edənlərə söylə: Onların malını qorumaq və güzaranlarını yaxşılaşdırmaq xeyirlidir. Əgər onlarla birlikdə yaşarsınızsa onlar sizin qardaşlarınızdır». (əl-Bəqərə 220). Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Özünüzü yeddi həlak edici günahdan qoruyun». Səhabələr: «Ya Rəsulullah! Onlar hansılardır?» deyə soruşdular. Peyğəmbər: «…Yetim malını yemək1430«1431.
İSMƏTLİ QADINLARA BÖHTAN ATMAQ
«Zinadan xəbərsiz namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər dünya və axirətdə dəhşətli əzab gözləyir». (ən-Nur 23). «İsmətli qadınlara zina isnad edib sonra dörd şahid gətirə bilməyən şəxslərə 80 çubuq vurun və onların şəhadətlərini qəbul etməyin. Onlar sözsüz ki. əsl fasiqlərdir». (ən-Nur 4). Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Özünüzü yeddi həlak edici günahdan qoruyun». Səhabələr: «Ya Rəsulullah! Onlar hansılardır?» deyə soruşdular. Peyğəmbər: «…İsmətli, namuslu qadınları namussuzluqda ittiham edərək böhtan atmaq»1432. İmam Zəhəbi – rahmətullahi aleyhi – deyir ki: «Haqqında ayə endiyi halda kim möminlərin anası Aişə - radıyallahu anhə – iftira atarsa o, kafir olur, Quranı inkar etmiş olur və öldürülür».
BÖYÜKLƏRƏ HÖRMƏT VƏ KİÇİKLƏRƏ RƏHM ETMƏK
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kiçiklərimizə mərhəmət etməyən, böyüklərimizə hörmət etməyən bizdən deyildir»1433. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər hansı bir gənc ixtiyar yaşına çatmış insana hörmət edərsə, Allah da o gəncə ixtiyar yaşına çatdıqda ona hörmət edən kimsələri göndərər»1434.
YATARKƏN YANAR ŞEYLƏRİ SÖNDÜRMƏK
İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yatdığınız zaman evlərinizdə yanan atəş buraxmayın (söndürün)»1435. Əbu Musa əl-Əşəri - radıyallahu anhu – rəvayət edir ki, bir gecə Mədinə evlərinin birində yanğın baş verdi və ev əhli ilə birlikdə yandı. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu xəbər çatdıqda buyurdu: «Bu atəş sizin düşməninizdir. Yatmaq istədikdə onu söndürün»1436. Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qabların üzərini örtün. Tuluqların ağızlarını bağlayın. Qapıları örtün. Qəndilləri söndürün. Çünki şeytan bağlı tuluğu, bağlı qapını və bağlı qabı aça bilməz. Hər hansı biriniz qabları örtəcək bir şey tapmasanız bir taxta parçasını Bismilləh ilə qabların ağzına qoyun. Həqiqətən də siçan (qəndili yıxaraq) sakinləri ilə birlikdə evi yandırır»1437. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Gecənin bir aləmində yaxud axşam çıxanda uşaqlarınızı (bayıra çıxmağa) qoymayın. Çünki həmin vaxt şeytanlar hər tərəfə yayılırlar. Gecədən bir müddət keçəndə onları sərbəst buraxın. Allahın adını zikr edərək qapıları bağlayın. Çünki şeytan bağlı qapını aça bilmir. Allahın adını zikr edərək tuluqlarınızın ağızını bağlayın. Allahın adını zikr edərək qablarınızın ağzını, hətta üstünə bir şey qoymalı olsanız belə ortün və işıqlarınızı da söndürün»1438. Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Günəş batdığı zaman gecənin qaranlığı gedənə qədər qoyun, keçi, inək, dəvə və s. çöldə otlayan heyvanlarınızı və uşaqlarınızı çölə buraxmayın. Çünki şeytanlar günəş batdığı vaxt işanın qaranlğı gedənə qədər ətrafa yayılaraq fəaliyyətə başlayırlar»1439.
MƏSCİDDƏ TÜPÜRMƏK
Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Məsciddə tüpürmək günahdır. Kəffarəsi isə onu basdırmaqdır»1440. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – məsciddə qiblə istiqamətində divarda bir bələğəm gördü. Onu götürərək (basdırdı)»1441. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bu məscidlər bövl etmək və digər pisliklər kimi pis şeylər üçün deyildir. Məscidlər Allahı zikr etmək və Quran oxumaq üçün tikilmişdir»1442.
QİBLƏ İSTİQAMƏTİNƏ TÜPÜRMƏK
Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən biri namaza durduğu vaxt Rəbbinə müraciət edər. Rəbbi onunla qiblə arasındadır. O, halda sizdən biri nə badə qiblə tərəfinə tüpürməsin»1443. Huzeyfə b. Yəmən - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiblə istiqamətinə tüpürən kimsə qiyamət günü tüpürdüyü iki gözünün arasında (Başqa rəvayətdə: Üzündə) olduğu halda gələcəkdir»1444. İmam Nəvəvi – rahmətullahi aleyhi - deyir ki: «İstər namaz vaxtı, istər namazdan kənarda, istər məsciddə, istərsə də məsciddən kənarda bu əməl qadağan edilmişdir»1445.
MƏSCİDDƏ ÇƏKİŞMƏK, YÜKSƏK SƏSLƏ DANIŞMAQ, İTMİŞ ƏŞYALARI AXTARMAQ, ALIŞ-VERİŞ VƏ S. ƏMƏLLƏR ETMƏK
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim bir nəfərin məsciddə itmiş əşyasını soruşduğunu eşidərsə: «Allah onu sənə geri verməsin» desin. Çünki məscidlər bunun üçün tikilməmişdir»1446. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Məsciddə alış-veriş edəni gördüyünüz zaman: «Allah səni gəlirdən məhrum etsin» desin. Yenə də məsciddə görsəniz ki, kimsə itmiş əşyasını axtarır: «Allah onu sənə geri verməsin (qaytarmasın)» desin1447. Bureydə - radıyallahu anhu – rəvayət edir ki, bir nəfər məsciddə itmiş bir şeyini axtararaq: «Mənim qırmızı dəvəmi görən varmı?» deyə soruşdu. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Səni görüm axtardığını tapmayasan. Məscidlər nə niyyətlə tikilmişsə onun üçündür»1448. Amr b. Şuayb atasından, o da babasından rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – məsciddə alış-verişi, itmiş hər hansı bir şeyi axtarmağı və şer söyləməyi qadağan etmişdir»1449. Saib b. Yəzid əs-Səhəbi - radıyallahu anhu – rəvayət edir ki, bir gün məsciddə ikən bir nəfər mənə kiçik bir daş parçası atdı. Baxdım ki, bu Ömər - radıyallahu anhu – dur. Mənə: «Get o iki nəfəri mənim yanıma çağır» dedi. Mən də o, iki nəfəri yanına çağırdım. Ömər: «Hardansız?» deyə sual etdi. Onlar: «Taifdən» dedilər. Ömər: «Əgər bu şəhərdən olsaydınız mən sizə cəza verməyi əmr edərdim. Çünki sizlər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in məscidində səslərinizi yüksəldirsiniz» dedi1450.
MƏCLİSLƏRDƏ ALLAHI YAD ETMƏYƏNLƏR
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir yerdə oturub Allahı zikr etməzsə Allah tərəfindən (bu qüsuruna görə) bir peşmançılığa uğrayarlar. Kim də bir yatağa uzanaraq Allahı zikr etməzsə Allah tərəfindən bir peşmançılığa uğrayar»1451. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir məclisdə oturub və orada Allahı zikr etməyən və Nəbilərinə salavat gətirməyən bir topluluq mütləq Allah tərəfindən peşmançılığa uğrayarlar. Allah dilərsə onlara əzab verər, dilərsə onları bağışlayar»1452. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Oturduqları məclisdən Allahı zikr etmədən qalxan bir topluluq eşşək leşi qabağından qalxmış kimidirlər. Bu onlar üçün peşman olacaqları bir işdir»1453.
TƏK SAYLI AYAQQABI İLƏ YERİMƏK VƏ AYAQ ÜSTƏ AYAQQABI GEYİNMƏK
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən biriniz tək saylı ayaqqabı ilə yeriməsin. Ya ikisini də geyinsin, ya da ikisini də çıxartsın»1454. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən birinizin ayaqqabısı (cırılarsa) biri ilə yeriməsin digərini təmir edənə qədər»1455. Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bir kimsənin ayaq üstə ayaqqabı geyinməsini qadağan etmişdir»1456.
KÜLƏYİ SÖYMƏK
Əbu Muazir Ubeyy b. Kəb - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Küləyi söyməyin. Xoşunuza gəlməyən bir şey gördükdə: «Allahım! Bu küləyin xeyrindən, daşıdığı xeyirdən və əmr olunduğu xeyirdən istəyirik. Bu küləyin şərindən, daşıdığı şərindən və əmr olunduğu şərdən sənə sığınırıq»1457. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Külək Allahın rəhmətidir. O, həm rəhmət, həm də əzab gətirir. Onu gördükdə söyməyin. Allahdan onun xeyirini istəyin və şərindən Allaha sığının»1458. Küləyi söymək haramdır. Küləyi söyən onu yaradanı söymüş olur. Useymin – rahmətullahi aleyhi – deyir ki: «Əgər sən əyri bir bina görsən və onu təhqir etsən binanı tikəni söymüş olacaqsan».
XORUZA SÖYMƏK
Zeyd b. Xalid əl-Cuheyni - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Xoruzu söyməyin. Çünki o, namaza oyadır»1459.
CÜMƏ GÜNÜ AZANDAN SONRA ALIŞ-VERİŞ ETMƏK
«Ey iman gətirənlər! Cümə günü namaza çağrıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz bu sizin üçün nə qədər xeyirlidir». (əl-Cumuə 9).
QARIŞQALARI ÖLDÜRMƏK
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «(Ağac altında dincələn) Peyğəmbərlərdən birini bir qarışqa dişlədi və o, qarışqa yuvasının yandırılmasını əmr etdi. Allah Peyğəmbərə: «Bir qarışqanın səni dişləməsindən ötrü Allahı təsbih edən ümmətlərdən bir ümməti həlak etdin?» deyə vəhy etdi1460.
BİR KİMSƏNİN DURDUĞU YERƏ QAYITMASI
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən biriniz oturduğu yerdən qalxsa, sonra da yerinə qayıdarsa o, həmən yerə (oturmağa) daha layiqdir»1461. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən heç biriniz bir kimsəni yerindən qaldırıb (cümə günü) özü onun yerində oturmasın. Lakin sıx oturun və (bir-birinizə) yer verin (Başqa rəvayətdə: Kimsə ayağa qalxıb İbn Ömər - radıyallahu anhu – ya yer verdikdə (heç vaxt) o yerdə oturmazdı1462)»1463. Cabir b. Səmura - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gəldikdə hər birimiz çatdığı (boş) yerdə oturardı»1464.
İKİ NƏFƏRİN ARASINA GİRMƏK
Abdullah b. Amr - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İki nəfərin arasına girmək halal olmaz, ancaq özlərinin izn verməsi istisnadır»1465.
NƏFSİM PİSDİR DEMƏK
Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən heç kimsə – Nəfsim pisdir – deməsin. Lakin - Nəfsim sıxıldı – desin»1466.
ÜZÜQOYLU UZANMAQ
Suffə əhlindən olan Tixfə əl-Gifari - radıyallahu anhu – deyir ki, mən gecənin axır vaxtında məsciddə üzüqoylu yatdığım zaman bir nəfər gəlib ayağı ilə məni silkələyib buyurdu: «Qalx! Bu elə bir uzanmaqdır ki, Allah ona nifrət edir». Mən başımı qaldırıb gördüm ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – başımın üstündə dayanıb»1467. Əbu Umamə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – məsciddə üzüqoylu uzanmış bir kişinin yanından keçdikdə ayağı ilə onu vurub buyurdu: «Qalx! Bu Cəhənnəm yatışıdır»1468. Abdullah b. Zubeyr - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – i məsciddə ayağını ayağının üstünə atmış olduğu halda beli üstə yatdığını görmüşdür»1469.
YEMƏK VƏ İÇMƏKDƏ OLAN QADAĞALAR
Sələmə b. əl-Əkva - radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hüzurunda sol əliylə yeyirdi». Peyğəmbər: «Sağ əlinlə ye» deyə buyurdu. Adam: «Bacarmıram» dedikdə Peyğəmbər: «Səni görüm heç bacarmayasan» deyə buyurdu. O, insanı sağ əllə yeməməsinə yalnız təkəbbürlüyü qoymadı. Sələmə deyir ki: «Həqiqətən də o, insan sağ əlini bir daha ağzına qaldırmadı»1470. Ömər b. Əbi Sələmə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey Oğlum! (Yeməyin əvvəlində) Bismilləh de, sağ əlinlə ye və önündən başla»1471. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – heç bir zaman heç bir yeməyi pisləməzdi. Ürəyi istədikdə yeyərdi, istəmədikdə yeməzdi»1472. Cəbələ b. Suhaym rəvayət edir ki, Abdullah b. Zubeyr - radıyallahu anhu – nun vaxtında qıtlığa məruz qaldıq. Bu vaxt yemək üçün bizə xurma verildi. Biz xurmaları yeyərkən İbn Ömər - radıyallahu anhu – yanımızdan keçirdi: «Xurmaları iki-iki götürərək yeməyin. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm – bunu bizə qadağan etmişdir. Lakin qardaşınızın icazə verməsi müstəsnadır»1473. Əbu Cuhayfə Vəhb b. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən yaslanaraq yemək yemirəm»1474. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Biriniz yemək yediyi zaman barmaqlarını yalamadıqca onları silməsin»1475. Kəb b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – üç barmağıyla yeyərkən gördüm. Yeməyini bitirdikdə barmaqlarını yaladı»1476. Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Birinizin loxması düşdüyü zaman dərhal onu qaldırsın. Ona yapışanı (toz və s.) silsin və loxmanı yesin. Onu şeytana buraxmasın. Barmaqlarını yalamadıqca da əlini dəsmalla silməsin. Çünki bərəkətin yeməyin hansı hissəsində olduğunu bilməz (Başqa rəvayətdə: Yemək qabını sünnətləməyi əmr etdi)»1477. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dəvə içdiyi kimi bir nəfəsə içməyin. İki, üç nəfəsə için. İçdiyiniz zaman Bismilləh deyin. Qurtardığınız zaman Əlhəmdulilləh deyin (Başqa rəvayətdə: İçərkən üç dəvə nəfəs alardı, verərdi)»1478. Əbu Qatadə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Suya doğru nəfəs almağı qadağan etmişdir»1479. Əbu səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – su qablarının ağızlarını əyərək onlardan su içməyi qadağan etmişdir»1480/1481. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qabın içinə nəfəs verməyi və ya (yeyiləsi və içiləsi bir şeyin içinə) üfləməyi qadağan etmişdir»1482. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bir nəfərin ayaq üstə su içməsini qadağan etdi». Qatabə - radıyallahu anhu – deyir ki, biz Ənəsdən: «Bəs yemək» deyə soruşduq. Ənəs: «Bu daha pisdir» dedi1483. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən heç kimsə ayaq üstə su içməsin. Hər kim də unudaraq su içərsə dərhal qussun»1484.1485 İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kafir yeddi bağırsağı doldurmaq üçün yeyər, mömin isə bir bağırsağı doldurmaq üçün yeyər»1486.
Dostları ilə paylaş: |