2. Ədəbi tənqid anlayışı



Yüklə 27,86 Kb.
səhifə3/9
tarix10.01.2023
ölçüsü27,86 Kb.
#122134
1   2   3   4   5   6   7   8   9
Sənəd-2

Ədəbi risalə-klassik dövrdə ədəbi tənqid, nəzəriyə və ədəbiyyatşünaslığın geniş yayılmış janlarından biri hesab olunmaqdadır. Dövrün əksər elm sahələrində bu səpkili əsərlərə müraciət edildiyindan ədəbiyyatla bağlı olan janr örnəklərinin ədəbi risala adlandırılması daha münasibdir.
Mövcud ədəbi risalələrdə əruz vəzni, qafiyə, dil-üslub, bədii təsvir vasitələri, poetik fiqurlar, şeirin ölçüləri, bədii sənətkarlıq və s. Məsələlər haqqında elmi-nəzəri şəkildə məlumat verilmişdir. Risalə müəllifləri ədəbi-estetik qənaətlərini ayrı-ayrı şairlərin yaradıcılığından gətirilmiş bədii nümunələrlə təsbit etməyə çalışmışlar. Azərbaycan ədəbiyyatşünaslığı tarixində ədəbi risalənin bir sıra bənzərsiz, orijinal nümunələri mövcuddur. Xətib Təbrizinin «<əruz və qafiyə elmlərinin yekunu» («Əl kafi fi elmey əl-əruz vəl qǝ- vafi»), Nəsirəddin Tusinin «Meyarül-əşar»,Əssar Təbrizinin <Dibaçə- klassik Şərq ədəbiyyatında divanlara, poemalara yazılmış müqəddimələrdən ibarətdir. Şərq şeiri poetikasının öyrənilməsində dibaçələrin müstəsna əhəmiyyəti olduğu sirr deyildir. Bütövlükdə şairin söz sənəti ilə bağlı nəzəri baxışlar məcmusunu əks etdirən dibaçələr həmçinin dövrün ədəbi-estetik prinsiplərini öyrənmək üçün əhəmiyyətli qaynaqlardandır.
Dibaçələrdə şairlər bir tərəfdən divanın yazılma səbəbləri haqqında məlumat vermiş, digər tərəfdən divana daxil edilmiş poetik nümunələrin yaranmasına aydınlıq gətirmiş, bəzən isə fərdi yaradıcılıq üslubuna diqqəti yönəldərək öz əsərləri üzərində necə işləmələri ilə bağlı mülahizələr irəli sürmüşlər. Həmçinin dibaçələrdə şairin dövrü, mühiti, bioqrafiyası, yaradıcılığı haqqında bu və ya başqa səpkili məlumatlara da yer verilməkdədir.
Bütün bunlarla yanaşı, dibaçələrdə şair və hökmdar, sənətkar və zaman, şəxsiyyət və mühit və s. Kimi ciddi sosial problemlərə yer verilməsi bu janrın sosioloji və estetik baxımdan əhəmiyyətini aşkarlayır. Azərbaycan ədəbiyyatında Məhəmməd Füzulinin türk, ərəb və fars divanlarına yazdığı dibaçələr yüksək elmi dəyəri ilə diqqəti çəkməkdədir.
Təzkirə ədəbi tənqidin klassik dövrdə ədəbiyyat tarixçiliyi funksiyasını ehtiva edən özünəməxsus janrlarından biridir. <> termini əvəzinə ««Tazkireyi-şüara şairlər haqqında təzkirələr;
«Tazkireyi-elmiyya – elm xadimləri haqqında təzkirələr;
<Azərbaycan və türk xalqları ədəbiyyatında şairlər haqqında yazılan təzkirələr daha geniş yayılmışdır və ədəbi tənqid o məhz bu təzkirələr araşdırılır. Azərbaycan ədəbiyyatşünaslığında nəzəri-tənqidi və elmi- bioqrafik faktlarla zəngin olan bir sıra təzkirələr yaranmışdır: Bu tazkirələr içərisində Əhdi Bağdadinin «Gülşəni-şüǝra», Sam Mir- zə Səfəvinin «, Seyid Əzim Şirvaninin <, Mir Möhsün Nəvvabın «Tazkireyi-Nov- vab», Məhəmməd ağa Müctəhidzadənin «Riyazül-aşiqin»>, Mə- hammadali Tarbiyatin «Danişmandani-Azərbaycan» tazkirələri xüsusi yer tutur.
Təzkirələrin ədəbiyyat tarixində əhəmiyyəti ilk mənbə və qaynaq rolunu oynaması ilə bağlıdır.

Yüklə 27,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin