4,5,6,7,8 3-CÜ SUALIN TƏRKİBİNDƏDİR. 9. Müasir janrlar- Ədəbi tənqidin müasir janrlarına isə resenziya, esse, açıq məktub, ədəbi portret, polemik məqalə, problematik məqalə, ədəbi oçerk, ədəbi icmal, ədəbi dialoq, ədəbi müsahibə, nəzəri məqalə, yol qeydləri, monoqrafiya və s. daxildir. Çağdaş ədəbi tənqiddə həmçinin ön söz (son söz), yubiley məqaləsi, ədəbi müzakira, nek- 34 roloq, replika, etüd, məruzə və başqa janrlara da bu və ya digər şəkildə müraciət olunmaqdadır.
Resenziya - müasir ədəbi tənqidin ən populyar və geniş ya yılmış janrlarından hesab olunur. Tənqidçilərin əksəriyyəti bu yazı türünə müraciət etmiş, fərqli yanaşmalarla janrı elmi-nəzəri çalarlarla zənginləşdirmişlər.Resenziya termini latın mənşəli olub (recensio) «qiymətləndirmə»>, <« (431, 105) resenziya zaman keçdikcə müəyyən dəyişikliklərə uğramış, təkmilləşmiş, elmi-nəzəri çalarlarla zənginləşmişdir.Mövcud örnəklərdə resenziyalar həcm baxımından fərqli səciyyə daşıyır. İri həcmli resenziyalara egrand-resenziya», həcmcə kiçik olanlara isə «mini-resenziya deyilir.Resenziya ədəbi tənqidin zahirən asan görünən, əslində isə yazılışı o qədər də asan olmayan, tənqidçidən yüksək peşəkarlıq tələb edən janrlardandır. Resenziya müəllifi təhlil etdiyi əsərin mahiyyətini, ideya-estetik aspektlarini dəqiq müəyyənləşdirməli, bədii mətni obyektiv şəkildə dəyərləndirməlidir.XX əsrin əvvəllərində Azərbaycan ədəbi tənqidində Firidun bay Köçərli, Seyid Hüseyn, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə və başqa müəlliflərin resenziyaları janrın ilk ör- nəkləri kimi dəyərləndirilə bilər. Sonrakı illərdə Mehdi Hüseyn, Mirzə İbrahimov, Əkbər Ağayev, Yaşar Qarayev, Bəkir Nəbiyev, Təhsin Mütəllimov və başqa müəlliflərin resenziya janrında yazdı- ğı əsərlər elmi-nəzəri səviyyəsi ilə seçilir.
Ədəbi tənqiddə bəzən sifarişli resenziyalara da təsadüf olunur Ki, bu daha çox reklam səciyyəsi daşıyır.
Esse – müasir ədəbi tənqidin nisbətən az müraciət olunan, lakin çox oxunan janrlarından biridir. Bu janr ədəbiyyatın və ya ədəbi-nəzəri fikrin hər hansı mübahisəli bir problemini sərbəst surǝtdə izah etməsi ilə seçilir. Daha çox mühakimələrin üstünlüyü ilə diqqəti çəkən esselərdə qaldırılan problemlərin heç də hamı üçün məqbul olacağı qayğısına qalınmır. Esse janrının əsasını fransız yazıçısı Mişel Monten qoy- muşdur. Onun 1580-ci ildə yazdığı «Esse» kitabında (bu əsər rus dilinə « - <> şəklində çevrilmişdir) şəxsiyyət və cəmiyyət problemi əsas yer tut- maqdadır.Azərbaycan ədəbiyyatında essenin ilk nümunələri iyirminci əsrin əvvəllərində yaranmışdır. Sonralar tənqidçi-filosof Asif Ata <, <«<İnam və şübhə» və digər kitablarına Daxil etdiyi esselərlə bu janrın Azərbaycan ədəbi-nəzəri fikrində Populyarlığını təmin etmişdir. Müasir dövrdə Anar, Elçin, Əlisa Nicat, Kamil Vəli Nərimanoğlu, Cavanşir Yusifli, Rüstəm Kamal, Azər Turan və başqa müəlliflərin esse janrında yazdığı əsərlər diqqəti çəkməkdədir. Xü- susilə, Anarın «Gecə düşüncələri», Elçinin «Ədəbi düşüncələr». Kamil Vəli Nərimanoğlunun «Mənim Füzulim» əsərləri esse jan- rına yeni çalar və keyfiyyətlər gətirən əsərlər kimi dəyərləndirilə bilər.ədəbi tənqidin digər janrlarından fəlsəfi məzmunu,oxucunu sonsuz düşüncələrə qərq etməsi, mövcud həyata fərqli prizmadan yanaşma meyli ilə seçilir. Ədəbiyyat tarixində iri həcmli esselər olsa da, bütövlükdə bu janr üçün yığcamlıq, lako- nizm, fikrin konkret ifadə şəkli xasdır.