2. Yeni iqtisadi siyasətə keçidin zəruriliyi və mahiyyəti. Azərbaycanda Yeni iqtisadi siyasətin xüsusiyyətləri



Yüklə 267,88 Kb.
səhifə39/73
tarix01.01.2022
ölçüsü267,88 Kb.
#103170
1   ...   35   36   37   38   39   40   41   42   ...   73
Ədəbiyyat
1.Əliyev H.Ə. «1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan

SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə

deportasiyası haqqında» Azərbaycan Respublikası prezidentinin

fərmanı. 18 dekabr, 1997



Cənubi Azərbaycan 1946-60-cı illərdə.Azərbaycan SSR XX əsrin 70-80-ci illərində.

Plan:

1.Cənubi Azərbaycan “Ağ inqilab” illərində

2. Siyasi həyat. H.Ə.Əliyevin Azərbaycan SSR-ə birinci rəhbərlik dövrü.

3. Azərbaycan SSR-in sənayesi 70-80-ci illərdə.

4. 70-80-ci illərdə respublika iqtisadiyyatında kənd təsərrüfatının xüsusi çəkisinin artması.

5. Sosial-mədəni quruculuq.
1950-ci illərin sonu – 60-cı illərin əvvəllərində İranda sosial-iqtisadi və siyasi böhranın dərinləşməsi. Cənubi Azərbaycan «Ağ inqilab» illərində Cənubi Azərbaycandankı müasir sosial-iqtisadi və siyasi vəziyyətin ilkin şərtləri 60-70-cı illərdə feodalizmdən kapitalizmə keçid mərhələsində yarandı. İranın ən böyük aqrar rayonlarından biri olan Cənubi Azərbaycanda sosial-siyasi və iqtisadi böhran kəskinləşdi. Şah rejimi yaranmış təhlükənin qarşısını almaq üçün «yuxarıdan islahatlar keçirmək yolunu seçdi. Qan axıdılmadan həyata keçirilən bu islahatlar «ağ inqilab» adlandırıldı. Cənubi Azərbaycanda İranın digər rayonlarına nisbətən iri yarımfeodal torpaq mülkiyyəti geniş yayılmışdı. Burada sosial ziddiyyətlər daha da kəskinləşmişdi. Bütün bunlar islahatın Cənubi Azərbaycandan başlanmasını şərtləndirirdi. İran dövlət və hökumət rəhbərləri 1947-49-cu illərdəAzərbaycanda istədikləri şəxsəri güllələdilər, sürgun etdilər, onlara divan tutdular. Həmin illər İran qəzetləri yazırdı ki, Azərbaycanda görünməmiş bir qəhətlik, dərin bir iqtisadi böhran hökm sürür. Azərbaycanın bir sıra şəhərlərində aclığa qarşı kütləvi nümayişlər oldu. Təbrizin fabrik və zavodlarında fəhlə tətilləri baş verdi. Onlar əmək haqqının artırılmasına nail oldular. 1948-ci ilin payızında Azərbaycanın bir sıra kəndlərində kəndlilərlə mülkədarlar arasında münaqişələr baş verdi, nəticədə onlar məhsul bölgüsündə öz paylarının artırılmasına nail oldular. 24 oktyabr 1949-cu il tarixdə 16-cı çağırış İran məclisinə seçkilər zamanı Milli Cəbhə yaradıldı. O, İngiltərə-İran Neft Şirkətinin milliləşdirilməsi uğrunda hərəkata rəhbərlik edirdi. Tərkibinə isə «İran partiyası», «İslam mücahidləri təşkilatı» və b. daxil idi. Cəbhə milli burjuaziyanın mənafeyini əks etdirirdi. İranda 1953-cü il avqustun 19-da Müsəddiq hökuməti devrilmiş, Milli Cəbhənin fəaliyyəti qadağan edilmişdi. Təşəbbüs yenə də ölkənin kapitalistcəsinə yüksəlməsi istiqamətini davam etdirən şahın əlinə keçmişdi. 1953-59-cu illərdə hakim dairələr hər vəchlə demokratiyanı boğmağa çalışır, aqrar çıxcışları, fəhlə tətillərini yatırır, yüzlərlə ziyalını işdən götütür, bir sıra mətbuat orqanlarını bağlayırdılar. 1957-ci ildə paytaxtda və bəzi rayonlarda hərbi vəziyətin ləğv edilməsi ilə yanaşı, SAVAK- təhlükəsizlik və məlumat təşkilatı yaradıldı. Monarxiyanın mövqelərinin möhkəmləndirilməsi tədbirləri görülürdü. 1955-ci ildə dövlət torpaqlarının bölgü və satışı üzrə qanun qəbul edildi. Yarımfeodal torpaq sahibliyi kökündən pozulur və ölkənin tarixi inkişafında yeni mərhələ açılırdı. ABŞ şahı inandırırdı ki, hakim zümrələrin iqtisadi və siyasi mövqeyni laxlatmadan sosial-iqtisadi islahatlar keçirsinlər. O, istiqraz və kreditlərlə köməyi davam etdirər. 1960-cı ilin oktyabrında şah bir müsahibəsində demişdi ki, mən ölkədə dəyişiklik etmək istəyirəm. Lakin inqilabsız, yuxarıdan başlayaraq. Qan tökmədən, «ağ inqilab». 1961-ci ilin payızında milli burjuaziyanı təmsil edən «Milli Cəbhə» yenidən fəallaşdı. Ölkədə siyasi mübarizə kəskinləşdi. İnkişaf üçün böyük imkanlara malik olmasına baxmayaraq, 60-cı illərin əvvəllərində Azərbaycan iqtisadi cəhətdən İranın geridə qalmış bölgələrindən biri idi. Şah burada inkişaf planını həyata keçirməyə çalışmır, bu çətinliyi «ölkənin şimaliqərbində» etnik və dil fərqlərinin mövcudluğu»nda görürdü. 1961-ci ilin yaz və yayında demokratik azadlıqlar uğ- runda tələbə hərəkatı başlandı. Milli siyasətə qayıdış, 20-ci məclisə azad seçkilər tələb edilirdi. 1962-ci ilin yanvarında Təbriz və Şirazda tələbə mitinqləri baş verdi. Malikanələr yandırılır, yerli hökumət dairələrinə qarşı hərəkat artırdı. Aydın oldu ki, sosial-iqtisadi strukturda əsaslı dönüş odmadan, ölkənin qarşısında duran problemi, iqtisadi və siyasi stabillik yaratmaq mümkün olmayacaq. Monarxiya ya siyasi aləmdən getməli, ya da burjua monarxiyasına çevrilməli idi. Aqrar islahat layihəsi. İslahatlar proqramında ən vacibi aqrar islahat idi. Bu 1962-ci ilin 9 yanvarında qəbul edildi. İslahatlar üçün qanun layihələri 1963-cü ilin 26 yanvarında keçirilmiş referendumda təsdiq edildi. Aqrar islahatın birinci mərhələsinin (mart 1962-1963) həyata keçirilməsi 1962-ci il martın 2-də Marağada (Şərqi Azərbaycan) başlandı. Birinci mərhələ iri mülkədarların torpaq mülkiyyətçiliyinin bir kəndlə məhdudlaşdırılmasını, qalan torpaqların dövlət tərəfindən alınmasını və onların kəndliicarəçilərə satılmasını nəzərdə tuturdu. Bu mərhələ üzrə 1978- ci ilin əvvəlində Azərbaycanda cəmi 3444 kənd və 85 tarlanıntorpaqları 197 min icarəçi-kəndli arasında bölüşdürülmüşdü. İslahatın ikinci mərhələsi (1963-1969) üç şərtdən ibarət idi: 1) torpağı uzunmüddətli dəyişməz şərtlərlə kəndlilərə icarəyə vermək; 2) kəndli icarəçilərə razılaşma əsasında satmaq; 3) əvvəllər mövcud olmuş məhsul bölgüsündə mülkədar və kəndli paylarına uyğun olaraq torpağı icarədarlara satmaq. Lakin bu mərhələnin əsas xüsusiyəti ondan ibarət oldu ki, torpaq kəndlilərə uzun müddətə icarəyə verildi. Növbəti üçüncü mərhələyə görə (1969-1974) xırda və orta mülkədarların və özəl vəqflərin torpaqları rehtası on qat nəqd, yaxud 12 qat uzunmüddətli möhlətlə ödənilməsi şərti ilə satılmalı oldu. Azərbaycan kəndliləri islahatın üçüncü mərhələsi üzrə bütün ölkədə torpaq almış kəndlilərin 23,9%-ni təşkil edirdi. Cənubi Azərbaycan üzrə göstəricilər bir qədər şişirdilmişdi. Məsələn, göstəricilərdən belə çıxırdı ki, Şərqi Azərbaycan ostanında kənd sakinlərinin təqribən 83%-i islahata qatılıb. Ancaq nəzərə almalıyıq ki, torpaq sahələrini yalnız «zare» adlanan kəndli ailələri ala bilərdilər. Onların payları isə kənd əhalisinin yarısından çox deyildi. Ancaq aqrar islahatın sosial effekti partlamaq ərəfəsində olan kəndli həyəcanlarının qarşısını almaqdan ibarət oldu. İqtisadi nəticələr isə sosial nəticələrə nisbətən çox da böyük olmadı. Azərbaycan kənd təsərrüfatının əsas sahələri əkinçilik və heyvandarlıq idi. 60-70-ci illərdə bu struktur əsaslı şəkildə dəyişmədi. Sərmayənin kənd təsərrüfatından sənayeyə axını, yarımfeodal mülkədarların kapitalistlərə çevrilməsi, yəni aqrar islahatın təbii nəticəsi ölkənin mərkəzi bölgələrindən fərqli olaraq Azərbaycanda o qədər də böyük vüsət almadı.

XX yüzilliyin 60-cı illərinin sonuna yaxın Azərbaycanınsosial-iqtisadi həyatını dərin böhran bürüdüyü, olduqca mürəkkəb,ağır bir şəraitdə, respublikamızın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş Sovetlər Birliyində sonuncu yerdə olduğu bir zamanda, 1969-cu ilin iyulunda hakimiyyətə gələnHeydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etmişdir.Uzun illərDövlət Təhlükəsizlik Komitəsində işləyən,1967-1969-cu illərdə bu orqana rəhbərlik edən Heydər Əliyevrespublikada idarəçiliyi gücləndirməyə, rüşvətxorluğa, korrupsiyaya qarşı barışmaz mübarizə aparmağa başladı. Heydər Əliyev mərkəzdəki nüfuzundan respublikanın sosial-iqtisadi,mədəni inkişafı üçün səmərəli istifadə etməyə çalışırdı.Heydər Əliyevin təşəbbüsü ilə 1969-cu il avqustun 5-dəAzərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin(Azərb.KP MK) plenumu oldu. Burada Azərbaycanın tarixindəilk dəfə olaraq respublikanın sosial-iqtisadi, siyasi və mədənihəyatı dərindən, hərtərəfli təhlil olundu, uzun illərdən bəri yığılıb qalmış problemlər müzakirə eldildi və çıxış yollarımüəyyənləşdirildi. Həmin vaxtdan da Azərbaycanda tənəzzüldəntərəqqiyə dönüş başladı. Cəmiyyətin keyfiyyətcə irəliyə, milli özünüdərkə, milli özünə qayıdışa dönüş mərhələsinin başlanğıcı qoyuldu. 1969-cu ildən respublikanın ictimai-siyasi, iqtisadi vəsosial-mədəni həyatında intibah dövrü başlandı. Az müddətdə respublikanın idarəçilik sistemi xeyli möhkəmləndirildi. Heydər Əliyev Sovetlər Birliyində, onun mərkəzi aparatında işgüzar,prinsipial bir dövlət xadimi kimi böyük nüfuz qazandı, o,fenomenal siyasi və dövlət xadiminə çevrildi. Onun Azərbaycana rəhbərlik etdiyi birinci mərhələ – 1969-1982-ciillər XX əsr Azərbaycanının ictimai-iqtisadi, siyasi və mədəni inkişaf tarixində ən parlaq dövr hesab edilir. Bu illərdə əldəedilmiş uğurlar, Heydər Əliyevin uzaqgörən siyasətinin düzgünlüyünü və həyatiliyini göstərir. 1969-1982-ci illərdə Azərbaycan SSR-də qazanılan nailiyyətlər müstəqil AzərbaycanRespublikasında hüquqi, dünyəvi və demokratik dövlət quruculuğu üçün mühüm təməl oldu.Heydər Əliyev kiçik fasilələrlə XX əsrin son otuz ilindəAzərbaycana rəhbərlik etmişdir (1969-1982-ci illər və 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etmiş, 1982-1987-ci illərdə SSRİNazirlər Sovetinin birinci müavini işləmiş, iyun 1990-1993-cü illərdə isə Naxçıvan MR Ali Məclisinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini olmuşdur).

Heydər Əliyev hakimiyyətə gəldiyi vaxtdan respublikanın bütün təşkilatlarını dövlət və əmək intizamınımöhkəmləndirməyə, respublikada mənəvi-psixoloji mühiti sağlamlaşdırmağa çağırırdı. O, Azərbaycan KP MK-nın plenumlarında, qurultaylarında, zona müşavirələrində və digər toplantılarda etdiyi məruzə və çıxışlarında, bir qayda olaraq,təsərrüfat və mədəni quruculuq məsələlərini təhlil edir,nöqsanları aşkarlayır, onları aradan qaldırmağın yollarınımüəyyənləşdirirdi. Bu illər Azərbaycanın iqtisadi, ictimai-siyasi həyatında dönüş başladı, respublikanın dinamik inkişafı üçün kompleks proqramlar hazırlandı.Azərbaycan Kommunist Partiyası XXVIII qurultayınınqəbul etdiyi qətnamədə deyilirdi: «Partiya, sovet və təsərrüfatorqanlarının fəaliyyətində yol vermiş böyük nöqsanlar, mədəniyyət və təsərrüfat quruculuğu işlərində, kadrların seçilməsində və yerləşdirilməsində respublikanın əvvəlki rəhbərliyi tərəfindən buraxılmış ciddi səhvlər nəticəsində respublika iqtisadiyyatı uzun müddət ləng, ittifaq üzrə orta səviyyədən xeyli geri qalan bir sürətlə inkişaf etmişdir, sənaye və kənd təsərrüfatı istehsalının tam bir sıra göstəriciləri üzrə Azərbaycan SSR ölkədə axırıncı yerlərdə olmuşdur». 1969-cu il avqust plenumunda, sonrakı plenum və qurultaylarda, müşavirələrdə Heydər Əliyevin çıxışlarında, nitqlərində respublikanın iqtisadi, siyasi həyatında mövcud olanvəziyyət təhlil edilmiş, rəhbərlik prinsiplərində ciddidəyişikliklər olunmuş, kadrlara qarşı tələbkarlıqgücləndirilmişdi.Tezliklə mərkəzdə böyük nüfuz qazanan, öz rəhbərlik prinsipləri ilə fərqlənən Heydər Əliyev 1976-cı ildə Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd və 1982-ci ildə Sov.İKP MK Siyasi Bürosuna üzv seçilmişdir.


Yüklə 267,88 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin