VI. YEKUN MÜDDƏALARI
Maddə 32. Bu Konstitusiya Aktı Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanması üçün əsasdır.
Azərbaycan Respublikasının dövlət müstəqilliyini qısa bir müddətdə dünya dövlətlərinin böyük əksəriyyəti tanımışdı. Onu ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Respublikası, sonra Rumıniya (11 dekabr 1991-ci il), Pakistan (13 dekabr 1991-ci il), İsveçrə (23 dekabr 1991-ci il), İran İslam Respublikası (25 dekabr 1991-ci il), ABŞ (23 yanvar 1992-ci il), Rusiya Federasiyası (10 aprel 1992-ci il - 109-cu dövlət olaraq) və başqa dövlətlər tanıdı. 1993-cü ildə Azərbaycanın dövlət müstəqilliyini artıq 116 dövlət tanımış, 70 xarici dövlət ilə Azərbaycan arasında diplomatik əlaqələr yaradılmışdı. Azərbaycan Respublikası 14 beynəlxalq təşkilata üzv qəbul edilmişdi. O, 1991-ci il dekabrın 8-də İslam Konfransı Təşkilatına, 1992-ci ilin fevralında İran, Türkiyə və Pakistan dövlətlərinin daxil olduğu İqtisadi Əməkdaşlıq Təşkilatına üzv oldu. 1992-ci il iyulun 8-də Azərbaycan Respublikası Ümumavropa təhlükəsizlik və əməkdaşlıq proseslərini tənzimləyən Helsinki müşavirəsinin 1976-cı il Yekun aktına, 1992-ci il yanvarın 20-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinə (ATƏM-ə) qoşuldu. 1992-ci il martın 2-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına (BMT-yə) üzv qəbul olundu, bu təşkilatın qəbul və təsdiq etdiyi bir çox mühüm beynəlxalq konvensiya və paktlara imza atdı. 1992-cı il iyunun 25-də Azərbaycan Qara dəniz hövzəsində iqtisadi əməkdaşlıq haqqında Bəyannamə imzalayan 11 dövlətdən biri oldu. Azərbaycanın bir çox ölkələrdə, o cümlədən Türkiyə, ABŞ, İran, Almaniya, Fransa, Böyük Britaniya və İrlandiya Krallığında səfirlikləri açıldı. Azərbaycan Respublikası başqa dövlətlərlə öz münasibətlərini dövlətlərin suveren bərabərliyi əsasında qurdu. Zor işlətməmək, dövlət sərhədlərinin toxunulmazlığı, mübahisələri dinc yolla nizama salmaq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini əsas götürdü. Xalqların bərabərliyini və başqa xalqların hüququnu pozmursa, onların öz müqəddəratını təyin etmək hüququnu tanıdı. Üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvanda dövlət simvolu kimi qəbul olunmuş,1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Soveti Naxçıvan Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayraöın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqinda qərar qəbul etmiş,1992-ci ilin mayın 27-də Milli Məclis dövlət himnini,1993-cü ilin fevralın 23-də Dövlər Gerbini qəbul etmişdir.
3. Ermənistan və Dağlıq Qarabağdakı erməni silahlı quldurları əvvəl sovet, MDB, sonra isə rus hərbi qüvvələrinin köməyi ilə Dağlıq Qarabağda irimiqyaslı hərbi əməliyyatlar keçirmiş, bir sıra əlverişli strateji mövqelər tutmuş, azərbaycanlıları buradan qovub çıxarmağa başlamışdılar. Erməni silahlı dəstələri 1991-ci il sentyabrın ortalarında Yuxarı Qarabağda yerləşən sovet ordusu hissələri şəxsi heyətinin və döyüş texnikasının köməyi ilə azərbaycanlıları öz torpaqlarından qovub çıxarmağa, kəndləri yandırıb viran qoymağa başladılar. Sentyabrın 14-18-də düşmən hücum edib Goranboy bölgəsində Erkeç, Manaşid, Buzqov, Baş Qışlaq kəndlərini yenidən ələ keçirdi. Son damla qanınadək döyüşən igidlərin fədakarlığına baxmayaraq, pis silahlanmış, bir-birilə əlaqəsi zəif olan yerli özünümüdafiə dəstələri ilə güclü hücumların qarşısını almaq mümkün deyildi. Düşmən oktyabrın 28-də Tuğ, 31-də Salaketin kəndlərini ələ keçirib yandırdı. Noyabrın 19-da güclü artilleriya atəşindən sonra ermənilər müdafiəçilərin müqavimətini qırıb Xocavənd qəsəbəsini tutdular, iki sakini, o cümlədən bir yaşlı körpəni diri-diri yandırdılar.Ağdama danışıqlar üçün gələn içərisində Baş prokuror İsmət Qaibov, Daxili işlər naziri. M.Əsədov, dövlət katibi Tofiq İsmayılov , Osman Mirzəyev, Aıı Mustafayev , Rusiya və Qazaxıctan müşahidəçiləri ola vertolyotQrakənd səmasında ermənilər tərəfindən vuruldu.. Noyabrın 20-də Zamzur, 23-də Əmiranlar kəndləri zəbt edildi.
Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu,Xocalı faciəsi nəticəsində ölkədə siyasi böhran yarandı.1992-ci il martın 5-6-da A.Mütəllibov istefa verdi, lakin mayın 14-də o yenidən hakimiyyətə qayıtmağa cəhd göstərdi, ölkədə siyasi böhran dərinləşdi və xalq cəbhəsi hakimiyyətə gəldi. Lakin xalq cəbhəsinin səriştəsizliyi nəticəsində 1992-ci il 2 oktyabr Xocavənd,26 fevral 1992-ci il Xocalı, 1993-cü mayin 8 də Şuşa işğal olundu.
Sonrakı dövrdə isə 18 may Laçın,2 aprel 1993-cü il Kəlbəcər, 23 iyul 1993-cü il Ağdam, 23 avqust 1993-cü il Cəbrayıl, Fizuli, 31 avqust 1993-cü il Qubadlı,29 oktyabr 1993-cü ildə Zəngilan işğal edildi.Dağlıq Qrarabağın ərazisi 4 nin kv. Km olsa da ermənilər 16 min kv km ərazini , Dağlıq Qrabağdan kənarda olan 7 rayonu işğal etmişlər. 1 mln-a yaxın insan qaçqına çevrilmişdir. BMT təhlükəsizlik işğal olunmuş ərazilərin azad edilməsi barədə 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr bu günə kimi yerinə yetirilməyib.
Dostları ilə paylaş: |