39
Mühazirə 7.
“Qida məhsullarının texnologiyası” istiqamətində təhsil alan bakalavr
tələbələr üçün “İaşə məhsullarının istehsal texnologiyası” fənnindən
«Şirin xörəklər və içkilər. Təsnifatı və çeşidləri. Təzə meyvə və giləmeyvələr.
Kompotlar. Dondurmalar. İsti şirin içkilər. Keyfiyyətə olan tələblər. saxlanma
müddəti və realizə şərtləri” mövzusunda
Plan:
1) Şirin xörəklər və içkilər.
2) Soyuq şirin xörəklərin hazırlanma texnologiyası.
3) Süd və yumurta ilə yağlı krem (şarlot).
4) Milli şirin xörəklərin hazırlanma texnologiyası.
1) Şirin xörəklər və içkilər.
Şirin xörəklərin hazırlanması
üçün şəkər,
giləmeyvə, meyvə, süd, qaymaq,
habelə un yarma məmulatı tətbiq edilir.
Şirin xörəklər soyuq və isti olur.
Soyuq
şirin xörəklərə kisel, kompot, jele, muss, sambuk, dondurma,
şirin
meyvə, qənd vurulmuş giləmeyvə və sairə daxildir.
İsti
şirin xörəklərə isə şarlot, meyvə vurulmuş manna yarması şiləsi, pudinq,
sufle və sairə aiddir.
Şirin xörəklər hazırlanması üçün istifadə edilən
tezdondurulmuş təzə meyvə
və giləmeyvə taradan azad edilən kimi hələ donu açılmamış qaynar suya salınır
(həmin suya şəkər və yaxud limon duzu da əlavə edilə bilər). Şirin xörəklər maye
kisellə, meyvə-giləmeyvə şərbətləri ilə və şirin souslarla (qaysı, alma
və şirin süd
sousları) süfrəyə verilir.
Qida qəbulu,
yəni səhər, nahar və şam yeməyi şirin təamla qurtarmalıdır.
İ.P.Pavlov demişdir: “Qidaya tələb nəticəsində məmnuniyyətlə başlanmış yemək,
məmnuniyyətlə də qurtarmalıdır, tələbin ödənilməsinə baxmayaraq bu tələbin son
obyekti özünə qətiyyən həzm işi tələb etməyən şəkər olmalıdır”.