A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)



Yüklə 3,11 Mb.
səhifə33/179
tarix02.12.2023
ölçüsü3,11 Mb.
#137759
növüDərslik
1   ...   29   30   31   32   33   34   35   36   ...   179
Biz-Str-Id-Ed-Derslik-Niyazi

İqtisadi amillər. Cari və proqnozlaşdırılan iqtisadiyyatın vəziyyəti şir­kətin məqsədləri üçün dramatik təsirə malik ola bilər. İqtisadi mühitdə bəzi amil­lər daim qiymətləndirilir və diaqnozu olmalıdır. Makroiqtisadi kom­po­nent­lərin öyrənilməsi ehtiyatların paylanmasını və formalaşmasını necə an­la­maq üçün bizə imkan verir.
İqtisadiyyatın öyrənilməsi göstəricilərinin bir sıra təhlilini nəzərdə tutur: işsizlik səviyyəsinin, faiz dərəcəsinin, tədiyyə balansının, vergi normalarının, əmək məhsuldarlığının, ÜDM həcmi, inflyasiyanın tempinin və s. İqtisadi komponentlər, rəqabət münasibətlərinin səviyyəsi, ümumi iqtisadi inkişaf səviyyəsi, hasil edilən təbii sərvətlər, iqlim qurşağı və təşkilati struktur, əhalinin təhsil səviyyəsi, işçinin əməkhaqqının məbləği məsələlərinin öyrənilməsində əsas amillər kimi diqqətə alınmalıdır.
Təhlil olunan biznesin inkişaf strategiyası, şirkətin ayrı-ayrı hissələri heç bir halda iqtisadi komponentlərin təhlilinə uyğun olmamalıdır. Bu, ona görə lazımdır ki, onun vəziyyətinin kompleks qiymətləndirilməsi üçün əsaslandırıl­ma­lıdır. Dəyişkən bazar xarici mühit üçün təşkilatların özündə daimi narahatlıq sa­həsidir. Bazar mühitinin təhlili üçün şirkətə bilavasitə təsir göstərə biləcək çox­saylı amillər ,uğurlar və uğursuzluqlar daxildir.
Beynəlxalq amillər, investisiya bazarlarında təhlükə və imkanlar obyekti rolunda çıxış edən ölkələrdə valyuta məzənnəsinin dəyişməsi və siyasi qərar­ların, xarici kartellərin (məsələn, OPEK) fəaliyyəti nəticəsində yüngül formada bu bazara çıxış əsasında xammal və istehsal materialları yarana bilər.
Mühit bilavasitə aşağıdakı əsas komponentləri üzrə təhlil edilir: İşçi qüv­vəsi bazarı, təchizatçılar, rəqiblər, alıcılar. Daxili mühitin təhlili həmin im­kan­ları açaraq potensialları, rəqabət mübarizəsində öz məqsədlərinə nail olmaq pro­sesində şirkət tərəfindən əldə olun biləcək gələcək naliyyətlərə ümid edilə bilər. Bu zaman daxili mühit üzrə aşağıdakı istiqamətlər təhlil edilir:
- Şirkətin kadrlar, onların potensialı, peşəkarlığı, maraqları və s;
- İdarəetmənin təşkili;
- Təşkilati, əməliyyat və texniki-texnoloji xüsusiyyətlər daxil olmaqla, istehsalat və elmi tədqiqatlar və işləmələr;
- Şirkətin maliyyəsi;
- Marketinq;
- Təşkilati mədəniyyət.



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin