A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


İnkişaf strategiyasında dəyərlərin əhəmiyyəti



Yüklə 3,11 Mb.
səhifə125/179
tarix02.12.2023
ölçüsü3,11 Mb.
#137759
növüDərslik
1   ...   121   122   123   124   125   126   127   128   ...   179
Biz-Str-Id-Ed-Derslik-Niyazi

10.4. İnkişaf strategiyasında dəyərlərin əhəmiyyəti

Biznesin inkişaf strategiyası zamanı dəyərlər böyük əhəmiyyət daşıyır. Bütövlükdə cəmiyyətlə biznes münasibətinin fəaliyyətini nizama salan, biznesin dəyərlərinin müzakirəsi növbəti elementdir. Burada müştərilər, təchizatçılar, şirkət əməkdaşları, dövlət orqnları, yerli özünü idaretmə qurumları, müxtəlif cəmiyyətlər və başqa əlaqədar tərəfdaşlar mühüm əhəmiyyətə malikdirlər.


Biznesin inkişaf strategiyasında hədəflər, əsasən, nəticələr nöqteyi-nəzərindən biznesin hədəfini aydın göstərən üçüncü əsas elementdir, bunlar ortamüddətli, uzunmüddətli perspektivdə nail olmaq məqsədi daşıyır. Müntəzəm gəlirlərin alınmasından başqa, hədəflər gözlənilən bütün əsas əlaqədar tərəflərin tələbləri ilə bağlı olmalıdır, əməkdaşlar daxil olmaqla, və biznesin idarə edil­mə­si üçün əsas səbəbləri əks etdirməlidir. Bu hədəflər artmanı, gəlirliliyi, tex­no­logiyaları, təklifləri və bazarları əhatə edə bilər. Məsələn, 3 il sonra 3 mln dol satış həcminin nailiyyəti üçün, hədəflər real əldə edilən miqdarda ol­malıdır.
Biznesin inkişaf strategiyasının həyata keçirilməsi üçün xarici mühitin təhlili vacib məsələlərdən hesab edilir. Bu baxımdan, strateji planlaşdırmanın diaqnostik mərhələsində biznesin cari strategiyası və planlara dəyişikliklərin daxil edilməsi yolu ilə hədəflərə nail olmağa imkan verən amillər üçün, təhlükələri yarada bilən amillər öyrənilməlidir:

  • iqtisadilər;

  • siyasilər;

  • bazarlar;

  • rəqabətlər və s.

Bu məqamda şirkətin güclü və zəif tərəflərinin təhlili yerinə düşərdi. Bu mərhələdə anlamaq lazımdır ki, daxili ehtiyatlar şirkətdə varmı, xarici imkanlardan istifadə etmək üçün bu yetərli hesab edilə bilərmi? Şirkətin zəif tərəfləri xarici təhlükələri artırdığından yoxlamaq lazımdır. Bunlar hansılardır:

  • istehsalı;

  • marketinq siyasətini;

  • rəqabətə davamlılıq;

  • insan resursları;

  • maliyyə siyasəti, mühasibat uçotu və s.

Növbəti mərhələ biznesin inkişaf strategiyaları gəlir, qaydalar və rəh­bər­lik edən prinsiplər, missiyalar, hədəflər və s. nail oluna bilər. Bütövlükdə bu mə­sələlər biznesi əhatə edə bilər, lakin belə məsələlər ora daxil olmalıdır. Di­versifikasiya, orqanik artma və ya başqa bizneslərin əldə edilməsi kimi məsə­lələr bura daxildir. Bu zaman əsas funksional sahələrdə suallara aid ola bilər, məsələn:
1. Şirkətin daxili pul axını, bütün gələcək artımı maliyyələşdirəcək;
2. Yeni məhsullar ən yaxın 3 il ərzində mövcud olanları tədricən əvəz edəcək;
3. Bütün montaj işləri müqavilə üzrə yerinə yetiriləcək və şirkətin itkisizliyinin nöqtəsini azaldacaq.
Adətən, bu mərhələdə SWOT - təhlili istifadə olunur. Güclü və zəif tərəflərə söykənərək, təhlükələrdən qaçaraq, mümkün alternativ strategiyaları müəyyənləşdirməyə kömək etmək üçün istifadə edilə bilər.
TOS üzrə alternativ variant məhdudiyyətlər nəzəriyyəsi başqa yolu təklif edir. SWOT öz məhdudiyyətlərinə malikdir və o intuisiyadan başqa "zəif yer­lər" seçimi üçün alətlər vermir. Zəif yerlərin və bazar imkanlarının, səbəb nəti­cə­nin təhlili yoxdur. Belə vəziyyətdə düzgün qərarların qəbul olunması üçün alət yox­dur. TOS SWOT - təhlilindən istifadənin yerinə daha səmərəli alətləri təklif edir:
1. Sizin müştərilərinizin bütün arzuedilməyən hadisələrini aşkar etmək (məhsul və xidmətlərinizin istehlakı ilə bağlı);
2. Buludların içində ildırım yaratmaqla və onun köməyi ilə daha vacib problemi aşkar etmək, hansılar ki, mal istehsalı və xidmətlərlə bağlıdır;
3. Bu problemləri aradan qaldırmaq, müştərilər üçün dəyərli təkliflərin hazırlaması lazımdır ki, belə təkliflərdən heç kəs imtina edə bilməsin.
Bu halda siz elə real biznes planı hazırlaya biləcəksiniz ki, heç bir rəqib sizin üçün qorxulu olmayacaq.
Əlbəttə, böyük maraq doğuran məsələ, proqramların hazırlanmasıdır. Son element proqramlardır, hansılarda ki, biznesin inkişafı üçün əsas strategiyaların həyata keçirilməsi planları ifadə edilmişdir. Onların ehtiyatları, hədəfləri, qa­nuni çərçivədə, müddətləri, büdcələri və məqsədli göstəriciləri əhatə etməlidir. Sözsüz ki, missiya, dəyərlər, strategiya hədəflərlə qarşılıqlı əlaqəli olmalıdır və bir-biri ilə uyğunlaşdırılmalıdır. Bunu demək çox asandır, həyata keçirmək isə çətindir, çünki, çox şirkətlər hansılar ki, onların dəqiq hədəfləri sahibkarlar tərəfindən yaradılır. Bu strategiyalar həqiqi hədəflərə və ya qısa missiyaya malik deyillər.
Strategiyanın və taktikanın (S&T Tree) məqsədlər ağacının qurulması. Lakin yaddan çıxarmaq lazım deyil ki, başqa yollar da mövcuddur. Sistemlərin məhdudiyyətlərə əsaslanan nəzəriyyəyə uyğun təfəkkür proseslərində strateji planın qurulması üçün xüsusi alət mövcuddur. Bu strategiyanın və taktikanın məqsədlər ağacıdır. Məqsədlər ağacı ilə yaradılan məntiqi proses baxılan biznes-sistemdə bütün hadisələrin arasında səbəb - nəticə münasibətlərini, yəni əlaqə­lərini qurur. Metodika sistemin bütün amillərini nəzərə alır və aralıq bəndlərinin hədəflərinə əsasən sistemin məntiqi istiqamətini müəyyən edir. Ekpert, onları birləşdirən yol­ların səmərəli olanlarını bir yerə toplamaqla kifayət qədər elmi-nəzəri metodlar əsasında məntiqi yanaş­manın düzgünlüyünü yoxlaya bilir.
Baxılan sistem haqqında kifayət qədər biliklərin mövcudluğu yuxarıda göstərilənlərin yerinə yetirilə bilməsi vacib şərtdir. Eyni zamanda, metodikanı düzgün tətbiq etməyə imkan verməyən faktor biliklərin azlığıdır. Daha ətraflı strategiyanın və taktikanın məqsədlər ağacının qurulması haqqında nəzəri-metodolojı biliklərə sahib olmaq lazımdır. Məqsədlər ağacının hazırı olanından istifadə etmək və unikal onlayn S&T-ın şəxsi məqsədlər ağaclarının yaradılması alətlərindən bəhrələnmək bacarığı, əlbəttə, çox önəmli məsələdir.
Biznesin inkişafında strateji planlaşdırma, rəhbərliklə təşəbbüs edilmiş hərəkətlərin və qərarların həllinin dəstidir bu da nəzərdə tutulmuş spesifik strategiyaların hazırlamasına gətirib çıxarır və şirkətlə öz hədəflərinə nail olmağa kömək etmək üçündür.
Piter Loranja əsasən, biznesin inkişafı üçün strateji planlaşdırma prosesi, idarəetmə qərarlarının qəbulunda kömək edən bir alətdir. Burada məqsəd, kifayət qədər təşkilatda yenilikləri və dəyişiklikləri təmin etməkdir.
İdarəetmə fəaliyyətinin 4 əsas növü mövcuddur:
1. Ehtiyatların bölgüsü, burada şirkətin məhdudlaşdırılmış ehtiyyatlarının bölgüsü nəzərdə tutulur. Bunlar fondlar, çatışmayan idarəedici istedadlı heyət və texnologiya təcrübəsi;
2. Xarici mühitə uyğunlaşma, strategiyanın xarakterin bütün hərəkətlərini əhatə edir, mühiti ilə şirkətin münasibətlərini və əlaqələrini yaxşılaşdırır. Şirkətlərə əlverişli imkanlardan istifadə edərək xarici mühitə uyğunlaşması mühüm məsələdir. Təhlükələrə uyğun olan variantları aşkar etmək və şəraitə uyğun biznesin inkişaf strategiyanın səmərəli uyğunlaşmasını təmin etmək lazımdır;
3. Daxili koordinasiyaya uyğun, daxili əməliyyatların səmərəli inteqrasiyasının həyata keçirilməsi məqsədilə şirkətin güclü və zəif tərəflərinin təsvirini müəyyən etmək üçün strateji fəaliyyətin koordinasiyasını daxil etmək;
4. Təşkilat strategiyalarının dərk edilməsi, bu şirkətin formalaşması yolu ilə menecerlərin düşüncəsinin sistematik inkişafının həyata keçirilməsidir, keçmiş strateji qərarlarda oxuna bilər.
Biznesin inkişaf strategiyası, bu nəzərdə tutulmuş hərtərəfli plandır, şirkətin missiyasının və onun hədəflərinin nailiyyətinin həyata keçirilməsini təmin etmək üçündür.
Biznesin inkişaf strategiyasının əsas tezisləri aşağıdakılardır:
a) ən çox hissəsi ilə strategiya ali rəhbərlik tərəfindən ifadə edilir və işlənir, amma onun reallaşdırması idarəetmənin bütün səviyyələrinin iştirakını nəzərdə tutur;
b) strateji plan bütün korporasiyanın perspektivi nöqteyi-nəzərindən işlənməlidir, lakin konkret deyil;
c) plan geniş tədqiqatlarla və faktiki məlumatlarla əsaslandırılmalıdır;
ç) strateji planlar elə hazırlanmalıdır ki, yalnız uzunmüddətli zaman çərçivəsində bütöv qalmamaq, həm də kifayət qədər elastik olmalıdır, çünkizəruri olduqda onların modifikasiyasını və oriyentasiyasını dəyişmək və həyata keçirmək mümkün olsun.
Biznesin inkişafının planlaşdırılması və şirkətin müvəffəqiyyəti çox önəmli məsələ olduğundan onu xüsusi vurğulamaq istərdim.
Dəyişikliyin müasir sürəti və biliklərin artım tempi o qədər yüksəkdir ki, biznesin inkişaf strategiyasının planlaşdırılması gələcək problemlərin və imkanların formal proqnozlaşdırılmasının tək üsulu kimi təqdim edilir. O ali rəhbərliyə uzun müddətli planın yaradılmasının vasitəsini təmin edir. Biznesin inkişaf strategiyasının planlaşdırılmasının, həmçinin qərarın qəbul olunması üçün əsas verir. Formal olaraq planlaşdırma zamanında qərarın qəbul olunması riski aşağı salır.
Bir halda ki, planlaşdırma müəyyən edilmiş və hədəflər dürüst ifadə edilməsi başa çatmışdır deməli şirkətin daxilində ümumi məqsədin birliyini yaratmaq mümkün olmuşdur.
Biznesin inkişaf strategiyasının planının dürüst ifadə edilməsi gələcəyə dəqiq hazırlığı təmin edən faktor hesab edilir. Əgər bütün rəhbərlər bu və ya digər dərəcədə formal strateji planlaşdırma ilə məşğul olmaları lazımdırsa, onda bütün şirkət üçün strateji planların tərtib edilməsi ilk növbədə, ali rəhbərliyin vəzifəsidir. Orta və ən aşağı əlaqənin rəhbərləri uyğun olan informasiyanı verərək və əks əlaqəni təmin edərək bu işdə iştirak edirlər.
Biznesin inkişaf strategiyasının planlaşdırılması prosesinin mərhələləri aşağıdakılar hesab edilir:
1. şirkətin missiyası;
2. hədəflər və təşkilati dəyərlər;
3. qiymətləndirilmə və xarici mühitin təhlili;
4. güclü və zəif tərəflərin müayinəsi;
5. strateji alternativlərin təhlili;
6. strategiyanın seçimi;
7. strategiyanın həyata keçirilməsi;
8. strategiyanın qiymətləndirilməsi.
1. Biznesdə təşkilati missiya:
Şirkətin biznesinin təşkilati hədəflərinin seçilməsi və planlaşdırılması zamanı ən əhəmiyyətli məsələ qərarın verilməsidir və onun missiyasının konkret hədəflərdə göstərilməsidir.
Şirkətin əsas ümumi məqsədi, yəni onun mövcudluğunun aydın ifadə edil­məsi səbəbi, onun missiyası kimi görünə bilər. Hədəflər bu missiyanın hə­yata keçirilməsi üçün müəyyən edilir. Hədəflər məntiq əsasında hazırlanmalı və ida­rəetmə qərarlarının qəbul edilməsi, bütün sonrakı proses üçün meyarlar formasında çı­xış etməlidir. Əgər rəhbərlər bilmirlərsə ki, onların şirkətinin əsas məqsədi nə­dir, onda onların əlində ən yaxşı alternativin seçimi üçün hesablamanın məntiqi nöqtəsi olmayacaq.
Missiya şirkətin statusunu detallaşdırır və müxtəlif təşkilati səviy­yə­lə­rin­də hədəflərin və strategiyaların təyin edilməsi üçün istiqamətləri və mövqeyləri tə­min edir. Şirkətin missiyasının qısa fikri növbəti məsələləri özündə saxla­ma­lıdır:
1). Onun əsas xidmətləri və ya məhsulları, əsas bazarları və əsas tex­nologiyaları nöqteyi-nəzərindən şirkətin məsələsi, yəni şirkət hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olur?
2). Şirkətin bağlı olduğu xarici mühit, şirkətin işçi prinsiplərini müəyyən edir.
3). Təşkilatın mədəniyyəti. Hansı tip işçi iqlimi, şirkətin daxilində mövcuddur? İnsanların hansı tipini belə iqlim cəlb edir?
İstehlakçıların səmərəli təmin olunmasının və əsas ehtiyaclarının təyini nöqteyi - nəzərindən missiyaya baxmaq önəmli hesab edilir və rəhbərlik faktiki olaraq gələcəkdə şirkətin dəstəyi üçün müştəriləri cəlb edir.
Missiya oriyentir kimi çıxış edir və rəhbərlər öz qərarlarının əsasını qoyurlar. Çox dar hədəfin seçilməsi qərarlarının qəbul olunması gələcəkdə alternativləri tapmağa rəhbərliyin imkanlarını daralda bilər. Çox geniş missiyanın seçimi isə şirkətin gələcəkdə müvəffəqiyyətinə zərər gətirə bilər.
2. Dəyərlər və ali rəhbərliyin hədəfləri:
Dəyərlər bizim təcrübəmizə əsasən, təhsillə və ictimai-iqtisadi görüntüdə formalaşdırılır. Dəyərlər ya nisbi qiymət formasında məhsula və ya hadisələrə verilir. Rəhbərlər o zaman cəlb edilir ki, onlar kritik qərarlar verməlidirlər və ya onlardan razılıq alınmalıdır (cədvəl 10.4).

Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin