Matris 2.1
SWOT matrisinın nümunəsi
İmkanlar
1.
2.
3.
......
|
Təhlükələr
1.
2.
3.
......
|
Güclü tərəflər
1.
2.
3.
......
|
GVİ
|
GVT
|
Zəif tərəflər
1.
2.
3.
........
|
ZVİ
|
ZVT
|
Şirkət tərəfindən təhlilin birinci mərhələsinə müvafiq olan iki blok (güclü və zəif tərəflər) sol tərəfdə yazılıb. Matrisin yuxarı hissəsində, həmçinin, təhlükə və imkanlara aid olan iki blok (təhlükələr və imkanlar) ayrılır. Blokların kəsişməsində dörd sahə yaranır: GVİ (güc və imkanlar); ZVT (zəif və təhlükələr); ZVİ (zəif və imkanlar) ; GTV(güc və təhlükələr). Tədqiqatçılar hər bir sahənin bütün mümkün cütlərinə baxmalı və təşkilatın davranış strategiyasının işlənib hazırlanması zamanı nəzərə almaq üçün onları qeyd etməlidir.
GVİ sahəsində seçilən həmin cütlərlə münasibətdə xarici mühitdə meydana çıxan imkanlardan gəlir əldə etmək üçün şirkətin güclü tərəflərindən istifadə strategiyasını işləyib hazırlamaq lazımdır. ZVİ sahəsindən seçilən həmin cütlər üçün elə formada strategiya qurulmalıdır ki, yaranmış imkanlar hesabına təşkilatda mövcud olan zəif cəhətləri aradan qaldıra bilsin. Əgər cütlər GVT sahəsində yerləşirsə, o zaman strategiya təhlükələrin aradan qaldırılması üçün təşkilatın gücündən istifadə etməyi güman etməlidir. Nəhayət, ZVT sahəsində yerləşən cütlər üçün şirkət zəif cəhətlərdən xilas olmağa icazə verən qarşılaşdığı təhlükələrin qarşısını ala bilsin.
Biznesin inkişaf strategiyasını işləyərkən yadda saxlamaq lazımdır ki, imkanlar və təhlükələr özlərinin əksinə çevrilir. Belə ki, istifadə edilmiş imkanlar, əgər onu rəqiblər istifadə edirlərsə, təhlükəyə çevrilə bilər və ya əksinə, qarşısı uğurla alınan təhlükə, əgər rəqiblər bu təhlükəni aradan qaldıra bilməyiblərsə, o halda şirkətin qarşısında əlavə imkanlar aça bilər.
Biznesin inkişaf strategiyasını hazırlayarkən diqqət yetirəcəyimiz faktorlardan biri də imkanlar matrisi məsələsidir. Şirkətin mühitinin uğurlu təhlili üçün SWOT metodu nəinki təhlükələr və imkanları açmağı bacarmağa, həm də şirkətin strategiyasının təsir dərəcəsi və imkanlar baxımından qiymətləndirməyə görə də vacibdir.
İmkanların qiymətləndirilməsi üçün təqdim olunan hər bir konkret imkanlar matrisi şirkətin imkanlarına müvafiq olur (matris 2.2).
Dostları ilə paylaş: |