A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)



Yüklə 3,11 Mb.
səhifə22/179
tarix02.12.2023
ölçüsü3,11 Mb.
#137759
növüDərslik
1   ...   18   19   20   21   22   23   24   25   ...   179
Biz-Str-Id-Ed-Derslik-Niyazi

Güclü tərəfləri:

  • Böyük səriştə;

  • Adekvat maliyyə ehtiyatları;

  • Yüksək peşəkarlıq;

  • Alıcılarda yaxşı nüfuz;

  • Bazarda tanınmış liderlik;

  • Şirkətin funksional sahələrinin fəaliyyətində zəruri strategiya;

  • İstehsal həcminin artırılmasında qənaət əldə etmək imkanı;

  • Güclü rəqabət təzyiqindən müdafiə (heç olmasa hardasa);

  • Uyğun texnologiya;

  • Məsrəf sahəsində üstünlüklər;

  • Yeni innovasiya qabiliyyəti və onların reallaşdırılması imkanları;

  • Sınanmış menecment.

Zəif tərəfləri:

  • Aydın strateji istiqamətləndirmə yoxdur;

  • Köhnəlmiş avadanlıq;

  • Gəlirliliyin daha aşağı olması;

  • Mülkiyyət məsələlərinin dərinliyi və idarəetmə qabiliyyətinin çatışmazlığı;

  • Rəqabət mövqeyinin pisləşməsi;

  • Əsas bacarıq və səlahiyyətlərin bəzi növlərinin olmaması;

  • Strategiyanın yerinə yetirilməsi prosesinin pis izlənməsi;

  • Daxili istehsal problemləri;

  • Rəqabət təzyiqinə münasibətdə zəiflik;

  • Tədqiqatlar və araşdırmalar sahəsində gerilik;

  • Çox dar istehsal xətti;

  • Bazar haqqında zəif təsəvvür;

  • Rəqabət nöqsanları;

  • Marketinq qabiliyyətinin orta səviyyədən aşağı olması;

  • Strategiyada lazımı dəyişiklikləri maliyyələşdirə bilməmək.

İmkanlar:

  • Yeni bazarlara və ya bazar seqmentinə çıxış;

  • İstehsal prosesinin genişləndirilməsi;

  • Qarşılıqlı məhsulların müxtəlifliyinin artırılması;

  • Öz məhsullarına əlavələr edilməsi;

  • Şaquli inteqrasiya;

  • Ən yaxşı strategiyalar qrupuna keçmək imkanları;

  • Rəqabətli şirkətlər arasında özündən razılıq;

  • Bazarın artımını sürətləndirmək.

Təhlükələr:

  • Yeni rəqiblərin yaranması imkanları;

  • Əvəzedici məhsulların satışının artması;

  • Bazarın artımının zəifləməsi;

  • Hökumətin əlverişsiz siyasəti;

  • Artan rəqabət təzyiqi;

  • İşgüzar tsiklin azalması və tənəzülü;

  • Tədarükçülər və alıcıların ticarət gücünün artması;

  • Alıcıların zövqü və tələbatların dəyişilməsi;

  • Əlverişsiz demoqrafik dəyişikliklər.

Şirkət yerləşdiyi konkret situasiyada daxili və xarici mühitin həmin xü­su­siyyətlərinin siyahısını əks etdirən dörd hissənin hər birini özü tamamlaya bilər.
Şirkətin güclü və zəif tərəflərinin, həmçinin ,təhlükə və imkanların konkret siyahısını tərtib etdikdən sonra, onlar arasında əlaqə qurma mərhələsi başlayır. Bu əlaqələrin qurulması üçün aşağıda göstərilən SWOT matrisi qurulur (matris 2.1).



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin