A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Şirkətin inkişaf strategiyasında təşkilati



Yüklə 3,11 Mb.
səhifə98/212
tarix01.01.2022
ölçüsü3,11 Mb.
#105451
növüDərslik
1   ...   94   95   96   97   98   99   100   101   ...   212
7.2. Şirkətin inkişaf strategiyasında təşkilati

strukturun yeri və rolu
Təşkilati strukturun təhlili yeni inkişaf strategiyasının icrası prosesi­nin mövqelərindən aşağıdakı iki suala cavab tapmaq üçün qoyulmalıdır. Əlbəttə, birincisi, mövcud təşkilati struktur, seçilən yeni inkişaf strate­gi­ya­sının həyata keçirilməsinə nə dərəcədə kömək edə və ya mane ola bilər? İkincisi isə, şirkətin strukturu müəyyən vəzifələrin həlli üçün inkişaf strate­giya­sının həyata keçirilməsi prosesini hansı səviyyələrdə həyata keçirmə­lidir? Təəssüf ki, bu suallara cavab tapmağa imkan verən dəqiq və bir­mə­na­lı alqoritmik yanaşma sxemi yoxdur. Lakin bunu bilmək faydalıdır ki, hansı tipli təşkilati strukturun təşkili şirkətin idarə olunmasında tətbiq edi­lə bilər, hansı amillər bu və ya digər strukturu müəyyən edir və nəhayət, təşkilati struktur faydalılığı və çatışmazlıqları ilə hansı üstünlüklərə malikdir.

Ola bilsin ki, təşkilati strukturlar bir neçə müxtəlif təsnifatlar həyata keçirər, bu isə hər hansı bir şirkətin struktur hissələri arasında müna­sibətlərin təhlilinin xüsusi yanaşma əsasında əks olunacağı xəbərini verir.

Yaddan çıxarmaq lazım deyil ki, təşkilati strukturun beş növü mövcuddur: struktur ilə strateji biznes vahidi, funksional, elementar, bölmə və matris strukturu.

Elementar təşkilati struktur yalnız kiçik biznesdə mövcud ola bilən ikisəviyyəli bölgünü əks etdirir. Belə təşkilati strukturda yuxarı səviyyədə, baş rəhbər, aşağı səviyyədə isə icraçı olur.

Yaddan çıxarmaq lazım deyil ki, funksional təşkilati struktur əmək bölgüsü və ixtisaslaşma olan yerdə yaranır. Ayrı-ayrı funksiyalar kimi, məsələn, istehsal, marketinq, maliyyə və ya təşkilatın təsbitini alır, həmin yerdə bu zaman funksional təşkilati struktur yaranır.

Bölmənin təşkilati strukturu o zaman yaranır ki, şirkətlərdə struktur böl­mə şöbəsi müəyyən səbəblər üzündən öz fəaliyyətinin həyata keçiril­məsində böyük hüquqlara nisbətən xüsusiləşdirilənlər və verilənlərə ayrılır. Əsaslara ayrılmasına səbəb müxtəlif məhsulların istehsalı, ya da nisbətən təcridedilmiş ərazilərdə ixtisaslaşdırılmış bölmələr üzrə fəaliyyət göstər­mə­si və ya müxtəlif ixtisaslaşmış alıcılar ilə işi və s. ola bilər. Bu zaman han­­sı bölmə üzrə özü rəhbərlik edirsə, o bölmənin yeni strategiyasını yarat­maq hüququna malikdir və bunlar bilavasitə şirkətin ali rəhbərliyinə tabe­dir.

Təşkilati struktur bazasında strateji biznes vahidi o zaman tətbiq olunur ki, bu zaman yaxın profilli bir çox müstəqil şöbələr fəaliyyət göstərir. Belə halda, onların işinin əlaqələndirilməsi üçün şöbələr və ali rəhbərlik arasında birdəfəlik xüsusi aralıq idarəetmə orqanları yaradılır. Bu orqanlara şirkətin ali rəhbərliyinin müavinləri başçılıq edir (bu müavinlər, adətən, vitse - prezidentlər sayılır) və müasir dövrdə korporasiyasının bu hissələrinə strateji biznes vahidi statusu verilir.

Nəzəri cəhətdən qurulmuş matrisə əsasən, təşkilati struktur şirkəti iki istiqamətdə yenidən qurmağa imkan verdiyini əks etdirir. Şaquli istiqamət – şirkətin təşkilati struktur bölmələri tərəfindən idarə olunur. Üfüqi isti­qa­mətdə - layihələr və proqramların idarə olunmasını şirkət daxilində olan in­sanlar və müxtəlif bölmələrin ehtiyatlarından istifadə olunmaqla həyata ke­çirir. Bu strukturda menecerlərin hüquqlarının bölgüsü, idarəetməni həyata ke­çirən bölmələr, layihənin icrası, menecer və rəhbər müəyyən edilir. Biznesin inkişaf strategiyasının tərtibatı zamanı təşkilati strukturunun seçilməsi amillərinə xüsusi fikir verməlidir.

Bu və ya digər təşkilati strukturunun seçilməsi bir sıra amillərdən də asılıdır. Ən mühim amillər aşağıdakılardır:

• Xas olan şirkətin fəaliyyətinin ölçüsü və müxtəliflik dərəcəsi;

• Şirkətin coğrafi yerləşdirilməsi;

• Texnologiyası;

• Şirkətin rəhbərləri və işçiləri tərəfindən təşkilata münasibət;

• Xarici mühitin dinamikliyi;

• Şirkətin həyata keçirdiyi strategiya (sxem 7.1).




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin