Cədvəl 8.1
İdarəetmə sahəsi
№
|
İdarəetmə sahəsi
|
Birinci səviyyəli proses
|
1.
|
Biznes-layihə
(biznes, inkişaf strategiyası)
|
Fəaliyyət üçün razılaşdırılmış şərtlərin hazırlanması
|
2.
|
Məhsul
|
Modifikasiya məhsullarının hazırlanması
|
3.
|
Müştəri
|
İrəliləyiş və satış
|
4.
|
İstehsalın tsikli
|
Məhsul istehsalı
|
5.
|
Ehtiyatlar
|
Maddi-texniki təminat
|
6.
|
Texnologiya
|
Təkrar istehsal vasitələri
|
7.
|
Heyət
|
Əmək ehtiyatlarının təkrar istehsalı
|
8.
|
Maliyyə
|
Öhdəliklər üzrə hesablaşmalar və fəaliyyətin maliyyələşdirilməsi
|
Birincisəviyyəli proseslərin yerinə yetirilməsinin nəticəsi olaraq, tələb olunan vəziyyətə gətirilmiş belə göstəricilər idarəetmə obyekti deyil. Bu baxımdan, proseslər birinci səviyyədə, idarəetmə obyektinin vəziyyətinin ardıcıl transformasiyası üçün zəruri olaraq başlanğıc önəmli olduğundan strateji məqsədə çatmaq üçün lazımdır. Ona görə ki, yerinə yetirilmə çərçivəsi daxilində bu proses hər proses üçün yararlı ola bilsin. Şirkətin modeli montaj, xidmət və mühəndis - texniki sistemlərinin layihələşdirilməsi üzrə fəaliyyət göstərə bilər.
Aparılan təhlillər bizə onu deməyə əsas verir ki, bu modelə daxil olan göstəricilər aşağıdakılardır:
1. Biznes proseslərinin modeli olmaqla, hədəflər və göstəricilər;
2. Şirkətin təşkilati strukturu;
3. Şirkətin maliyyə strukturu;
4. Şirkətin büdcə strukturu;
5. Keyfiyyət üzrə İSO standartlarının tələblərini əks etdirən 9001: 2000 və 16949, İSO/TU Rəhbərliyi KMS-i bölməsi;
6. Qurum informasiya sisteminin və texniki tapşırığın avtomatlaşdırılmasına xidmət etməsi.
Bəzən elə modellər vardır ki, onların köhnə versiyası saxlanılır. İSO standartına uyğun istehsal fəaliyyətinin modeli 9001: 2000 nəzərdə tutulur. Rəqabətin artımı keyfiyyət menecmenti sisteminin qurulmasını tələb edir, xüsusilə, qərb və yerli şirkətləri arasında Azərbaycan Respublikasının bazarında mal və xidmətlərin üstünlüyü uğrunda son müasir idarəçilik metodları fəal surətdə istifadə edilir və bunlar (KMS-i), İSO tələblərinə uyğun 9001: 2000 olmalıdır. Standart formada istehsal olunan məhsulun və ya xidmətlərin keyfiyyəti idarəetmə sisteminin doğru olması və şirkətə olan tələblərin qəbulu özündə KMS-i fəaliyyət göstərməsini söyləməyə imkan verir. Bu baxımdan, təşkilat müntəzəm surətdə keyfiyyətli məhsul buraxmağa qadir olur, deməli, rəqib qarşısında böyük üstünlüklərə malik olduğu görünür.
Lakin yaddan çıxarmaq lazım deyil ki, istənilən modelin qurulması asan iş deyil, çox vaxt tələb olunan böyük dəyişikliklər edilməsi vacibdir. İstehsalat-təsərrüfat fəaliyyəti ilə məşğul olan biznes şirkətləri standartın tələblərinin başa düşülməsini asanlaşdırmaq üçün İSO 9001: 2000 nəzərdə tutur. Məhsul istehsalını həyata keçirən şirkətin fəaliyyətinin modelinin nümunə kimi qurulması, əlbəttə, önəmli məsələdir. Belə modellər özünə bütün standart prosesləri daxil edir. Bu məsələ əsasında layihələşdirmə və servis xidmət məhsullarına qədər tətbiq oluna bilər. İstənilən şirkətdə oxşar problemlər varsa, aşağıdakı kimi ümumiləşdirilə bilər:
1. Münaqişələr arasında maraqların öyrənilməsi və həll edilməsi;
2. Tədarük müddətində malın və ya xidmətin göstərilməsi;
3. Satışın həcminin daha da artırılması, əməkhaqqının ölçüləri;
4. Satışın həcmi, satış bazarının artırılması;
5. İşdə daim ləngimə məcburiyyətinin olması;
6. İşdə şirkətin əməkdaşlarının 10% və daha çox ləngiməsi;
7. Yeni əməkdaşların uzun müddət öyrənməsi;
8. Köhnə əməkdaşların işi yerinə yetirməyən kimi tanıması.
Əgər testlər əsasında müəyyən edə bilmisinizsə, müsbət cavabların nəticəsi 50%-dən çox deyil, onda həmin şirkətdə təşkilati və idarəetmə məsələlərində problemlər mövcuddur. Bu problemi isə yalnız kompleks şəkildə həll etmək olar. Lakin, bunun üçün universal vasitə də mövcuddur və bu kifayət qədər sürətli səmərə verə bilər, əgər tətbiqi dərhal olarsa, bu biznes proseslərinin modelləşdirilməsi və optimallaşdırılması əsasında aparılır.
Diaqnostika məqsədilə biznes proseslərinin özündə ardıcıl, məqsədyönlü və nizama salınan növün məcmusu olan idarəedici təsirlər vasitəsi və ehtiyatların köməyi ilə giriş prosesinin nəticələrinə əsaslanaraq, demək olar ki, prosesin istehlakçılar üçün dəyər kəsb edən fəaliyyəti əsasında məhsul istehsal oluna bilər.
Diaqnostika məqsəilə prosesə yanaşma – biznes proseslərini təsvir edən həmin idarəetmə əsasında şirkətin fəaliyyətini qaydaya salır. Bu daimi nəzarət altında olmalıdır, səhv aşkar edildikdə düzəlişlər aparılmalı və ya icrası dayandırılmalıdır.
Bunu başa düşmək üçün hansı proseslər şirkətin əsas vəzifəsi hesab edilməlidir ki, onlarla indi deyil, yalnız bundan sonra onları dəyişmək və təkmilləşdirmək mümkün olduğunu müəyyən etmək lazımdır. İqtisadi ədəbiyyatlara əsaslanaraq əməkdaşların motivasiyasının dəyişdirilməsi, bu fəaliyyətə idarəetmə uçotunun tətbiqi zəruri hesab edilir. Əgər şirkətin əməliyyat fəaliyyətinin əsasını anlamaq mümkün deyilsə, onda bu sistemin tətbiqinə başlamaq lazım deyil.
Diaqnostika zamanı əsas problemləri dərk etmədikdə, nəyisə dəyişmək olmaz. Əvvəlcə diaqnoz, sonra müalicə etmək lazımdır və heç vaxt əksinə etmək olmaz. Ona görə də, şirkətin biznes proseslərinin öyrənilməsi vacibdir və ən çətin isə diaqnostikası mərhələsidir. Onu olduğu kimi dərk etmək lazımdır, çünki bu təcrübədə ən başlıca problem hesab edilir.
Belə ki, diaqnostikaya başlamaq və onun necə idarə olunmasını həyata keçirmək olar? Sualına, şirkətin əməkdaşlarının ixtisasları, bilik və bacarıqlarının səviyyəsindən asılı olan bir məsələdir. Buna baxmayaraq, şirkətlərin rəhbərləri üçün ümumi tövsiyələr aşağıdakılardır:
1. Başlanğıc üçün şirkətin bütün biznesi müəyyənləşdirilməlidir, onlar standart qruplar üzrə bölünməlidir:
əsas biznes − məhsul istehsalına birbaşa istiqamətlənməsi, şirkət üçün onun qiymətləndirilməsi və gəlirin alınmasını təmin edən məhsulun müəyyən edilməsi;
b) köməkçi biznesi təmin edən əsas proseslərin yerinə yetirilməsi və biznesin faktiki olaraq şirkətin bütün fəaliyyətində təmin edilməsi;
c) ümumilikdə biznesin idarəetmə səviyyəsində biznes-təhsil və cari əməliyyatların idarəetmə funksiyalarının bütün kompleksini əhatə etməsi;
ç) biznesin inkişafı dedikdə, yeni istiqamətlərin və texnologiyaların mənimsənilməsi, təkmilləşdirilməsi prosesləri, həmçinin, innovasiyaların nəzərdə tutulması.
2. Hər bir biznes prosesinə ad verilməlidir və bu məsələyə yaradıcı yanaşılmalıdır. İqtisadi ədəbiyyatlarda bu mövzuya aid indi məlumatlar var, lakin məlumatlar çox qarışıqdır və bəzən kömək etmir. Təkrar nə isə kəşf etmək lazım deyil, lakin gərək dünya təcrübəsinə əsaslanaraq, məhz konkret şirkətə lazım olan sistem yaratmaq lazımdır.
3. Kiçik və ya iri biznes prosesləri ayrılırsa, onları birləşdirməyə çalışmayın. Məsələn, biznes-proseslərinin icraçı baş direktorunun əmrinin yerinə yetirilməsi. Kargüzarlıqda sənəd dövriyyəsinin təşkili çərçivəsində vahid prosesin bir standart formada təsvir edilməsi lazımdır.
4. Biznes proseslərinin ayrılması və sonradan onların necə birləşdirilməsini elə təsvir etmək lazımdır ki, siz başlanğıcda olan göstəricilərilə, yekunda isə hansı nəticələri əldə edə bilərsiniz. Bu proses necə getməlidir ki, bura hansı əməkdaşlar cəlb olunmalıdır ki, onlar nə və necə etməlidirlər, hansı sənədlər təqdim olunmalıdır və başqa hansı işlər bu biznes prosesi çərçivəsində yerinə yetirməlidir.
5. Ətraf mühiti maksimum ətraflı təsvir etmək lazımdır. Burada etibar edilən sənəd dəqiq məlumatların toplanmasıdır və bu məlumatlara etibar edərək işləmək olar. Məlumatların qarışıq olmasında qorxulu heç nə yoxdur, siz nə qədər ətraflı təsəvvür etməyə çalışsanız da səhv edəcəksiniz, bu baxımdan, strukturlaşdırma o qədər asan olmayacaq.
6. Bütün məsələlər təsəvvür edildikdən sonra, informasiyanı daha yığcam və başa düşülən formada strukturlaşdırmaq lazımdır.
7. Problem baxımından bütün biznes proseslərini təsəvvür etdikdən sonra diaqnoz təyin edilir. Harada ki, sadə təkrarlama funksiyaları ilə yanaşı digərləri də ön plana çəkilməlidir.
8. Bundan sonra şirkətin biznes proseslərinin optimallaşdırılması üçün fəaliyyətə başlamaq olar.
9. Bütün bu problemlərin həlli az əhəmiyyət kəsb etmir, biznes proseslərinin optimallaşdırılması və modelləşdirilməsi ilə işləyəcək əməkdaşlar komandası olmalıdır. Şirkətdə 2 nəfər və ya 2000 nəfər olması vacib deyil. Diaqnostikada problemlərin müəyyənləşdirilməsi və hazırlanması mühim məsələdir. Burada peşəkar əməkdaşlar iştirak etməlidirlər, əks halda personal tərəfindən gözə görünməyən müqaviməti ilə ratlaşacaqsınız. Bu prinsipi yaddan çıxarmaq lazım deyil ki, bir baş yaxşıdır, lakin iki baş daha yaxşıdır.
10. Vaxt itirmədən məsələnin həllinə peşəkarcasına yaxınlaşmaq lazımdır. Lakin unutmaq olmaz ki, dəyişikliklər oldusa, deməli, nəticələr də olacaq. Bu baxımdan, şirkətin rəhbəri yeni ideyaların carçısına çevrilməlidir.
Biznes proseslərinin modelləşdirilməsi və optimallaşdırılması məcazi mənada sürətli dərmandır və onun köməyi ilə müalicə edilir. Şirkət üçün inkişafın yeni mərhələsi keçibsə, mütləq bu məsələyə kompleks yanaşmaq lazımdır.
Dostları ilə paylaş: |