3. OMXÇ-nin tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçidlə bağlı islahatların davam etdirilməsi. “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın
tədbirlər planında OMXÇ-nin tətbiqinin genişləndirilməsi fiskal tənzimləmənin
təkmilləşdirilməsi istiqamətində həyata keçiriləcək tədbirlərdən biri kimi qeyd olunmuşdur.
Bu istiqamətdə növbəti illərdə OMXÇ-yə cəlb olunmuş pilot sektorlarda indikatorların
təkmilləşdirilməsi və OMXÇ-nin sahəvi əhatəsinin genişləndirilməsi nəzərdə tutulur.
Həmçinin, pilot sektorlarda monitorinq və qiymətləndirmənin təkmilləşdirilməsi istiqamətində
tədbirlər də davam etdiriləcəkdir.
Eyni zamanda, dövlətin maliyyə resurslarının idarəolunması sahəsində səmərəliliyi
artırmaq məqsədilə ortamüddətli dövrdə büdcə vəsaitləri ilə yanaşı, büdcədənkənar
resursların da səfərbər edilməsi, onların məqsədyönlü istifadəsi və ciddi maliyyə intizamının
tətbiqi istiqamətində işlər davam etdiriləcəkdir. Belə ki, pilot bölmələrin bəzi məqsədli
proqramları üzrə nəzərdə tutulan tədbirlər dövlət büdcəsinin xərcləri hesabına deyil, müvafiq
büdcədənkənar fondların əsasnaməsinə uyğun olaraq həmin fondlarda yığılmış vəsaitlər
hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
Beləliklə, fiskal intizamın gücləndirilməsi üçün büdcə resursları sektorlararası və
sektordaxili düzgün bölüşdürüləcək, nəticələrə görə konkret subyektlərin məsuliyyəti
artırılacaq, dövlət büdcəsi xərclərinin səmərəliliyinin yüksəldilməsi təmin ediləcəkdir ki, bu
məqsədlə dövlət qurumlarının büdcə vəsaitlərindən istifadəsi üzərində nəzarət mexanizmi
təkmilləşdiriləcəkdir. Bu, növbəti ortamüddətli dövrdə əlavə maliyyə resurslarına kəskin
ehtiyacın olduğu bir şəraitdə dövlət büdcəsinin xərclərinin artmasının qarşısını almaqla
yanaşı, dövlətin əlçatan maliyyə resurslarından maksimal istifadəsini təmin edəcəkdir.
4. Dövlət investisiyalarının tədricən özəl investisiyalarla əvəzlənməsi. Milli xərc
prioritetlərinə daxil olan, xüsusilə də işğaldan azad edilmiş ərazilərin bərpası və
yenidənqurulması ilə bağlı layihələrin maliyyələşdirilməsinə özəl investisiyaların cəlb
olunması məqsədilə əlverişli və etibarlı investisiya mühitinin yaradılması sahəsində
görüləcək işlər dəstəklənəcəkdir.
Ölkə iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi, daha
dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılması, qeyri-neft ixracının
stimullaşdırılması, iqtisadiyyatın liberallaşdırması, investisiya mühitinin yaxşılaşdırılması
üçün daha təsiredici addımların atılması, dövlət əmlakının özəlləşdirilməsinin və aktivlərinin
satışının sürətləndirilməsi, dövlət müəssisələrində mütərəqqi korporativ idarəetmə
üsullarının tətbiq edilməsi yolu ilə fəaliyyətlərinin səmərəliliyinin artırılması istiqamətində
17
həyata keçirilən tədbirlər büdcə siyasəti çərçivəsində dəstəklənəcəkdir.