15
ÜDM-yə nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi isə
20,0 faiz
müəyyən edilmişdir. Qeyd olunan nisbət göstəricisinin hədəflənən yuxarı həddinin 2023-cü
ilin sonuna 25,0 faiz müəyyən edilməsi təklif olunur. Bununla yanaşı, “Azərbaycan
Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən icmal
büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-yə nisbət göstəricisinin yuxarı həddinin
2026-cı ilin sonuna
17,5 faizə endirilməsi, həmçinin dövlət
borcunun ÜDM-yə nisbət
göstəricisi üzrə 2026-cı ilin sonuna yuxarı həddinin
20,0 faiz səviyyəsində saxlanılması
hədəflənir.
Eyni zamanda, ölkənin strateji valyuta ehtiyatlarının qorunması və dayanıqlığının
təmin edilməsi məqsədilə
Dövlət Neft Fondunun (DNF) aktivlərinin dayanıqlı səviyyədə
qorunması və DNF-dən dövlət büdcəsinə yönəldilən illik transfertin həcmlərinin həmin həddə
uyğun olaraq tənzimlənməsi nəzərdə tutulur. DNF-nin aktivlərinin qorunması
nəinki fiskal
tənzimləmə funksiyasını daşıyır, eyni zamanda daxili valyuta bazarında tarazlığı və bununla
da uzunmüddətli makroiqtisadi sabitliyi və maliyyə dayanıqlığını təmin edir.
Dostları ilə paylaş: