Ad: Nİgar soyad: musazadə qrup: 328M1 MÖvzu: FÖVQƏladə hallarin təSNİfati və onlarin xarakteriSTİkasi faküLTƏ: Fİlologiya və TƏRCÜMƏ MƏKTƏBİ



Yüklə 42,99 Kb.
səhifə10/11
tarix31.12.2021
ölçüsü42,99 Kb.
#113107
1   2   3   4   5   6   7   8   9   10   11
FÖVQƏLADƏ HALLARIN TƏSNİFATI

Faciəli daşqınlar - bir və yaxud bir neçə çay sistemi ətrafında geniş sahələri su basır. Çox böyük insan qurbanları və maddi itkilərlə xarakterizə olunur. Faciəli daşqınlar 100–200 ildən bir baş verir və 70%-dən artıq kənd təsərrüfatı sahələri, şəhərlər, yaşayış məntəqələri, sənaye müəssisələri, yollar, kommunikasiyalar su altında qalır.


  1. Fövqəladə halların xarakteristikası

Sülh və müharibə dövlərindəki fövqəladə hallarda əhalinin mühafizəsini təmin etmək üçün görülən mülki müdafiə tədbirləri kompleksinə aşağıdakilər daxildir:

- fövqəladə hallar barədə əhalinin xəbərdar edilməsi və yaranmış vəziyyət barədə ona müntəzəm məlumat verilməsi;

- ərzaq mühitin, ərzaq məhsullarının, suyun radioaktiv, kimyəvi və bakterioloji (bioloji) zəhərlənməsinə nəzarət edilməsi;

- əhalinin təhlükəsiz rayonlara və ya sahələrə köçürülməsi (çıxarılması);

- müvafiq tibbi mühafizə tədbirlərinin görülməsi;

- əhalinin radiasiyadan və kimyəvi zəhərlənmədən mühafizəsi;

- müxtəlif fövqəladə hallarda fərdi mühafizə vasitələrindən istifadə edilməsi, mühafizə rejimləri qoyulması və əhalinin davranış qaydaları barədə təkliflərin hazırlanması;

- zədələnmə ocaqlarında xilasetmə və digər təxirəsalınmaz işlərin (qəza işlərinin) yerinə yetirilməsi, fövqəladə hallar yaranmış rayonlarda əhalinin həyat təminatının saxlanması;

- fövqəladə hallarda mühafizə və fəaliyyət qaydalarının bütün əhaliyə öyrədilməsi.

2. Fövqəladə hallar barədə əhalinin xəbərdar edilməsi və yaranmış vəziyyət barədə ona müntəzəm məlumat verilməsinə aşağıdakı yollarla nail olunur;

- əhalini xəbərdar edən mərkəzləşdirilmiş respublika və ərazi avtomat xəbərdarlıq sistemlərini əvvəlcədən yaratmaq və daim hazır vəziyyətdə saxlamaqla;

- mərkəzləşdirilmiş ərazi xəbərdarlıq sistemlərini və xalq təsərrufatı obyektlərinin məhəlli xəbərdarlıq sistemlərini təşkilati-texniki cəhətdən bir-birinə qoşub əlaqələndirməklə;

- ehtimal olunan fəlakətli daşqın zonalarında, radiasiya və kimyəvi zəhərlənmə zəhərlənmə təhlükəli müəssisələr və yüksək təhlükəli digər obyektlərdə yerləşmiş məhəlli xəbərdarlıq sistemləri yaratmaq və onları təşkilati-texniki cəhətdən müşahidə və nəzarət sistemlərinə qoşmaqla;

- ümumdövlət və sahə rabitə sistemlərindən, radio, televiziya verilişləri və yerli radio şəbəkəsindən, digər texniki informasiya vasitələrindən mərkəzləşdirilmiş surətdə xəbərdarlıq üçün istifadə etməklə.

3. Ətraf mühitə, ərzaq məhsullarına, suya müşahidə və nəzarət aşağıdaki yollarla edilir:

- sanitariya-epidemioloji stansiyaları, baytarlıq, aqrokimyəvi və obyekt laboratoriyalarını, Dövlət Hidrometeorologiya komitəsi müəssisələrini, radiasiya və kimya müşahidə postlarını cəlb etməklə əvvəlcədən ümumdövlət və sahə müşahidə və labaratoriya nəzarət şəbəkəsi yaratmaq və daim hazır vəziyyətdə saxlamaqla;

- ətraf mühitin vəziyyəti barədə, eləcə də yeyinti məhsullarının və ərzaq xammalının, əlafın, suyun radioaktiv, kimyəvi və bakterioloji (bioloji) maddələrlə çirklənməsi haqqında məlumatları toplamaq, təhlili etmək və yaymaqla.

4. Mülki müdafiənin mühafizə qurğuları (sığınacaqlar, radiasiya əleyhinə daldanacaqlar, sadə daldalanacaqlar, zirzəmilər və başqa yeraltı tikililər) respublikanın bütün əhalisinin qorunmasını təmin etməlidir.

Mülki müdafiə fənninin öyrənilməsində tələbələr aşağıdakıları bilməlidir:

- istehsalat sahəsində həyat fəaliyyətinin təhlükəsizliyinin təminini;

- istehsalat sahələrində insanlar üçün təhlükə törədən amilləri;

- istehsalat sahələrində bədbəxt hadisələrin araşdırılmasını və təhlilini;

- fövqəladə hallar, onların baş vermə səbəblərini;

- fövqəladə hadisələrin xəbərdar edilməsinin növlərini və vasitələrini;

- davranış qaydalarının əhaliyə çatdırılması üsullarını və yollarını;

- fövqəladə hallarda əhalinin mühafizəsinin prinsiplərini və üsullarını;

- fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərini;

- zədələnmiş insanlara ilk tibbi yardımın göstərilməsini.

Bacarmalıdır:

- istehsalat sahələrində bədbəxt hadisələrin araşdırılması və aktın tərtib edilməsini;

- istehsalat sahələrində təlimatların aparılmasını;

- istehsalat sahələrində işçilər üçün təhlükə törədən amillərin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsini;

- istehsalat qəzalarının və fəlakətlərin proqnozlaşdırılmasını;

- ehtimal olunan fəlakət barədə əhalinin xəbərdar edilməsinin təşkilini;

- əhalinin fövqəladə hallarda mübarizəyə və mühafizəyə hazırlanmasını;

- fövqəladə halların nəticələrinin aradan qaldırılması işlərinin ardıcıllığının təşkilini;

- zədələnmiş insanlara ilk tibbi yardım göstərilməsini.

Torpaq sürüşmələri dağ süxurları, torpaq kütlələrinin dağ yamacları, yarğanlar, çay, göl, dənizlərin sıldırım sahilləri boyu öz ağırlığının təsiri altında sürüşərək yerini aşağıya doğru dəyişməsidir.

Sürüşmənin xarakteri və onun təhlükəlik dərəcəsi yerin geoloji qatlarının xüsusiyyətlərindən və necə yerləşdiyindən asılı olur. Sürüşmələr təbii hadisələrin və ya insan fəaliyyətinin nəticəsində torpağın yuyulması, yaxud aşınması prosesləri sayəsində baş verir və daha çox zəlzələ və fırtına zamanı müşahidə edilir.

Sürüşmə kütlələri müxtəlif süxurlardan təşkil olunur ki, onlar arasında tarazlığın pozulması davamlığın zəifləməsinə səbəb olur. Sürüşmələrin yaranmasına təbii və süni (antropogen) faktorlar səbəb ola bilər. Təbii faktorlara yamaclarda sıldırımların böyüməsini, onların torpaqda olan əsasının su kütlələri ilə yuyulmasını, seysmik təkanları, süni və ya antropogen faktorlara isə yol çəkilməsi zamanı yamacların dağıdılması, meşələrin qırılmasını aid etmək olar.

Beynəlxalq statistik məlumatlara görə, sürüşmələrə 80% antropogen faktorlar səbəb olur. Sürüşmələr 10° və daha çox bucaq altında olan yamaclarda baş verir. Gilli süxurlara malik zonalarda isə həddindən çox nəmişlik hətta 5-7° bucaq altında sıldırım olduqda belə sürüşmələrə gətirib çıxara bilər.

Gücünə görə torpaq sürüşmələri kiçik, orta, böyük və çox böyük ola bilir və yerini dəyişən süxur kütlələlərin həcmi ilə xarakterizə olunur. Bu kütlələrin həcmi 100 kubmetrdən bir milyon kubmetrədək dəyişə bilər.

Torpaq sürüşmələri, sellər və uçqunlar təsərrüfatlara, tikililərə, təbii mühitə böyük ölçüdə zərər verməklə itkilərə səbəb olur və insan həyatı üçün təhlükə törədir. Onların əsas zədələyici faktorları hərəkət edən və yerini dəyişən dağ süxurlarıdır.

Onların təsiri nəticəsində binalar, tikililər dağılır, kənd təsərrüfatı obyektləri, meşə massivləri süxur layları ilə örtülür, çayların yataqlarının və təbii landşaftın dəyişməsinə, insanların həlak olmasına səbəb olur. Bir çox hallarda bu təhlükəli geoloji hadisələr dağlıq yerlərində yerüstü nəqliyyat üçün təhlükə yaradır, körpülərin dayaqlarını, relsləri, avtomobil yollarını zədələyib dağıdır, elektrik və rabitə xətlərini, neft kəmərlərini, hidroelektrik stansiyalarını, yaşayış məntəqələrini sıradan çıxarır.

Sellər, torpaq sürüşmələri və uçqunların törətdiyi nəticələrin həcmi aşağıda göstərilən göstəricilərlə müəyyən edilir:

- sürüşmə zonasında olan əhalinin sayı;

- həlak olan, yaralanan və evsiz qalan insanların sayı;

- təbii fəlakət zonasında olan yaşayış məntəqələrinin miqdarı;

- dağılmış və zədələnmiş xalq təsərrüfatı obyektlərinin, sosial- mədəniyyət və səhiyyə obyektlərinin miqdarı;

- su və süxur kütlələri altında qalmış kənd təsərrüfatı sahələrinin ölçüsü;

- ölmüş kənd təsərrüfatı heyvanlarının sayı.

Sürüşmə və sel təhlükəli zonalarda yaşayan əhali bu təbii hadisələr, onların xarakteristikası, istiqamətləri haqqında məlumatlı olmalıdırlar. İnsanların öncədən məlumatlandırılması hadisə baş verdikdə yarana biləcək stress hallarının və panikanın qarşısını alır.

Yaranan təhlükə haqqında məlumat hidrometeoroloji xidmətlər və digər müvafiq qurumlar tərəfindən daxil olur. Burada ötürülən məlumatın vaxtında təyinat yerinə çatması çox vacibdir. Əhalinin xəbərdar edilməsi müəyyən edilmiş qaydada sirenlərin, radio, televiziyanın köməyi ilə, eyni zamanda regional xəbərdaretmə sistemləri tərəfindən həyata keçirilir.

Sel, torpaq sürüşməsi və uçqun təhlükəsi olduqda müəyyən zaman çərçivəsində əhalinin, kənd təsərrüfatı heyvanlarının və avadanlıqların təhlükəsiz yerə təxliyəsi həyata keçirilir. Öncədən təxliyə həyata keçirilərkən, tərk edilən mənzillərdə qalan, özünüzlə apara bilmədiyiniz qiymətli əşyaları nəmişliyin təsirindən qorunan bir yerdə qoymanız, qapı - pəncərələri kip bağlamanız lazımdır. Elektrik xətlərini ayırın, qaz və suyu bağlayın, tezalışan və zəhərli maddələri evdən çıxarıb ilk düşən imkanda zirzəmilərdə və ayrıca çalalarda basdırın.

Əgər öncədən xəbərdarlıq olmayıbsa, əhali baş verən təhlükənin yaxınlaşdığını gördükdə evdəki qiymətli əşyalar haqqında düşünməyərək sərbəst surətdə təhlükəsiz yerə doğru hərəkət etməlidir. Bu zaman yaxınlaşan təhlükə haqqında qonşularınızı xəbərdar etməlisiniz.



  1. Yüklə 42,99 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin