DÜNYA NEMƏTLƏRİ AXİRƏT SƏADƏTİNƏ SƏBƏB OLMUR
Bəziləri də belə təsəvvür edirlər ki, dünyadakı mal-dövlət, oğul-uşaq, eyş-işrət və s. kimi vasitələr axirətdəki rahatlığa və asayişə səbəb olacaqdır. Bəlkə də ölülərlə yanaşı qızıl-gümüşün, qiymətli daş-qaşların və hətta yemək məhsullarının dəfn edilməsi də bundan irəli gəlmişdir.
Qurani-kərim təkidlə bəyan edir ki, mal-dövlət və əhl-əyal özlüyündə (onlarla əlaqədar olan xüsusi əməl və rəftarları nəzərə almadan) insanın Allah dərgahına yaxınlaşmasına səbəb olmaz,2 axirət aləmində də bir kəsə fayda verməz3 və qiyamətdə də bu cür dünyəvi əlaqələr və səbəblər tamamilə qırılar.4 Hər kəs özünün malik olduğu və ona aid olan şeylərdən məhrum halda,5 tək-tənha Mütəal Allaha doğru qaytarılar.6 Yalnız Allahla olan mənəvi əlaqələr əbədi qalar. Buna görə də öz həyat yoldaşı, övladı və qohum-əqrəbası ilə mənəvi iman əlaqələrinə malik olan möminlər behiştdə də bir yerdə olacaqlar.7
Bir sözlə, dünya ilə axirət arasında olan əlaqə və bağlılıq dünyadakı varlıqların bir-biri ilə olan əlaqəsi kimi deyildir. Belə deyildir ki, dünyada daha qüdrətli, daha gözəl, daha şad olub nemətlərdən daha çox bəhrələnən kəs axirətdə də o cür olacaq. Əks halda fironlar və qarunlar axirətdə daha artıq səadətə nail olardı. Elələri var ki, dünyada zəif, əliboş və daim əzab-əziyyətdə olurlar, lakin ilahi vəzifələri lazımınca yerinə yetirdiklərinə görə qiyamət günü sağlam, gözəl və qüvvətli, məhşur olaraq nemətlərdən bəhrələnirlər.
Qafil insanlardan bəziləri belə güman edirlər ki, “hər kəs bu dünyada kor olsa, axirətdə də kordur və yolunu azmışdır»8 ayəsinin mənası budur ki, dünyadakı sağlamlıq və nemətlərdən bəhrələnmək axirət sağlamlığı və axirət nemətlərindən bəhrələnməklə birbaşa əlaqəlidir. Halbuki, onlar bu ayədəki korluq dedikdə məqsədin zahiri korluq deyil, qəlbin korluğu olmasını başa düşməmişlər. Belə ki, sonrakı ayədə buyurulur:
Dostları ilə paylaş: |