Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə189/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   185   186   187   188   189   190   191   192   ...   289

SUALLAR


1.İmamın məsum olmasını hansı ayələrlə isbat etmək olar?

2.Hansı rəvayət imamın ismətinə dəlalət edir?

3.İmamın xüsusi elmi hansı yollarla hasil olur?

4.Keçmişdə kimlər bu kimi elmlərdən bəhrələnmişlər?

5.Hansı ayə imamət elminə dəlalət edir? Necə dəlalət etməsini bəyan edin.

6.İlmul-kitabın əhəmiyyətini bəyan edin.

7.İmamların elmi ilə əlaqədar rəvayətlərdən bir neçəsini qeyd edin.

QIRXINCI DƏRS

HƏZRƏT MƏHDİ (ƏCCƏLƏLLAHU TƏALA FƏRƏCƏHUŞ-ŞƏRİF)

Müqəddimə

Ümumdünya ilahi hökumət

İlahi vədə

Rəvayətlərdən nümunələr

Qeybət və onun sirri


MÜQƏDDİMƏ


Keçən dərslərdə on iki imamın adlarının qeyd olunduğu hədislərdən bir neçəsini bəyan etdik. Sünni və şiələrin Peyğəmbəri-Əkrəmdən (s) nəql etdikləri çoxlu rəvayətlərin bəzilərində yalnız onların sayları qeyd olunmuş, bəzilərində əlavə olaraq onların Qüreyşdən olduqları, bəzilərində isə onların sayı Bəni-İsrail nəqiblərinin sayı qədər qeyd olunur. Bir qism rəvayətlərdə isə onların doqquz nəfəri imam Hüseynin (ə) nəslindən olduğu buyurulur. Nəhayət sünni rəvayətlərinin bəzisində, eləcə də şiələrin vasitəsilə nəql olunan mütəvatir hədislərdə ayrı-ayrılıqda onların hər birinin adları da bəyan olunmuşdur.1

Şiələrin vasitəsilə nəql olunan çoxlu rəvayətlərdə imamların hər birinin imaməti barəsində də hədis qeyd olunmuşdur. Belə ki, bu müxtəsər kitabda onların hamısını qeyd etməyə imkan yoxdur.2 Buna görə də bu bölmənin sonuncu dərsini on ikinci imam həzrət Məhdi Sahibəz-zəmanın (ə) imaməti barəsində mövzuya həsr edir və ixtisara riayət olunsun deyə, ən mühüm mətləbləri qeyd etməklə kifayətlənirik.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin