Ağir iTKİ Şəhid Həsən Baqirinin (Qulamhüseyn Əfşurdinin) həyatı


"Gecə saat 12-nin yarısında oğlum Məhəmməd zəng vurdu. Dəstəyi atası götürdü, sonra mənə verdi. Hal-əhval tutandan sonra dedi ki, dadaşım yaralanıb



Yüklə 8,06 Mb.
səhifə39/43
tarix10.01.2022
ölçüsü8,06 Mb.
#110592
1   ...   35   36   37   38   39   40   41   42   43
"Gecə saat 12-nin yarısında oğlum Məhəmməd zəng vurdu. Dəstəyi atası götürdü, sonra mənə verdi. Hal-əhval tutandan sonra dedi ki, dadaşım yaralanıb.

Bu sözü eşidəndə elə bildim, sinəmə çox ağırlıq çökdü və bütün vücuduma yayıldı. Məncə, Allahın lütfündən məndə səbir yarandı. Şəhadət ona mübarək olsun! İnqilab dövründə və inqilabdan sonra tez-tez Behişti-Zəhra məzarlığına şəhidləri ziyarətə gedirdim. Şəhid vermədiyimə görə onların məzarı başında xəcalət çəkirdim. Şəhid anaları ilə üzləşəndə onlara nə deyəcəyimi bilmirdim. Oğlum şəhid olandan sonra müəyyən həddə bu xəcalətdən çıxdığımı düşünürəm. İki-üç şəhid vermiş anaların xəcalətindən az da olsa, çıxdım.

Allaha şükür edirəm. Allah mənə elə səbir verdi ki, qohum-qonşular təəccübləndilər. Onun şəhadət xəbəri yayılanda hamıya dedim ki, qara geyinməyin və mənə başsağlığı verməyin. Özümüz də qara geyinmədik. Quran deyir ki, şəhidlər sağdırlar. Biz də Quranı qəbul edirik. Şəhiddən ötrü nə qara paltar lazımdır, nə başsağlığı, nə də ağlayıb narahat olmaq. Şəhidliyi özü istəmişdi. Öz-özümə fikirləşirdim ki, nə üçün şəhidlik istəyib getdi? Məgər qoca ata-anasının olduğunu bilmirdi? Məgər kiçik övladının olmasından xəbərsiz idi? Bilmirdi ki, gənc xanımı var? Narahat olur, sonra sanki yuxudan ayılıb özümə gəlir və deyirdim ki, bu nə fikirdir? Uzaqbaşı yüz ildən sonra nə bizdən əsər-əlamət qalacaq, nə də onun övladından. Hamımız gedəcəyik. Bəs nə üçün əbədi xoşbəxtliyi bir neçə günlük həyata satmalı idi?! O, Allahın nəsib etdiyi səadəti və xoşbəxt həyatı dərk etmişdi".

Həyat yoldaşı onda şəhadətə hazırlığı hamıdan çox görürdü. Xanım Pərvin Daipur ağır və sıxıntılı müharibə şəraitində bir il bir neçə ay Qulamhüseynlə birlikdə yaşadı. O, son iki-üç ayda Qulamhüseynin ata-anasına qarşı rəftarındakı dəyişikliyi sezmişdi.

"Anası zəng vuranda ilk fürsətdə zəng vurub onunla danışardı. Son zamanlarda isə zəng vurmurdu. Bəzən iki-üç dəfə deyirdim ki, anan zəng vurub, amma ona zəng vurmurdu. Bir dəfə dedim: "Nə üçün anana zəng vurmursan? Narahatdır, səsini eşitmək istəyir". Dedi ki, buna alışmalıdır.

Bəlkə də beş-altı dəfədən sonra zəng vururdu. Anasından uzaqlaşmağa, atasına isə yaxınlaşmağa başlamışdı. Bir müddət idi atasını da özü ilə aparırdı. Atası "gəlim?" – deyən kimi cavab verirdi ki, gəl, hacı. O vaxtdan hər yerdə yanında idi. Atası onu sevdiyindən qalxıb çay gətirirdi. Evdə də belə edirdi; bizim oturduğumuzu görən kimi mətbəxə keçib bir şey gətirirdi. Atasının əlini öpdüyünü dəfələrlə görmüşəm. Məncə, Qulamhüseyn ata olandan sonra atasına daha çox yaxınlaşmağa başladı.

Bəzən Qulamhüseynlə mən heç nə demədən beynimizdən nə keçdiyini bilirdik. Bəzən eyni zamanda beynimizə bir şey gəlirdi. Ondan uşağımın olmasını çox istəyirdim, çünki getməkdə olduğunu bilirdim. İstəmirdim ki, gedəndən sonra əlim boş qalsın. O isə övladının olmasını istəmirdi. Çünki o da getməkdə olduğunu bilirdi və mənim əlimdə bir şeyin qalmasını istəmirdi. Bu məsələni bir-birimizə deyə bilmirdik. Ona deyirdim ki, bir uşağımız olsa, yaxşı olar. O isə deyirdi ki, yox, nə vacibdir. Deyirdim ki, uşaq istəyirəm. Heç birimiz sözümüzü açıq demirdik. Əvvəldən razılaşmışdıq ki, aramızda fikir ayrılığı yarananda Quranın hökmünə tabe olacağıq. Ortaq məxrəcə gələ bilməyəndə dedim ki, onda Qurana müraciət edək.

Həsən ağa Musəvi Cəzairidən istixarə etməsini istədi. O, zəng vurub istixarənin yaxşı gəldiyini bildirdi. Çox sevindim. Dedi ki, bilirsən hansı ayə gəlib? Anasına Musanın verilməsi ayəsi. Surəni və ayəni dedi. Qaçıb Quranı gətirdim. Çox həvəsləndim. Ayədə deyilirdi ki, qəlbindən qəm-kədəri uzaqlaşdırmaq üçün ona Musanı verdik. Elə də oldu.

Nərgizin dördaylığında getdi. Dünyaya gəlməzdən öncə adı barədə qərara gəldik. Dedik ki, oğlan olsa Musa, qız olsa Süsən olsun. İmam Mehdini (ə) çox sevdiyinə görə anasının adını qoymaq istəyirdi. Lakin inqilabın əvvəlində bu ad bir müğənnini xatırlatdığına görə dedim ki, olmaz. Dedi ki, onda Nərgiz qoyarıq".

Xanım Daipur Xanımlar mərkəzinin sədri kimi, Qulamhüseyn də qolf meydanında, Nəsr, Kərbəla və Xatəmül-ənbiya qərargahlarında müharibə məsələləri ilə ciddi məşğul idilər. Lakin həmin qısa fürsətlər də həyat dolu idi.

"Üzərinə düşən vəzifələrə qarşı diqqətli idi. Çox mehriban insan idi. Bəzən evə gəlməsi on gün çəkirdi, gələndə çəkisi beş-altı kilo azalmış olurdu, vücudundan ölümcül yorğunluq yağırdı, amma heç nə olmamış kimi zarafat edir, qayğıma qalır, bir qız kimi oturub soruşurdu ki, danış görüm, nə etdin. Elə rəftar edirdi ki, onu on gündür görmədiyim yadımdan çıxırdı və daha on gün görməməyə hazır olurdum.

Kitablarını çox sevirdi. Hər dəfə gedəndə özü ilə kitab aparırdı. Oxuduğu son kitab Şeyx Müfidin imamların həyatı barədə olan əl-İrşad kitabı idi. O, şəhid olanda mənə verilən əşyalardan biri də o kitab idi".

Qulamhüseyn şəhadətindən bir neçə gün qabaq Məşhəd şəhərinə birgünlük səfərə getmiş, İmam Rzadan (ə) şəhadət istəmişdi. O bu istəyinin həyata keçəcəyinə əmin idi. Yoldaşı bu əminliyi onun gözlərinin işıltısından anlamışdı.

"Ondan məndə yalnız bir üzük vardı. Onu çox sevirdim. Məşhədə getmişdi. Uşağı yuyanda barmağımdan çıxıb ayaqyoluna düşdü və çirkab borusuna getdi. Çox pis oldum. Axşam gəldi. Nərgiz ayaqlarımın üstündə idi. Yanımda oturanda ona dedim: "Bu gün çox qorxdum. Sən nəsə etmisən?" Dedi ki, başa düşmədim. Dedim: "Bilmirəm. Bir hadisə baş verib?"

Mənə Məşhədə getdiyini söylədi. Bir neçə dəfə şəhadət barədə danışmışdı. Bu dəfə narahat olub ağladım. Məni sakitləşdirməyə çalışmadı. Gözlərində gördüyüm işıltı heç vaxt yadımdan çıxmaz. Gözləri həqiqətən, alışıb-yanırdı. "Dua edib cavabımı aldım" - deyəndə gözlərindəki sevinci gördüm, bildim ki, daha iş-işdən keçib. Onda anladım ki, imamın məzarının zərihindən yapışdığı vaxt üzük əlimdən çıxıbmış. Üzüyün getməsi sanki bunu xəbər verirdi.

Fəthülmübin əməliyyatından sonra ağır əməliyyatlar oldu, uşaqlar şəhid oldular. O, ürəyiyumşaq insan idi. Hərdən fikirləşirəm ki, özünə necə nəzarət edə bildi, yoldaşları öldüyü halda necə möhkəm dayanmağı bacardı? Çünki geri çəkilsəydilər, daha çox şəhid verəcəkdilər.


Yüklə 8,06 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin