Maddə 12: Hərəkətlərın çətinlik dərəcəsi üzrə hakimlər
-
Hər bir kateqoriya üzrə yarışa 2 müxtəlif federasiyalardan olan iki Çətinlik dərəcəsi üzrə hakim təyin edilir. Hərəkətlərin çətinliyi üzrə hakim ən çoxu 3 yarış kateqoriyasında hakimlik üçün məsuliyyət daşıyır.
Hərəkətlərın çətinlik dərəcəsi üzrə hakimlərin yarışdan əvvəlki öhdəlikləri
-
BGF tədbirlərində, Hakimlər Briqadasının Sədrinin dəstəyi və göstərişləri əsasında yarış iştirakçılarının Tarif Vərəqələrində göstərilən çıxışlarının bütün elementlərinin təklif olunan çətinlik dərəcəsini təsdiqləyir. Hakimlər Briqadasının Sədri Baş Hakimlər Heyətinin Hərəkətlərin çətinlik dərəcəsi üzrə ekspertlərindən həlli çətin problemlərlə əlaqədar kömək istəyə bilər.
-
BGF tədbirlərində, qabaqcadan müəyyən olunmuş yer və vaxtda, icra ediləcək elementlərinin elan edilən çətinliyinin qiymətləndirilməsindəki qeyri-dəqiqliklər barədə məşqçilərə məlumat verir. Tarif Vərəqələrinə sonradan edilən dəyişikliklər yarışın başlanmasından ən azı 90 dəqiqə əvvəl Hərəkətlərin çətinlik dərəcəsi üzrə hakimlərlə razılaşdırılmalıdır.
-
Hərəkətlərin təklif edilən çətinlik dərəcəsini hesablayır.
-
Yarışın başlamasına ən azı 8 saat qalmış Tarif Vərəqələrinin tamamlanmasını və yarışın ardıcıllığına uyğun olaraq yerləşdirilməsini təmin edir. Hakimlər Briqadasının Sədrləri və Baş Hakimlər Heyətinin ekspertləri yarış başlamazdan əvvəl müvafiq Tarif Vərəqələrinin surətlərini almalıdır.
-
Hərəkətlərin çətinlik dərəcəsi üzrə hakimlər Tarif Vərəqələrinə edilən kiçik dəyişiklikləri, müstəsna səbəblərə görə və yarışın başlamasından 30 dəqiqə əvvəl təsdiqləyə bilər. Bu dəyişikliklər barədə Hakimlər Briqadasının Sədrinə və Baş Hakimlər Heyətinin ekspertlərinə mütləq məlumat verilməlidir.
Hərəkətlərin çətinlik dərəcəsi üzrə hakimlərin yarış zamanı öhdəlikləri
-
İcra edilən hərəkətlərın çətinlik dərəcələrini və çətinlik üzrə verilən xalları, hazırkı Qaydalara uyğun olaraq ciddi surətdə digər tərəflərlə birgə dəyərləndirir.
-
Sədrə yekun xala tətbiq edilməli olan cərimələr barədə məlumat verir.
-
Tarif Vərəqələrində aşağıdakı qeydləri edir:
-
Hərəkətlərin icra edilən elementləri
-
Elementlərin çətinlik dərəcəsindəki dəyişikliklər
-
Hərəkətlərın icra edildiyi müddətin müəyyən edilməsində səhvlər
-
Yenidən nəzərdən keçirilən çətinlik dərəcələri
-
Hərəkətlərin çətinlik dərəcəsi üzrə hakimlərin Maddə 46.3 və 48.3 uyğun olaraq idmançıların yekun xallarına tətbiq edilən cərimələri müəyyən edir.
-
Hərəkətlərın çətinlik dərəcəsinə və ya çətinlik xalına aid problemləri həll edə bilməsə Hakimlər Briqadasının Sədrinə kömək üçün müraciət edir. Həmin problem yenə də həll edilə bilməsə, Hakimlər Briqadasının Sədri Baş Hakimlər Heyətinin müvafiq ekspertinə kömək üçün müraciət edir. Problem növbəti idmançının çıxışına qədər həll edilməlidir. Bu mümkün olmasa, yarış mərhələsinin sonuna qədər qüvvədə olan müvəqqəti xal verilir. İstənilən halda problem mükafat mərasimindən əvvəl həll edilməlidir.
-
Yarışın hər mərhələsinin sonunda və finaldan sonra Tarif Vərəqələri, yarış sonrası təhlillərin aparılması məqsədilə Baş Hakimlər Heyətinin Prezidentinə təqdim edilir. Tarif Vərəqələrinə, əlaqədar Çətinlik dərəcəsi üzrə hakimlər tərəfindən imza edilməli, imzanın tarixi qeyd edilməlidir.
Maddə 13: Artistizm və Hərəkətlərin icrası üzrə hakimlər
-
BGF tədbirlərində Artistizm və Hərəkətlərin icrası üzrə hakimlər, Hakimlər Briqadasına püşkatma yolu ilə seçilir (Xüsusi Hakimlik Qaydaları, Maddə 7).
-
Artistizm üzrə hakimlər icra edilən hərəkətləri hazırkı Qaydalara uyğun şəkildə artistizm baxımından qiymətləndirir.
-
Hərəkətlərin icrası üzrə hakimlər icra edilən hərəkətlıəri Hazırkı Qaydalara uyğun şəkildə texniki səhvlər nöqteyi-nəzərindən dəyərləndirir.
-
Hərəkətlər digər şəxslərlə müzakirə aparmadan qiymətləndirilir.
-
Xalların elektron şəkildə qeyd edilməsində səhv olarsa, Hakim dərhal ayağa qalxaraq səhvi Hakimlər Briqadasının Sədrinə göstərir və Sədr də Maddə 11.21 müvafiq olaraq hərəkət edir. Hakimlər Briqadasının Sədri, həmin hakimin tələbini əsaslandırması üçün, dərhal həmin səhvlər barədə yazılı qeydlərin təqdim edilməsini tələb edir.
-
Maddə 13.5 göstərilən hallar istisna olmaqla, xallar qeydə alındıqdan sonra, Hakimlər Briqadasının Sədri və ya Baş Hakimlər Heyəti eskperti xalın yenidən nəzərdən keçirilməsini tələb etməsə, xallar dəyişdirilə bilməz. Xallarda dəyişiklik məcburi deyil və hakim dəyişiklikdən imtina edə bilər. Lakin, xalın yenidən nəzərdən keçirilməsindən imtina edən hakimlərə sonradan xəbərdarlıq edilə bilər və onlara qarşı sanksiya tətbiq edilə bilər. Xalı dəyişdirmək istəməyən hakimlərin səhvləri haqda yazılı qeydlər götürülür və yarışların təhlilində nəzərdən keçirilir.
-
Tələb edilməsinə baxmayaraq hakim xalı dəyişdirməkdən imtina edərsə, Baş Hakimlər Heyəti, ədaləti bərqərar etmək naminə və icra edilən hərəkətnın çox diqqətli təhlilindən sonra, ən yüksək dərəcələr əldə etmiş ilk 8 cütlük / grupun ardıcıllığı dəyişməsin deyə, səhvən verilmiş xalı dəyişdirə bilər. Belə olan hallarda xalın dəyişdirilməsi üçün məsuliyyəti öz üzərinə Baş Hakimlər Heyəti götürür.
Maddə 14: Hakim forması
-
BGF Akrobatika gimnastikası üzrə Texniki Komitəsinin üzvləri bütün yarışlarda və rəsmi tədbirlərdə Beynəlxalq Gimnastika Federasiyasının formasını geyməlidir.
-
Yarışda hakimlik edən hakimlər rəsmi forma geyməlidir. Hazırkı dövr ərzində Akrobatika gimnastikası üzrə hakimlər aşağıdakıları geyməlidir:
-
Sol yaxasına ölkə gerbi və BGF nişanı taxılan qara pencək
-
Qara yubka (qadınlar) və ya şalvar (qadın və kişilər)
-
Ağ köynək və ya sviter (qadın və kişilər) və ya kofta (qadınlar)
-
Hakimlər Briqadasının Sədri açıq mavi rəngli köynək, sviter və ya kofta geyinir.
-
BGF qalstukları (kişilər) BGF ləvazimatları satılan yerlərdən alına bilər.
-
BGF şarfı (qadınlar) BGF atributları satılan yerlərdən alına bilər.
-
Qara ayaqqabı (səndəl deyil) və ya, təşkilatçı tərəf tələb edərsə, dəqiq və təmiz izi qalan ayaqqabılar.
-
Saçlar səliqəli daranmalı, görməyə mane olmamalıdır.
-
Zərgərlik məmulatları taxılsa da, peşəkar xarici görünüşə mane olmamalıdır.
BÖLMƏ V
HƏRƏKƏTLƏRİN QURULUŞ VƏ TƏRTİBATI
Maddə 15: HƏRƏKƏTLƏRİN QURULUŞU
Ümumi prinsiplər
-
Yarış iştirakçıları 3 növ hərəkət icra edir: Tarazlıq hərəkətləri, dinamik və qarışıq hərəkətlər.
-
Bütün hərəkətlər, BGF Alətlər Normalarına müvafiq olan 12 x 12 m ölçülü amortizasiyalı gimnastika xalçası üzərində musiqi müşayiəti ilə icra edilir. Tarazlıq hərəkətlərı və qarışıq hərəkətlər icra edən kişilərdən ibarət dördlüklər, idmançıların formalaşdırdığı piramidalardan düşərkən enmə matından (30 x 150 x 200 sm) istifadə edə bilər (Maddə 22.22 bax).
-
Hərəkətlər hərəkətsiz bədən duruşundan başlamalı, musiqi altında davam edərək, yenə hərəkətsiz bədən duruşu ilə başa çatmalıdır.
-
Hərəkətin quruluşu onun Artistizm cəhətini formalaşdıran hissəsidir.
-
Hər növ hərəkətin quruluşu üçün irəli sürülən xüsusi tələb və məhdudiyyətlər mövcuddur.
Maddə 16: Hərəkətlərin müddəti
-
Bütün hərəkətlər ən çox 2 dəq. 30 san davam edə bilər. Hərəkətlərin müddəti üçün minimal hədd müəyyən edilməmişdir.
-
Bir və ya bir neçə idmançının hərəkətsiz bədən duruşundan hərəkət etməsi çıxışın başlanğıcı hesab edilir. Hərəkətin sonu idmançıların, musiqinin başa çatması ilə eyni ana təsadüf etməli olan hərəkətsiz bədən duruşudur.
Maddə 17: Hərəkətlərin tərtibatı
-
Bütün hərəkətlər cütlüklərin və ya qrupların icra etdiyi hərəkət və ya xas elementlərdən ibarətdir.
-
Tarazlıq hərəkətləri idmançının gücünü, tarazlıq hissini, elastikliyini və cəldliyini nümayiş etdirir.
-
Dinamik hərəkətlər idmançıların atılandan sonra havadakı uçuşunu, dayanaqlıq göstərməsini (tutması) və kulminasiya nöqtəsinə çatması və tutmazdan əvvəl uçuşu əks etdirir.
-
Qarışıq hərəkətlərdə həm tarazlıq hərəkətlərınə həm də dinamik hərəkətlərə xas elementlər olmalıdır.
-
Hər bir hərəkətin tərtibatı üçün irəli sürülən xüsusi tələblər mövcuddur.
-
Cütlük və qruplar, bütün hərəkətlər zamanı, həmin hərəkət üçün xarakterik olan, tələb olunan sayda və növdə partnyourluq elementlərini (əməkdaşlıq elementlərini) icra etməlidir.
-
Bütün hərəkətlərdə fərdi elementlər Çətinlik xalı toplamaq üçün icra edilə bilsə də, bu məcburi deyildir. Onlar Çətinlik Dərəcəsi Cədvəlindən götürülür və hərəkət üçün səciyyəvi olmalıdır.
-
Bütün hərəkətlərdə hər bir partnyor idmançı tərəfindən Çətinlik xalı toplamaq üçün icra edilən elementlərin sayı ən çox 6 olmalıdır. Çətinlik dərəcəsinə görə dəyərləndiriləcək 6 elementin hər biri tarif vərəqəsində göstərilir. Çətinlik xalı toplamaq üçün olmayan istənilən sayda əlavə element icra edilə bilər.
-
Hərəkətlərdə icra edilən hər qadağan edilmiş element üçün idmançıların 1.0 xalı silinir. Qadağan edilmiş elementlərin icrasına görə çətinlik dərəcəsi dəyərləndirilmir.
-
Bir hərəkətdə eyni element və ya bənd (icra edilən cütlük, qrup və ya fərdi elementlər) ancaq bir dəfə Çətinlik xalı toplamaq üçün hesablanır. Dəfələrlə təkrar edilən eyni elementlər hərəkət üçün irəli sürülən xüsusi tələblərin yerinə yetirilməsini təmin etmir.
-
Cütlüklər, qruplar və ya icra edilən fərdi elementlərin çətinlik dərəcəsi Çətinlik Dərəcələri Cədvəlində müəyyən edilmişdir.
Maddə 18: Tarazlıq hərəkətlərinin xüsusiyyətləri
-
Tarazlıq hərəkətlərinin əsas xüsusiyyəti odur ki, birgə çıxış edən partnyor idmançılar qrup və ya cütlük elementlərinin icrası ərzində bir-biri ilə təmas halında olmalıdır. Cütlüklərin və ya qrupların icra etdiyi tarazlıq hərəkəti elementləri idmançıların bir-birindən tutaraq hərəkətsiz dayanmaları, bir hərəkətsiz duruşdan digərinə yüksəlməsi və ya keçməsindən ibarət ola bilər.
-
Kişilərdən və qadınlardan ibarət qruplar 3 növ piramida formalaşdıra bilər:
-
Adi, sabit pramidalar – 3 saniyə çəkən yalnız 1 hərəkətsiz saxlama vəziyyətindən ibarət piramidalar
-
3 saniyəlik 2 və ya 3 hərəkətsiz tutma vəziyyətindən ibarət piramidalar
-
Ancaq kişilərdən ibarət qrupların icra etdiyi keçid piramida vəziyyətləri
-
Tarazlıq hərəkətlərinə xas olan elementlər
Hərəkətsiz sabit saxlama vəziyyəti
|
Cütlüklərin və ya qrupların icra etdiyi, 3 saniyə sabit vəziyyətdə qalmağı ehtiva edən elementlər
|
Sıçrayış
|
Xalçadan və ya partnyor idmançının üzərindən başlayan və idmançının daha böyük hündürlükdə sabit vəziyyətdə dayanması ilə nəticələnən hərəkət
|
İdmançıların əmələ gətirdiyi həndəsi fiqurların üst tərəflərinin hərəkəti:
Cütlüklərin əmələ gətirdiyi həndəsi fiqurların bünövrəsi
|
Bir vəziyyətdən digər vəziyyətə keçmək üçün icra edilən və idmançıların 3 saniyə sabit saxlama vəziyyəti ilə nəticələnən hərəkət
|
Kişilərdən ibarət qrupların keçid vəziyyətləri
|
Bir dayaq nöqtəsindən digərinə hərəkət. Çətinlik Dərəcələri Cədvəlinin bir xanasına aid dəyişkən hərəkətlər
|
-
Bütün tarazlıq elementlərinin sabit saxlanması müddətləri hərəkətə aid tarif vərəqələrində göstərilməlidir.
-
Cütlük və qrupların icra etdiyi bütün sabit vəziyyət elementlərinin uzunluğu ən azı 3 saniyə olmalıdır.
-
Tarif vərəqələrində həm çütlük, həm də qrupların çıxışlarında 1 saniyəlik sabit vəziyyət kimi göstərilən 1 saniyəlik elementlər icra edilə bilər və bu elementlər üçün Çətinlik xalı tələb edilə bilməz.
-
Xalça və ya partnyor idmançının üzərinə enməzdən və çətinlik xalı verməyən vəziyyətə keçməzdən əvvəl, cütlük və qruplar Çətinlik xalı almağa imkan verən 3 saniyə sabit saxlama vəziyyətini icra etməlidir.
-
Sıçrayış xalçadən və ya partnyor idmançının üzərindən daha hündür məsafədəki dayaq nöqtəsi üzərində sabit vəziyyətə keçmək üçün edilən hərəkətdir. Çox az sayda istisnalardan başqa (Çətinlik Dərəcələri Cədvəlinə bax), əgər başlanğıc vəziyyəti qiymətləndirilmirsə bu sıçrayış, qiymətləndirilirsə hərəkət hesab edilir.
-
Sıçrayışlardan sonrakı son vəziyyət, sıçrayışa çətinlik dəyəri təyin etmək üçün ən az 1 saniyə saxlanmalıdır. Lakin, Maddə 18.7 müddəaları hələ də tətbiq edilir.
-
Sonradan dərhal templə düz qollar üzərində duruşa keçərək həmin duruşda 1 saniyə qalmaq şərti ilə, bükülü qollar üzərində duruşla nəticələnən sıçrayışlara icazə verilir. Saxlama vəziyyəti düz qollar üzərində olsa da, bükülmüş qol üzərində sıçrayışa görə tam Çətinlik xalı verilir.
-
Çətinlik xalı almaq üçün edilən hərəkətlərdə son vəziyyətdə ən azı 3 saniyə saxlama vəziyyəti olmalıdır. İdmançıların əmələ gətirdiyi həndəsi fiqurun zirvəsində olanlar, Çətinlik xalı almaq iddiasında olmamaq şərtilə, 3 saniyəlik saxlama vəziyyətləri ilə bitməyən hərəkətlər (keçidlər) icra edə bilər. Tarif vərəqəsində aydın surətdə qeyd olunmalıdır ki, çətinlik üzrə hər hansı bir xal iddia edilmir.
-
Tarazlıq hərəkətlərindəki son vəziyyətlərdən enmələrin texniki icrası Hərəkətlərin İcrasına görə verilən xal ilə qiymətləndirilsə də, bu hərəkətlər üçün Çətinlik xalı verilmir.
-
Hər bir cütlük və qrup Çətinlik Dərəcələri Cədvəlində verilən 1-ci kateqoriyadan seçərək fərdi elementləri icra edə bilər. Həmin elementlər məcburi olamsa da, onların icrasına görə Çətinlik xalı verilir.
-
Elementlər tək-tək və ya ardıcıl icra edilsə də, qismən üst-üstə düşməməlidir. Məsələn, şpaqat açmaq məqsədilə arxa tərəfə yavaş-yavaş çönmək və daha sonra şpaqat açmaq iki ayrı element kimi yox, bir element kimi qitmətləndirilir.
-
Xarakterik fərdi elementlər: Kateqoriya 1
Sabit duruşlar və güc tələb edən elementlər
|
Qollar, baş, ayaq, dirsək, çiyin və sinə üstündə durmaq və həmin vəziyyətdə qalmalar; ağırlıq qaldırma. Fərdi sabit duruşda qalma vəziyyəti ən azı 2 saniyə olmalıdır.
|
Elastiklik
|
Şpaqat, arxaya çönmə, körpü duruşu
|
Cəldlik (hərəkətlilik)
|
Mayallaq aşmaq, “təkər” hərəkətləri (tullanma istiqamətində bədənin döndərilməsi və əyilmiş vəziyyətdə bir ayaq üzərində irəliyə doğru salto) və elementlərdən ibarət kombinasiyalar, xalçaya enərək qısa müddətə sabit duruşda qalmaq
|
-
Sabit duruşlu elementlər (məsələn, bir ayaq üstə duraraq digər ayağı arxaya aparmaq və ya qolları üstə durmaq), Çətinlik xalı almaq məqsədilə edilirsə, partnyor idmançı tərəfindən kömək olmadan icra edilməlidir.
Maddə 19: Cütlüklərin icra etdiyi tarazlıq hərəkətlərı üçün xüsusi tələblər
-
Cütlüklərin icra etdiyi hərəkətlərə ən azı 6 tarazlıq elementi daxil olmalıdır ki, bunların üçü 3 saniyəlik sabit duruşla qalmaq olmalıdır. Hər bir elementin ən azı 1 Çətinlik xalı olmalıdır və ona uçuş mərhələsi daxil olmamalıdır.
-
İcra edilməyən hər element və ya yerinə yetirilməyən hər xüsusi tələb üçün 1 xal silinir.
Cütlüklərə gətirilən məhdudiyyətlər
-
Bir hərəkətdə, cütlüyün üstdə olan üzvü eyni vəziyyəti (məsələn, iki əl üstündə durmaq) ən çox 4 dəfə (2 dəfə sabit vəziyyəti saxlama, 2 dəfə aşağıdakı idmançı hərəkət edərkən) təkrar edə bilər. Üstdəki idmançı Çətinlik xalı verən digər duruşa keçənə qədər nə yuxarıdakı, nə də ki aşağıdakı idmançıya əlavə Çətinlik xalı verilmir.
-
Aşağıdakı idmançılar, üstdəki idmançının duruşundan asılı olmayaraq, eyni çıxışda eyni hərəkəti təkrar etməyə bilər.
-
Aşağıdakı idmançılar hərəkət zamanı dayaq nöqtəsini dəyişməyə bilər.
-
Üstdəki idmançı, aşağıdakının hərəkəti zamanı xal verilməyən duruşa keçərsə, aşağıdakı idmançının hərəkətinə və üstdəkinin işinə görə xal verilmir.
-
Aşağıdakı idmançı ilə üstdəki idmançı duruşlarını eyni anda dəyişdiyi hallarda, üstdəki idmançı aşağıdakının bir hərəkəti zamanı duruşunu ancaq bir dəfə dəyişə bilər.
-
Aşağıdakı və ya üstdəki idmançı, hərəkətin təkrarlanması və ya məhdudiyyətlər nəticəsində Çətinlik xalı verilməyən duruşda olarsa və ya icra edilən hərəkət üçün Çətinlik Dərəcələri Cədvəlində 0 xal nəzərdə tutularsa, partnyor idmançının sabit duruşu və ya hərəkəti üçün Çətinlik xalı verilmir.
-
Əgər cütlük hərəkətinin sonundakı duruşla əlaqədar Çətinlik xalı tələb etmir və ya edə bilmirsə, üstdəki və ya aşağıdakı idmançının həmin duruşa keçərkən icra etdiyi hərəkət üçün də Çətinlik xalı verilmir.
Cütlüklərlə əlaqədar bəzi məsələlərə aydınlıq gətirilməsi
-
Cütlüyün üstdəki idmançısı aşağıdakı idmançının hərəkəti zamanı duruşunu dəyişmirsə, üstdəki idmançıya verilən çətinlik xalının müəyyən edilməsi üçün onun başlanğıc vəziyyəti nəzərə alınır.
-
Cütlüyün üstdəki idmançısı aşağıdakı idmançının hərəkəti zamanı duruşunu dəyişərsə, çətinlik dəyəri üstdəki idmançının başlanğıc vəziyyətinin çətinlik dərəcəsinin üstünə onun hərəkətinin çətinlik dərəcəsi və aşağıdakı idmançının hərəkətinin çətinlik dərəcəsi əlavə olunaraq hesablanır.
-
Aşağıdakı idmançının xalçaya doğru hərəkətinin sonunda (məsələn, şpaqat və ya oturuşa keçmək) hərəkətə dəstək məqsədilə xalçaya dirənən əl və ya əllər qaldırılmalı, bundan sonra sabit duruşa keçilməlidir. Sabit duruş zamanı idmançının əli xalça üzərində olarsa, bu əlavə dayağa görə 0.5 xal silinir.
Maddə 20: Qadınlardan ibarət qrupların icra etdiyi tarazlıq hərəkətlərı üçün xüsusi tələblər
-
Hər hərəkətdə üç saniyə çəkən 3 hərəkətsiz qalma vəziyyəti olmalıdır. Qadınlardan ibarət qrupların icra etdiyi tarazlıq hərəkətlərı üçün 3 sabit duruş tələbi aşağıdakı kombinasiyaların birini icra etməklə yerinə yetirilə bilər:
-
3 sabit piramidalar, hər biri 3 saniyə ərzində bir hərəkətsiz saxlama vəziyyəti ilə
-
Hər biri üç saniyə çəkən 2 sabit saxlama vəziyyəti olan 1 piramida və 3 saniyəlik 1 hərəkətsiz saxlama vəziyyəti olan 1 sabit piramida
-
Çətinlik Dərəcələri Cədvəlinin iki müxtəlif kateqoriyasından seçilmiş ən azı 2 ayrı piramida formalaşdırılmalıdır.
-
Ən azı bir piramidanın icrası zamanı piramidanın zirvəsindəki idmançı tərəfindən Çətinlik Dərəcələri Cədvəlindən seçilən əlüstü duruş elementi, düz qollar üstündə üfüqi tarazlıq istisna olmaqla, icra edilməlidir.
-
İcra edilməyən hər elementə və ya yerinə yetirilməyən hər xüsusi tələbə görə Hərəkətlərin çətinlik dərəcələri üzrə hakimlər 1.0 xal silir.
Qadınlardan ibarət qruplara gətirilən məhdudiyyətlər
-
Bütün hərəkət ərzində, birdən çox piramidanın xalça üzərində iki əsası (bünövrə) ola bilməz (Çətinlik Dərəcələri Cədvəlində 1-ci Kateqoriya).
-
Bütün hərəkət ərzində, ancaq bir piramidanın 2 işçi üst idmançısı ola bilər (Çətinlik Dərəcələri Cədvəlində 2-ci Kateqoriya).
-
Bütün hərəkət ərzində, 1 piramida, iki əsas (bünövrə) duruşla icra edilə bilər. Piramidanın zirvəsindəki idmançının işinə və aşağıdakı idmançıların iki duruşuna görə - hətta bunlar eyni kateqoriyadan olsa belə – Çətinlik xalı verilir (lakin, 20.11 bəndi yenə də tətbiq edilir).
-
1-ci və 2-ci kateqoriyalı piramidalar iki əsas duruşlu piramidasında istifadə oluna bilər, lakin onlar iki ayrı-ayrı piramida konstruksiyalarında istifadə oluna bilməz.
-
Piramidanın üstündəki idmançı aşağıdakılarla əlaqədar olaraq eyni hərəkət zamanı eyni duruş üçün eyni xal ala bilər:
-
Sabit saxlama (qalma) vəziyyəti üçün iki dəfə
-
1 hərəkətsiz piramidada və ya iki əsas (bünövrə) duruşlu piramidada Çətinlik xalı ancaq aşağıdakılara görə verilir:
-
3 saniyəlik 3 hərəkətsiz qalma vəziiyyəti
-
Piramidanın zirvəsindəki idmançıların 3 hərəkəti (və ya piramidanın üstü kimi hərəkət edən orta idmançı).
-
Partnyor idmançılar eyni anda hərəkət edərsə, bu 1 hərəkət, müxtəlif vaxtlarda hərəkət edərsə bu iki hərəkət sayılır.
-
Piramidanın zirvəsindəki, ortasındakı və ya əsasındakı (bünövrə) idmançı, hərəkətin təkrarlanması və ya məhdudiyyətlər nəticəsində Çətinlik xalı verilməyən duruşda partnyor idmançının sabit duruşu və ya hərəkəti üçün hər hansı bir əlavə Çətinlik xalı verilmir (zirvəsində iki idmançı olan piramidalar istisna olmaqla).
-
Qrup hərəkətinin sonundakı duruşla əlaqədar Çətinlik xalı verilmirsə və ya bu duruşla əlaqədar cütlük Çətinlik xalı tələb edə bilmirsə, üstdəki və ya aşağıdakı idmançının həmin duruşa keçərkən icra etdiyi hərəkət üçün də Çətinlik xalı verilmir.
Qadınlardan ibarət qruplarla əlaqədar bəzi məsələlərə aydınlıq gətirilməsi
-
Xüsusi tələblər yerinə yetirildikdən sonra, məhdudiyyət qoyulmasa əlavə piramidalar icra edilə bilər. Bütün piramidaların icra edilməsi ardıcıllığı ixtiyari seçilir. Lakin əvvəllər icra edilmiş piramidalarla eyni kateqoriyadan olanlar, xalçadan başlayaraq yeni quruluşa malik olmalıdır.
-
İki əsas duruşlu (bünövrəli) piramida bir piramida hesab edilir.
-
İki əsas duruşlu piramidalarda birinci icra edilmiş əsas duruşdakı piramida piramidanın kateqoriyasını müəyyən edir.
-
2-ci kateqoriyadan olan piramidalar, zirvəsində iki idmançı olanlardır. Bu xüsusi kateqoriyada zirvədəki idmançılardan biri, duruşunu dəyişdirə bilər və zirvədəki ikinci idmançının və piramidanın əsasındakı idmançıların duruşu sabit qalsa belə, bu hərəkət və yeni sabit duruş üçün tam Çətinlik xalı ala bilər. Duruşunu dəyişməyən zirvədəki ikinci idmançı və piramidanın əsasındakı idmançılar sabit duruş üçün ancaq bir dəfə Çətinlik xalı ala bilər.
Maddə 21: Kişilərdən ibarət qrupların icra etdiyi tarazlıq hərəkətlərı üçün xüsusi tələblər
-
İki (2) müxtəlif piramidanın icrası tələb edilir. Hər piramidanın xalçada ancaq bir əsası (bünövrəsi) ola bilər. “Müxtəlif” sözü, piramidaların əsaslarının konstrusiyası Çətinlik Dərəcələri Cədvəlinin müxtəlif şaquli və üfüqi xanalarından götürülür.
-
Bir və ya birdən çox keçid konfiqurasiyasına malik olan piramidalar 1 piramida hesab edilir.
-
Hər hərəkətdə üç saniyə çəkən 3 sabit qalma (saxlama) vəziyyəti olmalıdır. Kişilərdən ibarət qrupların icra etdiyi tarazlıq hərəkətləri üçün 3 sabit duruş tələbi aşağıdakı kombinasiyaların birini icra etməklə yerinə yetirilə bilər:
-
3 sabit piramidalar, hər biri 3 saniyə ərzində bir hərəkətsiz saxlama (qalma) vəziyyəti ilə
-
Hər biri üç saniyə çəkən 2 sabit saxlama vəziyyəti olan 1 piramida və 3 saniyəlik 1 hərəkətsiz saxlama vəziyyəti olan 1 sabit piramida
-
Ən az bir piramidanın zirvəsindəki idmançı tərəfindən Çətinlik Dərəcələri Cədvəlindən seçilən əlüstü duruş elementi, düz qollar üstündə üfüqi tarazlıq istisna olmaqla, icra edilməlidir (Bu xüsusi tələb piramidanın üstü kimi hərəkət edən orta idmançı tərəfindən yerinə yetirilə bilməz).
-
İcra edilməyən hər elementə və ya yerinə yetirilməyən hər xüsusi tələbə görə Hərəkətlərin çətinlik dərəcələri üzrə hakimlər 1.0 xal silir.
Dostları ilə paylaş: |