Akrobatik gimnastika yarişlarinin


Kişilərdən ibarət qruplara qoyulan məhdudiyyətlər



Yüklə 0,6 Mb.
səhifə4/7
tarix21.10.2017
ölçüsü0,6 Mb.
#8218
növüQaydalar
1   2   3   4   5   6   7

Kişilərdən ibarət qruplara qoyulan məhdudiyyətlər


    1. Xalçadə iki əsası olan piramidalar:




  • Böyük idmançılar: Xüsusi tələblərlə əlaqədar 2 əsaslı 1 piramida icra edilə bilər. Xalçada 2 əsası olan 1 keçid piramidası və ya xalçada iki əsası olan 2 ayrı-ayrı piramida konstruksiyası üçün Çətinlik xalı verilə bilər.

  • Yalnız 12-18 və 13-19 yaşları arasında olan idmançılar: Xüsusi tələblərlə əlaqədar 2 əsaslı 1 piramida icra edilə bilər. Xalçada 2 əsası olan 1 keçid piramidası VƏ xalçada iki əsası olan 1 ayrı piramida konstruksiyası üçün Çətinlik xalı verilə bilər.

    1. Bütün hərəkət boyunca, yalnız bir piramidanın zirvəsində hərəkət edən iki idmançı ola bilər.

    2. Xalçada 3 əsası olan piramida xüsusi tələblərə cavab vermir. Lakin, əlavə Çətinlik xalı verilə bilər.

    3. Keçidlər xalçaya enmədən icra edilməlidir.

    4. Ancaq 3 saniyəlik sabit duruşdan 3 saniyəlik sabit duruşa dəyişməklə baş tutan keçidlərə görə Çətinlik xalı verilir.

    5. Piramidanın üstündəki idmançı aşağıdakılarla əlaqədar olaraq eyni hərəkət zamanı eyni duruş üçün eyni xal ala bilər:

  • Hərəkətsiz qalma (saxlama) üçün iki dəfə

  • Keçid üçün 2 dəfə

    1. 1 sabit piramida və ya keçid piramidasında Çətinlik xalı ancaq aşağıdakılara görə verilir:




  • 3 saniyəlik 3 hərəkətsiz saxlama vəziyyəti

  • Yalnız piramidanın zirvəsindəkinin 3 hərəkəti, və ya zirvədə və/və ya ortasında və/və ya əsasında, olan idmançıların 3 hərəkəti

    1. Bütün hərəkət ərzində, piramidanın zirvəsindəki böyük idmançı heç xal verilməyən duruşa ancaq bir dəfə, 12-18 və 13-19 yaş qrupuna aid idmançı isə 2 dəfə keçə bilər.

    2. Partnyor idmançılar eyni anda hərəkət edərsə, bu 1 hərəkət, zirvədəki idmançı, sonra ortadakı sonra da əsasdakı (bünövrədə olan) idmançı hərəkət edərsə, bu 3 hərəkət sayılır.


Kişilərdən ibarət qruplarla əlaqədar bəzi məsələlərə aydınlıq gətirilməsi


    1. Keçidlə əlaqədar xal verilməsi üçün, ən azı bir orta idmançı və / və ya əsasdakı (bünövrədəki) idmançı dayaq nöqtəsini dəyişməlidir. Çətinlik Dərəcələri Cədvəlinin heç olmasa bir xanası dəyişidirilməlidir. Keçid piramidasının bütövlükdə qiymətləndirilməsi məqsədilə bütün əsas xallar verilir (Maddə 21.13).

Keçidsiz, lakin birdən çox sabit duruşla icra edilən piramida üçün ən yüksək baza xalı verilir.

    1. Xüsusi tələblər yerinə yetirildikdən sonra, məhdudiyyət qoyulmasa əlavə piramidalar icra edilə bilər. Bütün piramidaların icra edilməsi ardıcıllığı ixtiyari seçilir. Bir neçə piramida icra edilərkən, Çətinlik Dərəcələri Cədvəlinin 1 üfüqi və ya 1 şaquli xanaları ancaq bir dəfə təkrar edilə bilər.

    2. Bir və ya birdən çox keçidlə icra edilən piramida 1 piramida hesab edilir.

    3. Keçid piramidalarında:




  • Piramidanın zirvəsindəki idmançı aşağıdakı idmançının hərəkəti zamanı duruşunu dəyişmirsə, üstdəki idmançıya verilən çətinlik xalının müəyyən edilməsi üçün onun başlanğıc vəziyyəti nəzərə alınır.

  • Piramidanın zirvəsindəki idmançı keçid zamanı duruşunu dəyişərsə, keçidin Çətinlik xalı üstdəki idmançının başlanğıc vəziyyətinin çətinlik dərəcəsinin üstünə onun hərəkətinin çətinlik dərəcəsi və keçid üçün xal əlavə olunaraq hesablanır.

  • Piramidanın zirvəsindəki idmançı keçid zamanı xal verilməyən duruşda olarsa, piramidanın əsasındakı idmançıların keçidi üçün xal verilmir və xal ancaq son sabit duruş (lar) üçün verilir.




    1. Piramidanın zirvəsindəki idmançının keçid zamanı və piramidanın son halında eyni duruşda olması məcburi deyildir. Məsələn, zirvədəki idmançı keçid zamanı ayaqları aralı ola bilər və o, son duruş üçün güc verərək əlləri üstə keçə bilər.

    2. Qrup keçidlərində başlanğıc duruş və ya son duruş 1 saniyədən az saxlanılarsa, hərəkətsiz saxlama və ya keçid üçün Çətinlik xalı verilmir. Bu elementlər Xüsusi Tələblərlə əlaqədar diqqətə alınmır və vaxtla bağlı 0.9 dəyərində cərimə tətbiq edilir (Maddə 48.3). Hərəkətlərin icrası üzrə hakimlər baş verən bütün texniki səhvləri, o cümlədən bir elementin natamam icrası və ya idmançıların yerə yıxılması kimi halları qeydə alır.

    3. Tarazlıq hərəkətləri və qarışıq hərəkətlər zamanı icra edilən piramidalardan düşə bilmək üçün, xalçanın kənarı ilə təmas edəcək şəkildə salınan bir enmə matına icazə verilir. Mat, bütün çıxış boyunca yerində qalmalıdır. Məşqçi matın çıxışdan əvvəl yerləşdirilməsi və sonra dərhal yığışdırılması üçün məsuliyyət daşıyır.


Maddə 22: Cütlük, qrup halında və ya fərdi icra edilən elementlərdə vaxtla uyğunlaşmama ilə əlaqədar cərimə xalları


    1. Əgər əvvəlcədən 3 saniyəlik hərəkətsiz qalma (saxlama) elan edilərsə və 1 və ya 2 saniyə çəkən saxlama icra olunarsa müvafiq olaraq vaxtla uyğunlaşmama ilə əlaqədar 06. və 0.3 xalla cərimə tətbiq edilir (Maddə 48.3). Həmin element Çətinlik xalı alır və xüsusi tələblərə cavab vermiş hesab edilir. Bu qayda hərəkətlərdən sonrakı hərəkətsiz duruşlara da şamil edilir. Texniki səhv baş verərsə, cərimələr hərəkətlərin icrası üzrə hakimlər tərəfindən tətbiq edilir.

    2. Cütlüklər və ya qruplar tərəfindən cəhd edilsə də baş tutmayan və ya 1 saniyədən az çəkən sabit duruşlara görə Çətinlik xalı verilmir və bu elementlərlə əlaqədar olaraq, Hərəkətlərin çətinlik dərəcələri üzrə hakimlər tərəfindən vaxtla uyğunlaşmama ilə əlaqədar maksimal (0.9) cərimə tətbiq edilir. Həmin element xüsusi tələblərə cavab verməyən element hesab edilir. Hakimlər baş verən texniki səhvlərə görə 0.5 cərimə xalı (elementin başa çatdırılmaması) və ya 1.0 cərimə xalı (idmançıların yıxılması) tətbiq edir. Bu qayda hərəkətlərdən sonrakı sabit duruşlara da tətbiq edilir.

    3. Sıçrayışlardan sonrakı sabit duruş bir saniyədən çox saxlanmasa, Çətinlik xalı verilmir və vaxtla uyğunlaşmama ilə əlaqədar 0.3 xal cərimə tətbiq edilir. Həmin element xüsusi tələblərə cavab verməyən hesab edilir. Baş verən texniki səhvlərə görə Hərəkətlərin icrası üzrə hakimlər cərimə təyin edir.

    4. Cütlüklər və ya qruplar tərəfindən tarazlıq elementi qurularkən partnyor idmançılar öz yerlərini tutana qədər, idmançılar yuxarı çıxarkən yıxılarsa və ya “sürüşərsə”, vaxtla uyğunlaşmama cəriməsi tətbiq edilmir. Lakin, birinci idmançı öz yerini tutduqdan sonra idmançılar yuxarı çıxarkən yıxılarsa və ya “sürüşərsə” vaxtla uyğunlaşmamağa görə 0.9 xalla cərimə tətbiq edilir. Hər iki halda texniki səhvlərə görə müvafiq cərimələr verilir və element çətinlik xalının alınması məqsədilə təkrar edilə bilər.

    5. Qruplarda, piramidanın əsasındakı (bünövrədəki) idmançıların keçid hərəkətləri 3 saniyəlik ilk hərəkətsiz saxlamadan 3 saniyəlik növbəti hərəkətsiz saxlamağa keçməklə icra edilir. Bu 1 və ya 2 saniyə davam edərsə, vaxtla uyğunlaşmama cəriməsi tətbiq edilir, amma elementə Çətinlik xalı verilir və o xüsusi tələblərə cavab vermiş hesab edilir. Baş verən texniki səhvlərə görə Hərəkətlərin icrası üzrə hakimlər cərimə təyin edir.


Fərdi elementlər


    1. Hərəkətsiz saxlamaqla fərdi elementin icra edilməsinə cəhd göstərilərsə ancaq 1 saniyə davam edərsə, Çətinlik xalı verilir. Lakin, 0.3 xalla vaxtla uyğunlaşmama cəriməsi (Maddə 48.3) tətbiq edilir və baş verən texniki səhvlərə görə Hərəkətlərin icrası üzrə hakimlər cərimə təyin edir.

    2. Hərəkətsiz saxlamaqla fərdi elementin icra edilməsinə başlanarsa lakin sona qədər icra olunmazsa və ya 1 saniyədən az çəkərsə Çətinlik xalı verilmir və bu elementlərlə əlaqədar olaraq, hərəkətlərin çətinlik dərəcələri üzrə hakimlər tərəfindən 0.6 xalla vaxtla uyğunlaşmamağa görə cərimə tətbiq edilir. Hərəkətlərin icrası üzrə hakimlər baş verən texniki səhvlərə görə 0.5 cərimə xalı (elementin başa çatdırılmaması) və ya 1.0 cərimə xalı (idmançıların yıxılması) tətbiq edir.


Maddə 23: Dinamik hərəkətlərin xüsusiyyətləri


    1. Müxtəlif istiqamətlər, müxtəlif şəkillərdə fırlanmalar, salto hərəkətləri, bədənlərini müxtəlif şəkillərə salmalar və sıçrayışlardan istifadə edərək, yarış iştirakçıları digər partnyor idmançıların köməyi ilə və ya sərbəst şəkildə havada bir uçuş nümayiş etdirməlidirlər.

    2. Dinamik elementlərin fərqləndirici xüsusiyyətləri idmançıların havada uçuşu, partnyor idmançıların bir-biri ilə qısa təması, bu təmasın uçuşu dayandırmaq və ya uçuşa kömək etmək məqsədilə olmasıdır. 23.3 bəndində dinamik elementlərin 4 kateqoriyası göstərilmişdir.




    1. DİNAMİK HƏRƏKƏTLƏRİN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ




Partnyor idamnçının havada hərəkət edən idmançını tutması:

Bir partnyor idmançıdan (idmançılardan) digərinə (digərlərinə) doğru uçmaq

Xalçadan partnyor idmançı tutana qədər hərəkət

Xalçadan partnyor idmançıya (və ya idmançılara) doğru uçmaq

Dinamik

Yenidən xalça üzərinə enməzdən əvvəl əlavə uçuş hərəkəti əldə etmək üçün partnyor idmançı (idmançıların) qısa təmas köməyi ilə xalçadan uçuş

Aşağı enmə

Partnyor idmançı ilə qısa təmasdan sonra xalçaya enmək




    1. Xalçaya enişlər partnyor idmaçıların köməyi ilə və ya köməyi olmadan baş tutsa da, idmançının hərəkətə nəzarət etdiyi sübut olunmalıdır (məsələn, aşağı enən idmançı, endikdən sonrakı duruşu kömək olmadıqda saxlaya bilməlidir).

    2. İdmançını tutan partnyor idmançılar hərəkətə nəzarət edə bilməli, müvazinətlərini saxlaya bilməlidir. Bu nəzarətin əskikliyi texniki səhv sayılır.

    3. Dinamik əlaqələr dinamik hərəkətlərin elementlərinin yubadılmaz ardıcıllıqla (templə), dayanmadan və 1 elementdən digərinə keçid zamanı əlavə hazırlıq aparılmadan icrasına imkan verir.

    4. Fərdi elementlər Çətinlik Dərəcələri Cədvəlindəki 2-ci kateqoriyasından seçilir. Müvafiq hazırlıq hərəkətindən sonra icra edilməli, elementlərin icrasından, onun xarakterindən asılı olaraq, idmançı bir və ya iki ayağı üstə yerə enir. Qeyd: önə doğru çönərək bir ayağı üstə enmə hərəkəti ancaq digər elementlərlə birgə icra edilə bilər.


Maddə 24: Dinamik hərəkətlər üçün irəli sürülən tələblər


    1. Cütlüklərin və ya qrupların icra etdiyi dinamik hərəkətlərə havada uçuş mərhələsi ilə ən azı 6 element olmalı, bunların ən azı ikisinə idmançının havada tutulması hərəkəti daxil olmalıdır. Xüsusi tələblərə cavab vermək üçün icra edilən hər bir element ən azı 1 çətinlik dəyərinə malik olmalıdır.

    2. İcra edilməyən hər bir element və ya yerinə yetirilməyən digər xüsusi tələb üçün 1.0 xal silinir.


Cütlük və qruplara qoyulan məhdudiyyətlər


    1. Aşağıdakı məhdudiyyətlər hərəkətlərin çətinliyi üzrə verilən qiymətlərə təsir edir:




  • Ancaq 3 aşağı eniş hərəkəti üçün Çətinlik xalı verilir (lakin aşağı enmələr məcburi deyil).

  • Ən çoxu 3 eyni başlanğıc duruşu üçün Çətinlik xalı verilir.

  • Ən çoxu idmançını 3 eyni vəziyyətdə tutma üçün Çətinlik xalı verilir.

  • Bir hərəkət ərzində ən çox 3 əlaqə dəyərləndirilə bilər.




    1. 3-dən çox eyni başlanğıc və ya tutma duruşu, 3 əlaqə və ya 3 aşağı eniş icra edilərsə, onlardan ilk icra edilən 3-nə çətinlik üzrə qiymət verilir.


Qadınlardan ibarət qruplara qoyulan əlavə məhdudiyyətlər


    1. Aşağıdakı məhdudiyyətlər qadınlardan ibarət qrupların çıxışlarında hərəkətlərin çətinliyi üzrə verilən qiymətlərə təsir edir. Bu məhdudiyyətlərə əməl edilməməsi Artistizm üçün verilən xallardan cərimə xallarının çıxılması ilə nəticələnə bilər.




  • Çətinliyi dəyərləndirilən hərəkət elementlərinin icrasında hər 3 partnyor idmançı aktiv şəkildə iştirak etməlidir. Məsələn, 1 piramidanın əsasındakı idmançı zirvədəki idmançını digər əsasdakı idmançıya “ötürə” bilər və bunun üçün Çətinlik xalı gözləyə bilər. Aşağı enən idmançıya yardım etmək elementin icrasında aktiv iştirak sayılmır, həmin element üçün Çətinlik xalı verilmir və elementin xüsusi tələblərə cavab vermədiyi hesab edilir.

  • İdmançının digər idmançıların əllərində üfüqi vəziyyətdə olduğu ən çoxu 3 başlanğıc vəziyyəti üçün Çətinlik xalı verilir.

  • Əllər üfüqi vəziyyətdə ən çoxu 3 tutma hərəkətinə görə Çətinlik xalı verilir.


Kişilərdən ibarət qruplara qoyulan əlavə məhdudiyyətlər


    1. Aşağıdakı məhdudiyyətlər kişilərdən ibarət qrupların çıxışlarında hərəkətlərin çətinliyi üzrə verilən qiymətlərə təsir edir. Bu məhdudiyyətlərə əməl edilməməsi Artistizm üçün verilən xallardan cərimə xallarının çıxılması ilə nəticələnə bilər.




  • Platformadan icra edilən ən çoxu eyni 4 başlanğıc vəziyyəti üçün Çətinlik xalı verilir.

  • Platformada ən çoxu eyni 4 tutma vəziyyəti üçün Çətinlik xalı verilir (idmançının havada hərəkəti zamanı partnyor idmançının dəyişdirilməsi elementli, partnyor idmançının dəyişdirilməməsi elementi kimi hesab edilir).

  • İki cütlük kimi formalaşan kişilərdən ibarət qrupların çıxışlaırnda eyni zamanda və ya ardıcıl olaraq icra etdikləri yalnız 1 element üçün Çətinlik xalı verilir. Çütlük elementindən istifadəyə görə də Çətinlik xalı əlavə edilir (Xalların dəyəri Çətinlik Dərəcələri Cədvəlindən götürülür).

  • Bir idmançının, birgə hərəkət edən digər 3 partnyor idmançı tərəfindən havaya (irəliyə) atılması ilə icra edilən ancaq 1 elementə görə Çətinlik xalı verilə bilər.

  • Bir idmançının, birgə hərəkət edən digər 3 partnyor idmançı tərəfindən tutulması ilə icra edilən ancaq 1 dinamik elementə görə Çətinlik xalı verilir.

  • Üfüqi istiqamətdə havada hərəkət edən idmançının tutulması ilə icra edilən ancaq 1 elementə görə Çətinlik xalı verilir.

  • Birgə hərəkət edən 3 və hərəkətdə iştirak etməyən dördüncü idmançının olduğu ancaq 1 element üçün Çətinlik xalı verilə bilər. Aşağı enən idmançıya yardım etmək elementin icrasında aktiv iştirak sayılmır.


Maddə 25: Dinamik hərəkətlərin icrasındakı səhvlər


    1. Dinamik hərəkət elementinin başlanıb başa çatdırılmadığı hallarda Hərəkətlərin icrası üzrə hakimlər xallardan texniki səhvlərə görə müvafiq cərimə xalları çıxır - üstəlik elementin başa çatdırılmaması üçün 0.5, idmançının yerə düşməsi üçün isə 1.0 xal (Maddə 50.10) çıxılır. Həmin elementin çətinlik dəyəri itir və xüsusi tələblərə cavab verməyən element hesab edilir (Maddə 48.3).

    2. Dinamik hərəkət elementinin bütün mərhələləri tamamlansa da, havada hərəkət edən partnyor idmançı tutulmasa, Hərəkətlərin icrası üzrə hakimlər bu ciddi səhv üçün 0.5 xal çıxır. İdmançı tutulmadığına görə və ya yerə enərkən yıxılarsa, 1.0 xal çıxılır. Hər iki halda elementin icrasına görə Çətinlik xalı verilir və element xüsusi tələblərə cavab verən hərəkət hesab edilir.


Maddə 26: Qarışıq hərəkətlərin xüsusiyyətləri


    1. Qarışıq hərəkətlır həm tarazlıq hərəkətlərı həm də dinamik hərəkətlər üçün səciyyəvi elementlərdən ibarət olur.

    2. Cütlüklər və ya qrupların icra etdiyi tarazlıq hərəkəti elementləri üçün Çətinlik xalı dinamik hərəkət elementləri üçün verilən çətinlik xallarından maksimum iki dəfə çox ola bilər və ya, əksinə olaraq, dinamik hərəkət elementləri üçün verilən Çətinlik xalı tarazlıq hərəkəti elementlərinin Çətinlik xalından maksimum 2 dəfə çox ola bilər.

Məsələn, cütlüklər və ya qrupların icra etdiyi dinamik hərəkət elementləri üçün 60 Çətinlik xalı verilmişdirsə, tarazlıq hərəkəti elementlərinin Çətinlik xalı 120-ni keçməməlidir. Bu nisbəti əldə etmək mümkün olmasa, hansı tip element üçün verilir-verilsin, icazə verilən qiymətdən çox xallar hesaba alınmır.

    1. Bu hesablama qaydası fərdi olaraq icra edilən elementlərə şamil edilmir.


Maddə 27: Qarışıq hərəkətlər üçün xüsusi tələblər


    1. Cütlüklərin və ya qrupların icra etdiyi qarışıq hərəkətlərdə havada uçuş mərhələsi olan ən az 6 element daxil olmalı, bunlardan üçü hərəkətsiz saxlama, üçü dinamik element, bu dinamik elementlərdən biri havada hərəkət edən idmançının tutulması ilə müşayiət edilməlidir. Bütün elementlər ən azı 1 çətinlik qiymətinə malik olmalıdır.

    2. Ən azı 3 saniyə çəkməli olan 3 hərəkətsiz saxlama ayrı – ayrılıqda və ya kombinasiya şəklində icra edilə bilər.

    3. Qruplar üçün irəli sürülən ən azı 3 hərəkətsiz saxlama tələbi hərəkət elementlərinin aşağıdakı kombinasiyalarının icrası ilə yerinə yetirilə bilər:




  • 3 sabit piramda, hər birinin tərkibində 3 saniyə çəkən bir hərəkətsiz saxlama

  • Hər biri 3 saniyə çəkən 3 hərəkətsiz saxlamadan (qalma) ibarət 1 piramida

  • Hər biri 3 saniyə çəkən 2 hərəkətsiz saxlamadan ibarət bir piramida və üç saniyə çəkən bir hərəkətsiz saxlamadan ibarət bir sabit piramida.

    1. Qruplara qarşı 1 əlavə tələb irəli sürülür: ən azı bir piramidanın zirvəsindəki idmançı, əlavə köməkdən istifadə etmədən əlləri üstə durmalıdır. Bu xüsusi tələb piramidanın zirvəsindəki idmançı kimi hərəkət edən orta idmançı tərəfindən və ya düz qollar üstündə üfüqi tarazlıq duruşundan istifadə edilərək yerinə yetirilməməlidir.

    2. Çütlük və ya qrupların çıxışlarında icra edilməyən hər hərəkət üçün və ya yerinə yetirilməyən hər tələb üçün 1.0 cərimə xalı tətbiq edilir.


Məhdudiyyətlər


    1. Tarazlıq hərəkətlərinə və dinamik hərəkətlərə aid bütün məhdudiyyətlər tətbiq edilir.

    2. Qarışıq hərəkətlərıin elementləri ayrı-ayrılıqda ya da ardıcıllıqla edilə bilər və eyni Çətinlik xalı verilməsi üçün eyni kateqoriyadan olmalıdır.

    3. Qarışıq hərəkətlərdə ən çox iki aşağı enmə üçün Çətinlik xalı verilir.


Maddə 28: Fərdi hərəkətlərin icrası


    1. Çətinlik xalı almaq üçün icra edilən bütün elementlər üçün ən azı 1 Çətinlik xalı verilməlidir.

    2. Partnyor idmançılar tərəfindən eyni zamanda ya da ardıcıllıqla icra edilən yalnız fərdi elementlər üçün Çətinlik xalı verilə bilər. Lakin hər idmançının icra etdiyi elementlərin sayı fərqli ola bilər.

    3. Partnyor idmançılardan biri fərdi elementi icra etməsə, onun partnyorlarının icra etdiyi digər elementlər üçün Çətinlik xalı verilmir.

    4. Bir hərəkətə daxil olan, fərdi icra edilən və Çətinlik xalı verilən bütün müxtəlif fərdi elementlər toplanır və partnyor idmançıların sayına əsasən orta bir xal meydana çıxarılır ki, fərdi elementlər üçün çətinlik dəyəri tapılsın. Alınan nəticə ən yaxın tam ədədə yuvarlaqlandırılır:

Məsələn:


İcra edilən elementlərin sayı

Partnyor idmançıların sayı


    1. Hər partnyor idmançınin icra etdiyi fərdi elementlər ayrı-ayrı qiymətləndirilir.

    2. Fərdi icra edilən elementin başlanıb başa çatdırılmadığı hallarda Hərəkətlərin icrası üzrə hakimlər xallardan texniki səhvlərə görə müvafiq cərimə xalları çıxır: elementin başa çatdırılmaması üçün 0.5, idmançının yerə düşməsi üçün isə 1.0 xal. Həmin elementin çətinlik dəyəri itir. Bəzi hallarda sabit duruş tələb edən fərdi elementlərə vaxtla əlaqədar cərimə tətbiq edilir (məs, baş üstündə durmaq).



BÖLMƏ VI
ARTİSTİZM
Maddə 29: ARTİSTİZM
Ümumi prinsiplər


    1. Artistizm icra edilən hərəkətin xoreoqrafik strukturu, tərtibatı və məzmunun müxtəlifliyi, o cümlədən Çətinlik xalı verilən elementlərin müxtəlifliyi ilə əlaqəlidir. Artistizm həmçinin partnyor idmançılar, hərəkətlər və musiqi arasında əlaqəni də əhatə edir.

    2. Artistizm hərəkətini icra edən qrupun və ya cütlüyün özünəməxsus xüsusiyyətlərini, ifadə tərzini və musiqi hissini əks etdirir. Bu idmanın tələblərinin tamaşaçılara və hakimlərə təsir edəcək şəklə çevrilməsidir.

    3. Çıxış tamaşaçılar və hakimlərə təqdim edilir. O, hər cütlük və ya qrupa xas cəhətləri göstərməli, xoreoqrafiyanı tamamlayan gimnastik kostyumla daha da güclü təsir bağışlamalıdır.

    4. Artistizmin qiymətləndirilməsi cütlük və ya qrupun yarış meydançasına girdiyi andan başlayır və yarış meydançasını tərk edənə qədər davam edir. Yerimək bədii akrobatika gimnastikasının bir hissəsidir və sadə, musiqisiz icra edilməlidir.


Maddə 30 : Xoreoqrafiya


    1. Xoreoqrafiya bədənin zaman və məkan içində və digər partnyor idmançılara nisbətən gimnastik və artistizm üzrə hərəkətlərdir.

    2. Xoreoqrafiya çətin elementlərin xoreoqrafik addımlar, sıçrayışlar və dönmələr vasitəsilə estetik şəkildə əlaqələndirilməsidir. O, məkandan yaradıcılıqla istifadə edilməsini, müxtəlif trayektoriyalar, səviyyələr, istiqamətlər üzrə hərəkətlər, bədənin müxtəlif formalar almasını, müxtəlif ritm və sürətlə hərəkətini tələb edir.

    3. Hərəkətlərin Çətinlik xalı verilən elementlərinin icrası və xoreoqrafiya bütün meydançadan istifadəni tələb edir.

    4. Cütlük və qruplar elementləri aşağı, orta və hündür səviyyələrdə icra etməlidir.

    5. Elementlərin icrası zamanı müxtəlif addımlar atılmalı, müxtəlif trayektoriyalar üzrə və müxtəlif partnyor idmançılarla işləmək lazımdır.

    6. Xoreoqrafiya orijinal olmalı, hər qrup və ya cütlüyün özünəməxsus xoreoqrafiyası olmalıdır.

    7. Bütün hərəkətlər axıra kimi, mümkün olduğu qədər geniş məkanda, musiqiyə uyğun incəlik və tezlikdə icra edilməlidir.


Maddə 31: Hərəkət elementlərinin seçilməsi


    1. Çətinlik xalı verilən elementlər gimnastika növü üçün səciyyəvi olmalıdır.

    2. Cütlüklər, qruplar tərəfindən və ya fərdi icra edilən çətin elementlər müxtəliflik, orijinallıq nöqteyi-nəzərindən seçilməli, idmançıların şəxsi xüsusiyyətlərini əks etdirməlidir.

    3. Tarazlıq hərəkətlərinə və qarışıq hərəkətlərə daxil olan elementlərin başlanğıcları, dayaqlar, hərəkətsiz saxlamalar, sıçrayışlar və hərəkətlər həmin hərəkətlərin hərtərəfliliyini və müxtəlifliyini əks etdirməlidir.

    4. Dinamik və qarışıq hərəkətlərdə müxtəlif formalar, müxtəlif oxlar ətrafında müxtəlif fırlanma bucaqları, idmançıların müxtəlif tutulma və aşağı enmə üsulları nümayiş etdirilməlidir.

Maddə 32: Musiqi müşayiəti




    1. Bütün hərəkətlər sözsüz musiqi altında icra edilir. Bir alət olaraq insan səsindən istifadə edilə bilər. Musiqiyə Ole! nidası əlavə edilə bilər.

    2. Musiqi ən yüksək keyfiyyətlə və kompakt diskdən səslənməlidir.

    3. Musiqinin dayanması ilə nəticələnən texniki nasazlıq baş verərsə, yarış iştirakçıları Hakimlər Briqadasının Sədri saxlayana qədər hərəkətlərın icrasına davam etməlidir. Belə hallarda musiqisiz icra üçün cərimə tətbiq edilmir və hərəkətin vaxtının ölçülməsi dayandırılır.

    4. Yarış iştirakçıları səhv musiqi səsləndirildiyinə və ya digər texniki səhvə görə hərəkətinin icrasına başlamırsa və ya onu dayandırarsa, Hakimlər Briqadasının Sədri cərimə vermədən hərəkətin icrasına yenidən başlamağa icazə verə bilər. Problem dərhal aradan qaldırıla bilməsə, Hakimlər Briqadasının Sədrinin icazəsi ilə Texniki Direktor hərəkətini başqa tarixə, qrupun axırına keçirə bilər.

    5. Yarış iştirakçıları aşağı keyfiyyətli və ya iştirakçıların gözləmədiyi musiqiyə görə (və bunun üçün məşqçi məsuliyyət daşıyarsa) hərəkətinin icrasını dayandırarsa, onun yenidən başladılması Hakimlər Briqadasının Sədrinin qərarına əsasən baş verir və idmançıların yekun xalından 0.3 cərimə xalı çıxılır.

    6. Musiqili və ya musiqisiz başa çatan hərəkət artıq təkrar edilə bilməz.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin