Akrobatik gimnastika yarişlarinin


Artistizm üzrə xal (A) + çətinlik xalı (D) + icra xalı (E) = Yekun xal



Yüklə 0,6 Mb.
səhifə6/7
tarix21.10.2017
ölçüsü0,6 Mb.
#8218
növüQaydalar
1   2   3   4   5   6   7

Artistizm üzrə xal (A) + çətinlik xalı (D) + icra xalı (E) = Yekun xal
Maddə 45: Xalın cəmindən çıxılan cərimə xalları


    1. Hakimlər Briqadasının Sədri bütün cərimə xallarını toplayır və alınan rəqəmi xalın cəmindən çıxır. Bu, aşağıdakı düstur vasitəsilə ifadə edilir:

Xalın cəmi – Cərimə xalları = Yekun xal




    1. Hakimlər Briqadasının Sədri alınan xalın cəmindən aşağıdakı hallara görə cərimə xalı çıxır:




  • Tarif Vərəqələrinin vaxtından gec təqdim edilməsi

  • Partnyor idmançılar arasında boy fərqinin normadan kənar olması

  • Hərəkətin icrasının icazə verilən vaxtdan çox davam etməsi

  • Sözlü musiqi (qadağan edilmişdir)

  • Əsas olmadan hərəkətin icrasına yenidən başlamaq

  • Xalçanin kənarına enmək, addım atmaq və yıxılmaq

  • Kostyum və aksesuarlara aid normalara əməl etməmək




    1. Hərəkətlərıin çətinlik dərəcəsi üzrə hakimlər toplanan xalın cəmindən aşağıdakı hallara görə cərimə xalı çıxır:

  • Bəyan edilən və ya tələb edilən müddət davam etməyən hərəkətsiz saxlamalar

  • Xüsusi tələblərin yerinə yetirilməməsi

  • Qadağan olunan elementlərin icrası

  • Elementlərin bəyan olunan ardıcıllıqla icra edilməməsi

Maddə 46: Xallara qarşı etiraz (apelyasiya) şikayəti:




    1. Ədaləti bərqərar etmək naminə, Çətinlik xalı icra edilən elementə uyğun olmasa, çətinlik dəyərinin, yekun xalın hesablanmasında, çətinlik dəyərinin Çətinlik xalına çevrilməsində səhv olarsa, Baş Hakimlər Heyətinə xalların yenidən nəzərdən keçirilməsi üçün müraciət etmək olar.

    2. Etiraz şikayətindən sonra çətinlik xalında dəyişiklik olarsa Hərəkətlərin çətinlik dərəcəsi üzrə hakimlərin cərimə xalları da yenidən nəzərdən keçirilə bilər.

    3. Federasiyalar, ancaq öz idmançılarıyla əlaqədar etiraz şikayəti verə bilər.

    4. İcra və artistizm xallarına, vaxt səhvlərinə və digər cərimələrə qarşı apelyasiya verilə bilməz.

    5. Çətinlik xalı açıqlandıqdan sonra, araşdırma üçün şikayət ən geci xalın elan edilməsindən sonra icra edilməli olan növbəti çıxışın başlanğıcına qədər edilməlidir. Federasiyanın əvvəlcədən təyin olunmuş kart sahibi öz gimnastı ilə əlaqədar apelyasiya kartını Baş Hakimlər Heyətinin Prezidenti və ya bu məqsədlə xüsusi olaraq təyin edilmiş digər şəxsə verir.




  • Apelyasiya kartı şifahi ünsiyyət qurmadan verilir.

  • İnformasiya tablosunda etiraz şikayətinə baxıldığı göstərilməlidir.

  • Apelyasiya kartı, apelyasiyanın səbəbinin yazılı izahı ilə müşayiət edilməlidir.

  • Apelyasiya kartı təqdim edildikdən 4 dəqiqə sonra araşdırma aparılması üçün yazılı tələb verilməlidir. Əks halda apelyasiyaya baxılmır.

  • Apelyasiyanın verilməsi üçün, Federasiya tərəfindən verilən hər növbəti apelyasiya ilə artan müəyyən məbləğ ödənilməlidir.

  • Apelyasiya kartının verilməsi mahiyyət etibarı ilə Baş Katibliyə və ya onun nümayəndəsinə yarışın sonuna qədər ödənişin həyata keçirilməsi öhdəliyinə aid müqavilə rolunu oynayır.




    1. Baş Hakimlər Heyətinin Prezidenti (və ya onun nümayəndəsi) heyətin Hərəkətlərin çətinlik dərəcəsi üzrə ekspertlərinə dərhal etiraz barədə məlumat verir. Öz çətinlik xallarının düzgünlüyünü yoxladıqdan sonra çətinlik dərəcəsi üzrə ekspertlər əlaqədar Hakimlər Briqadasının Sədrinə apelyasiya şikayətinin verildiyi barədə məlumat verir. Hakimlər Briqadasının Sədri dərhal Hərəkətlərin çətinlik dərəcəsi üzrə hakimlərdən xalları yenidən nəzərdən keçirməyi tələb edir.

    2. Növbəti yarış iştirakçısının çıxışından əvvəl məsələ həll edilməsə, hesablanan xal “müvəqqəti xal” kimi təqdim ediləcək və yarışın rmərhələsi başa çatdıqdan sonra, mükafatlandırma mərasimindən əvvəl yenidən nəzərdən keçiriləcəkdir.

    3. Etiraz şikayətinin əsaslı olduğu sübut olunarsa, apelyasiya vermək üçün ödənilən məbləğ geri qaytarılır. Apelyasiya şikayəti rədd edilərsə, həmin məbləğ müsadirə edilir və BGF Təşkilat Fonduna köçürülür.


BÖLMƏ X
SƏHV VƏ CƏRIMƏ CƏDVƏLLƏRİ
Maddə 47: Hakimlər Briqadasının Sədrinin və Hərəkətlərin çətinlik dərəcələri üzrə hakimlərin tətbiq etdiyi cərimələr


    1. Cərimə xalları, Səhvlər Cədvəlində də göstərildiyi kimi, 0.1 – 1.0 arasında dəyişir.

    2. Hakimlər Briqadasının Sədrinin Yekun xalların hesablanması zamanı nəzərə alınan cərimə xalları




Hakimlər Briqadasının Sədrinin verdiyi cəriməlar

Cərimə

1. Hərəkətin vaxtından çox davam etməsi

Hər saniyə üçün 0.1 xal

2. Partnyor idmançılar arasında, onlardan birinin digərinin döş sümüyü üzərindəki çökəkliyindən 1 santimetrdən az hündür olduğu boy fərqi

0.5

3. Bir partnyor idmançının boyunun digərinin döş sümüyü üzərindəki çökəkliyinin hündürlüyündən az olduğu hallar

1.0

4. Yarış meydançasında əsl idmançı kimi hərəkət etməmək

0.5

5. Tarif Vərəqələrinin vaxtından gec təqdim edilməsi

Hər hərəkət üçün 0.3

6. Əsas olmadan hərəkətin icrasına yenidən başlamaq

0.3

7. Sözlü musiqi (qadağan edilmişdir)

0.5

8. Hərəkətin başlanğıcında və sonunda hakimlərə təzim etməmək

0.3

9. Xalçanin kənarına addım atmaq

Hər dəfə 0.1

10. Xalçanin kənarına iki ayaq üstə enmək

Hər dəfə 0.5

11. Xalçanin kənarına yıxılmaq

Hər dəfə 1.0

12. Aşkarlıq qaydalarına əməl etməmək (məs. kostyum üzərində aydın görünməyən emblem)

0.3

13. Kostyumun başqa məqsədlərə uyğunlaşdırılması. Aksesuarların itirilməsi (saç rezini)

Hər dəfə 0.1

14. Kostyumla əlaqədar tələblərin hər hansı birinə əməl edilməməsi

0.3 hər dəfə

15. Ədəbsiz kostyum (məs. sinə çox açıq qalır)

0.5

16. Qadağan edilən kostyum geymək

0.5



    1. Hərəkətlərin çətinlik dərəcələri üzrə hakimlərin Yekun xalların hesablanması zamanı nəzərə alınan cərimə xalları




Hərəkətlərin çətinlik dərəcələri üzrə hakimlərin verdiyi cərimələr

Cərimə

1. Hərəkərtsiz çütlük və qrup elementlərinin bəyan edilən və ya tələb edilən müddət davam etməməsi

Hər çatışmayan saniyə üçün 0.3 xal

2. Hərəkərtsiz cütlük və qrup elementlərinin bir saniyədən az davam etməsi

Vaxt səhvi üçün 0.9 xal

Çətinlik xalı verilmir

Xüsusi tələblərə cavab vermədiyi hesab edilir


3. iki saniyədən az davam edən fərdi hərəkətsiz element

Hər çatışmayan saniyə üçün 0.3 xal

4. Bir saniyədən az davam edən və fərdi hərəkətsiz element

Vaxt səhvi üçün 0.6 xal

Çətinlik xalı verilmir



5. İcrasına başlanan lakin başa çatmayan elementlər

Çətinlik xalı verilmir

Xüsusi tələblərə cavab vermədiyi hesab edilir



6. Hərəkətlərin kompozisiyası üçün irəli sürülən tələblərə əməl edilməməsi

Hər pozuntu üçün 1.0 xal

7. Qadağan edilən elementlərin icrası

Hər dəfə 1.0

8. Bəyan edilən ardıcıllıqla icra edilməyən elementlər

0.3


Maddə 48: Artistizm səhvləri


    1. Artistizm səhvləri ilə əlaqədar cərimə xalları, aşağıdakı cərimə xalları şkalasından istifadə edilərək maksimal 10.0 xaldan çıxılır:




  • Kiçik səhvlərdən Əhəmiyyətli səhvlərə qədər: 0.1 – 0.5

Artistizm səhvlərinə aid cədvəllər Artistizm üzrə hakimlərə elementlərin icrası zamanı baş verən səhvlərin miqyası barədə ümumi göstəriş xarakterli məlumat verir.

Aşağıdakı artistizmin qiymətləndirilməsi aspektlərinə cərimə tətbiq edilir:
Musiqili interpretasiya Maksimum 3.0

Xoreoqrafiya Maksimum 3.0

Elementlərin seçilməsi Maksimum 2.0

Çəki, yaş və hazırlıq dərəcəsi Maksimum 2.0
Artistizmin yuxarıda verilən aspektləri ilə əlaqədar meyarların hər birinə görə maksimum 0.5 cərimə xalı tətbiq edilə bilər.


    1. Xoreoqrafiya (Artistizm tərtibatı)




Qiymətləndirmə meyarı

Kiçik

(0.1-0.2)



Əhəmiyyətli

(0.3-0.4)



Ciddi

0.5


Məkandan istifadə

  1. Kompozisiyada bütün xalçadan istifadə edilmir (xalçanın dörddə bir hissələri, diaqonalı, perimetri, mərkəzi)

  2. Hündür, orta və aşağı səviyyələrdən bütövlüklə istifadə edilmir

Xalçanin bir hissəsi istifadə edilmir.

İstifadədə azacıq nöqsan

Xalçanin 1/3 hissəsi istifadə edilmir.


Bir səviyyədən tamamilə istifadə edilmir

Xalçanin 1/2 hissəsi istifadə edilmir.


Ancaq bir səviyyədə işləyir

Müxtəliflik

  1. Xoreoqrafik addımlar, trayektoriyalar, partnyor idmançıların münasibətində dəyişikliklər rəngarəng deyil

  2. Xoreoqrafiyada yaradıcılıq və şəxsi çalar hiss edilmir.

1 və ya 2 aspektdə kiçik nöqsanlar

Kiçik nöqsan

Bir neçə aspektdə nöqsanlar

Orta nöqsan

Bir çox aspektdə nöqsanlar

Şəxsi çalar tamamilə hiss edilmir


Xoreoqrafik icra

  1. Hərəkətlər tam, incə deyil




  1. Xoreoqrafik elementlərin və ya fərdi elementlərin icrasında sinxronizasiya səhvləri

Kiçik nöqsan


Səhvlərin sayı azdır

Bəzi hissələrdə nöqsanlar

Bir neçə səhv

Tamamilə nöqsanlı


Tamamilə səhv


Maksimal cərimə xalı 3.0 (hər meyar üçün 0.5)


    1. Elementlərinin seçilməsi




Dəyərləndirmə meyarı

Kiçik

(0.1-0.2)



Əhəmiyyətli

(0.3-0.4)



Ciddi

0.5


  1. Çətin elementlərin icrasına başlarkən və tamamlarkən nümayiş etdirilən yaradıcılıq

  2. Həmin növ üçün səciyyəvi olmayan elementlərin seçilməsi

Kiçik nöqsan

0


Orijinallıq azdır

0


Orijinallıq müşahidə edilmir
0.5

Tarazlıq hərəkətləri










1. Duruş formalarının və ya dayaq nöqtələrinin təkrar edilməsi
2. Sıçrayışların, elementlərə girişlərin və ya hərəkətlərin icrası

Bəzi oxşar elementlər



Bir neçə növ oxşar element



Eyni elementlərin təkrar-təkrar istifadəsi




Dinamik hərəkətlər










  1. Eyni salto formasının və ya mayallaq aşmanın digər formalarının təkrar edilməsi

  2. Eyni tutma və ya aşağıya enmə duruşlarının təkrar edilməsi

Bəzi oxşar elementlər



Bir neçə növ oxşar element



Eyni elementlərin təkrar-təkrar istifadəsi




Qarışıq hərəkətlər

  1. Tarazlıq hərəkəti elementlərinin seçimində müxtəlifliyin olmaması

  2. Dinamik hərəkət elementlərinin seçimində müxtəlifliyin olmaması



Müxtəlifliyin olmaması azacıq hiss olunur


Müxtəlifliyin biraz hiss olunur


Elementlərin çoxu oxşardır.



Elementlərin seçimində yaradıcılıq, orijinallıq və qeyri-adilik müşahidə edilir. +0.3 Qeyri-adi musiqi ahəngi istifadə olunduqda tətbiq edilmir










Maksimal cərimə xalı 2.0 (hər meyar üçün 0.5)


    1. Musiqinin seçilməsi və musiqili interpretasiya




Dəyərləndirmə meyarı

Kiçik

(0.1-0.2)



Əhəmiyyətli

(0.3-0.4)



Ciddi

0.5


Musiqinin seçilməsi

  1. İdmançının yaşına, yarışnın səviyyəsinə və gimnastların qabiliyyətinə uyğun deyil

  2. Seçilən musiqi ilə ümumilikdə hərəkətin icrası arasında uyğunsuzluq, musiqili mövzunun çatışmazlığı

İdeal deyil

Bir az ahəng zəifdir

Bir sıra cəhətləri nöqsanlıdır.


Bir neçə dəfə ahəngin pozulması

Tamamilə uyğun deyil


Musiqi sadəcə arxa fon rolunu oynayır.

Musiqiyə uyğunluq

  1. Hərəkətin icrası məntiqəuyğun ardıcıllıqla ritmə və musiqinin sürətinə uyğun davam etmir. Məsələn, çətin elementlər arasında fasilə.

  2. Partnyor idmançılar musiqinin emosionallığını əks etdirə bilmir və ya onlara uyğun deyil

Hərəkətin axarında kiçik çatışmazlıq


Emosionallığın biraz az olması


Bir neçə hərəkətlər zamanı hərəkətin axarında çatışmazlıq


Emosionallığın olmaması və ya uyğunsuzluq

Hərəkətin axarının tamamilə pozulması

Heç bir emosiya ifadə edilmir


İfadə
5. Üz və bədənin ifadələri musiqiyə uyğun olaraq dəyişmir və tərəf müqabillərinin Üz və bədənlərinin ifadələri eyni olmaqdansa müxtəlifdir və müxtəlif şəkillərdə dəyişmir.

İfadələrdə kiçik çatışmazlıq və uyğunsuzluq



İfadələrdə əhəmiyyətli çatışmazlıq və uyğunsuzluq



çox zəif ifadə və ya ifadənin tamamilə uyğun olmaması



6. Partnyorluq

Partnyor idmançılar arasında aydın hiss edilən əlaqənin olmaması və hərəkət boyunca əlaqə qurmaq bacarığının olmaması


Partnyor idmançılar arasında kiçik uyğunsuzluqlar


Hərəkətin bəzi hissələrində əlaqənin qurula bilməməsi


Əlaqənin müşahidə edilməməsi



Hərəkət idmanın bütün tələblərinə artıqlaması ilə cavab verəcək şəkildə icra edilir və emosiya, üz və bədənin ifadəsi və partnyor idmançılar arasındakı ideal əlaqə vasitəsilə tamaşaçılarla hakimlərə güclü təsir edir. +0.3

Qeyri-adi element seçimi istifadə olunduqda tətbiq edilmir












Maksimal cərimə xalı 3.0 (hər meyar üçün 0.5)



    1. Çəki, yaş, hazırlıq dərəcəsi, fiziki vəziyyət




Dəyərləndirmə meyarı

Kiçik

(0.1-0.2)



Əhəmiyyətli

(0.3-0.4)



Ciddi

0.5


1. Bədənlərin somatotipi baxımından uyğun olmayan partnyor idmançınin seçilməsi

Aydın hiss edilən, lakin kiçik fərq

Açıq-aşkar fərq

Seçim düz olmamışdır

2. Partnyor idmançıları arasında böyük yaş fərqinin olması

Kiçik

Açıq-aşkar

Böyük/kiçik münasibətləri

3. Partnyor idmançıların hazırlıq səviyyələri fərqlidir.

Partnyor idmançılar arasında kiçik fərq

Partnyor idmançılar arasında açıq-aşkar fərq

Partnyor idmançılardan biri digərinə nisbətən daha zəif hazırlıqlıdır.

4. Fiziki vəziyyət yarış üçün uyğun deyil (artıq və ya həddindən artıq az çəki)

Kiçik

Açıq-aşkar

Yarış üçün münasib deyildir.













Maksimal cərimə xalı 2.0 (hər meyar üçün 0.5)
Maddə 49: Texniki səhvlər


    1. Müxtəlif növ texniki səhvlərin ciddiliyini göstərən cədvəllər Maddə 50.5 -50.10 verilmişdir.

    2. Hərəkətlərin icrasında səhvlər hər dəfə baş verdikcə 10.00 olan maksimum xaldan, aşağıdakı cərimə şkalasına uyğun olaraq cərimə xallarını çıxmaqla tətbiq edilir.




  • Kiçik səhvlər 0.1 – 0.2

  • Əhəmiyyətli səhvlər 0.3

  • Ciddi səhvlər 0.5 və ya 1.0




    1. Bir elementin icrası ilə əlaqədar ən çox 1.0 cərimə xalı çıxıla bilər. Elementlərin icrasının tamamlanmaması, enmə və yıxılmalar ayrıca nəzərdən keçirilir.




    1. Texniki səhv cədvəlləri

Aşağıdakı cədvəllər texniki səhvlərə görə verilə biləcək cərimələrlə əlaqədar ümumi təlimat xarakteri daşıyan məlumatlardır. Bütün texniki səhvləri burada sadalamaq qeyri-mümkündür. Hakimlərin, bu cədvəllərdən, cədvəllərdə göstərilməyən səhvlər üçün cərimə xalı çıxmağın yolunu göstərən əsas kimi istifadə etmələri gözlənilir.



    1. Amplituda




Dəyərləndirmə meyarı

Kiçik


Əhəmiyyətli


Ciddi


1. Diz/dirsək/xaldırla topuq arasında oynağın azacıq əyilməsı, kürək və çanağın azacıq ayilməsi ilə müşayiət olunan elementlərin icrasının çətinləşməsi, bədən möhkəmliyinin azalması

0.1 – 0.2

0.3

0.5

2. Tam açılma tələb edən elementlərdə diz/dirsək/baldırla topuq arasında oynağın tam açılmaması

0.1-0.2

0.3







    1. Bədən forması, əyilmə bucağı və xəttləri




Dəyərləndirmə meyarı

Çıxılan cərimə xalı

Kiçik


Əhəmiyyətli


Ciddi


1. Şaquli və ya ideal vəziyyətdə əl üstə duruş

0.1 – 0.2

0.3

0.5

2. Düz duruşu saxlamaq istərkən kürəyin və ya çanaq-bud oynağının əyilməsi

0.1-0.2

0.3

0.5

3. Əl üstə duruşlarda, duruşun formasından asılı olaraq qolların, dizlərin, biləklərin bükülməsi

0.1

0.3

0.5

4. Ayaqların ideal mövqedən yuxarıda və ya aşağıda olması (məs. tarazlıq duruşu icra edərkən ayaqların üfüqi səviyyədən aşağı olması)

0.1 – 0.2

0.3

0.5

5. Ayaqların 1800 – dən az aralanması, aralı ayaqlı əl üstü duruşlarda, yavaş dönmələrdə və oturarkən çanaqların burulması

0.1 – 0.2

0.3

0.5




    1. Elementin icrasında edilən tərəddüdlər, addımlar və sürüşmələr




Dəyərləndirmə meyarı

Çıxılan cərimə xalı

Kiçik


Əhəmiyyətli


Ciddi


1. Piramidaların zirvəsindəki gimnastların tərəddüdü, yuxarı çıxarkən və ya keçidlərdə duruşlara düzəliş edilməsi

0.1 – 0.2

0.3




2. Elementin icrasının hərəkət mərhələsinin normal axarını dayandıran qısa tərəddüd

0.1-0.2







3. Dəstək verərkən, idmançını tutarkən və ya yerə enərkən əlavə addımlar və ya sıçrayışlar. 1-2 kiçik; 3 və ya 1 iri addım – orta; 4+ ciddi

0.1

0.3

0.5

4. Yuxarı çıxarkən, tarazlıq duruşuna keçmək istərkən ya da keçidlərdə ayaq və ya əlin sürüşməsi







0.5




    1. Müvazinətsizlik

Dəyərləndirmə meyarı

Çıxılan cərimə xalı

Kiçik


Əhəmiyyətli


Ciddi


1. Elementin icrası zamanı, yuxarı çıxarkən, dəstək verərkən, hərəkətsiz dayanmalarda və ya keçidlərdə və digər hərəkətlərdə müvazinətin itməsi, titrəmə

0.1 – 0.2

0.3

0.5

2. Duruşu sabitləşdirməyə və ya havada hərəkət edən gimnastı tutmağa çalışan, piramidanın əsasındakı gimnastın daban üstündə durmaqdan barmaqları ucunda durmağa keçməsi

0.1-0.2

0.3

3 addımdan çox

0.5


3. Havada hərəkət edən gimnastı tutduqdan sonra və ya gimnastı havaya atmazdan əvvəl duruşa düzəliş edilməsi və ya tarazlığı sabitləşdirmək

0.1

0.3




4. Partnyor idmançınin üstündə olarkən və ya enərkən tarazlığı saxlamaq məqsədilə partnyor idmançı və ya xalçayə yüngülcə toxunmaq

0.1







5. Partnyor idmançınin üstündə olarkən və ya enərkən tarazlığı saxlamaq məqsədilə partnyor idmançınin dəstək verməsi və ya tarazlığı təmin etməsi




0.3




6. Dinamik hərəkətlər zamanı bir ayağın, bir əlin və ya bədənin digər hissəsinin dayaqlar üzərində sürüşməsi







0.5

7. Sürüşərək bir düzü üstə düşmək, bir ayağı, bir əli xalçaya dayamaq, başı və ya çıyni partnyor idmançınə dirəmək







0.5

8. Piramidanın zirvəsindəki gimnastı tarazlaşdırmaq məqsədilə aşağıdakı gimnastın ani olaraq bədənini və ya çiynini yuxarıdakı gimnasta dirəmək




0.3




9. Ciddi tarazlıq problemini həl etmək və ya yıxılmamaq üçün piramidanın əsasındakı gimnastın bədəninin və ya çiyninin tarazlığı təmin etmək məqsədilə yuxarıdakı gimnasta söykənməsi







0.5

10. Yıxılmanın qarşısını almaq üçün partnyor idmançınin əlavə dəstəyi (gimnastı tuta bilmədikdən və ya aşağı düzgün enə bilmədikdən sonra)







1.0

11. Dinamik hərəkətnın ardıcıl elementlərinin icrasında sürətin azalması

Elementlər arasında əlaqə olmadığı hesab edilir

12. Havada hərəkət edən idmançını tutarkən səhvə yol vermək və davam etmək üçün duruşa düzəliş etmək

0.1 – 0.2








    1. Fırlanma




Dəyərləndirmə meyarı

Çıxılan cərimə xalı

Kiçik


Əhəmiyyətli


Ciddi


1. Dönmə, burulma və ya salto icra edərkən 300 çox və ya az fırlanma




0.3




2. Dönmə, burulma və ya salto icra edərkən 450 çox və ya az fırlanma







0.5

3. Partnyor idmançının azacıq köməyini tələb edən ardıcıl olaraq təkrarlanan saltoların icrası zamanı, saltonu dayandırmaq.







0.5

4. Partnyor idmançının tam köməyini tələb edən ardıcıl olaraq təkrarlanan saltoların icrası zamanı, saltonu dayandırmaq və/və ya yıxılmanın qarşısını almaq.







1.0




    1. Elementlərin axıradək icra edilməməsi və yıxılmalar

Dəyərləndirmə meyarı

Çıxılan cərimə xalı

Kiçik


Əhəmiyyətli


Ciddi


1. Elementin tamamlanmaması (yıxılmadan)







0.5

2. Elementin icrasının, məntiqəuyğun olaraq və nəzarət altında olsa da, onun tamamlanmasına mane olan vaxtından əvvəl saxlanması







0.5

3. Partnyor idmançınin, tarazlıq və ya dayaq nöqtəsindən istəmədən və ya məntiqsiz və nəzarətsiz şəkildə aşağı doğru hərəkət etməsi və xalçayə enməsi (yıxılmadan)







0.5

4. Partnyor idmançınin elementi və ya fərdi elementi başlayıb tamamlamaması (yıxılmadan)







0.5 Çətinlik xalı verilmir

5. Xalçaya endikdən sonra, ayaq üstə sabit dura bilmədən irəli və ya arxaya doğru yuvarlanmaq







0.5

6. Partnyor idmançı üzərindəki dayaq nöqtəsində olan bir əlin və ya ayağın sürüşməsi və yıxılmamaq üçün əllərlə dayaq verilməsi







0.5

7. Tarazlığı saxlamağa çalışarkən hər iki əlin və ya ayağın platforma boyu, partnyor idmançınin çiynindən və ya onun bədənindəki digər dayaq nöqtələrindən sürüşməsi







1.0

8. Piramidadan, cütlüklərin icra etdiyi elementdən və ya platformadan, nəzarətsiz olaraq xalçaya və ya partnyor idmançınin üstünə düşmək







1.0

9. Hər iki əl və ya ayağın çiyindən və digər dayaq nöqtələrindən sürüşməsi və dayaq verən partnyor idmançınin yıxılmasının qarşısını alması







1.0

10. Əllərlə dizləri tutaraq, hər iki əli, ayağı və ya dizi bir yerdə tutaraq xalçayə müvazinəti itirərək enmək və ya yıxılmaq







1.0

11. Cütlük və qrupların icra etdiyi elementin və ya fərdi elementin tamamilə təhrif olunması






1.0



Öhdəliklərimiz

Bütün hakimlərin və rəsmilərin adından söz verirəm ki, akrobatika gimnastikası yarışlarında tamamilə bitərəf olaraq, yarışları əsl idmançı ruhunda tənzimləyən qaydalara əməl edərək və onlara hörmət edərək hakimlik edəcəyəm”


Bütün gimnastların adından söz verirəm ki, akrobatika gimnastikası yarışlarında, bu yarışları tənzimləyən qaydalara əməl edərək və onlara hörmət edərək, öz idman fəaliyyətimi dayanaqlığı artıran dərman preparatları istifadə etmədən idmana həsr edərək əsl idmançı ruhunda, bütün gimnastların şərəfi və şöhrəti naminə iştirak edəcəyəm”



AKROBATİK GİMNASTİKA ÜZRƏ YARIŞLARIN

HAKİMLİK QAYDALARI

ƏLAVƏLƏR

İDMANÇILARIN ÖLÇÜLƏRİNİN GÖTÜRÜLMƏSİ PROSEDURASI
ƏLAVƏ 1


  1. Yarışdan əvvəl idmançılar peşəkar antropometrist (insan bədənini ölçən şəxs) tərəfindən, atletin aid olduğu üzv federasiyanın bir nümayəndəsi, Akrobatika gimnastikası üzrə Texniki Komitənin bir nümayəndəsinin (bu şəxs həmçinin ölçülələrin nəticələrini qeyd edir) iştirakı ilə millimetrə dəqiqliyi ilə ölçülür.




    • Federasiya rəsmisi və Texniki Komitənin nümayəndəsi qeyd edilən ölçü nəticələrini təsdiqləyən protokolu imzalayır.

    • Akrobatika gimnastikası üzrə Texniki Komitənin ən az bir üzvü yenidən aparılan ölçülərdə və etirazlara səbəb ola biləcək ölçülərin yenidən aparılmasında iştirak edir. Düzgün ölçüdən yayınmaq cəhdi barədə şübhələr olarsa, Prezident daxil olmaqla Baş Hakimlər Heyətinin 3 üzvü ölçülərin götürülməsində iştirak etməlidir.

  1. Yarışlarda partnyor idmançı kimi (birgə) iştirak edən idmançılar ölçülərin götürülməsi prosesinə eyni vaxtda gəlməli, akkreditasiya kartlarını (nışan) və pasportlarını da gətirməlidir. Bu sənədlər tərəf partnyorluğu qeydiyyat nömrəsində verilən məlumatları yoxlamaq məqsədilə tələb edilir.

  2. Nümayəndə heyətinin başçısı və məşqçilər öz komandalarındakı yarış iştirakçılarının ölçülərinin götürülməsi üçün gəlməsini təmin etməlidir.

  3. Ölçmə məşqlərdən sonra və ya əvvəl, bu məqsədlə təyin edilmiş günlərdə aparılır.

  4. Qrafikdə göstərilən günlərdə ölçmələrə gəlməyən idmançılar yarışdan uzaqlaşdırılır. Xəstəlik kimi müstəsna hallarda, Baş Hakimlər Heyətinin Prezidenti idmançının başqa vaxt ölçülməsi üçün tədbirlər görə bilər.

  5. Partnyorluğun ölçülərdə yol verilən fərqlilik intervalına daxil olduğu açıq-aydın bilinərsə, idmançıların pasportdakı yaşı qeydə alınır və onlar ancaq hər hansı bir araşdırma məqsədilə ölçülə bilər. Ölçmə tələbi məşqçilər və atletlər üçün məcburi xarakter daşıyır. Baş Hakimlər Heyəti, ölçülər barədə və ya texniklərin təqdim etdiyi məlumatlara aid şübhə olarsa, yarış zamanı atletləri istənilən vaxt ölçə və təkrarən ölçə bilər. Tələb edilən yenidən ölçmə, təsnifat mərhələsində nümayış etdirilən ilk çıxışın başa çatmasından sonra gerçəkləşdirilməlidir. Əks halda, yarışda ilk ölçmənin nəticələrindən istifadə edilir.

  6. Yenidən ölçmə nəticələri olaraq, ilkin ölçmə və 2 sonrakı ölçmənin nəticələrinin arasından ən yaxşı olanlar seçilir. İdmançılar 3 dəfədən artıq ölçülə bilməz. İdmançı ölçülərin aparılmasına mane olarsa, bir dəfə xəbərdarlıq edildikdən sonra ölçülarin götürülməsi dayandırılır və Baş Hakimlər Heyətinin Prezidenti həmin idmançı yarışlardan uzaqlaşdırır (maddə 10).

  7. Dayaq partnyor idmançı kimi (əsasda, bünövrədə) çıxış edən idmançılar aşağıdakı qaydada ölçülür:




  • Yalın ayaqla, mayka və ya yarışda geyilən kostyumda.

  • Döş sümüyü üstündəki çökəkliyi (diaqrama bax) ölçüləri götürən texnik hiss edə bilməlidir.

  • İdmançılar ölçmə zamanı normal pozada, ayaqlar bitişik, dizlərin arxa tərəfi divara söykənməlidir.

  • Xalçadan döş sümüyü üstündəki çökəkliyə qədər olan hündürlük, spirtli antropometr ilə ölçülür.

  1. Elementlər zamanı icra edilən piramidanın zirvəsində olan atletlər aşağıdakı şəkildə ölçülür:




  • Yalın ayaqla, mayka və ya yarışda geyilən kostyumda.

  • Dik dayanmalı, normal pozada, ayaqlar bitişik, dizlərin arxa tərəfi divara söykənmiş olmalı, qabağa baxmalıdır.

  • Atletin saçları, onun başının üst hissəsinin hündürlüyünü ölçən texnikə mane olmamalıdır (boynun arxasına aparılmayan saç dəstəsi, at quyruğu, hörüklər).

  • Texnik xalçadan idmançının başının üstünə qədər məsafəni ölçür.

  1. Elementlər zamanı icra edilən piramidanın ortasında olan atletlər aşağıdakı şəkildə ölçülür:




  • Yalın ayaqla, mayka və ya yarışda geyilən kostyumda.

  • Döş sümüyü üstündəki çökəkliyi (diaqrama bax) ölçməni aparan texnik hiss edə bilməlidir.

  • İdmançılar ölçmə zamanı normal pozada, ayaqlar bitişik, dizlərin arxa tərəfi divara söykənməlidir.

  • Atletin saçları, onun başının üst hissəsinin hündürlüyünü ölçən texnikə mane olmamalıdır (boynun arxasına aparılmayan saç dəstəsi, at quyruğu, hörüklər).

  • Texnik xalçadan idmançının başının üstünə qədər və xalçadən atletin döş sümüyü üstdəki çökəkliyə qədər olan məsafəni ölçür.




  1. Texnikin göstərişlərinə istənilən səbəblə əməl etməyən idmançılar Baş Hakimlər Heyətindən bir xəbərdarlıq alır. Eyni vəziyyət davam edərsə, həmin idmançı yarışdan uzaqlaşdırılır.

  2. İdmançıların yaşı və ölçmələrin nəticələri qeyd edilir, düzgünlüyü texnikin imzası ilə təsdiq olunur və Baş Hakimlər Heyətinə təqdim edilir. Baş Hakimlər Heyəti ölçülərdə yol verilən fərqliliyə uyğun olmayan hansı idmançılara cərimə veriləcəyini müəyyən edir.

  3. Boyu qısa partnyor idmançınin boyu partnyorunun döş sümüyü üstü çökəkliyindən 1 santimetrdən az hündür olarsa, onların topladıqları yekun xaldan 0.5 xal, çökəkliyin hündürlüyündən az olarsa, 1.0 xal silinir.

  4. Boyu qısa partnyor idmançınin boyu, adətən ona dəstək verən partnyorunun döş sümüyü üstü çökəkliyindən 1 santimetr və daha çox hündür olarsa, xal silinmir. Hündürlük minimal olarsa, texnik əmin olmaq üçün ikinci dəfə də ölçüləri götürür. Texnik, ölçmənin nəticələri üzərində razılıq əldə edilməsə və ya bu barədə problemlər mövcud olarsa, Baş Hakimlər Heyətinin də ölçmə aparmasını tələb etmək hüququna malikdir. Baş Hakimlər Heyətinin əlaqədar qərarı əvvəllər verilmiş istənilən qərarı əvəz və ləğv edir.

  5. Qruplarda, hündürlüyünə görə ən hündür boylu atletdən sonra gələn atletin boyunun hündürlüyü ən hündür atletin döş sümüyü çökəkliyinin hündürlüyündən ən az 1 sm çox olmalıdır və nisbət, növbə ilə bütün digər qrup iştirakçılarında mövcud olmalıdır.

  6. Üzvlərindən biri ölçmə prosesini əngəlləyən və ya səhv tərəfə istiqamətləndirən cütlük / qrup yarışdan uzaqlaşdırılır. Məşqçi də yarışdan uzaqlaşdırılır və yarış müddətində əlaqədar federasiyaya xəbərdarlıq göndərilir. Hadisədən sonra məsələ baxılmaq üçün İntizam Komissiyasına göndərilir. Eyni federasiya üzvlərinin yarış ərzində istənilən vaxt aldatmaq cəhdi federasiyaya cərimə tətbiq edilməsi ilə nəticələnir.


Döş sümüyü üstü çökəklik

Döş sümüyünün üstündə yerləşən vidaci şırımın aşağı nöqtəsi


Antropometr

Uzunluğu millimetrə ilə göstərən, 0 millimetrdən 2100 millimetrə qədər hündürlüyü göstərən, düz plankalı və ya spirtli səviyyə göstərəni olan bərk mil. Ölçmə dəyəri olaraq plankaya vertikal olan milin, plankanın altına təsadüf edən hissəsindəki millimetrə dəyəri götürülür. Spirtli səviyyə göstərən plankanın mövqeyinin daha dəqiq müəyyən olunmasını təmin edir.

Alət, İdman Alətləri Normalarında göstərilən standartlara uyğun olmalıdır.

(SƏKİLLƏR)

Ölçülər üçün düzgün duruş (poza)
(Şəkillər)

Ölçmələr üçün səhv pozalar


(Şəkillər)
Səhv 1: Ayaqlar divara söykənməmişdir

Səhv 2: Dizlər bükülmüşdür

Səhv 3: Kürək nahiyəsi divara söykənmir

Səhv 4: Budlar irəli aparılıb



Səhv 5: Dabanlar qaldırılıb


TERMİNLƏRİN MƏNASI (SÖZLÜK) ƏLAVƏ 2


FIG

Fédération Internationale de Gymnastique – Beynəlxalq Gimnastika Federasiyası (BGF)

TC ACRO

Acrobatic Gymnastics’ Technical Committee - Akrobatika gimnastikası üzrə Texniki Komitə

Akrobatika

Bir və ya birdən çox partnyor idmançıyla, xoreoqrafik hərəkət kimi icra edilən gimnastika hərəkətləri. Alətlərin köməyi ilə və ya köməyi olmadan dırmanma (yuxarıya çıxma), fiqur qurma, tarazlıq, elastiklik, güc, atma, uçma, uçan idmançını tutma, yellənmə, mayallaq aşma, bədəni döndərmə, fırlanma, tullanma hərəkətləri daxildir. Gimnastlardan cəldlik tələb olunur.

Nizamnamə

Bütün gimnastika növlərini tənzimləyən qaydalar

TR

Gimnastika yarışlarının qaydalarını əhatə edən Texniki Reqlament

STR- ACRO

Akrobatika gimnastikası üzrə yarışlarda iştirak qaydalarını əhatə edən BGF Xüsusi Texniki Reqlamenti. Texniki Reqlamentin 7-ci Bölməsinə daxil edilmişdir.

Hakimlik Qaydaları

BGF Hakimlik Qaydaları bütün gimnastika növlərində əməl edilməli olan ümumi prinsipləri müəyyən edir. Akrobatika üzrə Xüsusi Hakimlik Qaydaları Yarışlarda Hakimlik Qaydalarının XI Bölməsi və 4-cü Əlavənin hakimliklə əlaqədar müddəalarını özündə birləşdirir.

Hazırkı Qaydaları

İdmançılar, məşqçilər və hakimlər arasında bağlanmış müqavilə rolunu oynayan Akrobatika gimnastikası üzrə yarışlarda iştirakı tənzimləyən və icra edilən hərəkətların strukturu, kompozisiyası ilə əlaqədar meyarları müəyyən edən, Akrobatika gimnastikasında mükəmməl nəticələr əldə etməyə imkan verən qaydalar.

Qısa işarələr

Hakimlər üçün universal dil rolunu oynayan şərti işarələr sistemi. İcra edilən hərəkətlərı qiymətləndirərkən qeydlər etmək üçün də istifadə edilir. Hazırkı sənəddə Əlavədə 3-də verilmişdir.

Çətinlik Dərəcələri Cədvəlləri

Hərəkət elementlərinin çətinliyinə görə onlara xal vermək üçün istifadə edilən forma. Hər element və ya elementlərin hissələrinə bu formada rəqəmlər təyin edilmişdir.

Konversiya cədvəli

Çətinlik Dərəcələri Cədvəllərində və hazırkı sənəddə Əlavədə 3-də verilir. Elementin çətinlik dəyərini (ilkin xal) Çətinlik xalına çevirmək üçün istifadə edilir.

Tarif cədvəli

Yarış iştirakçılarının nə icra etmək istədiklərini göstərən illüstrasiyalı diaqram. Çətinlik xalı almaq üçün icra edilən bütün elementlər və bu elementlərə, Çətinlik Dərəcələri Cədvəllərinə istinadən verilən çətinlik xalları sıra ilə göstərilmiş olur. Tarif cədvəli həmçinin hərəkətlər üçün maksimal çətinlik dəyərinin və çətinlik xalının çıxışdan əvvəl hesablanması üçün də istifadə edilir.



Yarış kateqoriyaları




Turnirlər

Akrobatika gimnastikasının beş növü üzrə

♀ 2 W2

Qadınlardan ibarət cütlük

♀ 3 W3

Qadınlardan ibarət qrup

♂ 2 M2

Kişilərdən ibarət cütlük

♂ 4 M4

Kişilərdən ibarət qrup

♂♀ MX2

Qarışıq cütlüklər

HƏRƏKƏTLƏR




Hərəkətlər

Akrobatika gimnastikası üzrə Tarazlıq hərəkətlərı, Dinamik və qarışıq hərəkətlər

Tarazlıq hərəkəti

Yarış iştirakçılarının güc, elastiklik, cəldlik, hərəkətsiz saxlama, dırmanma və aşağı enmə qabiliyyəti nümayiş etdirməli olduğu yarış hərəkəti. Hərəkətsiz saxlamalara xas elementlər üstünlük təşkil edir.

Dinamik hərəkətlər

Yarış iştirakçılarının havada uçuşu başlatmaq, dəstəkləmək, dayandırmaq və havada uçuşa fasilə vermək qabiliyyəti nümayiş etdirməli olduğu yarış hərəkəti.

Qarışıq hərəkətlər

Yarış iştirakçılarının həm tarazlıq hərəkətlərinə həm də dinamik hərəkətlərə aid elementlər icra etməli olduğu hərəkətlər

Artistizm

Yarış çıxışının quruluşu, artistizm baxımından tərtibatı və dizaynı

Hərəkətlərin icrası

Yarış hərəkətlərinin icra texnikası

Çətinlik

Hərəkətin tərkibinə daxil olan elementlərin dəyəri

Çətinlik dəyəri

Hərəkətin tərkibinə daxil olan elementlərin hər biri, Çətinlik Dərəcələri Cədvəllərinə əsasən hesablanan Çətinlik dəyərinə malikdir.

Məhdudiyyətsiz çətinlik

Hərəkətin icrası zamanı verilə biləcək və Çətinlik xalının hesablanmasında istifadə edilən çətinlik dəyərinə məhdudiyyət qoyulmur

Məhdud çətinlik

Hərəkətin icrası zamanı verilə biləcək və Çətinlik xalının hesablanmasında istifadə edilən çətinlik dəyərinə məhdudiyyət qoyulur. Adətən gənc iştirakçılara və yaş qrupu üzrə yarış iştirakçılarına tətbiq edilir.

Temp

Dinamik və ya qarışıq hərəkətin iki ardıcıl elementi hər hansı bir hazırlıq aparılmadan ardıcıl olaraq icra edilir.

Fərdi element

Yarış iştirakçıları tərəfindən ya beyni anda ya da ardıcıllıqla icra edilən fərdi elementlər

Yerdəyişmə

Bir hərəkətsiz elementi digərinə bağlayan hərəkət

Sıçrayış (dırmanma)

Xalçadan və ya partnyor idmançınin üzərindən daha hündürdəki sabit duruşa keçmək üçün edilən hərəkət

Hərəkətsiz saxlamalar

Cütlük və ya qrup tərəfindən 1 və ya 3 saniyə saxlanan vəziyyət

Salto

Həm də mayallaq deyilir

Keçid piramidası

Qadınlardan və ya kişilərdən ibarət qrupların icra etdiyi, xalçaya enmədən icra edilən hərəkətlərlə yaradılan, iki və ya daha çox hissədən ibarət olan piramida

Aşağı enmə

Platformadan (səbətdən) tullanaraq və ya partnyor idmançı üzərində sabit duruşdan sonra xalçaya enmə hərəkəti.

Eyni elementlər

Bütün cəhətləri eyni olan hərəkət elementi. Eyni cür başlanır, eyni cür son duruşa, formaya, fırlanma üsuluna və / və ya istiqamətə malikdir.

Duruşlar

Müəyyən müddət ərzində saxlanılan sabit duruşlar

Qısa sabit duruşlar

Tarazlıq hərəkətlərinə daxil olan, tələb olunan qədər saxlanmayan sabit duruşlar. Tələb olunan müddətlə duruş müddəti arasındakı hər saniyə fərqə görə yekun xala 0.3 cərimə xalı tətbiq edilir.

HAKİMLƏR




Baş Hakimlər Heyəti

Baş Hakimlər Heyəti

Hakimlər Briqadasının Sədri

Hakimlər Briqadasının, yekun xalı müəyyən etmək üçün xalın cəminə cərimə tətbiq edən başçısı

Hərəkətlərin çətinlik dərəcəsi üzrə hakimlər (DJ)

Yarışda icra edilən hərəkətin Çətinlik xalını müəyyən etmək üçün birgə fəaliyyət göstərən hakimlər

DJ1

Akrobatika gimnastikası üzrə Texniki Komitə tərəfindən ən yüksək səviyyəli çətinlik dərəcəsi üzrə hakimlər arasından yarış kateqoriyasında iştirak etmək üçün təyin edilən Hərəkətlərin çətinlik dərəcəsi üzrə Baş Hakim

DJ2

Tədbirdə iştirak edən hakimlər tərəfindən yarışya gəlməzdən əvvəl püşkatma yolu ilə seçilən Hərəkətlərin çətinlik dərəcəsi üzrə ikinci hakim

Artistizm üzrə hakim (AJ)

Artistizm üzrə hakim. İcra edilən hərəkətə artistizm və icra texnikası üzrə xallar verir.

Hərəkətlərin icrası üzrə hakim

Hərəkətlərin icrası üzrə hakim. İcra edilən hərəkətə texniki icra və icraya görə xallar verir.

Apelyasiya heyəti

Yarışlarda ən yüksək səlahiyyətlərə malik orqan. Baş Hakimlər Heyətinin qərarlarına etiraz məqsədilə verilmiş apelyasiya şikayətlərini qəbul edir.


HAKİMLİK

Hərəkətlərin qiymətləndirilməsi

Açıq hakimlik

Hakimlərin verdiyi xallar hərəkət dəyərləndirildikdən dərhal sonra ictimaiyyətə açıqlanır

Xüsusi tələblər

Bütün hərəkətlərin kompozisiyasına məcburi daxil edilən elementlər. Çətinlik dərəcəsi üzrə hakimlər tərəfindən yoxlanılır və əməl edilməyən hər tələb üçün 1.0 cərimə xalı çıxılır.

Çıxışın müddəti

Çıxışın müddəti. 2 dəqiqə 30 saniyədən çox olmamalıdır.

Hərəkətnın müddətinə görə cərimə

Əlavə hər saniyə üçün yekun xaldan 0.1 xal çıxılır.

XALLAR




Xallar

Hərəkət üçün verilən xallar əsasında hesablanan xallar

Xal

Artistizm üzrə hakim və ya Texniki Hakim tərəfindən səhvlərə görə 10.0 olan maksimum xaldan silinən xallar nəzərə alınaraq hesablanan rəqəm

Artistizm üzrə verilən xal

Yarışda çıxışa görə verilən artistizm üzrə xal. 4 Artistizm üzrə hakimin verdiyi ən yüksək və ən aşağı xal nəzərə alınmadan, iki digər xalın orta rəqəmidir. Artistizm üzrə hakimlərin sayı 3 olduğu müstəsna hallarda artistizm xalı 3 hakimin verdiyi xalların orta rəqəmi olur.

İvra üzrə verilən xal

Hərəkətlərin icrası üzrə 4 hakimin verdiyi ən yüksək və ən aşağı xal nəzərə alınmadan, iki digər hakimin xalının orta rəqəmidir. Hərəkətlərin icrası üzrə hakimlərin sayı 3 olduğu müstəsna hallarda icra xalı 3 hakimin verdiyi xalların orta rəqəmi olur.

Hərəkətlərin çətinlik üzrə verilən xal

Hərəkətə verilən çətinlik xalı. Hakimlər Briqadasındakı iki çətinlik dərəcəsi üzrə hakim tərəfindən, əvvəlcə çətinlik dəyərini hesablayaraq, sonra həmin dəyəri konversiya cədvəli vasitəsilə Çətinlik xalına çevirərək hesablanır.

Xalın cəmi

İcra+Çətinlik+İcra (hərəkət üçün verilən xalların toplamı)

Yekun xal

Xalın cəmindən cərimə xallarını çıxdıqdan sonra yerdə qalan hissə

Hakimlər Briqadasının Sədrinin verdiyi cərimələr

Xalın cəmindən ölçü, hərəkətnın müddəti, kostyum, xətt tələblərinin pozulması və Tarif Vərəqələrinin gec təqdim edilməsi üçün çıxılan xallar

Hərəkətlərin çətinlik dərəcələri üzrə hakimlərin verdiyi cərimələr

Xalın cəmindən xüsusi tələblərin yerinə yetirilməməsi, hərəkətsiz saxlamaların vaxtından əvvəl başa çatması üçün çıxılan xallar

Xalların bir-birindən yolverilən fərqi

Artistizm və ya hərəkətlərin icrası üzrə iki orta xal vermiş hakimin xalları arasında yolverilən maksimum fərq VƏ Hakimlər Briqadasının Sədri və ya Baş Hakimlər Heyətinin müdaxiləsindən əvvəl hərəkətlərin icrası / artistizm üzrə hakimlərin verdiyi xallar arasında yolverilən maksimum fərq

Hakimlər Briqadası

Sədr də daxil olmaqla 9-11 hakimdən, o cümlədən hərəkətlərin icrası / artistizm üzrə və çətinlik dərəcələri üzrə hakimlərdən ibarət qrup. Kollegiyanın hər bir üzvü hərəkətin bir aspektinin dəyərləndirilməsinə baxır.

Bədən ölçüləri




Antropometr

Uzunluğu millimetr ilə göstərən, 0 millimetrdən 2100 millimetrə qədər hündürlüyü göstərən, düz plankalı və ya spirtli səviyyə göstərəni olan bərk mil. Spirtli səviyyə göstərən plankanın mövqeyinin daha dəqiq müəyyən olunmasını təmin edir.

Antropometrist

İnsan bədəninin ölçülərini götürən peşəkar

Çəki

Yarış iştirakçısının çəkisi və bədən kütləsi

Ölçü

Partnyor idmançının başının üst tərəfinin hündürlüyü ilə döş sümüyünün üst çökəkliyinin hündürlüyü arasındakı fərq

Döş sümüyü üstü çökəklik


Döş sümüyünün üstündə yerləşən vidaci şırımın aşağı nöqtəsi

Bədən tipləri

Yarış iştirakçılarının Endomorfdan Endo-meso, Mesomorf və Meso-ektoya qədər təsnifatlandırılan bədən tipləri, somatotipləri və morfologiyası. Akrobatlar adətən ya özləri ilə eyni qrupa aid ya da qonşu bədən tipi qrupuna aid digər akrobatlarla işləyir. İki qonşu bədən tipi arasında keçid bədən tipləri də ola bilər.

Endomorf

Armud və ya üçbucaq şəkilli bədəni olan, beli kürəyindən enli olan şəxslər. Bədən kütləsi daha çox bud-çanaq tərəfdə toplanmışdır. Akrobatik qruplarda ən çox əsas (piramidanın əsası) kimi çıxış edir.

Mezomorf

Əzələli bədən. Kütlə bədəndə normal paylanmışdır. Belin eni kürəyinin enindən kiçik ya da ona bərabər olur. Həm üstdə həm də əsasda (bünövrədə) yaxşı nəticələrlə çıxış edə bilər.

Ektomorf

Uzun, arıq bədənli. Uzun əzələlər. Akrobatik ortaqlıqlarda ən çox üstdə çıxış edir. Əzələləri yaxşı inkişaf etməlidir.

Əsas (bünövrə)

Cütlük və ya qrupun dəstək (dayaq) rolu oynayan üzvü

Orta

Trio qrupun ikini dəstəkçisi

Və kişilərdən ibarət dördlüklərin ikinci adamı



Üst (zirvədəki atlet)

Adətən cütlüyün daha kiçik (bədən baxımından) və qrupun ən kiçik üzvü. Tərəf müqabillərinin tarazlıqlarını saxlamağa kömək edir, dinamik hərəkətlərda isə havada uçan əsas iştirakçı olur.

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin