“ALİ-İmran” surəSİ (3-cü surə, 200 ayə)



Yüklə 2,46 Mb.
səhifə84/494
tarix05.01.2022
ölçüsü2,46 Mb.
#111027
1   ...   80   81   82   83   84   85   86   87   ...   494

Nöqtələr


◘“Nəbtəhil” sözü “ibtihal” sözündən olub dua üçün əlləri səmaya açmaq mənasını bildirir. Bu səbəbdən də mübahilə ayəsi kimi tanınmışdır. Mübahilə iki müxalif qrupun Allah dərgahına üz tutub yalançı hesab etdiyi qarşı tərəfə lənət istəməsidir.1

Şiə və sünni təfsirlərində, eləcə də, bəzi hədis və tarix kitablarında oxuyuruq ki, hicri 10-cu ildə bir qrup şəxs həzrət Peyğəmbər (s) tərəfindən Yəmənin Nəcran məntəqəsində İslamı təbliğ etmək əmri aldı. Bu vaxt Nəcran məsihiləri də İslam peyğəmbəri ilə söhbət üçün Mədinəyə heyət göndərdilər. Həzrət peyğəmbərlə yetərincə söhbət etmələrinə baxmayaraq, yenə bəhanə gətirib, İslamın haqq olmasını təsdiqləmədilər. Ayə nazil oldu və Peyğəmbərə (s) buyuruldu: «Səninlə höcətləşənlərə, haqqı qəbul etmək istəməyənlərə de ki, övladlarımız, qadınlarımız və özümüz Allahı çağıraq və yalançıya lənət istəyək. Kim Allahın lənətinə gəlsə, onun da yolunun batilliyi məlum olsun. Bu yolla söz-söhbətə, mübahisələrə son qoyaq...»

Həzrət Peyğəmbərin (s) mübahilə təklifini eşidən Nəcran məsihiləri bir-birlərinə baxıb səslərini çıxarmadılar. Sonra möhlət istədilər ki, bu barədə düşünsünlür. Məsihilərin başçısı onlara dedi: «Siz təklifi qəbul edin. Əgər görsəniz ki, peyğəmbər səs-küy və böyük bir cəmiyyətlə gəlir, nigaran olmayın və əmin olun ki, qorxu yoxdur. Yox əgər meydana az sayda adamla gəlsə, mübahilə məsələsindən çəkinin və onunla sülhə gəlin.

Təyin olunmuş mübahilə günü məsihilər İslam peyğəmbərinin iki körpə, bir gənc və bir qadınla gəldiyini gördülər. Bu iki körpə Həsən (ə) və Hüseyn (ə), gənc isə Əli ibn Əbi Talib (ə) idi. Həzrətin yanındakı qadın onun qızı həzrət Fatimə (s) idi. Məsihi keşişi dedi: «Mən elə çöhrələr görürəm ki, dağın öz yerindən oynamasını Allahdan istəsələr, bu iş olar. Əgər onlar nifrin etsələr, yer üzündə bircə nəfər də olsun, məsihi qalmaz...» Ona görə də mübahilədən imtina edib məsləhətləşmək qərarına gəldilər. Həzrət Peyğəmbər (s) buyurdu: «And olsun haqq olaraq məni peyğəmbər seçənə, əgər mübahilə baş tutsaydı, həmin vadi onları alova bürüyərdi.1» Bu macəra təkcə şiə mənbələrində yox, həm də mötəbər sünni mənbələrində nəql olunmuşdur.2

◘Mübahilə günü zilhiccə ayının 24 və ya 25-ci gününə təsadüf edir. Peyğəmbər dövründə Mədinə kənarında olan mübahilə məhəlli hazırda şəhərin daxilindədir. Həmin yerdə Məscidül-İcabə adlı bir məscid tikilmişdir. Bu məscidlə peyğəmbər məscidi arasında təqribən iki kilometr məsafə var.

◘“Əl-mizan” təfsirində nəql olunmuş rəvayətə əsasən, Peyğəmbər (s) yalnız məsihiləri yox, həm də yəhudiləri mübahiləyə dəvət etmişdi.

Mübahilə təkcə peyğəmbər dövrünə aid deyil. Bəzi rəvayətlərə əsasən, başqa möminlər də mübahilə edə bilərlər. İmam Sadiq (ə) bu barədə göstərişlər vermişdir.3

Sual: Bu hadisədə yalnız həzrət Fatimə (s) iştirak etdiyi halda, nə üçün «qadınlar» sözü Quranda cəm formada işlədilmişdir?



Cavab: Quranda bir çox hallarda Allah bir nəfəri cəm formada yad edir. Məsələn “Ali-İmran” surəsinin 181-ci ayəsində nəql olunur ki, bir şəxs Allahı kiçiltmək məqsədi ilə dedi: “Allah fəqirdir”, amma ayənin ərəbi mətnində bu cümlə cəm formada işlədilmişdir. Quranın digər bir ayəsində həzrət İbrahim haqqında buyurulur: “İbrahim bir ümmətdir”, halbuki İbrahim tək bir şəxs idi.

◘Peyğəmbər (s) mübahilə günü qarşı tərəfə nifrin üçün tək də gedə bilərdi. Amma Allah və Onun rəsulu bu işlə bizə anladır ki, bu şəxslər haqqa dəvətdə Allah rəsulunun yardımçıları və şərikləridirlər. Onlar təhlükəni peyğəmbərlə birlikdə qarşılayır və onun hərəkətini davam etdirirlər.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   494




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin