«ALİ-İmran» surəSİ



Yüklə 3,62 Mb.
səhifə34/61
tarix25.07.2018
ölçüsü3,62 Mb.
#57518
1   ...   30   31   32   33   34   35   36   37   ...   61

AYƏ 107-108:


﴿ وَأَمَّا الَّذِينَ ابْيَضَّتْ وُجُوهُهُمْ فَفِي رَحْمَةِ اللّهِ هُمْ فِيهَا خَالِدُونَ. تِلْكَ آيَاتُ اللّهِ نَتْلُوهَا عَلَيْكَ بِالْحَقِّ وَمَا اللّهُ يُرِيدُ ظُلْمًا لِّلْعَالَمِينَ ﴾

TƏRCÜMƏ:


107. «Üzləri olanlara gəldikdə isə, (onlar) Allahın rəhmətindədirlər orada əbədi qalacaqlar

108. «Bunlar (axirət aləminin hekayətləri), Allahın ayələridir ki, onları haqq doğru olaraq sənə oxuyuruq. Allah əsla aləmdəkilərə zülm (etmək) istəmir

TƏFSİR:


İlahi ayələrin heç bir mübaliğə, artırıb-azaldılma olmadan oxunması həqiqətə uyğundur. Ümmətlərin əməl və davranışları, rəftar və mükafatları, hərəkət və cəzaları və s. dəyişilməz bir qanun əsasındadır. Allah-təala nə Öz bəndələrini taqətlərindən artıq bir şeyə vəzifəli edir, nə də ümmətlərin barəsindəki ilahi qanunlar dəyişilir.

İNCƏ MƏTLƏBLƏR

1. Allah-təala heç kəsə azacıq zülmü belə rəva görməz və heç kəsin də zülm etməsini istəmir.

2. Üzüağ və ya üzüqara olmaq insanın öz əməllərinin, fikir və əqidələrinin inikasıdır.

3. Zülmü o kəs rəva görər ki, müəyyən qədər çatışmazlığı olsun, yaxud öz məqsədinə haqq yolu ilə nail ola bilməsin, yaxud da zülmün çirkinliyindən və pisliyindən qafil olsun. Bunların heç birinin Sübhan olan Allahda olması əsla mümkün deyil. Bəlkə də sonrakı ayə bu məsələyə işarə edir və buyurur ki, bütün şeylərin sahibi, qayıdılacaq yeri olan Allahın zülm etməyə nə ehtiyacı var?!


AYƏ 109:


﴿ وَلِلّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ وَإِلَى اللّهِ تُرْجَعُ الأُمُورُ ﴾

TƏRCÜMƏ:


«Göylərdə yerdə olanlar (onların özləri daxil olmaqla) Allahın həqiqi mülküdür. (Çünki yaratmaq, qorumaq, idarə etmək aradan aparmaq, bunların hamısı Onun istək iradəsinin təsiri altındadır.) (varlıq aləminə aid olan) bütün işlər Ona tərəf qaytarılacaqdır

TƏFSİR:


Bu ayə Allah-təaladan zülmün, nahaq işin baş verməsinin qeyri-mümkünlüyünə dəlildir. Ayədə buyurulur: “Allahın bir kəsə zülm etməsi necə mümkün ola bilər? Halbuki asimanlarda və yerdə olanlar Ona məxsusdur və bütün işlər Ona doğru qayıdır, məhz Onun fərmanı ilə baş verir.”

AYƏ 110:


﴿كُنتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِالْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَتُؤْمِنُونَ بِاللّهِ وَلَوْ آمَنَ أَهْلُ الْكِتَابِ لَكَانَ خَيْرًا لَّهُم مِّنْهُمُ الْمُؤْمِنُونَ وَأَكْثَرُهُمُ الْفَاسِقُونَ﴾

TƏRCÜMƏ:


«Siz (müsəlmanlar), (Allah tərəfindən dünyanın) insanlar(ın)a zahir olmuş ən yaxşı ümmətsiniz, bəyənilən işə əmr edir çirkin işdən çəkindirirsiniz Allaha (nazil etdiyi şeylərdə) iman gətirirsiniz. Əgər kitab əhli iman gətirsəydi, əlbəttə onlar üçün daha yaxşı olardı. Onların bəzisi mömin çoxu itaətsizdirlər

TƏFSİR:

BİR DAHA FƏSAD İLƏ MÜBARİZƏ VƏ HAQQA DƏVƏT


Bu ayədə bir daha əmr be məruf, nəhy əz münkər, eləcə də Allaha iman gətirmək məsələsi irəli çəkilir və buyurulur: Siz insanların xeyrinə yaradılmış ən yaxşı ümmətsiniz. Çünki əmr be məruf və nəhy əz münkər işini yerinə yetirir və Allaha iman gətirirsiniz.

Maraqlıdır ki, bu ayədə müsəlmanların ən yaxşı ümmət olmasının dəlili əmr be məruf və nəhy əz münkər işini yerinə yetirib Allaha imanlı olması qeyd olunur. Bu da onu göstərir ki, bəşər cəmiyyətlərinin islahı iman gətirmək, haqqa dəvət etmək və fəsad ilə mübarizə aparmaq kimi işlər olmadan mümkün deyildir. Bundan əlavə, bu iki vacib əməlin yerinə yetirilməsi imanın güclənməsinə, cəmiyyətdə ictimai və fərdi qanunların icra olunmasına zəmanət verir. Bir əməlin icra olunmasına zəmanət verilməsi o əməlin özündən qabaqdır.

Sonra buyurulur ki, bu qədər açıq-aydın dinin, imanın və əzəmətli qanunların mənfəəti hər kəs üçün inkarolunmazdır. Buna əsasən əgər kitab əhli (yəhudilər və məsihilər) iman gətirsələr, onların öz xeyrinə olar. Təəssüflər olsun ki, onların yalnız az bir hissəsi özlərinin cahiliyyət təəssüblərindən əl çəkərək İslamı qəbul etmişlər, əksəriyyəti isə Allahın fərmanından xaric olmuşlar.


Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin