«ALİ-İmran» surəSİ



Yüklə 3,62 Mb.
səhifə37/61
tarix25.07.2018
ölçüsü3,62 Mb.
#57518
1   ...   33   34   35   36   37   38   39   40   ...   61

AYƏ 119:


﴿هَاأَنتُمْ أُوْلاء تُحِبُّونَهُمْ وَلاَ يُحِبُّونَكُمْ وَتُؤْمِنُونَ بِالْكِتَابِ كُلِّهِ وَإِذَا لَقُوكُمْ قَالُواْ آمَنَّا وَإِذَا خَلَوْاْ عَضُّواْ عَلَيْكُمُ الأَنَامِلَ مِنَ الْغَيْظِ قُلْ مُوتُواْ بِغَيْظِكُمْ إِنَّ اللّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ﴾

TƏRCÜMƏ:


«Budur, sizin bütün (səmavi) kitablara (hətta onların kitabına) imanınızın olmasına (onların isə sizin kitabınıza imanlarının olmamasına) baxmayaraq onları sevən (yenə ) sizsiniz onlar sizi sevmirlər. Sizinlə görüşdükləri zamaniman gətirdikdeyirlər. Bir-birləri ilə xəlvətə çəkildikləri zaman isə, sizə qarşı olan qəzəblərinin çoxluğundan barmaqlarının ucunu gəmirirlər. De: “Acığınızdan ölün! Həqiqətən Allah ürəklərdə olanı biləndir.”»

TƏFSİR:


Bu ayədə müsəlmanlara xitab edilərək buyurulur ki, siz qohumluq, yaxud qonşuluq və yaxud başqa səbəblərə görə onları sevirsiniz, amma bundan qafilsiniz ki, onlar sizi sevmirlər; siz Allah tərəfindən nazil olan bütün kitablara – həm öz kitabınıza, həm də digər səmavi kitablara iman kətirmisiniz, lakin onlar sizin asimani kitabınıza iman gətirməmişlər.

Sonra Quran onların əsl simasını, həqiqi mahiyyətini və iç üzünü açaraq buyurur: “Kitab əhlindən olan bu dəstə münafiqdir. Təklikdə olduqları zaman sizə qarşı bəslədikləri ədavət, qəzəb və kinin şiddətindən barmaqlarını dişləyirlər. Ey Peyğəmbər, de: “Qəlbinizdə olan bu qəzəblə ölün! Bu qüssə öldüyünüz günə qədər sizdən götürülməyəcəkdir.” Siz onların batini vəziyyətindən agah deyilsiniz, amma Allah agahdır. Çünki Allah onların qəlblərinin zatına agahdır.”


AYƏ 120:


﴿ إِن تَمْسَسْكُمْ حَسَنَةٌ تَسُؤْهُمْ وَإِن تُصِبْكُمْ سَيِّئَةٌ يَفْرَحُواْ بِهَا وَإِن تَصْبِرُواْ وَتَتَّقُواْ لاَ يَضُرُّكُمْ كَيْدُهُمْ شَيْئًا إِنَّ اللّهَ بِمَا يَعْمَلُونَ مُحِيطٌ ﴾

TƏRCÜMƏ:


«Sizə bir xeyir yaxşılıq yetişdikdə, (bu) onların halını pisləşdirər, pislik narahatçılıq yetişdikdə isə ona şad olarlar. Əgər səbr etsəniz təqvalı olsanız, onların hiylələri sizə heç bir ziyan yetirə bilməz. Həqiqətən Allah onların etdiklərini (elm qüdrəti ilə) əhatə etmişdir

TƏFSİR:


Bu ayədə düşmənlərin kin və ədavət nişanələrindən biri xatırladılır və buyurulur ki, əgər sizə qələbə və zəfər, eləcə də gözəl bir hadisə nəsib olsa, onlar narahat olarlar, xoşagəlməz bir hadisə üz versə, onlar sevinərlər. Amma əgər onların kin-küdurətləri və düşmənçilikləri müqabilində müqavimət göstərib pəhrizkar olsanız, onlar xaincəsinə tədbirlər vasitəsi ilə sizə azacıq belə xəsarət vura bilməzlər. Çünki Allah onların əməllərinə tamamilə əhatəlidir.

AYƏ 121:


﴿ وَإِذْ غَدَوْتَ مِنْ أَهْلِكَ تُبَوِّىءُ الْمُؤْمِنِينَ مَقَاعِدَ لِلْقِتَالِ وَاللّهُ سَمِيعٌ عَلِيمٌ ﴾

TƏRCÜMƏ:


« (yada sal) o zaman(ı) ki, möminləri döyüş üçün düşərgələrdə yerləşdirdiyin halda (Ühüd döyüşündə) sübh çağı öz əhlindən (ailəndən) ayrıldın. Allah həmişə (danışıqlarınızı) eşidən (fikirlərinizi) biləndir

TƏFSİR:


Bu ayədən başlayaraq İslam tarixində çox mühüm və əhatəli bir hadisə olan «Ühüd» müharibəsi barəsində söhbət açılır. Əvvəlcə Peyğəmbərin (s) düşərgə salmaq üçün bir yer seçmək məqsədilə Mədinədən çıxmasına və «Ühüd» dağının ətəyinə getməsinə işarə olunur və buyurulur: Yada sal o zamanı ki, sübh çağı Mədinədən, öz qohum-əqrəbanın yanından çıxdın ki, düşmənlə döyüş aparmaq üçün möminlərə bir mərkəz seçəsən. Allah eşidən və biləndir.

İNCƏ MƏTLƏBLƏR

1. Hərbi düşərgə, eləcə də müdafiə üçün strateji məntəqənin seçilməsi hər kəsin işi deyildir (Peyğəmbərin (s) özü şəxsən hərbi məntəqəni təyin edir).

2. Strateji, coğrafi, hərbi əməliyyat proqramları işə başlamazdan əvvəl hay-küydən uzaq, aram bir fəzada baş verməlidir.

3. Müharibə ilə əlaqədar olan işlərin araşdırılması üçün sübh ən yaxşı vaxtdır.

4. Müharibə ərəfəsində əhli-əyaldan qəlbən ayrılmaq lazımdır.


Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin