«ALİ-İmran» surəSİ



Yüklə 3,62 Mb.
səhifə39/61
tarix25.07.2018
ölçüsü3,62 Mb.
#57518
1   ...   35   36   37   38   39   40   41   42   ...   61

AYƏ 126:


﴿ وَمَا جَعَلَهُ اللّهُ إِلاَّ بُشْرَى لَكُمْ وَلِتَطْمَئِنَّ قُلُوبُكُم بِهِ وَمَا النَّصْرُ إِلاَّ مِنْ عِندِ اللّهِ الْعَزِيزِ الْحَكِيمِ ﴾

TƏRCÜMƏ:


«Allah bunu (kömək vədəsini mələklərin göndərilməsini) yalnız sizə müjdə olaraq qəlblərinizin onunla rahatlıq tapması üçün etdi (çünki, adətən qəlblər əsas səbəbkara amilə deyil, zahirdə görünən səbəb vasitələrə yönəlir). Kömək yardım yalnız yenilməz qüdrət hikmət sahibi olan Allah tərəfindəndir (çünki bütün səbəblərin səbəbkarı amili Onun istəyidir)

TƏFSİR:


1. Cəbhələrdə ruhi aramlıq və müjdə döyüşçülərin ehtiyaclarından biridir.

2. Bütün maddi, elmi, ruhi və qeybi müqəddimələr Allahın iradəsi olmadan heç bir təsirə malik deyildir.

3. Allahın qüdrət və izzəti həmişə hikmətlə yanaşıdır. Bəzi hallarda xüsusi dəlillərə əsasən müsəlmanların da məğlubiyyətə uğraması mümkündür. Bəli, Allahın qeybi yardımları Onun hikmətindən asılıdır.

AYƏ 127:


﴿ لِيَقْطَعَ طَرَفًا مِّنَ الَّذِينَ كَفَرُواْ أَوْ يَكْبِتَهُمْ فَيَنقَلِبُواْ خَآئِبِينَ ﴾

TƏRCÜMƏ:


«( həmçinin bu qələbəni nəsib etdi) ki, kafirlərin bəzisinin kökünü kəssin ya onları naümid geri qayıtmaları üçün əzsin

TƏFSİR:


«Ət-təhqiq» təfsirinin müəllifinin dediyinə görə «tərəf» bir şeyin bir tərəfinə deyil, axır tərəfinə deyilir. Buna əsasən ayədə buyurulur ki, qeybi köməklərin səbəbi bu idi ki, kafirlərin kökü kəsilsin.

Lüğət və təfsir kitablarında qeyd olunur ki, ümidsizlik iki qismdir: Əgər bir nəfər işin əvvəlindən ümidsiz olsa, ona “yəs” deyilir. Əgər əvvəlcə ümidvar olduqdan sonra ümidini kəssə, buna «xaid» deyilir.1



İNCƏ MƏTLƏBLƏR

1. Küfr və kafir ya tamamilə aradan qaldırılmalı, yaxud da xar, zəlil və ümidsiz olmalıdır (onlarla zəif, müvəqqəti, məhdud və acizanə şəkildə olan rəftarlar onun kökünü kəsə bilməz. Belə işlərlə özünüzü aldatmayın.)

2. Sizin vəhdət, qüdrət, siyasət və müdiriyyətiniz elə tərzdə olmalıdır ki, düşməni hər an məyusluğa doğru çəksin.

AYƏ 128:


﴿ لَيْسَ لَكَ مِنَ الأَمْرِ شَيْءٌ أَوْ يَتُوبَ عَلَيْهِمْ أَوْ يُعَذَّبَهُمْ فَإِنَّهُمْ ظَالِمُونَ ﴾

TƏRCÜMƏ:


«Onların heç bir işi sənin əlində deyil. (Allah) ya onlara nəzər salaraq tövbə etmələrinə kömək edər, ya da onlara (bu dünyada möhlət, axirətdə isə) əzab verər. Çünki onlar zalımdırlar. (Bu dörd işin hamısı Allaha aiddir sənin vəzifən yalnız Onun əmrlərini çatdırmaq əmri yerinə yetirməkdir.)»

TƏFSİR:


Əgər rəhbər tam sədaqətli olsa, hətta bütün məsuliyyəti onun üzərindən götürən ayələri belə tam sədaqətlə, çəkinmədən oxuyar. Allah-təala buyurur: «Sənin bu işdə heç bir rolun yoxdur.»

Şiə və sünni təfsirlərində qeyd olunduğu kimi «Ühüd» müharibəsində Peyğəmbərin (s) dişi sınıb qan axdığı zaman o həzrət (s) Allaha ərz etdi: «Bu camaat necə düz yola hidayət olub nicat tapa bilər?» Yuxarıdakı ayə nazil olaraq buyurdu ki, sən camaatın qurtuluşa çatmasına cavabdeh deyilsən. Ola bilsin ki, gələcəkdə onlar Allah tərəfindən bağışlanar. Həm də mümkündür ki, öz hallarına buraxılıb cəzalandırılsınlar.



İNCƏ MƏTLƏBLƏR

1. Tövbə yolu hətta haqq cəbhəsindən qaçan fərarilər, yaxud müsəlmanlara ən ağır xəsarətlər vuran kafirlər üçün belə bağlı deyildir.

2. Dərhal, tələm-tələsik mühakimə yürütməyin.

3. Əfv etmək və ya cəzalandırıb əzab vermək Allaha məxsusdur (şəfaət məqamı da Allah tərəfindən övliyaların ixtiyarına verilən bir hədiyyədir. O, Allahın izn və icazəsi olmadan gerçəkləşmir. Peyğəmbərin (s) Allah qarşısında, özü üçün heç bir müstəqilliyi yoxdur.)



4. Camaata nazil olan əzabın səbəbi məhz onların etdikləri zülm və haqsızlıqdır.

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin