Ali-Muhammedin sirleri indd


ən gözəl mükafatla mükafatlandıracaqdır!”



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə118/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   114   115   116   117   118   119   120   121   ...   227
AliMuhemmedin sirleri

ən gözəl mükafatla mükafatlandıracaqdır!”
1
 
Dedim: “Həmd olsun Allah, şükür edirəm nemətlərinə, imtahanları qarşı-
sında səbir edir və qəzalarına da təslim olub, razılıq göstərirəm”.
Sonra buyurdu: “Ey qardaşım, müjdələn! Həqiqətən də sənin həyatın 
da, ölümün də mənimlədir. Sən mənim qardaşım, vəsim, vəzirim, varisim, 
sünnətim uğrunda savaşansan. Sənin mənə olan nisbətin Harunun Musaya olan 
nisbətindədir. Sənin üçün Harunda gözəl nümunə var. (Belə ki,) onu da qövmü 
zəifl ətmiş və az qalırdı ki, öldürəcəkdilər.
Qüreyşin sənə olan zülmünə və sənə qarşı çıxmalarına səbr elə. Bir dəstə 
insanın qəlbində sənə qarşı olan nifrət, Bədrin qəzəbi və Ühüdun qisas istəyi var.
Musa Harunu öz qövmünə xəlifə olaraq təyin etdikdə ona belə əmr etmiş-
di: “Əgər azsalar və sənin də dəstəyin olsa, yardımçılarınla birgə onlara qarşı 
mübarizə apar. Əgər yardımın olmasa, özünü təhlükəyə atma, canını qoru və 
onlarla əlaqəni kəsmə”. Sən də belə et. Əgər dəstəyin olsa onlara qarşı mübarizə 
apar. Əgər yardımın olmasa, özünü təhlükəyə atma və canını qoru. Əgər onlara 
qarşı köməksiz çıxsan, səni öldürəcəklər. Əgər sənə tabe olub itaət etsələr, on-
ları haqqa doğru çək.
Bil ki, əgər yardımın olmadan özünü təhlükəyə atıb canını qoruma-
san, insanların yenidən bütlərə ibadət etməyə qayıdacaqlarından və mənim 
peyğəmbərliyimi inkar edəcəklərindən qorxuram. Elə isə, onlara öz dəlillərini 
bəyan et, qoy sənə qarşı qəlbində nifrət və kin olanlar, sənə qarşı üsyan edənlər 
həlak olsunlar, camaat və tərəfdarların isə salamatda qalsınlar. Əgər bir gün 
1
“ən-Nəcm” surəsi, ayə 31.


Ali-Muhəmmədin sirləri
151
kitab və sünnəni bərpa etməyə yardımın olsa, Quranın zahiri uğrunda mənim 
savaşdığım kimi sən də Quranın təvili uğrunda onlarla savaş. Ümmətdən sənə 
və sənin vəsilərindən birinə qarşı ədavəti olan, üsyan qaldıran və sizin dininizin 
xilafına özlərinə din yaradan kəslər mütləq həlak olacaqlar.
And olsun ömrümə, ey Müaviyə, əgər sənə, Təlhəyə və ya Zübeyrə rəhmət 
diləsəm və bağışlanma diləsəm, bu dualarım batili haqqa çevirməz. Əksinə, bu 
istiğfar və rəhmət diləklərimi Uca Allah sizin üçün lənət və əzab qərar verər. 
Sənin, Təlhənin və Zübeyrin günahlarınız, azğınlıqlarınız, bidətləriniz və yan-
lışlarınız sənə və qanını tələb etdiyin dostuna (Əffanın oğluna) zəmin hazırla-
yan, biz Əhli-Beytə zülm yolunu açan və sizi bizə müsəllət edən kəslərin güna-
hından az deyil. Uca Allah buyurur: “(Ya Rəsulum!) Kitabdan bir pay (az bir 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin