Ali-Muhammedin sirleri indd


Quranda insanlar arasındakı şahidlər imamlardır (ə)



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə114/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   110   111   112   113   114   115   116   117   ...   227
AliMuhemmedin sirleri

Quranda insanlar arasındakı şahidlər imamlardır (ə)
Əli (ə) buyurdu: Allahı sizə şahid tuturam, Uca Allahın “Həcc” surəsində 
buyurur: “Ey iman gətirənlər! Rüku edin, səcdəyə qapanın; Rəbbinizə ibadət 
edin və yaxşı işlər görün ki, nicat tapasınız! Allah yolunda layiqincə cihad 
edin. O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoy-
madı - atanız İbrahimin dini kimi. Allah bundan (Quran nazil olmamışdan) 
əvvəl də, bunda (Quranda) da sizə müsəlman adını verdi ki, (qiyamət günü) 
Peyğəmbər sizə, siz də insanlara şahid olasınız. Elə isə namaz qılın, zəkat 
verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar 
sahibi, necə də gözəl imdada yetəndir!”
1
 Həmin vaxt Salman qalxıb demişdi: 
“Ya Peyğəmbər, sənin onlara, onların da insanlar şahid olduğu, Allahın seçdi-
yi və Allahın, ataları İbrahimin dinində olduğu kimi onlar üçün dində heç bir 
çətinlik yeri qoymadığı bu şəxslər kimlərdir?” 
Rəsulullah (s) buyurdu: “Allah bu ayədə on üç nəfəri qəsd edir: mən, qar-
daşım Əli ibn Əbu Talib və onun övladlarından bir-birinin ardınca on bir nəfər. 
Onların hamısı imamdırlar. Onlar Quranla, Quran onlarladır. Hovuz başında 
mənə quvuşanadək bir-birlərindən ayrılmazlar”. 
Dedilər: “İlahi, bəli, elədir”. 
Səqəleyn hədisi və on iki imamın adının qeyd edilməsi
İmam Əli (ə) buyurdu: “Allah xatirinə söyləyin! Bilmirsinizmi Peyğəmbər 
(s) ən son xütbəsində nə buyurdu?! “Ey camaat! Sizin aranızda iki şeyi əmanət 
qoyuram. Əgər onlara sarılsanız əsla azmayacaqsınız: Uca Allahın kitabı və 
itrətim olan Əhli-Beytim. Lütf sahibi və hər şeydən xəbərdar olan Allah mənə 
xəbər verib ki, bu ikisi hovuzun başında mənə qovuşanadək bir-birlərindən əsla 
ayrılmayacaqlar”. 
Dedilər: “İlahi, bəli, Allah qarşısında biz bunların hamısını Peyğəmbərdən 
eşitdiyimizə şəhadət veririk”.
Əli (ə) dedi: “Allah mənə kifayət edər!”
Bədr əhlindən on iki nəfər ayağa qalxaraq dedilər: “Biz şahidik ki, 
Peyğəmbər vəfat etdiyi gün bunları buyurarkən Səhhakın oğlu sanki qəzəbli bir 
halda demişdi: “Ey Peyğəmbər! Onların hamısı Əhli-Beytindir?” 
1
“Həcc” surəsi, ayə 77-78.


Ali-Muhəmmədin sirləri
147
Buyurdu: “Xeyr, vəsilərimdir. Onlardan Əli qardaşım, vəzirim, varisim, 
ümmətimdə xəlifəm, məndən sonra hər möminin vəlisidir. Ondan sonra on bir 
vəsi var. O, vəsilərin birincisi və ən xeyirlisidir. Onun vəsisi bu iki oğlum (əlilə 
Həsənə və Hüseynə işarə etdi), sonra oğlum Hüseynin vəsisi, o, qardaşımın ada-
şıdır. Sonra onun övladı olan vəsisi, o da mənim adaşım Muhəmməddir. Sonra 
Cəfər ibn Muhəmməd, Musa ibn Cəfər, Əli ibn Musa, Muhəmməd ibn Əli, Əli 
ibn Muhəmməd, Həsən ibn Əli, sonra ümmətin Mehdisi olan Muhəmməd ibn 
Həsəndir. Adı adımdan, qanı qanımdandır, mənim əmrimlə əmr edəcək, qadağa-
larımla çəkindirəcək. Yer üzü günah və zülmlə dolduğu kimi onu haqq və ədalətlə 
dolduracaq. Biri digərinin ardınca gəlir. Hovuzun başında mənə qovuşacaqlar. 
Allahın yer üzündəki şahidləri və məxluqları üzərindəki höccətləridir. Hər kim 
onlara itaət etsə Allaha itaət etmiş, onlara qarşı çıxan isə Allaha qarşı çıxmışdır”. 
Bədr əhlindən olan yetmiş nəfər və bir o qədər də mühacir ayağa qalxaraq 
dedilər: “Unutduğumuzu bizə xatırlatdın. Həqiqətən də biz bunların hamısını 
Peyğəmbərdən (s) eşitmişdik”.
Sonra digər suallara keçib Əffanın oğlunun
1
xilafəti barədə Peyğəmbər 
(s) məscidində ondan soruşulanların heç birini cavabsız buraxmadı, onları 
şahid tutaraq öz fəzilətləri və Peyğəmbərin (s) onun barəsində söylədiklərini 
sonunadək söylədi. Orada olan hər bir kəs onu təsdiqləyir, sözlərinin həqiqət 
olduğuna və onları Peyğəmbərdən (s) eşitdiklərinə şəhadət verirdilər.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin