154
Suleym ibn Qeys Hilali
Ey Müaviyə, Peyğəmbər (s)
mənə xəbər verib ki, ümməti mənim saqqalımı
başımın qanına bulayacaq. Mən şəhid olacağam. Məndən sonra sən xilafəti ələ
keçirəcəksən, sonra oğlum Həsəni namərdcəsinə zəhərləyib öldürəcək; oğlun,
zinakar qadının balası Yezid (lənətullah) oğlum Hüseyni şəhid edəcək.
Bəni-Üməyyənin ümmətə müsəllət olması
Səndən sonra ümmətin başına Əbul-As və Həkəm ibn Mərvanın oğulla-
rından yeddi nəfərin əlinə keçəcək. Onlardan beşi Mərvanın övladlarıdır. Bu-
nunla da on iki zəlalət imamının saylarını tamamlanacaq. Peyğəmbər (s) onla-
rın meymun kimi öz minbərində tullandıqlarını, bu ümməti Allahın
dinindən
köhnə dinlərinə çevirdiklərini görüb. Onlar qiyamət günü insanlardan ən çox
əzab görəcək kəslərdir. Həqiqətən Allah şərqdən
gələcək qara bayraqlarla
onları xilafətdən düşürəcək, onları
zəlil edəcək, gördükləri hər yerdə onları
öldürəcəklər.
Dostları ilə paylaş: