164
Suleym ibn Qeys Hilali
lıq yaradaraq: “Dünya və axirətdə sən mənim və mən də sənin qardaşınam”
demədimi?!” Dedilər: “İlahi, elədir!”
“Sizə Allahı şahid tuturam! Peyğəmbər (s) məscid və evləri üçün yer alıb,
orada məscid, həmçinin doqquz dənə özü üçün və onuncusu da onların ortasın-
da
atam üçün, ümumilikdə on dənə ev tikmədimi?
Sonra onun (Əlinin) qapısından başqa məscidə açılan qapıların hamısını
bağlatdırdı. Bu barədə narazılıq edib danışan oldu və Peyğəmbər (s) buyurdu:
“Sizin qapılarınızı bağlayıb və onun qapısını açıq qoyan mən deyiləm. Allah
mənə sizin qapılarınızı bağlayıb, yalnız onun qapısını açıq qoymağımı əmr
etdi”. Sonra Peyğəmbər ondan başqasına məsciddə yatmağı qadağan elədi. Evi
peyğəmbərin evi ilə iç-içə idi. Orada peyğəmbərin və onun övladları dünyaya
gəldi”. Dedilər: “Allaha and olsun ki, elədir”.
“Ömər ibn Xəttabın evindən məscidə baxmaq üçün bir göz miqdarında ki-
çik bir dəlik açmaq istədikdə Peyğəmbər (s) mane oldu və ona: “Həqiqətən də
Allah Musaya pak və təmiz bir məscid tikməsini, özü, qardaşı Harun və iki
oğlundan başqa orada heç kəsi məskunlaşdırmamağı əmr etdi. Həmçinin Allah
mənə də pak və təmiz bir məscid tikməyi, məndən, qardaşımdan
və onun iki
oğlundan başqa bir kəsin orada yaşamamasını əmr etdi”. Bunu bilmirsiniz?!”
Səhabələr dedilər: “Allaha and olsun ki, bəli, elədir”.
“Sizə Allahı şahid tuturam! Allahın Peyğəmbəri (s) Qədir Xum günü onu
vəlisi təyin edib vilayətini elan elədi və sonra da: “Burada olanlar olmayanlara
çatdırsın” demədimi?!” Dedilər: “Allaha and olsun, bəli”.
“Sizə Allahı şahid tuturam! Allahın Peyğəmbəri (s) Təbuk döyüşündə ona:
“Sənin mənə nisbətin Harunun Musa nisbəti kimidir və sən məndən sonra bü-
tün möminlərin mövlasısan” demədimi?!” Dedilər: “Allaha and olsun, elədir”.
“Sizə Allahı şahid tuturam! Allahın Peyğəmbəri (s) Nəcran xristianlarını
mübahələyə dəvət
etdikdə özü ilə ondan, zövcəsindən və iki oğlundan başqa-
sını yanında gətirmədi. Bunu bilirsiniz?” Dedilər: “Allaha and olsun, bilirik”.
“Sizə Allahı şahid tuturam! Allahın Peyğəmbəri (s) Xeybər döyüşündə bay-
rağı ona verib: “Bayrağı Allahı və Peyğəmbərini sevən, Allahın və Peyğəmbərin
də onu sevdiyi bir şəxsə təslim edirəm. O geriyə qaçmadan təkrar-təkrar hücum
edəndir. Allah onun əlilə Xeybəri fəth edəcək”
demədimi?!” Dedilər: “Allaha
and olsun ki, bəli”.
“Allahın Peyğəmbəri “Bəraət” surəsini oxumaq
üçün onu göndərdi və bu-
yurdu: “Mənim adımdan yalnız mən və ya məndən olan bir kəsdən başqası
təbliğ edə bilməz!” Bunu bilmirsinizmi?” Dedilər: “Allaha and olsun ki, elədir”.
Ali-Muhəmmədin sirləri
165
“Peyğəmbər (s) qarşısına çıxan hər bir çətinlikdə hiss etdiyi etibara görə
onu önündə göndərdiyini və heç vaxt onu adı ilə çağırmayıb “Ey qardaşım!”
və ya “Qardaşımı yanıma çağırın” dediyini bilmirsiniz?” Dedilər: “Allaha and
olsun, elədir”.
“Peyğəmbər (s) onunla Cəfər və Zeydin arasında hökm verib: “Ya Əli, sən
məndənsən, mən də səndən. Sən məndən sonra bütün mömin kişi və qadınların
mövlasısan” demədimi?” Dedilər: “Allaha and olsun ki, bəli!”.
“Hər gündüz Peyğəmbərlə tək qaldığını və hər gecə yanına getdiyini, sual
verdikdə Peyğəmbərin (s) cavab verdiyini və susduqda isə Peyğəmbərin danış-
mağa başladığını bilirsinizmi?” Dedilər: “Allaha and olsun, elədir!”.
“Peyğəmbər (s) onu Həmzə və Cəfərdən üstün tutaraq Fatiməyə: “Sənin
həyat yoldaşın Əhli-Beytimin ən xeyirlisi, ilk müsəlmanı,
ən çox helmə və
elmə sahibdir” demədimi?” Dedilər: “Allaha and olsun, elədir”.
“Peyğəmbərin (s) belə buyurduğunu bilmirsinizmi: “Mən Adəm övladla-
rının, qardaşım Əli də Ərəbin ağasıdır, Fatimə Cənnət qadınlarının xanımı, iki
oğlum Həsən və Hüseyn isə Cənnət gənclərinin ağalarıdırlar”. Dedilər: “Allaha
and olsun, bilirik”.
“Peyğəmbərin (s) öz cənazəsini yumağı Əliyə tapşırdığını və bu işdə
Cəbrayılın ona yardım edəcəyini xəbər verdiyini bilmirsiniz?” Dedilər: “Alla-
ha and olsun, elədir”.
“Peyğəmbər (s) söylədiyi son xütbəsində belə buyurmadımı: “Ey insanlar!
Mən sizin aranızda iki ağır əmanət qoyuram: Allahın kitabı və Əhli-Beytim. Onlara
yapışsanız əsla yoldan azmazsınız”. Dedilər: “Allaha and olsun ki, bəli, bilirik”.
Allahın xüsusilə Əli ibn Əbu Talib (ə) və Əhli-Beyti
barədə Quranda nazil
etdiyi və Peyğəmbərinin (s) dilindən söylənən heç bir sözü tərk etmədən hamı-
sına onlara Allahı şahid tutdu. Səhabələr də “Allaha and olsun, bəli, eşitdik”
deyirdilər. tabeun isə “Allaha and olsun ki, inandığımız və etibar etdiyimiz fi lan
və fi lan şəxslər bizə bunları nəql etdilər” deyirdilər.
Sonra onları Peyğəmbərin (s) belə söylədiyinə onlara Allahı şahid tutdu:
“Hər kim məni sevdiyini iddia edib Əliyə kin bəsləsə, yalan danışmışdır. Əliyə
nifrət etdiyi halda məni sevə bilməzlər”. Bir nəfər həmin vaxt soruşdu: “Ya
Peyğəmbər, bu necə ola bilər?” Peyğəmbər (s) cavabında buyurmuşdu: “Çünki
o məndəndir və mən də ondanam. Kim onu sevsə, məni sevmiş,
məni sevən də
Allahı sevmişdir. Və kim ona nifrət etsə mənə nifrət etmiş, mənə nifrət edən də
Allaha nifrət bəsləmişdir”.
Onlar dedilər: “Allaha and olsun, bəli, eşitdik”. Bundan sonrada dağılıb
getdilər”.