Ali-Muhammedin sirleri indd


Zəhranın (s.ə.) qəbrini qazdırmaq istənilməsi və Əlinin



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə176/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   172   173   174   175   176   177   178   179   ...   227
AliMuhemmedin sirleri

Zəhranın (s.ə.) qəbrini qazdırmaq istənilməsi və Əlinin 
(ə) bunun qarşısını alması
Səhər ertədən yaşlı səhabə, Səhhakın oğlu və bir dəstə camaat gəldilər. 
Fatiməyə (s.ə.) cənazə namazı qılmaq istəyirdilər. Miqdad dedi: “Dünən gecə 
Fatiməni dəfn etdik”. Səhhakın oğlu üzünü yaşlı səhabəyə tutub dedi: “Onla-
rın bunu edəcəklərini sənə demədimmi?” Abbas dedi: “Fatimə siz ikinizin ona 
cənazə namazı qılmamanızı vəsiyyət etdi”.
Səhhakın oğlu dedi: “Ey Bəni-Haşim! Siz bizə olan köhnə həsədinizi əsla 
tərk etməyəcəksiniz. Bu sizin qəlbinizdə olan nifrətdir ki, heç vaxt aradan 
getməyəcək. Allaha and olsun, məzarını qazıyıb ona cənazə namazı qılmağı 
qərara aldım”.


Ali-Muhəmmədin sirləri
223
Əli (ə) dedi: “Ey Səhhakın oğlu! Əgər buna cəhd etsən səni sağ böyürün 
üstə çevirərəm. Allaha and olsun, əgər qılıncımı çəksəm sənin canını almadan 
qınına qoymaram. İstədiyini etməyə cəhd et görüm!” Səhhakın oğlu cürəti bir 
anda yoxa çıxdı və susdu. Çünki Əlinin (ə) anda sadiq olduğunu bilirdi.
Sonra Əli (ə) dedi: “Ey Səhhakın oğlu! Sən Peyğəmbərin (s) öldürmək 
niyyətilə yanıma göndərdiyi kəs deyilsən?! Mən belimdə qılıncımla gəldim, 
öldürmək üçün sənə tərəf yönəldim. Həmin vaxt Allah bu ayəni nazil etdi: “Elə 
isə onlardan ötrü (onların tezliklə məhv edilməsinə) tələsmə, çünki Biz onlar 
üçün saymaqdayıq”.
1
Onlar çevrilib getdilər.
5. Əmirəl-mömininin (ə) öldürülməsi ilə baglı hadisə 
İbn Abbas deyir: “Sonra onlar öz aralarında məşvərət və müzakirə aparıb 
dedilər: “Bu kişi həyatda ikən bizim işimiz yolunda getməyəcək”. Yaşlı səhabə 
dedi: “Kim onu bizim üçün öldürər?” Səhhakın oğlu dedi: “Xalid ibn Vəlid!” 
Xalidə xəbər göndərib dedilər: “Ey Xalid! Səndən istədiyimiz bir məsələ barədə 
fi krin nədir?” Xalid dedi: “Nə istəyirsinizsə mənə tapşırın. Allaha and olsun, 
əgər Əli ibn Əbu Talibi öldürməyimi istəsəniz, bunu edərəm”. Yaşlı səhabə 
və Səhhakın oğlu dedilər: “Allaha and olsun, bundan başqa bir şey istəmirik!” 
Xalid dedi: “Bu iş mənlikdir!”
Yaşlı səhabə dedi: “Sübh namazını qılarkən sən qılıncınla Əlinin yanında 
dayan. Namaz üçün salam verdiyimdə onun boyunu vur!” Xalid “Yaxşı!” dedi 
və qərarlaşıb dağıldılar. 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin