Ali-Muhəmmədin sirləri
293
HƏDİS 88
Doğuşun asanlaşması üçün dua
İbna Bistam “Tibbul-əimmə” kitabında Xəvatimidən, o da Muhəmməd ibn
Əli Seyrəfi dən, o da Muhəmməd ibn Əsləmdən, o da Həsən ibn Muhəmməd
Haşimidən, o da Aban ibn Əbu Əyyaşdan, o da Süleym ibn Qeys Hilalidən
Əmirəl-möminin Əlinin (ə) belə dediyini nəql edir:
“Mən Allahın nazil etdiyi kitabdan iki ayə bilirəm ki, doğuş zamanı çətin
olanda qadın üçün yazılar. Bunu ceyran dərisinə yeddi dəfə yazıb kəmər bağ-
lanan yerinə bağlayarlar:
“Bismillahir-rəhmanir-rəhim! Şübhəsiz ki, hər
çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir
asanlıq gələr!”
1
; “Ey insanlar! Rəbbinizdən qorxun. Həqiqətən, qiyamət gü-
nünün zəlzələsi dəhşətli şeydir! Onu görəcəyiniz gün hər bir əmzikli qadın
əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bari-həmlini (vaxtından
əvvəl) yerə qoyar. İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər.
Dostları ilə paylaş: