«Qəribə mükaşifə»
Əllamə Hüseyni Tehrani yazır:
Ayətullahül-Üzma Cəmaləddin Gülpayqani mənə nəql etdi ki, Ziyaüddin İraqi vəfat edəndən sonra Nəcəf elmi hövzəsinin rəisliyi Məhəmməd Hüseyn İsfəhaniyə tapşırıldı.
Heç kim onun tezliklə öləcəyini ehtimal etmirdi.
İraqinin ölümündən bir həftə sonra mən namaz qıldığım vaxt, vitr namazının qunut halında gördüm Ziyaüddin İraqi bir atın üstündə gəlir. Bu cür gələ-gələ, gəlib çıxdı Məhəmməd Hüseynin evinə.
Mən o saat anladım ki, şeyx Məhəmməd Hüseyn vəfat etmişdir.
Gün yeni baş qaldırmağa başlayanda, Əmirəlmöminin minarəsindən yenicə hay çəkib salavat demək istəyirdilər ki, mən evdəkilərə dedim: Qulaq asın, indicə Məhəmməd Hüseynin ölüm xəbərini elan edəcəklər.
Qulaq verdilər, elan verilir ki, bəs Məhəmməd Hüseyn vəfat edibdir, xalqı cənazə namazına və yas mərasiminə dəvət edirlər.2
Dostları ilə paylaş: |