Аллаһын елчиси



Yüklə 1,51 Mb.
səhifə11/40
tarix21.10.2017
ölçüsü1,51 Mb.
#8879
1   ...   7   8   9   10   11   12   13   14   ...   40

QARA DAŞIN MəNŞəYİ


Peyğəmbərin (s) ömründə 25 Bahar ötmüş sel Kə’bəni dağıtdı. Qüreyş Kə’bəni bərpa etmək üçün torpaq daşımağa başlayır. Qazılan yer dərinləşəndə böyük bir ilan görünür və qazıntını dayandırırlar. (Bəlkə də bunun Kə’bə ətrafında çoxlu peyğəmbər qəbrinin olması ilə əlaqələndirmək olar. Buradan çox torpaq götürlüməsi qəbrlərin açılmasına səbəb olardı). Bir sözlə divarlar qaldırılır, növbə Həcərül-əsvədin (qara daşın) divara bərkidilməsinə gəlir. Qəbilələr arasında mübahisə başlanır ki, Həcərül-əsvədi hansı qəbilə götürəcək. Bu vaxt «Məhəmməd əmin» adlanan Peyğəmbər (s) yaxınlaşır. Hamı onun bu işi mühakimə etməsinə razılıq verir. Həzrət (s) çox göl bir tədbir tökür. Öz ridasını (arxalığını) yerə sərib, Həcərül-əsvədi ridasına qoyur. Bütün qəbilələrə müraciət edir ki, hərə bir tərəfdən yapışıb daşı qaldırsınlar. Hərə ridanın bir yanından tutub Həcərül-əsvədi qaldırırlar. Həzrət özü daşı götürüb divara yerləşdirir. Beləcə, hamı bu işin savabından faydalanır və mübahisə kəsilir.

HaRAM AYLARIN HÖRMəTİ


Ərəblər arasında İbrahim dininin qaydaları, o cümlədən müqəddəs haram ayların hörmətini saxlamaq vardı. Həyatı müharibələrdə ötüşən ərəblər döyüşün qadağan olduğu haram aylara yaxşı münasibətdə idilər. Bu dörd ayda döyüşlər dayandığından onlar rahat nəfəs alırdılar. Qur’ani-kərimin bu ilahi sünnəti – qaydanı təsbit etdi: «Allah yanında ayların sayı Allah yeri göyü yaradan gündən başlayaraq on ikidir. Bu həqiqət Allah kitabında qeyd edilmişdir. Onların dördü haram aylardır». (Bu aylarda hücum etməklə müharibə haramdır). «Səndən haram aylarda müharibə haqqında soruşsalar, onlara de ki, bu aylarda müharibə böyük bir günahdır». («Bəqərə» 217).

Bu aylar ibarətdir: Zülqə’də, Zül-hiccə, Məhərrəm və Rəcəb. Ərəblər bu ayları möhtərəm saysalar da dəfələrlə ehtiramı sındırmış, müxtəlif qəbilələr arasında döyüşlər olmuşdur. Bu döyüşlər haram ayların ehtiramını qırdığından günah və fəsad adlandırılmışdır. Belə döyüşləri dörd yerdə zikr etmişlər. Hətta dörd il çəkən bir döyüşdə Peyğəmbərin (s) iştirak etdiyini deyənlər var.

Kəhanə qəbiləsindən Bərraz ibni Qeys Kənani Həvazin qəbiləsindən Urvə ibni Rəhhal ilə Ne’man ibni Munzirə yer icazəsi vermək üstündə dalaşmışdılar. Bərraz Urvəni qətlə yetirmişdi. Ölənin qohumları Kənanəyə qarşı birləşmişdilər. Kənanə Qüreyşə pənah gətirmişdi. Qüreyşdə onlara himayədarlıq etmiş və müharibə başlamışdı.

Bə’zilərinin yazdığına görə həzrət (s) on yeddi yaşında ikən bu döyüşə şahid olmuşdur. Bə’ziləri isə onun dili ilə nəql edir ki, «Mən əmilərimə atılan oxları dəf edirdim». Görən bu iki cümlədən belə bir nəticəyə gəlmək olar ki, Peyğəmbər (s) bu döyüşdə iştirak edib? Belə görünür ki, bu deyilişlərdən uyğun nəticəni əldə etmək olmaz. Hansı ki, bə’ziləri laqeyidlik göstərərək bu məsələn yan keçir və həzrətin (s) iştirakını təsdiqləyirlər. Amma əvvəlki cümlə həzrətin (s) yalnız şahid olduğunu qeyd edir. Əslində isə şahid olmaq hələ iştirak etmək deyil. İkinci cümlədə isə oxların dəf olunmasından danışılır. Heç bu da o demək deyil ki, Peyğəmbər (s) döyüşdə iştirak edib. Bir halda ki, haram aylara ehtiram qoyulması qəbul edilmiş bir qayda idi və bu hörməti sındırmaq günah hesab olunurdu, necə ola bilərdi ki, Peyğəmbər (s) belə aylarda mühribədə iştirak edəydi?! Həqiqətə yuğun gələn mə’lumat Yə’qubinin əbu Talibin dilindən nəql etdiyidir: «O, nəinki müharibələrdə iştirak etmirdi, hətta Bəni-haşimə də müharibədə iştirakı qadağan edirdi. Hətta əbu Talibin mövqeyi başqalarını da bu işdən çəkindirmişdi. Bu döyüşdə Bəni-haşim iştirak etmədiyindən çoxları bu döyüşə qatılmırdı. «Əbu Talib Bəni-haşimi bu döyüşlərdən çəkindirdi bildirdi ki, bu döyüş haram aylara hörmətsizlikdir». Əbdüllah ibni Üməyyə və Cədan və Hərb ibni Üməyyə də Bəni haşimə görə döyüşə getmədilər».



Əlbəttə, bunun unutmaq olmaz ki, müdafiə bütün hallarda, bütün zamanda və məkanlarda, hətta haram aylarda da, hətta Kə’bədə də qanuni və vacibdir. Düşmənin hücumundan müdafiə hər bir dində hər bir kəsin haqqıdır. Qur’an da bu barədə buyurur: «Haram olan ay haram olan ay müqabilindədir. Hörmətlərdə qisas var. Sizə qarşı təcavüz edənlərdən müdafiə olunun». («Bəqərə» 194). Təcavüzkara cavab verin. Əgər həzrət həmin döyüşdə iştirak etmişsə, müdafiə olunan tərəfdən olmuşdur. «Mən növcavan olanda əmimlər Füccar döyüşünə şahid idim», cümləsi Həzrətin (s) müdafiədə iştirak etdiyini bildirir. Əks təqdirdə deməliyik ki, həzrət (s) belə qalmaqallardan tamam uzaq olmuşdur. İbrahim (ə) dininə e’tiqad edən kəs heç zaman öz dininin sünnətini görməzliyə vurmaz.

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin