ZəHəRLİ QəLəMLəR
Dörddən artıq qadınla daimi evlənmək yalnız peyğəmbərə xas olan ilahi hökmlərdəndir. Başqaları daimi nikahla eyni vaxtda dörddən artıq qadınla evlənə bilməzlər. Düzgün təhlillərlə bu sayaq məsələlərin izahı müəyyən şübhələrə cavab verə bilər. Peyğəmbərin (s) izdivaclarının səbəbləri haqqında düşmənin zəhərli qələmləri xeyli iş görür. İnsanlar çaşdırılır, həqətdən yayındırılır. Bə’ziləri həddi aşaraq Peyğəmbərin (s) izdivaclarını nəfsani istəklərlə əlaqələndirmişlər. Qəti şəkildə bunu inkar etmək olar. Öz cavanlıq dövrünü, ömrünün iyirmi beş ilini qırx yaşlı iki dəfə ərdə olmuş qadınla keçirən bir şəxs ömrünün son on üç ilində müxtəlif izdivaclar edirsə, bunu hansı əsasla nəfsani istəklərlə bağlamaq olar?! Beləcə, yalnız düşmən, alçaq, nadan qələmlər bu sayaq izahatlara cəhd edirlər. Bu nöqtəyə diqqət edərək digər səbəbləri araşdırmaq lazım gəlir.
İZDİVACLARIN SəBəBİ
Yazılarda Peyğəmbərin (s) izdivaclarının bə’zi xüsusiyyətlərinə işarə edildi. Həzrət (s) normal bir insan kimi cinsi ehtiyacının ödənməsində izdivac yolundan istifadə etmişdir. Həm həzrət özü, həm də səhabələr, xüsusi ilə də cavanlar asanlıqla evlənərdilər. Hansı ki, bu gün evlənmək ən çətin ailə və cəmiyyət müşkillərindəndir. Keçmiş söhbətlərimizdən aydın olduğu kimi həzrətin izdivaclarının dini əhəmiyyəti də olmuşdur. Məsələn, qəlblərin alınmasında, ictimai mövqeyə malik ailələrlə, əbu Bəkrlə, Ömərlə, əbu Süfyanla qohumluğun ictimai əhəmiyyəti vardı.
Bə’zi izdivacların fiqhi əhəmiyyəti vardır. Məsələn, özünü mehriyyəsi olaraq həzrətə hədiyyə etmiş «Ümmü-şərik»lə izdivac. Qur’an da bunu peyğəmbər xüsusiyyəti kimi bilir: «Yalnız sənə məxsus olaraq, özünü peyğəmbərə bağışlayan hər hansı bir mö’min qadını sənə halal etdik». («əhzab» 50).
Zeyddən təlaq almış Cəhş qızı Zeynəblə izdivacın da fiqhi səbəbləri vardır. Xədicənin qardaşı oğlu Həkim ibni Hizam Şamdan gətirdiyi qullardan bir olan Zeydi Xədicəyə bağışladı. Sonra həzrətin istəyi ilə Xədicə onu həzrətə bağışladı. Peyğəmbər (s) hədiyyə olaraq aldığı Zeydi azad etdi. Sonralar Zeydi «peyğəmbər oğlu» deyə çağırardılar. Adamlar elə qəbul etmişdilər ki, oğul çağırılan da oğul kimidir və onun boşadığını almaq olmaz. Qur’an bu səhv fikri rədd edir: «Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. O, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur» («əhzab» 40). Zeydin boşadığı qadınla evlənmək barədə buyurulur: «Zeyd zövcəsi ilə əlaqəsini kəsdikdə səni onunla evləndirdik ki, mö’minlər oğulluqlarının («oğul» çağırdıqları) boşadığı qadınlarla evlənə bilsinlər» («əhzab» 37). Əgər bu hökm təkcə Qur’anda deyilsəydi, bəhanələrlə başqa cür yozula bilərdi. Lakin Peyğəmbər (s) özü bu hökmə əməl edəndən sonra bütün şübhələr alt-üst oldu.
Digər Peyğəmbər zövcələri haqqında bunu demək olar ki, kimsəsiz, imkansız qadınlar idilər. Həzrət (s) onlarla evlənərək digər bir ictimai faydalı əməli qayda qoydu. Bir əsir qadınla Peyğəmbərin (s) evlənməsi bir çox digər əsirlərin azad olmasına gətirdi. Bəli, uyğun izdivaclar sadalanan şəraitlərdə həyata keçmişdir. Bu şərtlər içində yalnız nəfsani istəyə yer yoxdur!
QUR’ANDA PEYĞəMBəR ZÖVCəLəRİ
Peyğəmbərin (s) zövcələri vəhy evinə bağlıdırlar. «Nur» surəsində buyurulur: «Həmin ev ki, Allahın izni ilə uca mərtəbəlidir və onda Allah adı zikr edilir». Elə buna görə də Peyğəmbər zövcələri yüksək mövqeyə malik olmuşlar. Eləcə də bu yüksək mövqe onların öhdəsinə xüsusi vəzifələr qoymuşdur.
Qur’an peyğəmbər zövcələrini müsəlmanlara ana bilir: «Onun zövcələri sizin analarınızdır». Bu qadınlar fiqhi bir hökmdə anadırlar və onlarla evlənmək başqaları üçün daim haramdır. Başqa bir ayədə bu hökm bir daha təsdiqlənir: « Peyğəmbərdən sonra onun zövcələri ilə evlənmək heç zaman sizə halal deyil» («Əhzab» 3).
Qur’an peyğəmbər qadınlarının uca mövqeyinə görə onları bütün çirkinliklərdən paklayır. Bu qadınlar pak və təqvalı insanlar kimi tanıtdırılır. Hətta bu qadınlardan birinə böhtan atıldıqda Qur’an özü onların müdafiəsinə qalxır. Çünki bu böhtanlar bir şəxsə qarşı yox, bütün vəhy evinə qarşı yönəlmişdir. Ona görə də bu məsələ çox əhəmiyyətlidir. Vəhy evi və rəhbərlik hər zaman pak olmalıdır. Bu həqiqətlər xalqa da aydın olmalıdır. Xalq bilməlidir ki, xalqa rəhbərliyi öhdəsinə götürmüş Peyğəmbər ətrafı bütün nöqsanlardan pakdır. Xalq onlara inanmalı, onları özünə nümunə götürməlidir. Qur’anın bu müdafiəsi qadınlardan çox vəhy evinə aiddir.
QUR’ANDA PEYĞəMBəR (S) ZÖVCəLəRİNİN MÜDAFİəSİ
Peyğəmbər (s) səfərə çıxanda, hətta müharibəyə gedəndə bə’zi zövcələrini özü ilə aparardı. Bə’zən də kimin gedəcəyi püşklə tə’yin olunardı. Döyüşlərdən birində Ayişə Peyğəmbərin (s) yanında idi. Yolda dayanarkən Ayişə paklanmaq üçün karvandan arxada qalır. Kəcavə Ayişəsiz dəvəyə qaldırılır və karvan yola düşür. Ayişə qayıdarkən boyunbağısının qırılıb düşdüyünü görür. Boyunbağını axtarmaq üçün geri qayıdır. Yolda mə’lum olur ki, Ayişə kəcavədə yoxdur. Bir müddət sonra Səfvan ibni Mə’təl oradan keçərkən Ayişəni görür və onunla kəlmə belə kəsmədən dəvəsini yatırdıb Ayişəni dəvəyə mindirir və karvana çatdırır. Ayişə və Səfvan haqqında böhtançıl adamlar söz-söhbətə başlayırlar. Xüsusi ilə Mədinədə şayələr yayılır. İttiham olunanlar, xüsusi ilə Ayişə möhkəm narahatçılıq keçirir. Peyğəmbərsə bu barədə susur və böhtanlar onu incidir. Ayiəşənin günü göz yaşları içində keçir, yuxusu ərşə çəkilir. O, tənhalığa çəkilib, Allahdan yardım diləyir. Sübhan Allah Ayişə haqqında deyilənlərin böhtan olduğunu belə təsdiqləyir: «Həqiqətən Ayişə haqqında yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümərdir. Onu pis bir şey zənn etməyin. O, bəlkə də sizin üçün xeyirlidir». («Nur» 11). Qur’an bununla vəhy evinə bağlı olanların, rəhbərlərin əhəmiyyətini nəzərə çatdırır. Çox adamlara böhtan atılır, amma Qur’an müdaxilə etmir. Amma Peyğəmbər zövcələrinə böhtan deyiləndə Qur’an onları paklayır. Bu onların hüquqi şəxsiyyətlərinə verilən əhəmiyyətdir.
Dostları ilə paylaş: |