BəŞəRİ RİSALəT
Həyat yolunda heç bir zəif nöqtəsi olmayan insanlar peyğəmbərlik məs’uliyyətini qəbul etməyə layiqdirlər. Peyğəmbərlik icra ilə yanaşı bildirişdir. Mümkündür ki, kimsə uca mə’nəvi məqama çatsın, övliyalar zümzüməsinə qovuşsun, amma peyğəmbərlik ləyaqəti əldə edə bilməsin. Bu ləyaqət ömür boyu mə’sum olmuş, doğru yoldan sapmamış insanlara nəsib olur. Bütün bu əlamətlər Allaha mə’lumdur və peyğəmbərləri də Allah seçir: «Allah peyğəmbərliyi kimə göndərəcəyini Özü daha yaxşı bilir». («ən’am» 128). Bu ləyaqət öz şəxsi ləyaqətini heç zaman alçatmamış insanlara tapşırılır.
İlahi peyğəmbərlik insan yer üzünə qədəm qoyan gündən başlamışdır və bəşər həyatının son anınadək davam edəcəkdir. Peyğəmbərlik silsiləsi həzrət Məhəmməddə (s) sona yetsə də, bu peyğəmbər silsiləsinin sona yetməsidir. Amma həzrət Məhəmmədin risaləti bəşəri bir risalət olduğundan dünya durduqca duracaq. İnsan həmişəlik vəhyə möhtacdır və bu vəhy hər zaman onunla olacaq.
İlahi risalət və səmavi göstərişlər ictimai həyatla yanaşı inkişaf edib, bəşərin istəklərinə tam cavab verəcək son peyğəmbərlə başa çatır. Ondan sonra isə digər bir risalət düzgün ehtimal deyildir. Silsilə peyğəmbərlərin imanı, ilahi dinin kamilliyi həzrətin (s) risaləti ilə kamala çatır. «Allah yanında din daim islamdır». («Ali-imran» 19(?)). Risalətin sonuncu olmasının fələfəsi budur ki, risalət istəklərin tə’mini üçündür və həzrətin (s) risaləti bu istəklərə tam cavab verirsə, demək yeni bir risalətə ehtiyac qalmır.
Peyğəmbərin (s) risalətinin başlanğıcı bəşər tarixində çox böyük hadisədir. Allah tərəfindən bəşəriyyət üçün bundan böyük hadisə, bundan böyük ne’mət göndərilməmişdir. Bu risalət cəmiyyətə yeni bir e’tiqadi və siyasi quruluş gətirir. Ləyaqət baxımından bu risalət peyğəmbərin qırx yaşından rəsmi olaraq başlayır. Bunu da qeyd edək ki, rəvayətlərə əsasən hələ qırx yaşınadək ona mələklər nazil olmuş, rö’ya aləmində mələklərlə görüşmüşdür. Rəsmi olaraq isə Qur’an həzrətin (s) qırx yaşında nazil olmuşdur.
Sünni və şiə əhli tərəfindən qəbul olunmuşdur ki, Qur’an «ələq» surəsinin ilk beş ayəsi nazil olmağa başlamışdır. Eləcə də əksəriyyət qəbul edir ki, be’sətin başlanğıcı 27-si Rəcəbə düşür. Amma sünnə əhlinə görə bu tarix fərqlidir. Belə məsələlərin araşdırılması Qur’an elmlərinin mövzusudur və öz vaxtında izah ediləcək. Burada isə məqsədimiz be’sətin səbəblərini araşdırmaq, eləcə də, həzrətin (s) keçdiyi yolu, ibadi, ictimai və siyasi həyatını təsvir etməkdir. Bu nöqtə də işıqlandırılmalıdır ki, belə bir böyük məs’uliyyəti qəbul edən şəxsin hansı xüsusiyyətləri olmuşdur. Bütün həyatı nümunə olmuş belə bir fəzilətli şəxsin öyrənilməsi faydalı olacaq. Çünki düzgün təhlillər və onun həyatının təsviri ona ardıcıl olmaq imkanını yaradacaq.
GİZLİ RİSALəT
Həzrətin (s) risaləti gizli şəkildə başlayır. Əvvəlki peyğəmbərlər hazırlıq görsələr də, həzrətin əvvəlki parlaq həyatı hamıya mə’lum olsa da, şərait münasib olmadığından, bütün ixtiyarlar bütpərəstlərə məxsus olduğundan bu risalət məhdud və gizli şəkildə başlayır. «ən yaxın qohumlarını qorxut». («Şüəra» 214). Vəhy göstərişləri kiçik bir cəm arasında məxfiyanə açıqlanır və barmaqla sayılası qədər az insan Peyğəmbərin buyuruqlarına iman gətirirlər. Həzrətin risaləti şirkə e’tiraz etməklə, «Allahdan başqa mə’bud yoxdur, deməklə nicat tapın» şüarı ilə başlanır. Bu ideya insanların pak fitrətindən qalxdığından aram-aram genişlənir və ürəklərdə yer tapır. Bu şüarlar genişləndikcə müxalifət də güclənir. Bu müddətdə həzrətə yaxınların və Qüreyş böyüklərinin çoxu Peyğəmbərə iman gətirirlər. Bu gizli də’vət, risalət üç il davam edir.
AŞKAR Də’VəT
Şərait yaranan zaman, həzrətin (s) risalətinə bir dəstə insan iman gətirdiyi vaxt məs’uliyyət daha da artır. «Öz də’vətini aşkar et» əmrinə əsasən peyğəmbərlik aşkar edilir və Səfa dağı kimi bir minbərə qalxıb, öz ilahi səsi ilə insanların xürafat, şirk, alçaqlıq caynağından qurtuluşu üçün nida edir. İndi bir tərəfdən Peyğəmbər (s) və onun yaxınlarının təlaşı, digər tərəfdən müxaliflərin düşmənçilikliyi alovlanır. Düşmən həzrətin risalətinə qarşı o qədər həssasdır ki, bütün vasitələrə əl atır. Peyğəmbərə məcnun, sehrkar, şair, bəşərdən tə’lim almış deməklə böhtanlar atılır. Peyğəmbər və onun tərəfdarları böhtanlarla, istehzalarla, cismi əzablarla qarşılaşır, bə’ziləri şəhadətə yetirilir. Amma Allah-taala Peyğəmbərə (s) ümid verir: «Sənə əmr olunan Qur’anı açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər». («Hicr» 94).
Peyğəmbərin (s) artan təlaşı və onun gözəl səslə Qur’an qiraəti hamını özünə cəzb edir. Peyğəmbərlə bir görüş, onun oxuduğu Qur’anı bir dəfə dinləmək kifayət edir. Bir görüşlə onun gözəlliklərinə cəzb olunurlar. Onun cazibəsi qəlbləri ovsunlayır və yumşaldır. Qur’anın şirinliyi ən bərk qəlbi də titrədir. Ona görə də düşmən çalışır ki, Qur’anın avazı qulaqlara çatmasın. Göstəriş verilir ki, «Məscidül-haram a» daxil olanda qulaqlarınızı tutun ki, Qur’an səsini eşitməyəsiniz. Qur’anın səsini eşitmək ona cəzb olmağa bərabərdir.
Kafirlər dedilər: Bu Qur’anı dinləməyin, o oxunduqda səs-küy, şuluqlar salın ki, bəlkə qalib gələsiniz. («Fussilət» 26).
Necə ki, Nuhun qövmü paltarlarını başlarına qaldırdılar ki, onun də’vətini eşitməsinlər. «Sənin onları bağışlamağın üçün nə zaman onları də’vət etdimsə, onlar barmaqlarını qulaqlarına tıxadılar». («Nuh» 7).
Lakin Qur’anın cazibəsi elə bir həddə idi ki, başqalarının eşitməsinə mane olanlar da onu eşitməkdən, ona qulaq asmaqda vaz keçə bilmirdilər. Çünki onun gözəlliyi, şirinliyi, cazibəsi hədsiz idi. Ona görə də Qur’an özünü ən gözəl söz adlandırır. («Zumər» 23).
Peyğəmbərin (s) qatı düşməni Vəlid ibni Müğeyrə bütün qüvvəsi ilə çalışır ki, kimsə həzrətə yaxınlaşmasın. Lakin özü Kə’bənin yanından keçərkən həzrətin (s) təlavətini eşidir və təlatümə gəlir. Pərişan halda öz tərəfdarlarının məclisinə daxil olur. Dostları Vəlidin bu halına istehza edib, səbəbini soruşurlar. Nə qədər düşmən olsa da Vəlid Qur’anın gözəlliyini gizlədə bilmir və e’tirafa məcbur olur: «Məhəmmədin sözləri o qədər cazibəli, şirin, gözəldir ki, ondan gözəli olmaz». Yenə də deyir: «Qur’ana qulaq asmayın, səs-küylə ona mane olun, kimsənin eşitməsinə imkan yol verməyin».
Dostları ilə paylaş: |